Məhkəmə qərarları › İş №2-1(102)-1744/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1744/2025

16.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1744/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması, artıq ödəmələr Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 64409/2023 nömrəli qərarının ləğv edilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması, pensiyanın təyin edildiyi vaxta, yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsi və pensiyanın azaldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2025ci il tarixli, 2-1(107)-65/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yaz ılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxxxx 1941-ci ildə anadan olmuşdur.

2. Ona xx.xx.2017-ci ildə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Cavabdeh iddiaçıya məktub ünvanlayaraq bildirmişdir ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1890,00 manat, qulluq stajına görə əlavəsi 283,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 763,88 manat, digər növ əlavəsi 53.74 manat olmaqla olmaqla orta aylıq əmək haqqı 3121,12 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci i l 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2141.99 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (3121,12 manat) arasındakı fərq məbləğinin (979,13 manat) 36,39 faizi - 356.30 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyasının (1143,39 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 1499.69 manat məbləğində hesablanmışdır. Buna baxmayaraq, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya 1574.73 manat məbləğində əmək pensiyası ödənilmiş, nəticədə iddiaçıya müvafiq dövrlər üzrə 1916.01 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiya tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən iddiaçıya təyin edilmiş əmək pensiyası 1892,16 manat hesablanmalı olduğu halda, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya 1986.84 manat məbləğində əmək pensiyası ödənilmiş, nəticədə iddiaçıya müvafiq dövrlər üzrə 1041.48 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya son üç il ərzində ümumilikdə 2957.49 (1916.01+1041.48) manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Həmin 2957,49 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədi ilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın təqdim edilməsi xahiş edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dö vlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “pensiyanın faizinin aşağı salınması və ondan tutulmalar edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyanın təyin edildiyi vaxta, yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsinin təmin edilməsi və pensiyanın azaldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2017-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-305345/2023 saylı məktub ünvanlayara q bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən ona hesablanmış pensiyasında müvafiq hesablamalar aparılmış və son üç il üçün artıq ödəmə müəyyən edilmişdir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 20.11.3cü maddəsinə əsasən onun dövlət qulluğunda 10 il 11 ay 25 gün qulluq stajına görə pensiya məbləği orta aylıq əmək haqqımın 60 faizindən endirilərək 55 faizi olaraq hesablanmışdır. O, bu hesablama ilə razı deyil. Bununla əlaqədar cavabdeh orqana xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək tutulma aparılmasından imtina etməyi və hesablama ilə razı olmadığı barədə ərizə vermişdir. Cavabdeh orqan özünün 01 mart 2024-cü il tarixli məktubu ilə mür aciətinə xx.xx.2023-cü il tarixli məktubuna uyğun eyni məzmunlu cavab ünvanlamış, təkrar olaraq tutulmaya razılıq verməyini bildirmişdir. İddiaçının pensiyasından tutulma razılığı olmadan aparılmışdır. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. O tutulma ilə əlaqədar razılıq verməmiş, pensiya təyin edən orqanın hər hansı bir qərarı ona bildirilməyib və bu barədə hər hansı bir məhkəmə qərarı da yoxdur.

6. Bundan başqa cavabdeh orqan onun döv lət qulluğunda ümumi iş illərini 10 il 11 ay 25 gün olaraq qeyd etmişdir. Bu isə həqiqəti əks etdirmir. Belə ki, onun ümumi iş illəri ilə yanaşı dövlət qulluğunda iş stajı xx.xx.2006-cı ildə başlamış və xx.xx.2017-ci il tarixdə bitmişdir. Bu tarixlər arasında sadəcə 1 gün onun xx.xx.2007-ci ildə “Gülüstan” sarayından işdən azad edilərək xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 2№ li Pansionatına işə qəbul olmağı olmuşdur. Adi riyazi hesablama ilə hesablandığı zaman bu rəqəm 10 il 11 ay 28 gün olacaqdır. Bu 10 il 11 ay 28 günlük iş illəri də 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin o vaxt qüvvədə olmuş Fərmanın ın müddəalarına əsasən tam il olaraq hesablanmalı və 11 ilə bərabər sayılmalıdır.

7. Eyni zamanda cavabdeh onun pensiyasında yenidən hesablama aparılması və tutulmalar edilməsini Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanına əsasən aparıldığını bildirir. Halbuki sözügedən Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı ilə ləğv edilmiş və ləğv Fərmanı xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir. Onun pensiyasında hesablamalar isə xx.xx.2023-cü ildən sonra aparılmaqla qüvvədən düşmüş Fərman əsas tutularaq həyata keçirilmişdir ki, bu da qanunsuzdur. Ona pensiya 2017-ci il iyulun 1-dək qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmiş və həmin vaxtdan pensiya ödənişi edilmişdir. Pensiya təyin edən orqa n ona sənədləri əsasında həmin vaxt qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun tələblərinə uyğun olaraq pensiya təyin edib. Pensiyanın verilməsi və dayandırılmasının əsasını müstəsna olaraq, qanun müəyyən etdiyindən, qanunda nəzərdə tutulmuş əsas olmadan pensiya ödənişinin dayandırılması və ya dəyişdirilməsi yolverilməzdir. Hazırki işdə vətəndaş olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanının digər bir Fərmanla ləğv edildikdən sonra geriyə tətbiq edilərək pensiyasının aşağı faizə endirilməsi və tutulmalar edilməsi qanuni deyildir.

8. Cavabdeh iddia tələbinə etirazı təqdim etmişdir ki, etirazın əsası iddiaçıya edilmiş müraciətlə eynidir.

9. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə təqdim edərək “Əmək pensiyasının yenidən hesablanması” haq qında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarın ləğv edilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması, pensiyanın təyin edildiyi vaxta, yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsi və pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir

11. Şəki İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 2-1(116)-1944/2024 nömrəli qərarı ilə (hakim X2) iddia qismən təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3364409/2023 nömrəli qərarı ləğv edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqının 59,96 faizi (55%+4,96%) məbləğində hesablanması, pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması öhdəliyi qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi “əvəzləşdirilmi ş 211,92 həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması” hissəsində tam, pensiyanın xx.xx.2017-ci il tarixə uyğun olaraq - 60%- hesablanıb verilməsi və pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi hissəsində qismən əsaslıdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının təmin olunmuş hissədə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2025-ci il tarixli, 2-1(107)-65/2025 nömrəli qərarı (hakimlər X5 (məruzəçi), X4 və X1) ilə apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(116)-1944/2024 nömrəli qərarı qismən, yəni pensiyanın azaldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə (birdəfəlik olaraq ödənilməsi hissəsində) təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(116)-1944/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarının ləğv edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqının 59,96 faizi (55%+4,96%) məbləğində hesablanması, pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin ödənilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması öhdəliyini qoymaqla düzgün nəticəyə gəlmişdir.

16. Bununla yanaşı apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən p ensiyanın azaldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlsə də, birdəfəlik ödənilməsi öhdəliyini də cavabdehin üzərinə qoymuş, bununla da qanunvericiliyin tələblərinə uyğun olmayan nəticəyə gəlmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 32.11-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İstinad olunan qanunun normasından göründüyü kimi ötən döv r üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3, 26.3-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassız olmuşdur.

19. Belə ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-305345/2023 nömrəli məktuba əsasən iddiaçıya son üç il ərzində 2957.49 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Aparılmış araşdırma əsasında müəyyən olunmuşdur ki, 30 iyun 2017-ci il tarixdə iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1140,00 manat, qulluq stajına görə əlavəsi 171,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 460,75 manat, digər növ əlavəsi 53,74 manat olmaqla orta aylıq əməkhaqqı 1955,49 manat təşkil etmişdir. 20. “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən, iddiaçıya təyin edilmiş əmək pensiyası 10 il 11 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1955,49 manat) 55 faizi-1075,52 manat məbləğində hesablanmışdır. Həmin Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hes ablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərin ə əlavə olunur. Bununla əlaqədar iddiaçının 10 il 11 ay 25 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,69 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1260,00 manat, qulluq stajına görə əlavəsi 189,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 509,25, digər növ əlavəsi 53.74 manat olmaqla orta aylıq əmək haqqı 2141.99 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1955,49 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (2141,99 manat) arasındakı fərq məbləğinin (186,50 manat) 36,39 faizi-67,87 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyasının (1075.52 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 1143.39 manat məbləğində hesablanmışdır.

21. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1890,00 manat, qulluq stajına görə əlavəsi 283,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130.00 manat, mükafatlarla müavinətləri n cəminə görə əlavəsi 763,88 manat, digər növ əlavəsi 53.74 manat olmaqla olmaqla orta aylıq əmək haqqı 3121,12 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2141.99 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (3121,12 manat) arasındakı fərq məbləğinin (979,13 manat) 36,39 faizi-356.30 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyasının (1143,39 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 1499.69 manat məbləğində hesablanmışdır. Buna baxmayaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya 1574.73 manat məbləğində əmək pensiyası ödən ilmiş, nəticədə iddiaçıya müvafiq dövrlər üzrə 1916.01 manat artıq pul vəsaiti ödənilmişdir.

22. Maddi yardımın pensiya tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən iddiaçıya təyin edilmiş əmək pensiyası 1892.16 manat hesablanmalı olduğu halda, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya 1986.84 manat məbləğində əmək pensiyası ödənilmiş, nəticədə iddiaçıya müvafiq dövrlər üzrə 1041.48 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya son üç il ərzində ümumilikdə 2957.49 (1916.01+1041.48) manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 24. “Əmək pensiyaları haqqında” Azər baycan Respublikasının Qanunu Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq s tajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11.3. (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya) dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti i lə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüq uq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Madd ə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktik i halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə

35. İnzibati icraatın təzələnməsi ilə ba ğlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ər izə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat v erməyə borcludur. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi anda n yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyə n olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kass asiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, ka ssasiya baxışının hədləri

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya məhkəməsinin qərarı qismən, iddianın təmin edilən hissəsi mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarın ləğv edilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması, pensiyanın təyin edildiyi vaxta, yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsi və pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsinə yönəlmişdir.

30. Birinci instansiya məhkəməsi iddia tələbini “əvəzləşdirilmiş 211,92 həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması” hissəsində tam, pensiyanın xx.xx.2017-ci il tarixə uyğun olaraq - 60%- hesablanıb verilməsi və pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi hissəsində qismən əsaslı hesab edərək “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-364409/2023 nömrəli qərarı ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqının 59,96 faizi (55%+4,96%) məbləğində hesablanması, pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması ilə bağlı nəticəyə gəlmişdir.

31. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi cavabdehin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilməməsi qənaətinə gəlmiş, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlsə də, birdəfəlik ödənilməsi öhdəliyini də cavabdehin üzərinə qoymuş, bununla da qanunvericiliyin tə ləblərinə uyğun olmayan nəticəyə gəlmişdir.

32. Hazırda cavabdeh apellyasiya instansiya məhkəməsinin mövqeyini mübahisələndirərək bildirir ki, gəlinən nəticə qanunvericiliyə uyğun deyildir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin təmin edilməsi üçün hüquqi əsas mövcud olmadığından təmin edilə bilməz. Gəlinən nəticə məhkəmə kollegiyası tərəfindən aşağıdakı kimi şərh edilir.

34. İddia tələbindən göründüyü kimi iddiaçının çatmaq istədiyi hüquqi nəticə 4 tələbdə özünü ehtiva edir: 1. “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarın ləğv edilməsi; 2. əvəzləşdirilmiş 211,92 həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması; 3. xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsi; 4. pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi

35. Sonuncu 4-cü tələb apellyasiya instansiya məhkəməsinin qərarı əsasında rədd edilmiş, iddiaçı həmin hissədə qərarı mübahisələndirməmişdir. Cavabdeh isə təmin edilən hissələrlə bağlı kassasiya şikayəti vermişdir. Qanunvericiliyin tələbinə əsasən kassasiya məhkəməsi yalnız mübahisələndirilən hissə ilə əlaqədar mövqe bildirməkdə səlahiyyətlidir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissəsinə münasibətdə qiymətləndiriləcəkdir. 1. “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-171/3-3-64409/2023 nömrəli qərarın ləğv edilməsi

36. Məhkəmə kollegiyası hesab edir k i, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarı inzibati icraat haqqında hüquq normalarının tələblərinə zidd qəbul edilmişdir. Belə ki, pensiyadan tutulma aparılarkən inzibati icraat aparılmamış, inzibati icraat barədə iddiaçı məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilməmiş, inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş, inzibati akt əsaslandırılmamış və iddiaçının cavabdeh inzibati orqana etimad hüququ gözlənilməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, pensiyanın yenidən hesablanmasına dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələnmədən və təzələnmiş icraat çərçivəsində artıq ödənilmə ilə bağlı məsələ barədə mü vafiq qərar qəbul olunmadan pensiyanın artıq ödənilməsinin iddia edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin (2-1(102)-3135/2024 saylı üçulduzlu qərarı) formalaşdırdığı hüquqi mövqeyə əsasən: “ “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məq sədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

32. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin m üvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

33. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qə rar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

34. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə m əhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir.

35. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauy ğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

36. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanın a malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı.

37. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv o lduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. 38. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən et məyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin ol unması məqsədlərinə xidmət edir.

39. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır.

40. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündə n 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. 41. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müva fiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir.

42. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olması ndan sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.

43. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər”.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-364409/2023 nömrəli qərarın ləğv edilməsi ilə qanunvericiliyin müddəalarına əməl etməmişdir. Odur ki, inzibati orqanın qərarının əsaslı olması ilə bağlı inzibati orqanın kassasiya şikayətində əks etdirdiyi arqumentin hüquqi əsas yoxdur.

2. Əvəzləşdirilmiş 211,92 manat həmçinin maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması

39. İddia tələbinin “əvəzləşdirilmiş 211,92 manat həmçinin maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması” hissəsinə münasibətdə cavabdeh qeyd edir ki, əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçıya təyin edilmiş əmək pensiyası cari ilin fevral ayında 2104,08 manata artırılmış, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 211,92 manat fərq məbləği iddiaçıya artıq ödənilmiş 2957,49 manat pul vəsaitindən çıxılmışdr. Öz mövqeyini əsaslandırarkən inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə istinad edir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, həmin normanın məzmunundan göründüyü kimi əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Göründüyü kimi mübahisələndirilən əvəzləşdirilmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci və 39.1-ci maddələrinin nəzərə alınması müəyyən edilmişdir. 41. “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Normanın məzmunundan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasını əmək pensiyaçısının razılığı ilə şərtləndirmiş, belə razılıq olmadığı halda isə həmin məbləğin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. İş materiallarından görünür ki, müvafiq pul məbləğinin əvəzləşdirilməsi, o cümlədən maddi yardım üzrə tutulma ilə bağlı cavabdeh orqan tərəfindən iddiaçının razılığı alınmamışdır. Odur ki, iddiaçının razılığı alınmadan və məhkəmə qərarı olmadan iddiaçının əmək pensiyasından tutulmaların aparılması (əvəzləşdirilməsi) ilə bağlı cavabdeh orqanın hərəkətləri mahiyyət etibarilə qanunsuz olmuşdur. 3. pensiyanın xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsi

42. Məhkəmə kollegiyası iddia tələbinin bu hissəsi ilə razılaşmır. Belə ki, iş materiallarından (həm də pensiya işindən) iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2019cu il tarixədək müvafiq tələblə bağlı inzibati orqana müraciət etməsi öz təsdiqini tapmır. Sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı qeyd edilən tarixdə müraciət etməsini və buna uyğun olaraq inzibati orqan tərəfindən müraciətə hər hansı cavab verməsi (və ya hərəkətsizlik göstərməsi) ilə bağlı sübutu təqdim edə bilməmişdir.

43. Əksinə iş materiallarından görünür ki, cavabdeh iddiaçıya artıq ödəmələrlə bağlı ilk dəfə xx.xx.2023-cü il tarixdə məlumat vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqının 59,96 faizi məbləğində ödənilməsi 11 dekabr 2023-cü il tarixdən hesablanmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosia l Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2025-ci il tarixli, 21(107)-65/2025 saylı qərarı dəyişdirilərək iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqının 59,96 faizi məbləğində ödənilməsi 11 dekabr 2023cü il tarixdən əvvəlki 3 ildən başlayaq cavabdehə həvalə edilsin. Qərar mübahisə olunan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar