Məhkəmə qərarları › İş №2-1(102)-1745/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1745/2024

24.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1745/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi qərarının ləğv edilməsi; riskli vergi ödəyicisi ilə əməliyyat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********877000 nömrə li qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-331/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergi orqanının “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 26 may 2022-ci il tarixli, **********9474 saylı qərarına əsasən 26 may 2022-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək iddiaçı müəssisədə xronometraj müşahidələri keçirilmiş və vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərarı ilə iyun 2022-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində 204.516,47 manat əl avə vergi məbləği hesablanmışdır.

2. İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlayaraq 5 elektron qaimə-faktura əsasında 72.723,60 manat (ƏDV 13.090,25 manat) metal qırıntısı almışdır.

3. İddiaçının xx.xx.2021-ci i tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə (5 elektron qaimə-faktura) aparılan əməliyyatlar cavabdeh tərəfindən riskli hesab olunmuş, elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin vergi ödəyicisi tərəfindən əvəzləşdirilməsi qəbul edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qəra rın ləğv olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən mübahisə predmeti qərarla hesablamaya əsas kimi 2022-ci ilin iyun ayının dövriyyəsi ilə iddiaçıda keçirilmiş sonuncu xronometraj metodu ilə dövriyyə arasında fərqin olması və riskli əməliyyatların aparıldığına görə əvəzləşdirilən ƏDV-nin nəzərə alınmaması göstərilmişdir. 2022-ci ilin iyun ayının ƏDV kameral bəyannaməsinə nəzər yetirildikdə görünür ki, bəyannamənin 301.1-ci sətrinin “təqdim edilmiş” xanasında iddiaçının həmin xanada göstərdiyi 1413915,50 manat məbləğ artırılaraq 3259364,47 manat, “daxil olmuş” xanada isə iddiaçının göstərdiyi 1576357,75 manat artırılaraq 2639836,77 manat göstərilmiş, eyni zamanda bəyannamənin 324-cü sətrinin “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği” ödənilmiş məbləğ xanasında 72723,60 manat (ƏDV isə 13090,25 manat) qeyd edilmişdir. 2022-ci ilin iyun ayı üzrə əlavə hesablama əsasən ƏDV bəyannaməsində “daxil olmuş” dövriyyənin 1063479,02 manat məbləğində artırılması ilə olmuşdur. Halbuki, sözügedən dövriyyənin iddiaçıya daxil olmasını təsdiq edən heç bir sənəd cavabdeh vergi orqanında mövcud deyil. 26 may - 9 iyun 2022-ci il tarixlərdə keçirilmiş və onun nəticəsi olaraq iddiaçının orta günlük dövriyyəsi 169295,72 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh vergi orqanı bu nəticələri götürüb iddiaçıya əlavə vergi hesablasa da, nəzərə almamışdır ki, iddiaçının hər aylıq dövriyyəsinin demək olar ki, yarısı ixrac dövriyyəsi, yəni ƏDV 0% dərəcə ilə bağlı dövriyyə olmuşdur. Həmin dövriyyəyə görə ƏDV 0% d ərəcə ilə olduğu əlavə vergilər hesablana bilməzdi. Xronometraj ümumi gündəlik dövriyyəni, yəni həm ƏDV-li, həm də ƏDV-nin 0% dərəcə ilə dövriyyəsini müəyyən etmiş, lakin kameral vergi hesablama aparılanda qeyd edilən hal nəzərə alınmamışdır. İddiaçı yeni xronometraj ilə bağlı ərizəni yalnız sonuncu xronometrajdan 1 ay sonra verə bilərdi ki, bu da o deməkdir ki, sonuncu xronometraj 9 iyun 2022-ci il tarixində yekunlaşmışdırsa, deməli yeni xronometrajla bağlı ərizə ən tez 9 iyul 2022-ci il tarixdə verilə bilərdi. İyun ayında xronometrajın nəticələrinin passivləşdirilməsi üçün iddiaçının imkanı olmamışdır. İddiaçı 28 iyun 2022-ci il tarixində cavabdeh vergi orqanına müraciət edərək Rusiya-Ukrayna müharibəsinin nəticələri olaraq qiymətlərin aşağı düşməsi səbəbindən istehsalatın dayandırılması və işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə məlumat vermişdir ki, bu hal da bir daha iddiaçının dövriyyəsinin aşağı düşməsini təsdiq edir. Kameral ƏDV bəyannaməsinin 324-ci sətrində daxil edilən 72723,60 manat azaldılan dövriyyə ilə bağlı bildirilir ki, uyğunsuzluq məktubunda və qərarda 10 e-qaimənin riskli olmasına dair məlumat göstərilsə də, həmin e-qaimələrin hər biri iki dəfə təkrarlanmış, ümumilikdə 5 e-qaimə (EBBL 610739, EBBL 611488, EBBL 610783, EBBL 611364, EBBL 610886q) qeyd edilmişdir ki, həmin eqaimələrin ƏDV məbləğlərin ümumi həcmi 13090,25 manat təşkil edir. Ümumiyyətlə, 5 eqaimənin heç 2022-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilən dövriyyə salınmamışdır. Həmin e-qaimələr elə tərtib edilən aylarda ƏDV bəyannaməsinə əvəzləşdirilən dövriyyəyə salınmışd ır ki, vergi orqanı da məhz həmin aylar üzrə kameral keçirərək əlavə vergilər hesablaya bilərdi. Qeyd edilən e-qaimələr 2021-ci ilin oktyabr ayı üzrə iddiaçı tərəfindən təqdim edilən ƏDV bəyannaməsi üzrə əvəzləşdirilən dövriyyəyə daxil edilmiş və əvəzləşdirilmişdir. Lakin cavabdeh vergi orqanı həmin ay üzrə bununla bağlı hər hansı kameral vergi yoxlaması ilə əlavə vergilər hesablamamış və əvəzləşməni ləğv etməmişdir. Hazırda isə cavabdeh həmin e-qaimələr üzrə dövriyyəni iddiaçının ƏDV bəyannaməsi üzrə 324-cü sətrinin “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDVnin bərpa edilən məbləği” ödənilmiş məbləğ xanasına daxil etmiş və iddiaçıya qanunsuz olaraq əlavə ƏDV hesablamışdır ki, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bundan əlavə, riskli hesab edilmiş e-qaimələr "xxxx" MMC tərəfindən 30 oktyabr 2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir. Belə ki, iddiaçı 30 oktyabr 2021-ci il tarixində "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında sonuncudan EBBL 610739, EBBL 611488, EBBL 610783, EBBL 611364 və EBBL 610886 nömrəli elektron qaimə fakturalar əsasında 72723,60 manat (ƏDV-si 13090,25 manat) məbləğində mallar almış və həmin 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim edərkən həmin dövriyyəni ƏDV əvəzləşməsinə daxil etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən “e-taxes.gov.az”dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vas itəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyyatlar apardığı 30 oktyabr 2021-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 noyabr 2021-ci il tarixli **********999700 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahısından çıxarılmamışdır.

6. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, təqdim edilmiş bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstə rilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütununda olan 1413935.50 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (4392812,82 manat) məbləğdən 2978877,32 manat azdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş **********349300 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********349300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kən arlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 204516,47 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********877000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2753/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarı ilə (hakim Həmid Ağalarov) idd ia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərar qismən, yəni 13090,25 manat əlavə vergi məbləğinin hesablanması hissəsində ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 67.1, 67.1.8-ci maddələrini rəhbər tutaraq, vergi orqanının “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 26 may 2022-ci il tarixli, **********9474 saylı qərarına əsasən 26 may - 09 iyun 2022-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrini tətbiq etməklə vergi hesablamışdır.

9. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işs izlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərarın 191.426,22 ((2.639.836,77-1.576.357,75) x 18%) manat əlavə vergi məbləğinin hesablanması hissəsinə münasibətdə qeyd etmişdir ki, qərar həmin hissədə maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, iddiaçıya məxsus obyektdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin xx.xx.2022-ci il tarixli 020249 nömrəli aktla rəsmiləşdirilməklə satış dövriyyəsi 2200844,38 manat olmaqla orta günlük dövriyyənin (ixrac hissəsi ilə birlikdə) 169295,72 manat (2200844,38/13=169295,72) təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının 2022-ci ilin iyun ayı üzrə aylıq dövriyyəsinə əsasən ƏDV məbləği hesablanarkən ixrac dövriyyəsi (0 faiz dərəcə ilə ƏDV) də nəzərə alınmışdır. Həmçinin, vergi ödəyicisinin yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanından tələb etmək hüququ olsa da, yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizə ilə vergi orqanına müraciət etməmişdir. İddiaçının xx.xx.2021-ci i tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə (5 elektron qaimə-faktura) aparılan əməliyyatlar cavabdeh tərəfindən riskli hesab olunmuş, elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin vergi ödəyicisi tərəfindən əvəzləşdirilməsi qəbul edilməmiş və bərpa etmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlayaraq 5 elektron qaim ə-faktura əsasında 72723,60 manat (ƏDV 13090,25 manat) metal qırıntısı almışdır. Göründüyü kimi, hal-hazırda qərarların qanuniliyinin müəyyən edilməsi ilə bağlı yuxarıda adıçəkilən vergi ödəyicilərinin həmin əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olub-olmamasının aydınlaşdırılması zərurəti yaranmışdır. Cavabdeh vergi orqanı xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş qərarın surətindən görünür ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır, bu da 13090,25 manat əlavə vergi məbləğinin hesablanması hissəsində qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir.

10. İddiaçı və cavabdeh qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi, iddiaçı iddianın tam təmin edilməsi, cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Cahangir Yusifov (sədrlik edən və məruzəçi), Pərviz Hüseynov və Şərafət Məmmədova) 2-1(103)331/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarı ilə аpellyаsiyа şikаyətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı və cavabdeh ayrı-ayrılıqda qərardan kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsi, id diaçı iddianın tam təmin edilməsi, cavabdeh iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı yazılı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətlərinə qarşı etirazlar təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

13. Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.81. Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdəl əmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1.1. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; 24.1.2. Vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqları nı və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.... Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə 50-1. Xronometraj metodu ilə müşahidə aparılması 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə b ağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sür dükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.... 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;...

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilər inə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digə r təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəz arəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqa nının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kə sb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.... Maddə

47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir....

20. Azərbaycan Respublikasının İn zibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin ə saslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı həm iddiaçı, həm də cavabdeh vergi orqanı tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şika yətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2022-ci il tarixli “Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” **********9474 nömrəli qərara əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xronometraj metodu ilə müşa hidələrin aparıldığı və nəticələri xx.xx.2022-ci il tarixli 020249 nömrəli aktla rəsmiləşdirilməklə satış dövriyyəsi 2.200.844,38 manat olmaqla orta günlük dövriyyənin (ixrac hissəsi ilə birlikdə) 169.295,72 manat (2.200.844,38/13=169.295,72) təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı günlük və yekun aktların doğruluğunu imzası və möhür ilə təsdiq etmiş və aktların bir nüsxəsini əlavələrlə birlikdə aldığı barədə imza etmiş və öz imzası ilə arayış təqdim etmişdir. Bundan əlavə, iddiaçı “Təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi barədə” və keçirilmiş xronometrajın passivləşdirilməsi barədə vergi orqanına müraciət etməmiş, xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdən 1 aylıq müddətə fəaliyyətini dayandırıldığını bildirmişdir.

28. İddiaçı tərəfindən eyn i dövrlər üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə dövriyyənin və vergi məbləğinin azalmasına əsas veriləcək təsdiqedici sənədlər təqdim ediİməmişdir.

29. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.

30. Buna görə də iddiaçının kassasiya dəlilləri əsassızdır.

31. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarına görə, İddiaçı MMC xx.xx.2021-ci il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlayaraq, 5 elektron qaimə-faktura əsasında 72723,60 manat (ƏDV 13090,25 manat) metal qırıntısı aldığı halda, "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına həmin tarixdən sonra, yəni xx.xx.2021- ci il tarixdə daxil edilmişdir. Yəni, sözügedən beş qaimə üzrə əməliyyatlar "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına daxil edilənə qədər artıq həyata keçirilmiş olmuşdur.

32. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlar la təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və eqaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.

33. Həmçinin analoji faktlara əsaslanan oxşar işlər üzrə məhkəmə təcrübəsinə görə, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetin in 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir.

34. Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəy yən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Belə olan halda, "xxxx" MMC ilə adıçəkilən 5 qaimə üzrə cavabdehin qərarı mübahisələndirilən qərarı ilə iddiaçının üzərinə 13090,25 manat məbləğində ƏDV öhdəliyi qoyulması əsassızdır.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdehin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2 024-cü il tarixli, 21(103)-331/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar