Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1746/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi y anında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxs Göyçay Bələdiyyəsi) qarşı “Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı əsasında iddiaçıya satılmış, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0.0239 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-126/2025 nömrəli 13 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Göyçay Bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 10 saylı qərarı ilə İddiaçı 239.2 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı 239.2 kv.m torpaq sahəsi ayrılmışdır. 3. 20.08.2007-cı il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Göyçay Bələdiyyəsinin hesabına 144 AZN ödəniş edilmişdir.
4. A seriyalı 022385 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı 239.2 kv.m torpaq sahəsi ayrılmışdır, X2 kitabında xx.xx.2007-ci il tarixli 165 nömrə ilə uçota alınmışdır.
5. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən həmin müraciətə xx.xx.2023-cü il tarixli imtina edilmiş və imtina onunla əs aslandırılmışdır ki, Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmışdır, qeydiyyat üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Torpaq sahəsi elektron baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik ərazidə olmaqla ümumi istifadədə olan torpaq sahəsi olması müəyyən edilmişdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsinə əsasən bələdiyyənin ümumi istifadəsində olan torpaqlar alqı-satqı predmeti deyil.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-3559/2024 nömrəli Mütəxəssis rəyinə əlavədən görünür ki, Göyçay rayonu Göyçay bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı Yaxşıxan oğluna fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən **********0046 (blank nömrəsi A 022385) reyestr nömrəli 'Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyən edilən 239 kv.metr torpaq sahəsi və qonşuluğunda yerləşən torpaq sahələri ele ktron baza məlumatlarında təqdim olunan X1 uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla ümumi istifadədə olan torpaqlar olaraq göstərilmişdir. Aparılan əlavə araşdırma zamanı məlum olmuşdur ki, 0.0239 ha torpaq sahəsinin 48.6 kv.metr hissəsi **********83-05101 reyestr nömrəli çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı əsasında iddiaçıya satılmış, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0.0239 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əml akın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yaşadığı mənzilin qarşısında yerləşən, uzun müddət istifadə etdiyi 239.4 m2 torpaq sahəsinin iddiaçıya ayrılması barədə ərizə ilə Göyçay bələdiyyəsinə müraciət etmişdir. Göyçay şəhəri Natəvan küçəsi ilə M.Hüseynzadə küçəsinin kəsişdiyi yerdə, yaşadığı mənzilin qarşısında yerləşən 239,4 m2 torpaq sahəsinin ayrılması barədə Göyçay bələdiyyəsinə verdiyi ərizə ilə əlaqədar səlahiyyətli şəxslərin iştirakı ilə 06 iyul 2007-ci il tarixli torpaq sahəsinin seçilməsinə dair akt tərtib edilərək, imzalanmış və möhürlərlə təsdiq edilmişdir. Göyçay rayonu Göyçay bələdiyyəsinin 05 sentyabr 2007-ci il tarixli 10 saylı iclas protokoluna əsasən ünvan 1 ünvanda yaşadığı ictimai binanın yaxınlığında uzun müddət istifadədə olan 239,2 kv.m torpaq sahəsi mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə dair müvafiq ödəniş edərək, qəbzi bələdiyyəyə təqdim etdikdən sonra, 05 sentyabr 2007-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, yuxarıda qeyd olunan 239,2 kv.m. torpaq sahəsi həyətyanı məqsədi ilə iddiaçıya satılmışdır. Müvafiq sənədləri təqdim etməklə, iddiaçı adına 29 noyabr 2007-cı il tarixdə 165 nömrə ilə uçota alınmış A seriyalı 022385 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. Həmin sənəddən də göründüyü kimi, torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmışdır. Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dö vlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş və həmin ərizə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bütün zəruri sənədləri təqdim etməyinə baxmayaraq, sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından 08 avqust 2023-cu il tarixdə imtina olunmuşdur.
9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2744/2024 nömrəli qərardadı ilə Göyçay Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli 2- 1(116)-493/2024 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, “X1 Uçotu informasiya Sisteminə əsasən iddia olunan torpaq sahəsi, iddiaçıya ayrılan zaman və hazırda dövlət mülk iyyətinə aid ümumi istifadədə olan çoxmərtəbəli yaşayış binalarının torpaq sahəsidir. İş materiallarına əlavə olunan sxemdən də göründüyü kimi, iddia olunan torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının daxilində yerləşən ümumi istifadədə olan torpaq sahəsidir. Göründüyü kimi, iddia olunan torpaq sahəsi ayrıldığı zaman 88 kv.m hissəsi Göyçay bələdiyyəsinin mülkiyyətində olmamışdır. Yəni, bələdiyyə səlahiyyəti olmadığı halda dövlət mülkiyyətində olan torpaq sahəsini iddiaçıya ayırmışdır. Digər tərəfdən bələdiyyə mülkiyyətində olan 151 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaqlara aid olmaqla, ümumi istifadədə olan torpaqlardır. Həmin kateqoriya torpaqların mülkiyyətə verilməsi isə qanunla istisna edilir.
12. İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi, iddia tələb inin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-126/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər: V.Məlikov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və T.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı satılmış Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerl əşən 239 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandımışdır ki, torpaqların alqısatqısına dair aktdan müəyyən olunur ki, İddiaçı tərəfindən Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı əsasında ona satılması nəzərdə tutulmuş 239,2 kv.m torpaq sahəsinin müqabilində bələdiyyənin bank hesabına 144 manat haqq ödəmişdir. İddiaçı tərəfindən bələdiyyənin bank hesabına 144 manat məbləğin ödənilməsi işdə olan Azərbaycan Kapital Bankın Göyçay filialının 8 saylı qəbzi ilə də öz sübutunu tapır. Göründüyü kimi, iddiaçı tərəfindən onun üzərinə düşən vəzifələr yerinə yetirilmiş, yəni, torpaq sahəsinin ayrılmasına dair ərizə ilə bələdiyyəyə müraciət edilmiş və torpaq sahəsinin dəyəri ödənilmişdir. Həmçinin iddiaçının ərizəsi əsasında inzibati orqan tərəfindən qərar verilmiş, alqı-satqı aktı tərtib edilmiş və DTXK-nin Göyçay şöbəsi tərəfindən rəy verilmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirilmiş və bаxış zаmаnı müəyyən edilmişdir ki, Göyçay bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı Yaxşıxan oğluna satılmış 239 kv.m torpaq sahəsi 2 mərtəbəli ümumi yaşayış binasının sol tərəfində yerləşməklə sakinlərin ümumi giriş – çıxışına maneəçilik törətmir.
15. Cavabdeh kassasiya şikayəti v erərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmış, qeydiyyat üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və sözügedən torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Torpaq sahəsi elektron baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik ər azidə olmaqla ümumi istifadədə olan torpaq sahəsi olması müəyyən edilmişdir. Həmçinin xx.xx.2007-ci il tarixli Torpaq sahəsinin seçilməsi Aktında torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədi ilə ayrılması qeyd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə sadalanan bir sıra uyğunsuzluq aşkar edildiyindən 16 saylı Ucar Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir.
17. İddiaçı Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarına əsasən 239,2 kv.m torpaq ayrılarkən həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, alt kateqoriyası çox mərtəbəli binalar, uqodiyası tikinti altında torpaqlar uqodiyalı olmaqla, 88 kv.m hissəsi dövlət mülkiyyətinə, 151 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaqlara aid olmaqla, ümumi istifadədə olan torpaqlar kimi göstər ildiyini qeyd edilmişdir. Deməli, həmin torpaq sahəsinin 88 kv.m. hissəsinə Göyçay bələdiyyəsinin hüququ olmadığına görə ayrıla bilməzdi. Digər tərəfdən isə, həmin torpaq sahəsinin 151 kv.m. bələdiyyə mülkiyyətinə aid torpaqlara aid olmaqla, ümumi istifadədə olan torpaqlar olduğundan mülkiyyətə verilə bilməzdi, belə olan halda isə iddiaçının sözügedən torpaq sahəsinə hüququ dövlət qeydiyyatına alına bilməzdi. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri;...
59. Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi
1. Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə;https://e-qanun.az/framework/46942 fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə və ya icarəsinə;https://eqanun.az/framework/46942 sahibkarlıq fə aliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə. https://e-qanun.az/framework/46942
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərarda dını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 0.0239 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın ona verilməsi ilə bağlıdır.
25. İşin faktiki hallarına əsasən qeyd edilir ki, Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı iclas protokol una əsasən Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqlarının alqı-satqısı qaydaları”na Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına əsasən rayon Torpaq şöbəsinin və baş memarın hazırladıqları sənədə əsasən ünvan 2 ünvanında yaşayan İddiaçı yaşadığı ictimai binanın yaxınlığında uzun müddət istifadəsində olan 239,2 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır.
26. Həmçinin Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 239,2 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına A №022385 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir.
27. İddiaçı yuxarıda adları çəkilən sənədlərinin olmasına istinad edərək onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin sonuncu tərəfindən ona imtina verilmişdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmışdır, qeydiyyat üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Torpaq sahəsi elektron baza məlumatlarına əsasən yoxlanarkən qeyd o lunan torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik ərazidə olmaqla ümumi istifadədə olan torpaq sahəsi olması müəyyən edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.8-ci maddəsinə əsasən bələdiyyənin ümumi istifadəsində olan torpaqlar alqı-satqı predmeti deyil.
28. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, “iş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, İddiaçı tərəfindən Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı əsasında ona satılması nəzərdə tutulmuş 239,2 kv.m torpaq sahəsinin müqabilində bələdiyyənin bank hesabına 144 manat haq q ödənilmişdir. İddiaçı tərəfindən bələdiyyənin bank hesabına 144 manat məbləğin ödənilməsi işdə olan Azərbaycan Kapital Bankın Göyçay filialının 8 saylı qəbzi ilə də öz sübutunu tapır. Göründüyü kimi, iddiaçı tərəfindən onun üzərinə düşən vəzifələr yerinə yetirilmiş, yəni, torpaq sahəsinin ayrılmasına dair ərizə ilə bələdiyyəyə müraciət edilmiş və torpaq sahəsinin dəyəri ödənilmişdir. Həmçinin iddiaçının ərizəsi əsasında inzibati orqan tərəfindən qərar verilmiş, alqı-satqı aktı tərtib edilmiş və DTXK-nin Göyçay şöbəsi tərəfindən rəy verilmişdir. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirilmiş və bаxış zаmаnı müəyyən edilmişdir ki, Göyçay bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı Yaxşıxan oğlu na satılmış 239 kv.m torpaq sahəsi 2 mərtəbəli ümumi yaşayış binasının sol tərəfində yerləşməklə sakinlərin ümumi giriş – çıxışına maneəçilik törətmir”.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işin faktiki və hüquqi hallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Bu səbəbdən kollegiya iş üzrə müəyyən edilmiş hallara və tətbiq edilməli olan maddi hüquq normalarına ayrıca qiymət verilməsini zəruri hesab edir.
30. Belə ki, ilk öncə qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi ayrılanda da çoxmənzilli yaşayış binasına bitişik vəziyyətdə olmuşdur. Bu fakt DTXK-nin Göyçay rayon Şöbəsinin müdiri və Rayonun Baş Memarı tərəfindən tərtib və təsdiq edilmiş sxematik plandakı texniki göstər icilərdən tam aydın görünür.
31. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsindən imtinanın qiymətləndirilməsi zamanı həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olub-olmaması məsələsini də araşdırmalı idi. Lakin iş materiallarından görünür ki, işin bu halı nə faktiki, nə də hüquqi baxımdan lazımi səviyyədə tədqiq edilməmiş, torpaq sahəsinin ümumi istifadəyə xidmət edən torpaq sahəsi olub-olmaması müəyyən edilməmişdir.
32. Kollegiya hesab edir ki, bu məsələ Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsi və 59-cu maddəsinin 1-ci hissəsinin müddəaları nəzərə alınmaqla təhlil edilməli idi.
33. Bundan əlavə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 7.2ci maddəsinə əsasən, ümumi istifadədə olan küçələrin, meyd anların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
34. Bu baxımdan Kollegiya vurğulayır ki, işin təkrar apelyasiya baxışı zamanı iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış torpaq sahə sinin bitişik olduğu çoxmənzilli yaşayış binasının layihəsi əldə olunmalı, həmin layihə əsasında mübahisələndirilən torpaq sahəsinin çoxmənzilli yaşayış binasının və onun sakinlərinin ümumi istifadəsində və yaxud da bələdiyyənin ümumi istifadəsində olan torpaq sahəsi olub-olmaması müəyyən edilməli və yalnız bu hal müəyyən edildikdən sonra sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir.
35. Buna görə də kollegiya bildirir ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunan məsələlərin araşdırılması məqsədilə müvafiq sorğular verilməli, həmin sorğulara cavablar alındıqdan sonra isə obyektiv qərar qəbul edilməlidir.
36. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-126/2025 nömrəli 13 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.