Məhkəmə qərarları › İş №2-1(102)-1750/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1750/2024

28.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1750/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, statistik dəyər (idxal dəyəri) əsasında hesablanmış gəlir vergisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığo rtası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********848600 saylı qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-21/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2022-ci ildə vergi orqanı tərəfindən iddiaçıya münasibətdə kameral vergi yoxlaması keçirilmiş və statistik rəqəmlər (idxal dəyəri) əsas götürülərək iddiaçıya 2021-ci il üçün əlavə 12579,05 manat gəlir vergisi hesablaması barədə xx.xx.2022-ci il tarixli, **********848600 nömrəli qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qar şı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********848600 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun fərdi sahibkarlıq fəaliyyəti ********** saylı VÖEN-ə malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı əsas fəaliyyəti geyim paltarların idxalının, eyni zamanda pərakəndə satışının təşkilindən ibarətdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi İddiaçı fəaliyyətini yoxlamaq üçün kameral vergi yoxlaması keçirtmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, cavabdeh vergi orqanı tərəfindən keçirilmiş kameral vergi yoxlamasının nəticəsi k imi qeyd olunmuşdur ki, uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin 2021-ci il üzrə gömrük məlumatlarına əsasən 384706,1 (ƏDV-siz) manat dəyərində idxalı olduğu halda kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq yaranması vergidən yayınma halı kimi qiymətləndirilmişdir Belə ki, idxal olunmuş malların gömrük dəyəri 384706,1 manat olduğu halda invoys dəyəri 293396,4 manat təşkil etdiyi nəticədə 91309,7 manat gəlir olmaqla 18261,94 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Cavabdeh 2021-ci il üzrə əlavə hesab lanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edərək 12.579,05 (on iki min beş yüz yetmiş doqquz manat, beş qəpik) AZN məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********848600 saylı Qərar qəbul etmişdir. Cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş gömrük bəyannamələrindən müəyyən edilir ki, idxal edilmiş malların invoys dəyəri 293.396,38 (iki yüz doxsan üç min üç yüz doxsan altı, otuz səkkiz) manat təşkil edir. Həmin mallar pərakəndə qaydada nəzarət kassa aparatına mədaxil edilməklə müştərilərə təqdim edilmişdir. Malların satışından ƏDV-siz 317.750,85 manat gəlir əldə edilib. Göründüyü kimi iddiaçı hesabat dövrü ərzində 24.354,46 manat mənfəət əldə etmişdir. Q eyd edilənlər 2021-ci ilin gəlir vergisi bəyannaməsində əks etdirilsə də, cavabdeh vergi orqanı tərəfindən əsassız olaraq heç bir qanuna əsaslanmayan rəqəmlər müəyyən edilərək əlavə vergi hesablanmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, cavabdeh vergi orqanı idxal edilən malların uçotunun invoys (faktiki) dəyərlə aparılmasını tələb edir. Həmin mallar idxal edilərkən gömrük orqanı tərəfindən müəyyən edilən statistik dəyərdən 69.247,09 manat ƏDV tutularaq dövlət büdcəsinə ödənilmişdir. Aydındır ki, ƏDV dövlətə ödənilən vergidir. Onun yığımı ilə həm gömrük, həm də vergi orqanları məşğul olur. Odur ki, ödənilmiş ƏDV-nin iddiaçı tərəfindən tam həcmdə əvəzləşdirilməsi hüququ vardır. Vergi orqanı qanunvericiliyə əsaslanmadan iddiaçıya hesabat ili üzrə əvəzləşdirilən ƏDV-nin hesablana n ƏDV-dən artıq olduğunu kənarlaşma kimi hesab edərək 2021-ci ilin dekabr ayına əlavə vergi hesablamışdır. Artıq əvəzləşdirmə termini heç bir qanunvericilikdə mövcud deyildir. Həm də, nəzərə alınmalıdır ki, iddiaçı yalnız gömrükdə ödədiyi ƏDV-ni əvəzləşdirmişdir, hansı ki, iddiaçının hüququdur. Malların mədaxili isə invoys dəyəri ilə uçota alındığı üçün təbii ki, ticarət əlavəsi həmin dəyərə tətbiq edilmişdir. Vergi və gömrük orqanlarının müxtəlif qaydalarla işlədiyi üçün yaranan problemə görə vergi ödəyicisinə qanunsuz olaraq cavabdeh vergi orqanı tərəfindən 2021-ci ilin dekabr ayı üçün qanunsuz kameral qaydada əlavə vergi məbləği hesablanmışdır. Göründüyü kimi idxal edilən malların invoys dəyəri 293.396,38 (iki yüz doxsan üç min üç yüz doxsan altı, otuz səkkiz) manat təşkil edir. Lakin g ömrük orqanı heç bir sübut olmadan idxal edilən malların gömrük dəyərini 384706,1 (ƏDV-siz) manat müəyyən etmişdir. Hal-hazırda isə cavabdeh vergi orqanı əsassız olaraq müəyyən edilmiş gömrük dəyəri əsasında vergi hesablayır. Bununla bağlı dəfələrlə cavabdeh orqana müraciətlər və şikayətlər olunsa da cavabdeh vergi orqanı buna heç bir məhəl qoymadan öz mövqeyində qalmışdır. Cavabdehin mövqeyi heç bir qanuna əsaslanmayan şəxsi fikirlərdir. Halbuki qanunvericiliyin tələbinə əsasən bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Göründüyü kimi bütün lazımı məlumatları və sənədləri cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi əldə etmədən, qanuna müvafiq araşdırma aparmadan, əsassız və qanunsuz olaraq v ergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq mənfəət vergisi hesablamışdır.

4. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə aparılan araşdırma zamanı vergi orqanında olan uçot baza məlumatlarına əsasən, vergi ödəyicisi İddiaçı 2021-ci il üzrə 384706,1 (ƏDV-siz) manat dəyərində idxal edilmiş malları olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq yaranması vergidənyayınma halı kimi qiymətləndirilmişdir. İdxal olunmuş malların gömrük dəyəri 384706,1 manat olduğu halda invoys dəyəri 2933 96,4 manat təşkil etdiyi, nəticədə 91309,7 manat gəlir olmaqla 18261,94 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır (91309,7*20%=18261,94). Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********344000 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən yaranmış kənarlaşma kameral vergi hesablaması nəticəsində aradan qaldırılmış və həmin hesablama barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********985300 saylı qərar təqdim edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləş miş bəyannamə təqdim edilərək hesablanmış vergi məbləğindən 12579,05 manat azaldıldığı üçün vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********388800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən yaranmış kənarlaşma kameral vergi hesablaması nəticəsində aradan qaldırılmış və həmin hesablama barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********236100 saylı qərar təqdim edilmişdir. Bundan başqa yenidən xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilərək hesablanmış vergi məbləğindən 12579,05 mana t azaldılmış və vergi ödəyicisinə xx.xx.2022-ci **********392100 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən yaranmış kənarlaşma kameral vergi hesablaması nəticəsində aradan qaldırılmış və həmin hesablama barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********848600 saylı qərar təqdim edilmişdir. Göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq (əlaqəli məlumatlardan istifadə etmə klə) vergiləri hesablamaq hüququ vardır. Odur ki, iddiaçı X1 iddia tələbi tam əsassızdır.

5. Şirvan İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

6. Şirvan İnzibati Məhkəməsinin e-2-1(120)-732/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərarı ilə (hakim A.Hüseynova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin iddiaçı X2 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********848600 saylı qərarı ləğv edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, X2 tərəfindən ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfi ndən ƏVD ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Qeyd olunan maddi hüquq normalarından da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Qanunvericilik normalarına əsasən idxal olunan malların mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Həmçinin, qeyd olunmalıdır ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnı z gömrük məqsədləri üçün istifadə olunur. Beləliklə, ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Maddi hüquq normalarında da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Beləliklə, həmin hissədə cavabdehin dəlilləri əsassızdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-21/2024 nömrəli, 23 fevral 2 024-cü il tarixli qərarı ilə (hakimlər: M.Həsənov - sədrlik edən və məruzəçi, S.Həsənov və Z.Allahyarov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, idxal zamanı ƏDV-nin hesablanması ümumiyyətlə vergi orqanlarının səlahiyyətlərinə aid deyildir və məhkəmədə mübahisələndirilən 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2 022-ci il tarixli **********848600 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında qərarında əlavə ƏDV məbləği hesablanmamışdır. Şirvan İnzibati Məhkəməsinin yekun qərarına nəzər yetirdiyimiz zaman iddia predmetindən kənar, hazırki iş ilə əlaqəsi olmayan, cavabdeh orqan tərəfindən hesablanmayan vergi məbləğinə istinad edərək yekun qərar verildiyini görürük. Yuxarıda qeyd edilmiş hallara Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(106)-21/2024 saylı qərarında münasibət bildirməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qərarında həmçinin qeyd edir ki, qanunvericilikdə gəlir vergisinin hesablanması qaydaları müəyyən edilmişdir. Bununla da, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya qanunsuz olaraq əlavə v ergi hesablamışdır. Məhkəmə kollegiyasının qeyd olunan dəlili qeyri-müəyyən olmaqla hüquqi müəyyənlik prinsipinə cavab vermir və barəsində şikayət olunan qərarla bağlı tərəfin şübhə doğurmamaq hüququnu pozur. Belə ki, öncəliklə məhkəmə kollegiyası qanunvericilikdə gəlir vergisinin hesablanması qaydaları ilə vergi orqanı tərəfindən hesablanmış verginin hesablanma əsasları arasında uyğunsuzluğu müəyyən etməmiş, ziddiyyətləri təqdim etməmiş və qanunvericiliyin hansı normalarının pozulmasını konkret göstərməmişdir.

13. Məhkəmə kollegiyası həmçinin dəlil olaraq ifadə edir ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi orqanı ehtimallarla qərar qəbul etməməlidir. Vergi qanunvericiliyinə əsasən vergi ödəyici sinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Gəlir vergisi vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. İddiaçının gəlirləri onun kassa əməliyyatları ilə müəyyən edilir. Maraqlı fakt ondan ibarətdir ki, məhkəmə kollegiyası iş üzrə iddiaçının mühasibat uçotunda istifadə etdiyi metodu bilmədən, gəlirlərin və xərclərin uçotunu dəqiqləşdirmədən sadəcə iddiaçının nəzarət kassa aparatından bir ay ərzində istifadə faktını əsas götürərək kassa metodunu nəzərə çarpmağa səy göstərmiş və bununla da nəzarət kassa aparatı məlumatlarından gəlirin müəyyən edilməsi üçün istifadəni qanunauyğun hesab etmişdir. Halbuki iddiaçı tərəfindən təqdim edilmiş 2021-ci ilin gəlir vergisi bəyannaməs indən də göründüyü kimi iddiaçı hesablama metodundan istifadə etmişdir. Göründüyü kimi məhkəmə kollegiyası işin faktiki hallarından xəbərdar olmadığı üçün yanlış dəlil irəli sürmüş və yanlış nəticə sərgiləmişdir.

14. Məhkəmə kollegiyası qərarında qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə təqdim etdiyi məlumatlardan görünür ki, iddiaçı Çin Xalq Respublikasında fəaliyyət göstərən hüquqi şəxslə bağlanmış müqavilə əsasında müxtəlif adlı mallar idxal etmiş, iddiaçı 2021-ci ilin iyul və avqust aylarında gömrük bəyannamələri təqdim etmiş və malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Həmçinin cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə təqdim etdiyi iddiaçının onlayn kassa əməliyyatları barədə məlumatlardan görünür ki, iddiaçının 202 1-ci ilin iyul və avqust aylarında satış məbləği 374946 manat göstərilmişdir. Öncəliklə bildiririk ki, qeyd olunan dəlilin barəsində şikayət olunan qərarda irəli sürülən məqsədi məlum olmamış, bu dəlil ilə işin hansı hallarının müəyyən edildiyi bəlli olmamış və cavabdeh tərəfindən həyata keçirilən hesablamaların bu dəlil ilə hansı şəkildə təkzib edildiyi müəyyən olunmamışdır. Ümumilikdə isə bildiririk ki, iddiaçının 2021-ci ilin iyul və avqust aylarında satış məbləğinin 374 946 manat olması faktı iddiaçı tərəfindən təqdim edilmiş məlumatlarla olan ziddiyyətləri ilə məhkəmə kollegiyasını işin həqiqi hallarını müəyyən etməyə sövq etməmiş və xidməti vəzifəsinə görə iş üzrə araşdırma aparmalı olan məhkəmə kollegiyası heç bir araşdırma aparmamışdır. Qeyd olunan ziddiyyətlər belə ümumi gəlirin düzgün müəyyən edilməməsində iddiaçının nöqsanlarını biruzə verməkdədir. Belə olan halda məhkəmə kollegiyasının cavabdeh tərəfindən müəyyən edilən hesablamalar üzrə şübhəli mövqeləri birmənalı şəkildə təkzib edilir. Hesab edirik ki, vergidən yayınma halının olub-olmaması üzrə, yəni obyektiv həqiqətin müəyyən edilməsi üzrə məhkəmə kollegiyası araşdırma aparmamış və məhkəmə üçün həqiqət müəyyən edilməmiş qalmışdır. Məhkəmə kollegiyası qərarında dəlil olaraq ifadə edir ki, iddiaçının iri həcmdə idxal etdiyi geyim mallarının qısa müddət ərzində (“Datapay Kassa” markalı, 000024P**********0010027 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatı xx.xx.2021-ci il tarixdə quraşdırılıb və xx.xx.2021-ci il tarixdə isə qeydiyyatdan çıxarılıb) pərakəndə satış qaydasında tam olaraq (qalıq qalmadan) təqdi m edilməsi, geyim malların pərakəndə ticarət qaydasında satışı zamanı ticarət əlavəsinin 50 faiz və daha çox olmasına baxmayaraq fərdi sahibkar tərəfindən malların dəyərinə 10 faiz ticarət əlavəsi tətbiq edilməklə reallaşdırılmasında qanunauyğunluq müəyyən olunmur. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd olunan dəlillərlə bağlı bildiririk ki, vergilər hesablanarkən Vergi Məcəlləsinin 162-ci maddəsinə əsasən idxal dəyəri əsas götürül müşdür ki, qeyd olunan idxal dəyəri də gömrük məlumatlarına, yəni rəsmi idxal məlumatlarına söykənmişdir. Beləliklə bildiririk ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları(o cümlədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və vergilərin hesablanması üçün əsas olan sübutlar) nəzərə almamış, qiymətləndirməmiş, özünün mötəbər hesab etdiyi sübutları işin materiallarında olan digər sübutlarla tam və hərtərəfli araşdırmamış və qiymətləndirməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə

95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Maddə 96.1. rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Maddə 97.1. rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Maddə 130.1. vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uç ot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.3. bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparı rlar. 131. kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. 132. vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görül məsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. 139.3. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas göt ürməklə qiymətləndirə bilər. 139.4. Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir. Maddə

143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlird ən çıxılır.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilm əlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şi kayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmad ığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instan siyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi il ə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinə uyğun olaraq idxal olunmuş malların faktiki (invoys) dəyərinə deyil, gömrük orqanları tərəfindən müəyyən olunan statistik dəyəri əsas götürməklə iddiaçıya gəlir vergisi hesablamışdır.

26. Halbuki, oxşar mübahisələr üzrə cavabdehin qərarlarından verilmiş inzibati şikayətlərə dair yuxarı vergi orqanının formalaşdırdığı inzibati praktikaya əsasən, cavabdehin tabe olduğu yuxarı orqan bu cür hesablamalara dair qərarları ləğv etmişdir. Buna baxm ayaraq, cavabdeh tərəfindən həmin inzibati praktika nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinə əməl olunmamış və həmin tələblərə zidd olaraq qərar qəbul olunmuşdur.

27. Hazırkı mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçı Çin Xalq Respublikasında fəaliyyət göstərən hüquqi şəxslə müqavilə bağlayaraq invoys dəyəri 293396,38 manat olan müxtəlif adlı mallar idxal etmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük rüsumu və əlavə dəyər vergisi hesablanarkən idxal edilmiş malların invoys dəyəri (yəni alqı-satqı dəyəri) əsas götürülməyərək 384706,1 manat idxal dəyəri müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, idxal dəyəri ilə razılaşmasa da, idxal etdiyi malların vaxtında satışını həyata keçirməsi üçün Gömrük İdarəsinin müəyyən etdiyi idxal dəyərini mü bahisələndirməmişdir. İddiaçı idxal edilmiş mallara ticarət əlavəsi tətbiq edərək təsərrüfat subyektində kassa əməliyyatları vasitəsi ilə satışını həyata keçirmişdir. 2022-ci ildə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmişdir. Vergi orqanı elektron qaydada iddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin onlayn kassa əməliyyatlarını gördüyü halda gəlir vergisinin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək 2021-ci il üçün əlavə 12579,05 manat gəlir vergisi hesablamışdır. Lakin qanunvericilikdə gəlir vergisinin hesablanması qaydaları müəyyən edilmişdir. Bununla da, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya qanunsuz olaraq əlavə vergi hesablamışdır.

28. Məhkəmə kollegiyası kassasiya şikayəti nin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qa nuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-21/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar