Məhkəmə qərarları › İş №2-1(102)-1754/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1754/2023

27.10.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1754/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-1754/2023) (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) 27.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-44/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxara q aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə göndərdyi sənədlərdən görürnür ki, ünvan 3 saylı fərdi yaşayış evi 179,3 kv.m torpaq sahəsində yerləşən “A” yaşayış sahəsi 56,8 kv.m olan 2 yaşayış otağı, 17,7 kv.m mətbəx, 20,8 kv.m yarımzirzəmidən, “B” tikilisi 9,6 kv.m hamamdan ibarət olmaqla 1 saylı notariat kontorunun xx.xx.1996-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış və xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Mülkün arxiv işində qeydiyyat vəsiqəsinin surəti aşkar edilməmişdir.

2. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti və 3-cü şəxs Gəncə şəhər Nizami Bələdiyyəsinə qarşı “c avabdeh tərəfindən qanunsuz olaraq dağıdılmış mənzilin əvəzinə onunla eyni keyfiyyətdə, eyni ölçüdə və uyğun ərazidə yeni mənzilin verilməsi və ya bazar qiymətlərinə uyğun kompensasiyanın, habelə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinin giriş hissəsində cavabdeh tərəfindən qanunsuz olaraq dağıdılmış məznilin əvəzinə onunla eyni keyfiyyətdə, eyni ölçüdə və uyğun ərazidə yeni mənzilin verilməsi və ya bazar qiymətlərinə uyğun kompensasiyanın, habelə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbini bildirsə də, iddia ərizəsinin həticə hissəsində fərdi yaşayış evinin əvvəlki və ziyyətə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair bildiriş göndərilərək iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması, iddia tələbinin dəqiqləşdirilməsi və ziddiyyətin aradan qaldırılması təklif olunmuş, lakin iddiaçı tərəfindən iddianın dəqiqləşdirilməsi barədə göstərişə əməl edilməmişdir.

3. Gəncə şəhər İcra Hakimiyyətinin iddiaçıya ünvanlandığı N-4-152 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda müraciət baxılmamış saxlanılır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17660 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanda yerləşən İddiaçı adına mart 1996-cı il tarixdə tərtib olunmuş texniki pasportda göstərilən 3 saylı tikilinin qarşısında 2,2x4,3 m. ölçüdə olan hissəsi, 4 saylı tikili, hamam, ayaqyolu və evin qarşısında olan hasar tamamilə söküldüyü müəyyən olunmuşdur. Tədqiq olunan fərdi yaşayış evi yerində mövcud olmadığından, yəni tamamilə söküldüyündən evin konstruktiv elementlərini, evin tikintisində istifadə olunmuş materialların növünü, həcmini, həyətyanı sahədə olan tikililərin dəqiq ölçülərini, sahəsini, təmirliliyini və digər texniki xüsusiyyətlərini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də fərdi yaşayış evinin sökülməsi nəticəsində tikinti üzrə dəymiş ziyanın məbləğini dəqiqliklə m üəyyən etmək mümkün deyildir.

5. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ünvan 3 saylı fərdi yaşayış evinin söküntüsünün qanunsuz hesab edilməklə ona dəymiş maddi zərərə görə 100.000 manat, mənəvi zərərə görə 30.000 manat ödənilməsini xahiş etmişdir. 6. "xxxx" MMC-nin ƏEM/İ 91-647/21 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, ünvan 3 ünvanında yerləşmiş və sökülmüş - 2,2x4,3 m. ölçüdə olan hissəsi, 4 saylı tikili, hamam, ayaqyolu və evin qarşısında olan hasarın (sökülən hissənin bazar qiyməti) 2012-ci il tarixə real bazar dəyəri 52 000 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə və Gəncə İnzibati Məhkə məsinə eyni tələb üzrə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin qanunsuz olaraq, məhkəmə qərarı olmadan zorakılıqla sökülməsinin, söküntü ilə evdəki əşyaların məhv edilməsi və iddiaçının öz mənzilindən istifadə edə bilməməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 100.000 manat, mənəvi zərərə görə 30.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4253/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadı ilə 2-1(114)-350/2022 və 21(114)-1424/2022 nömrəli işlər bir icraatda birləşdirilmişdir. iddiaçının əsaslandırması:

9. İdd iaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 382-18a saylı, 9412 (reyestr kitabı) nömrəli Qeydiyyat Vəsiqəsi əsasında ünvan 4 ünvanındakı əmlak üzərində mülkiyyət hüququna malikdir. İddiaçı bu evi 1996-cı ildə almış və ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. Ev kürsülü ev olmuş, sahəsi 180 kv.metr olmuşdur. Onun 6 nəfər ailə üzvü, 3 övladı var və o, ailə üzvləri ilə birlikdə göstərilən ünvanda 2012-ci ilin yazına - fərdi yaşayış evinin Gəncə şəhərində Nizami küçəsində hava limanına gedən yolun genişləndirilməsi məqsədi ilə sökülməsinə qədər yaşamışdır. İddiaçıya məxsus olan ev məhkəmə qərarı olmadan, kompensasiya ödənilmədən hava limanına gedən yolun genişləndirilməsi məqsədi ilə sökülmüşdür. İddiaçı dəfələrlə Gəncə Ş əhər İcra hakimiyyətinə müraciət etsə də, ona kompensasiya ödənilməmiş və iddiaçı indiyə qədər ailəsi ilə birlikdə kirayədə qalmağa məcbur olmuşdur. 2012-ci ilin aprel ayında iddiaçının tanımadığı şəxslər heç bir sənəd təqdim etmədən evə daxil olaraq iddiaçıya və onun ailə üzvlərinə bildirmişlər ki, axşam saat 8-dək evin sökülməsinə razılıq versinlər. Onlar qeyd etmişlər ki, mülkiyyətçi istəsə də, istəməsə də ev söküləcəkdir. Bunun əvəzində iddiaçıya şəhərdən kənarda 4 sot torpaq sahəsi təklif etmişlər. Növbəti gün həmin şəxslər yenidən iddiaçının evinə gələrək evin sənədini ondan tələb etmiş, həmin şəxslər iddiaçıya özlərini təqdim etməmiş, iddiaçı ilə kobud formada danışmışlar. Növbəti gün iddiaçının həyat yoldaşı icra başçısının qəbuluna getsə də, İcra hakimiyyətinin əməkdaşları icra ba şçısı ilə onun görüşməsinə kömək etməyib və evin sökülməsi qarşılığında onlara təklif olunan torpaq sahəsi ilə razılaşmağı tövsiyyə ediblər.

10. Bundan sonra Gəncə şəhər Nizami küçəsindəki söküntülər Gəncə şəhərinin baş planına uyğun olaraq şəhərin Nizami küçəsinin mərkəzdən keçən hissəsindən hava limanına qədər olan yolun iki tərəfli olması üçün aparılıb. Bu barədə mətbuatda müxtəlif məlumatlar verilmişdir. İddiaçının yaşadığı ünvan 6 ünvanında yerləşən binanın ətrafında yaşayış binaları dağıdılmış, bina söküntüsü sakinlərin orada yaşamasına baxmayaraq davam etdirilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri hər gün iddiaçını narahat etmiş, evdə yaşayış olmasına baxmayaraq onların mənzilini dağıtmağa cəhd etmişlər. Söküntü aparan şəxslər binanın istilik, elektrik və qaz sistemin ə qəsdən müdaxilə edərək vətəndaşların mənzil şəraitini pisləşdirərək onların öz mənzillərindən çıxmasına süni şərait yaratmaları nəticəsində fərdi yaşayış evi zorla sökülmüş və iddiaçı ailəsi ilə birlikdə məcburiyyət qarşısında qalaraq evi tərk etməli olmuşdur. Evin əhəmiyyətli hissəsi yolun genişləndirilməsi məqsədi ilə zəbt edilmiş, evin həyətində olan hamam və tualet, o cümlədən evin eyvanı tamamilə sökülmüş və evin önünə divar hörülmüşdür. Nəticədə evə əhəmiyyətli də zərər dəymiş, ev yaşamaq üçün yararsız hala düşmüşdür. Onun evinin söküntüsü məhkəmə qərarı olmadan aparılmış və ona Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən kompensasiya verilməmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək ona məxsus olan fərdi yaşayış evinin söküntünün qanunsuz hesab edilməsini, ona dəyən madd i zərərə görə 100.000 (bir yüz min) manat, mənəvi zərərə görə 30.000 manatın ödənilməsini xahiş etmişdir. İndiyədək həmin ərizəyə cavab verilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Cavabdeh orqan isə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı qərar və ya sərəncam qəbul edilmədiyini bildirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-350/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim U.H.Osmanov) iddia qismən təmin edilmiş, 52.000 (əlli iki min) manat məbləğində maddi ziyan, 1.000 (min) manat məbləğində mənəvi ziyan, cəmi 53.000 (əlli üç min) manat cava bdeh Gəncə Şəhər İcra Hakimiyyətindən dövlət büdcəsi hesabına tutularaq İddiaçı xeyrinə ödənilmiş, tələb qalan hissədə rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki işdə ərizəçinin mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Cavabdeh ərizəçinin şikayətlərinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmişlər. Yuxarıda qeyd olunan əsaslara görə məhkəmə bu nəticəyə gəlmişdir ki, hazırki işdə müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyata keçirilməmişdir. İddiaçı öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur.

14. Məhkəmə "xxxx" MMC-nin rəyinə istinad edərək sökülən hissələrin 2012-ci il tarixə real bazar dəyərinin 52.000,0 (əlli iki min) manat təşkil etməsininin müəyyən edildiyin görə hesab etmişdir ki, fərdi yaşayış evinin qismən sökülməsinə görə iddiaçıya ekspert rəyində göstərilən 52.000 manat, mənəvi zərərə görə iddiaçıya 1.000 manat ödənilməlidir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-44/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər A.V.İsgəndərova - sədrlik edən və məruzəçi, İ.T.Həsənov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi bir inci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq müəyyən etmişdir ki, tələb üzrə mübahisə predmeti olan əmlakın iddiaçıya məxsus olması və sökülməsi işin mübahisəsiz halıdır. iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın hazırki vəziyyətinin sökülmüş tikili olması, onun bütövlüyünün pozulması sübut olunmuşdur və qeyd olunan dövrlər üzrə söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması işin mübahisəsiz halıdır.

18. Bununla yanaşı apellyasiya kollegiyası qeyd edir ki, iddiaçının qanuni sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin olduğu yerdən keçən avtomobil yolunun genişlənməsi hər hansı fərdin maraqlarına xidmət etməməmiş və fiziki şəxsin mülkiyyətində olmamışdır. Kompleks dövlətin mülkiyyətindədir və tikintisinə dair birbaşa nəzarət və digər məsələlər yerli ic ra hakimiyyətinin səlahiyyətinə aid edilmişdir. 19. “Avtomobil Yolları” Dövlət Agentliyinin ********** nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanında avtomobil yolunun genişləndirilməsi işləri onlar tərəfindən həyata keçirilməmişdir.

20. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləc ə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.

21. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulamışdır ki, iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.

22. Məhkəmə kollegiyası vurğulamışdır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompens asiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.

23. Vurulmuş ziyanın müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinə qiymətləndirilmə ilə bağlı mütəxəssis təyin edilmiş, lakin rəy verilməsində imtina olunmuşdur (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 08 fevral 2023-cü il tarixli, 321-3-33/2-1092/2023 nömrəli məktubu). Bundan başqa, məhkəmə tərəfindən notariat kontorlarına da müvafiq sorğular göndərilmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, fərdi yaşayış evinin qismən sökülməsinə görə iddiaçıya mütəxəssis rəyində göstərilən (alınma dövrü üzrə) 52.000 manat maddi, 1.000 manat mənəvi ziyan ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

26. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati orqan, yəni Gəncə Şəhər İcra Hakimiyyətinin hər hansı qanunsuz hərəkətindən söz gedə bilməz, çünki vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır.

27. B irinci və apellyasiya instansiya məhkəmələri qərarlarında dəfələrlə vətəndaşa məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarına istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçün alındığını nə cavabdeh tərəf, nə də ki iddiaçı tərəf qeyd etməmişdir.

28. Hesab edir ki, əvvəlki instansiya məhkəmələri işi tam və hərtərəfli araşdırmamış, işə yalnız iddiaçının təqdim etdiyi sənədlərə və dediyi sözlərə istinadən baxaraq qərar qəbul etmişdir. Belə olan halda cavabdeh qismində Gəncə Şəhər İcra Hakimiyyətinin cəlb edilməsi və kompensasiyanın Gəncə Şəhər İcra Hakimiyyətindən tələb edilməsi qanunauyğun hesab edilə bilməz, hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud deyildir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 21.1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu x ərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün al ınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 32. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasi ya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.

33. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mü bahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazım i qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilmə si üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

39. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

41. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan evin bir hissəsi Gəncə hava limanına gedən avtomobil yolunun genişləndirilməsi işləri çərçivəsində sökülmüşdür.

42. Azərbaycan Respublikas ı Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının və zifəsi kimi təsdiq edilmişdir.

43. Gəncə şəhəri ərazisində mərkəzi yollardan birinin genişləndirilməsi işinin həmin ərazinin yerli icra hakimiyyətinin məlumatı və xəbəri olmadan həyata keçirilməsi ağlabatan deyildir və məhkəmə hesab edir ki, cavabdehin bu faktı inkar etməsi məsuliyyətdən yayınmaq məqsədi daşıyır.

44. Məhkəmələr tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna istinad edilməsinin düzgün olmadığı barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, istər dövlət ehtiyacları üçün, istərsə abadlıq yenidənqurma işlərinin aparılması üçün şəxsə qabaqcadan kompensasiya ödənilmədən, bu barədə məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilməsi, əmlakının sökülməsi qanunsuz hərəkətdir. Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1- ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.

45. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-44/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar