Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1769/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; ümumi iş stajının yetərsizliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 12 fevral tarixli, 2-1(103)-283/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilən AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən 41-43-cü səhifələrdə xx.xx.1984-xx.xx.1986-cı il tarixlə ri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradıb. Bundan başqa, 41-ci səhifədə əmək kitabçanın xx.xx.1998-ci il tarixində açıldığı göstərilsə də, “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsi”nin 31 avqust 2023-cü il tarixli 3-18215/2-R-401-37/23 nömrəli arayışda “Şirvan” adına kolxozun idarə binasında xx.xx.1998ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının tamamilə yanaraq məhv olduğu qeyd olunub. Eyni zamanda, Kürdəmir Rayon Dövlət arxivinin ona dair 28 iyul 2023-cü il tarixli 3-48-25/2-/21/2023 nömrəli arayışında həmin dövrə dair sənədl ərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunub. Göstərilən səbəblərdən də həmin dövrü iş stajına daxil etmək mümkün olmadığından, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (18 il 10 ay 10 gün (xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021ci il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesab lanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. Əmək fəaliyyətinə doğulduğu Kürdəmir rayonunun “Şirvan” kolxozunda başlamışdır. xx.xx.1984-cü il tarixdə “Şirvan" kolxozunun fermasında gecə gözətçisi vəzifəsinə qəbul olunmuş və xx.xx.1986-cı il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir (2 il 1 ay 24 gün). xx.xx.1986-cı il tarixdə Bakı Neft Texnikumunun əyani şöbəsinə daxil olmuşdur. Hərbi xidmətə çağırıldığı üçün təhsil müəssisəsi akademik məzuniyyət verməklə xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasında SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir (2 il). xx.xx.1989-cu il tarixdə yenidən təhsilini davam etdirmiş və xx.xx.1991-ci il tarixdə texn ikumu bitirmişdir (2 il 4 ay 8 gün). xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində işləmişdir (13 il 01 ay 03 gün). xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək 3 saylı Neft və qazçıxarma sexinin neft və qazçıxarma üzrə usta vəzifəsində işləmişdir (01 il 05 ay 00 gün). Beləliklə, onun xx.xx.2006-cı il tarixə qədər güzəştli şərtlərlə iş stajı 14 il 06 ay 03 gün, ümumi iş stajı isə 21 il 04 gündür. Cavabdeh tərəfindən iddiaçının “Şirvan” kolxozunda işlədiyi illər mübahisələndirilmişdir. Belə ki, cavabdeh qeyd edir ki, xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə yazılışında qarışıq olaraq kiril və latın hərflərindən istifadə olunması mürəkkəbin rəngi və sözlərin yazılı şının eyni olması və sözügedən səhifələrdə sözlərin orada olan məlumatları həqiqiliyinə əsaslı şübhə yaradıb. Bununla bağlı iddiaçı qeyd etmişdir ki, xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövrlərdə o, orta məktəbin 9-10-cu sinfində təhsil almaqla bərabər ailə vəziyyəti ilə əlaqədar gecələr də kolxozun fermasında gecə gözətçisi işləmişdir. Bakı Neft Texnikumuna imtahan verdiyi zaman işdən çıxmışdır. xx.xx.1986-cı il tarixdə texnikuma qəbul olmuş, sonra həqiqi hərbi xidmətə çağırılmış, qayıtdıqdan sonra təhsilini davam etdirmiş və məktəbi bitirdikdən sonra xx.xx.1991-ci il tarixdən 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda da “Neft Daşları”nda işləyir. İddiaçı kolxozdan işdən çıxdıqda ona əmək kitabçası açılm amış və onun bu barədə məlumatı da olmamışdır. Ona məxsus əmək kitabçası “Şirvan” kolxozunun idarə binası yandıqdan sonra açılmışdır. Belə ki, kolxozun idarə binası yanan zaman artıq kolxoz ləğv olunmuşdur. Şirvan kolxozunun adı belə kəndin üzərindən götürülmüş, kənd özünün əvvəlki Muradxan kəndi adı saxlanılmışdır. Kolxozun yerində isə “Muradxan birgə təsərrüfatı” yaradılmışdır. Həmin təsərrüfatın sədri isə X3r. Şirin Şirinov həmin təsərrüfatı yaradanda kolxozun əsasında yaratmış və kolxoza dair müvafiq sənədləri seyfində saxlamışdır. Hansı ki, kolxozun ümumi yığıncağının qərarlarının, əmr kitablarının və yazılmış və yazılmamış əmək kitabçasının bir qismi seyfdə saxlanılmışdır. Yanğından sonra kolxozda işləyən əmək kitabçasını almayan şəxslər Şirinov Şirinə müraciət etmişlər. O da kimin ə mək kitabçasında əvvəlcədən qeydiyyat aparılıbsa, onun əmək kitabçasını həmin şəxslərə vermiş, kimin əmək kitabçasında qeydiyyat aparılmayıbsa, kolxozun keçərli sənədlərində adı varsa, onlara yeni əmək kitabçasında qeydiyyat apararaq həmin şəxslərə təqdim etmişdir. Ona də əmək kitabçasını mərhum atası X1 müraciət edərək almışdır. Ona görə də cavabdehin irad tutduğu kimi, xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə yazılışında qarışıq olaraq kiril və latın hərflərindən istifadə olunması mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması zəruri şəraitdən yaranmışdır. Dövlətimiz artıq kiril əlifbasından latın əlifbasına keçdiyi üçün həmin dövrün orta yaşlı adamları üçün bu gözlənilən bir hal idi. İnsanların latın qrafikasına tam keçməsi bir xeyli zaman almışdır. Cav abdehin “Bundan başqa, 41 səhifədə əmək kitabçasının xx.xx.1998-ci il tarixdə açıldığı göstərilsə də, “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-401-37/23 nömrəli arayışda “Şirvan” adına kolxozun binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının yanaraq tamamilə məhv olduğu qeyd olunub. Eyni zamanda Kürdəmir Rayon Dövlət arxivinin ona dair 28 iyul 2023-cü il tarixli 3-48-25/2-21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunub” kimi iradı ilə bağlı iddiaçı bildirmişdir ki, o, əmək kitabçasını son dövrlərdə əldə etmiş olsaydı, elə əmək kitabçasının açılma tarixini yanğından əvvəlki tarixə qeyd etdirərdi və bu gün də bu problem yaranmazdı. 2006 -cı il yanvarın 1-dək 21 il 03 gün ümumi və 14 il 06 ay 03 gün xüsusi iş stajı qazandığı üçün iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdir.
4. Cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə dair yazılı etiraz imtina məktubu ilə eyni məzmunda əsaslandırılmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 25 aprel tarixli, 2-1(112)-4281/2024 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına görə iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə - xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 20 (iyirmi) ildən çox olmuşdur, iddiaçı həmin müddətin 10 ildən çox hissəsini neft və qaz hasilatı üzrə operator işləmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - neft və qaz hasilatı üzrə operator peşəsində xx.xx.2006-cı ilə qədər 10 ildən çox işləməsi və həmin müddətə qədər də 20 ildən çox əmək stajının olması əmək kitabçaları, “Azneft” İB-nin güzəştli staj barədə arayışları, məhkəməyə ünvanlanmış məktubu ilə təsdiq edilir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsinin əsas səbəbi iddiaçının əmək kitabçasının 41-43-cü səhifələrdə xx.x x.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələrin yaratması ilə bağlı olmuşdur. Məhkəmə araşdırması nəticəsində gəldiyi qənaətə görə, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının, onda olan məlumatların həqiqətə uyğun olmamasını sübut edə bilməmişdir.
7. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 12 fevral tarixli, 2-1(103)-283/2025 nömrəli qərarı ilə (hakimlər A.P.O ruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 25 aprel tarixli, 2-1(112)-4281/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi və inzibati məhkəmə araşdırmasının gedişində tədqiq olunan sübutlar - əmək kitabçası, Muradxan Kəndi “Muradxan birgə təsərrüfatı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 137 nömrəli arayış, X2 notarial qaydasında təsdiq olunmuş ərizəsi və şahid ifadələri, müvafiq pensiya işi materialları məcmu şəkildə iddiaçının həqiqətən də xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Şirvan kolxozunda işləməsi faktını təsdiq edir. Odur ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən ümumi sığorta stajına daxil edilməlidir.
10. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayətində imtina məktubu və etiraz ərizəsində göstərdiyi dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, əmək kitabçası seyfdə olduğu üçün seyfi xilas edə bilmələri barədə X2 ifad əsi həqiqəti əks etdirmir. Belə ki, kolxozun idarə binasında xx.xx.1998-ci ildə 05:00 radələrində yanğın hadisəsi baş verdiyi aşkar olunmuşdur. İddiaçının əmək kitabçasının 41-ci səhifədəki qeydlərinə əsasən isə əmək kitabçası xx.xx.1998-ci il tarixdə tərtib olunmuşdur. Beləliklə, iddiaçının əmək kitabçası yanğının baş verməsindən sonra tərtib olunmuşdur. Yanğın hadisəsi zamanı bütün arxiv sənədləri məhv olduğu aydın olduğundan əmək kitabçasının hansı sənədlər əsasında tərtib olunduğu məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Ka ssasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏH KƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayət təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi rədd edilməlidir. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.
17. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, cavabdeh orqan tərəfindən iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və tələb olunan xüsusi iş stajının mövcudluğu mübahisələndirilməmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina verilməsi üçün əsas, onun ümumi iş stajı ilə əlaqədar olmuşdur. Cavabdeh orqanın dəlilləri ondan ibarətdir ki, iddiaçıya məxsus əmək kitabçasının 41-43-cü səhifələrində xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmışdır. Bundan başqa, 41-ci səhifədə əmək kitabçanın xx.xx.1998-ci il tarixində açıldığı göstərilsə də, “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsi”nin 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-401-37/23 nömrəli arayışda “Şirvan” adına kolxozun idarə binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının tamamilə yanaraq məhv olduğu, eyni zamanda, Kürdəmir Rayon Dövlət arxivinin iddiaçıya dair 28 iyul 2023-cü il tarixli 3-48-25/2-/21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Beləliklə, cavabdeh iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Şirvan kolxozunda işlədiyi dövrü onun ümumi iş stajına aid etməyərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina vermişdir.
18. Aşağı instansiya məhkəmələri tərəfindən isə iddiaçının işlədiyi və cavabdeh tərəfindən mübahisələndirilən həmin dövrlərə dair təqdim edilmiş sübutlar mötəbər hesab edilərək iddia tələbi təmin olunmuşdur.
19. Məhkəmə kollegiyası, aşağı instansiya məhkəmələri tərəfindən iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilmədiyini hesab edərək aşağıda qeyd olunan əsaslara görə onların mövqeyi ilə razılaşmır.
20. Belə ki, iş üzrə iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Şirvan kolxozunda işlədiyi dövrə dair birbaşa sübut olan kolxozçunun üzvlük kitabçası mövcud olmadığından həmin dövr üzrə dolayı sübutlar (əmək kitabçası, şahid ifadələri, arayış) üzərindən dəyərləndirmənin aparılması məqsədəuyğundur. Dolayı sübutlar əsasında mübahisələndirilən halla bağlı mötəbər nəticəyə gələ bilmək üçün isə bir neçə şərtin birgə ödənilməsi tələb olunur. Əvvəla, həmin hal bir deyil, bir neçə dolayı sübutla t əsdiq olunmalıdır. Bundan başqa, həmin dolayı sübutlar mübahisə predmetinə aid olmaqla bir-birini tamamlamalı, eləcə də sözügedən dolayı sübutlar fakt barədə yekun mötəbər nəticə çıxarmağa imkan verməlidir.
21. Kollegiya tərəfindən şahid ifadələrinin iş üzrə mötəbər sübut qismində tanınması ilə əlaqədar hər hansı əks arqument müəyyən edilməsə də, digər sübutlara dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. İlkin olaraq, məhkəmələrin də əsas götürdüyü və iş materiallarında olan xx.xx.1996-cı ildə “Muradxan birgə təsərrüfatı”nın sədri Şirinov Şirin tərəfindən imzalanaraq möhürlənmiş xx.xx.1996-cı il tarixli 137 nömrəli arayışda, iddiaçının xx.xx.1984-cü il tarixli 14 nömrəli protokol əsasında xx.xx.1984-cü il tarixli 17 nömrəli əmrlə Kürdəmir rayonu Şirvan kolxozunun fermasında ge cə qarovulçusu vəzifəsinə qəbul edildiyi, xx.xx.1986-cı il tarixli 15 nömrəli protokol əsasında xx.xx.1986-cı il tarixli 19 nömrəli əmrlə öz ərizəsi ilə işdən azad edildiyi göstərilmişdir. Lakin nəzərə almaq zəruridir ki, “Muradxan birgə təsərrüfatı”nın hansı səlahiyyətlər əsasında həmin arayışı təqdim etdiyi, sözügedən müəssisənin, həqiqətən də, iddiaçının çalışdığı Şirvan kolxozunun hüquqi varisi olduğu, kolxoza aid sənədlərin həmin müəssisədə saxlanıldığı faktı iş üzrə öz təsdiqini tapmır. Belə olan halda, arayışdakı məlumatların mötəbərliyi ciddi şübhə doğurur. İddiaçı tərəfindən bu halla bağlı ağlabatan və inandırıcı dəlillər təqdim olunmamışdır. Bu isə sözügedən dolayı sübutun mötəbərliyini ortadan qaldırır. Eyni yanaşmanı iş materiallarında mövcud olan əmək kitabçasına, həm də X2 no tarial qaydasında təsdiq olunmuş ərizəsinə münasibətdə də tətbiq etmək zəruridir.
23. Əmək kitabçası ilə bağlı isə kollegiya əlavə olaraq qeyd edir ki, “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsi”nin 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-40137/23 nömrəli arayışında “Şirvan” adına kolxozun idarə binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi və yanğın nəticəsində idarə binasının tamamilə yanaraq məhv olduğu göstərilmişdir. İddiaçıya məxsus əmək kitabçasında isə onun xx.xx.1998-ci il tarixində açıldığı qeyd edilib. Eyni zamanda mübahisələndirilən dövrə dair qeydlərdə iddiaçının xx.xx.1984-cü il tarixdə “Şirvan” kolxozuna işə qəbulunu təsdiq edən şəxs olaraq kolxozun sədri, xx.xx.1986-cı il tarixdə işdən azad edilməsini təsdiq edən şəxs kimi “Muradxan birgə təsərrüfatı ”nın sədri göstərilmişdir. Bütün bu göstərilənlər iddiaçının həmin dövrlərdə, həqiqətən, sözügedən kolxozda işləməsi faktını ciddi surətdə şübhə altına alır, işdəki dolayı sübutların mötəbərliyini qəbul etməyə əsas vermir.
24. Belə olan halda isə iddiaçının tələb olunan ümumi iş stajı tamamlanmadığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə iddia tələbi təmin edilə bilməz.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 12 fevral ta rixli, 2-1(103)-283/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin olunmasın. Qərar qətidir.