Məhkəmə qərarları › İş №2-1(102)-177/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-177/2024

19.01.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-177/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; malların statistik idxal dəyəri əsasında hesablanmış gəlir vergisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci i l tarixli, **********146300 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-237/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********46300 saylı qərarına əsasən, iddiaçıya 2021-ci ilin hesabat dövrü üzrə 31.552,96 manat məbləğində əlavə “gəlir vergisi” hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə rək «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********146300 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun fərdi sahibkarlıq fəaliyyəti ********** saylı VÖEN-ə malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçının əsas fəaliyyəti müxtəlif növ malların idxalının, eyni zamanda pərakəndə satışının təşkilindən ibarətdir. Cavabdeh iddiaçının fəaliyyətini yoxlamaq üçün kameral vergi yoxlaması keçirtmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, cavabdeh tərəfindən keçirilmiş kameral vergi yoxlamasının nəticəsi kimi qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə aparılan araşdırma z amanı vergi orqanında olan uçot baza məlumatlarına kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı tərəfinizdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə 359.087,22 (ƏDV-siz) manat dəyərində mal idxal edildiyi halda, malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq yaranması vergidən yayınma halı müəyyən edilmişdir. Belə ki, idxal olunmuş malların gömrük dəyəri 359.087,22 manat olduğu halda invoys dəyəri 161.787,7 manat təşkil etdiyindən nəticədə 197.299.52 manat gəlir olmaqla 39.459,90 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır. Cavabdeh 2021-ci il üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edərək 31.552,96 AZN məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-c i il tarixli **********146300 saylı Qərar qəbul etmişdir.

4. Cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş gömrük bəyannamələrindən müəyyən edilir ki, idxal edilmiş malların invoys dəyəri 161.787,74 manat təşkil edir. Həmin mallar pərakəndə qaydada nəzarət kassa aparatına mədaxil edilməklə müştərilərə təqdim edilmişdir. Malların satışından ƏDV-siz 201.322,40 manat gəlir əldə edilib. Göründüyü kimi iddiaçı hesabat dövrü ərzində 39.534,66 manat mənfəət əldə etmişdir.

5. Qeyd edilənlər 2021-ci ilin gəlir vergisi bəyannaməsində əks etdirilsə də, cavabdeh vergi orqanı tərəfindən əsassız olaraq heç bir qanuna əsaslanmayan rəqəmlər müəyyən edilərək əlavə vergi hesablanmışdır.

6. Cavabdeh vergi orqanı idxal edilən malların uçotunun invoys (fakti ki) dəyərlə aparılmasını tələb edir. Həmin mallar idxal edilərkən gömrük orqanı tərəfindən müəyyən edilən statistik dəyərdən 64.635,70 manat ƏDV tutularaq dövlət büdcəsinə ödənilmişdir. Aydındır ki, ƏDV dövlətə ödənilən vergidir. Onun yığımı ilə həm gömrük, həm də vergi orqanları məşğul olur. Odur ki, ödənilmiş ƏDV-nin iddiaçı tərəfindən tam həcmdə əvəzləşdirilməsi hüququ vardır. Vergi orqanı qanunvericiliyə əsaslanmadan iddiaçıya hesabat ili üzrə əvəzləşdirilən ƏDV-nin hesablanan ƏDV-dən artıq olduğunu kənarlaşma kimi hesab edərək 2021-ci ilin dekabr ayına əlavə vergi hesablamışdır.

7. Nəzərə alınmalıdır ki, iddiaçı yalnız gömrükdə ödədiyi ƏDV-ni əvəzləşdirmişdir, hansı ki, iddiaçının hüququdur. Malların mədaxili isə invoys dəyəri ilə uçota alındığı üçün təbii ki, ticarət əlavəsi həmin də yərə tətbiq edilmişdir. Vergi və gömrük orqanlarının müxtəlif qaydalarla işlədiyi üçün yaranan problemə görə vergi ödəyicisinə qanunsuz olaraq cavabdeh vergi orqanı tərəfindən 2021-ci ilin dekabr ayı üçün qanunsuz kameral qaydada əlavə vergi məbləği hesablanmışdır.

8. Göründüyü kimi, idxal edilən malların invoys dəyəri 161.787,74 manat təşkil edir. Lakin gömrük orqanı heç bir sübut olmadan idxal edilən malların gömrük dəyərini 359.087,22 (ƏDV-siz) manat müəyyən etmişdir. Hal-hazırda isə cavabdeh vergi orqanı əsassız olaraq müəyyən edilmiş gömrük dəyəri əsasında vergi hesablayır. Bununla bağlı cavabdeh orqana müraciətlər və şikayətlər olunsa da cavabdeh vergi orqanı buna heç bir məhəl qoymadan öz mövqeyində qalmışdır.

9. Cavabdehin mövqeyi heç bir qanuna əsaslanmayan şəxsi fikirlərdir. Halb uki, qanunvericiliyin tələbinə əsasən bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə vergi orqanında olan uçot baza məlumatlarına əsasən kameral vergi yoxlaması ilə araşdırma aparılmışdır. Araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə 359.087,22 (ƏDV-siz) manat dəyərində mal idxal edildiyi halda, malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq yaranması vergidən yayınma halı kimi müəyyən edilmişdir. İdxal olunmuş malların gömrük dəyəri 359.087,22 manat olduğu halda, invoys dəyəri 161.787,7 manat təşkil etdiyindən nəticədə 197.299,52 manat gəlir olmaqla 39.459,90 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır (197.299,52*20%=39.459,90). Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********978700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən yaranmış kənarlaşma kameral vergi hesablaması nəticəsində aradan qaldırılmış və həmin hesablama barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********985300 saylı Qərar təqdim edilmişdir.

11. Eyni zamanda, vergi ödəyicisi tər əfindən xx.xx.2022-ci il tarixdə dəqiqləşmiş bəyannamə təqdim edilərək hesablanmış 31.552,96 manat vergi məbləği azaldıldığı üçün, xx.xx.2022-ci il tarixli **********375800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən yaranmış kənarlaşma kameral vergi hesablaması nəticəsində aradan qaldırılmış və həmin hesablama barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********146300 saylı Qərar təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2133/2022 saylı q ərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

13. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(120)-730/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsində tərtib edilmiş **********146300 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Mövcud praktikaya uyğun olaraq vergi orqanları mallarını invoys dəyəri ilə uçota alan vergi ödəyicilərinə kameral vergi yoxlaması çərçivəsində uyğunsuzluq məktubları göndərərək malların gömrük dəyəri ilə uçota alınmasını tələb edir, əks halda isə vergi ödəyici lərinə buna müvafiq olaraq əlavə vergi məbləği hesablayırlar.

15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır.

16. Qanunvericilik normalarına əsasən idxal olunan malların mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yük lənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

17. Həmçinin, qeyd olunmalıdır ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

18. Beləliklə, ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən vergi hesablamışdır.

19. İnzibati orqanın xx.xx.2022-ci il tarixli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması bar ədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir.

20. Cavab deh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

21. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-237/2023 nömrəli qərardadı ilə Dövlət Gömrük Komitəsinin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2133/2022 nömrəli qərardadı ləğv edilmişdir.

22. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-237/2023 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-730/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.

24. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin və ona əlavənin dəlilləri

26. Şikayətin dəlillərinin əsasını iddia ya qarşı etirazda göstərilənlər təşkil edir.

27. Bundan başqa, şikayətdə qeyd olunur ki, Vergi Məcəlləsinin 95, 96.1, 97.1, 130 və 162.1-ci maddələrinin tələbləri pozulmuşdur.

28. Məhkəmə kollegiyası qərarında dəlil olaraq qeyd etmişdir ki, vergi orqanı elektron qaydada iddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin onlayn kassa əməliyyatlarını gördüyü halda, gəlir vergisinin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək 2021-ci il üçün əlavə 31.552,96 manat gəlir vergisi hesablamışdır. Lakin qanunvericilikdə gəlir vergisinin hesablanması qaydaları müəyyən edilmişdir. Bununla da, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya qanunsuz olaraq əlavə vergi hesablamışdır.

29. Qeyd olunan dəlillərlə bağlı bildirili r ki, uçot baza məlumatlarının, bəyannamə göstəricilərinin və qarşılıqlı əlaqələrin təhlilinə əsasən vergi ödəyicisinin fəaliyyəti üzrə vergidən yayınma risklərinin olduğu, gəlir və xərclərinin uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmadığı müəyyən edilmişdir. Belə ki, uçot-baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkar tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında ümumi sahəsi 20 m2 olan, “Mağaza” adlı təsərrüfat subyektinin vergi orqanında qeydiyyata qoyulduğu, xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0010016 zavod nömrəli nəzarət kassa aparatının qeydiyyata qoyulduğu, xx.xx.2021-ci il tarixdə nəzarət kassa aparatının qeydiyyatdan çıxarıldığı, xx.xx.2021-ci il tarixdə fəaliyyətinin xx.xx.2026-cı ilədək dayandırıldığı və xx.xx.2021-ci il tarixdə isə təsərrüfat subyektinin (obyektinin) ləğv olunduğu müəyyən edilmişdir.

30. Fərdi sahibkarın iri partiya ilə idxal etdiyi müxtəlif çeşidli malların bir ay ərzində (xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0010016 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatının quraşdırılıb, xx.xx.2021-ci il tarixdə isə qeydiyyatdan çıxarılıb) Bakı şəhəri, ünvan 2 ünvanında, malların tam (qalıq qalmadan) təqdim edilməsində, habelə rentabelli satış həyata keçirildiyi halda fəaliyyətinin dərhal, xx.xx.2021-ci il tarixdən beş illik müddətə dayandırılmasında qanunauyğunluq müəyyən olunmur.

31. Qeyd olunan hal vergi ödəyicisi tərəfindən real gəlirlərinin gizlədilməsi, müvəqqəti olaraq qısa müddətə adına nəzarət kassa aparatı qeydiyyata salınmaqla azaldılmış gə lirlərinin rəsmiləşdirilməsi, Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələbləri pozulmaqla malların çeşidlər üzrə adlarının nəzarət kassa aparatına mədaxil edilməməsi (çeklərdə malın adının əks etdirilməməsi) yolu ilə vergidən yayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədi olmasını şərtləndirir.

32. Şirvan İnzibati Məhkəməsi 07.3.2021-ci il tarixli, e-2-1(120)-730/2023 saylı qərarının əsaslandırma hissəsində vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün Qanunvericilikdə hər hansı hüquqi əsas mövcud olmadığını, mövcud praktikaya uyğun olaraq vergi orqanlarının mallarını invoys dəyəri ilə uçota alan vergi ödəyicilərinə kameral vergi yoxlaması çərçivəsində uyğunsuzluq məktubları göndərərək malların gömrük dəyəri ilə uçota alınmasını tələb etdi yini, əks halda isə vergi ödəyicilərinə buna müvafiq olaraq əlavə vergi məbləği hesabladığını qeyd etmişdir. Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Əlavə olaraq nəzərə alınması zəruridir ki, Vergi Məcəlləsinin 177.4-cü maddəsinə əsasən vergi tutulan idxal üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyqun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada gömrük orqanları tərəfindən hesablanır, alınır və 1 bank günü ərzində dövlət büdcəsinə ödənilir. Məhkəmənin qərarında qeyd etdiyi kim i gömrük dəyərinə əsasən vergini 5 saylı Ərazi Vergilər İdarəsi hesablamamışdır və hazırkı iş üzrə mübahisələndirilən 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********146300 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında qərarında ƏDV məbləği hesablanmamışdır. Şirvan İnzibati Məhkəməsi qərarının əsaslandırma hissəsində iddiaçı tərəfindən mübahisələndirilməyən və cavabdeh tərəfindən hesablanmayan ƏDV məbləğinə əsaslandırma verilməsinə baxmayaraq Şirvan Apellyasiya Məhkəməsi 5 saylı Ərazi Vergilər İdarəsinin apelyasiya şikayətində göstərilən hallara münasibət bildirməmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-1(120)-730/2023 saylı qərarını dəyişdirmədən saxlamışdır.

33. Şirvan İnzibati Məhkəməsi xx.xx.202 1-ci il tarixli, e-2-1(120)-730/2023 saylı qərarının əsaslandırma hissəsində məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏVD ödənildiyi, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil həmin malın gömrük dəyərinə əsasən ƏDV hesabladığını müəyyən etdiyini və qeyd olunan maddi hüquq normalarından da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamasını qeyd etmişdir. Nəzərə alınması vacibdir ki, idxal zamanı ƏDV-nin hesablanması ümumiyyətlə vergi orqanlarının səlahiyyətlərinə aid deyildir və məhkəmədə mübahisələndirilən cavabdehin xx.xx.2022-ci il tarixli **********146300 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında qərarında əlavə ƏDV məbləği hesablanmamışdır. Şirvan İnzibati Məhkəməsinin yekun qərarına nəzər yetirdiyimiz zaman iddia predmetindən kənar, hazırki iş ilə əlaqəsi olmayan, cavabdeh orqan tərəfindən hesablanmayan vergi məbləğinə istinad edərək yekun qərar verildiyini görürük.

34. Yuxarıda qeyd edilmiş hallara Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1(106)-237/2023 saylı qərarında münasibət bildirməmişdir.

35. Digər tərəfdən, məhkəmə kollegiyası qərarında, həmçinin qeyd edir ki, qanunvericilikdə gəlir vergisinin hesablanması qaydaları müəyyən edilmişdir. Bununla da, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya qanunsuz olaraq əlavə vergi hesablamışdır.

36. Məhkəmə kollegiyasının qeyd olunan dəlili qeyri-müəyyən olmaqla hüquqi müəyyənlik prinsipinə cavab vermir və barəsində şikayət olunan qərarla bağlı tərəfin şübhə doğurmamaq hüququnu pozur. Belə ki, öncəliklə məhkəmə kollegiyası qanunvericilikdə gəlir vergisinin hesablanması qaydaları ilə vergi orqanı tərəfindən hesablanmış verginin hesablanma əsasları arasında uyğunsuzluğu müəyyən etməmiş, ziddiyyətləri təqdim etməmiş və qanunvericiliyin hansı normalarının pozulmasını konkret göstərməmişdir. Yəni, məhkəmə kollegiyası tərəfindən guya müəyyən olunan işin faktiki hallarına tətbiq edilməli maddi hüquq normaları müəyyən edilməmişdir.

37. Məhkəmə kollegiyası həmçinin dəlil olaraq ifadə edir ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi or qanı ehtimallarla qərar qəbul etməməlidir. Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Gəlir vergisi vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. İddiaçının gəlirləri onun kassa əməliyyatları ilə müəyyən edilir.

38. Maraqlı fakt ondan ibarətdir ki, məhkəmə kollegiyası iş üzrə iddiaçının mühasibat uçotunda istifadə etdiyi metodu bilmədən, gəlirlərin və xərclərin uçotunu dəqiqləşdirmədən sadəcə iddiaçının nəzarət kassa aparatından bir ay ərzində istifadə faktını əsas götürərək kassa metodunu nəzərə çarpmağa səy göstərmiş və bununla da nəzarət kassa aparatı məlumatlarından gəlirin müəyyən edilməsi üçün istifadəni qanunauyğun hesa b etmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş 2021-ci ilin gəlir vergisi bəyannaməsindən də göründüyü kimi iddiaçı hesablama metodundan istifadə etmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası işin faktiki hallarından xəbərdar olmadığı üçün yanlış dəlil irəli sürmüş və yanlış nəticə sərgiləmişdir.

39. Vergi Məcəlləsinin 139.1, 139.2, 139.3 və 139.4-cü maddələrinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını iş üzrə tətbiq etməsinə baxmayaraq həmin normaları işin hansı faktiki hallarına tətbiq etdiyini müəyyən edə bilməmiş və tətbiqi əsaslarını əsaslandıra bilməmişdir.

40. İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 69.4, 87.8-ci maddələrinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normalarını iş üzrə tətbiq etməsinə baxm ayaraq həmin normaları işin hansı faktiki hallarına tətbiq etdiyini müəyyən edə bilməmiş və tətbiqi əsaslarını əsaslandıra bilməmişdir.

41. Məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, işdə olan Dövlət Gömrük Komitəsinin məhkəməyə təqdim etdiyi məlumatlardan görünür ki, iddiaçı Çin Xalq Respublikasında fəaliyyət göstərən hüquqi şəxslə bağlanmış müqavilə əsasında müxtəlif adlı mallar idxal etmiş, iddiaçı 2021-ci ilin iyul və avqust aylarında gömrük bəyannamələri təqdim etmiş və malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Həmçinin cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə təqdim etdiyi iddiaçının onlayn kassa əməliyyatları barədə məlumatlardan görünür ki, iddiaçının 2021-ci ilin iyul və avqust aylarında satış məbləği 236.915 manat göstərilmişdir.

42. Qeyd olunan də lilin barəsində şikayət olunan qərarda irəli sürülən məqsədi məlum olmamış, bu dəlil ilə işin hansı hallarının müəyyən edildiyi bəlli olmamış və cavabdeh tərəfindən həyata keçirilən hesablamaların bu dəlil ilə hansı şəkildə təkzib edildiyi müəyyən olunmamışdır.

43. İddiaçının 2021-ci ilin iyul və avqust aylarında satış məbləğinin 236.915 manat olması faktı iddiaçı tərəfindən təqdim edilmiş məlumatlarla olan ziddiyyətləri ilə məhkəmə kollegiyasını işin həqiqi hallarını müəyyən etməyə sövq etməmiş və xidməti vəzifəsinə görə iş üzrə araşdırma aparmalı olan məhkəmə kollegiyası heç bir araşdırma aparmamışdır. Belə ki, iddiaçının 2021-ci ilin iyul və avqust ayları üzrə müəyyən edilən satış məbləği olan 236.915 manat məbləğ ilə iddiaçı tərəfindən 2021ci ilin gəlir vergisi üzrə təqdim edilmiş bəya nnamə məlumatlarına əsasən müəyyən edilmiş ümumi gəlir olan 201.322,40 manat arasında ziddiyyət mövcuddur. Qeyd olunan ziddiyyətlər belə ümumi gəlirin düzgün müəyyən edilməməsində iddiaçının nöqsanlarını büruzə verməkdədir.

44. Vergidən yayınma halının olub-olmaması üzrə, yəni obyektiv həqiqətin müəyyən edilməsi üzrə məhkəmə kollegiyası araşdırma aparmamış və məhkəmə üçün həqiqət müəyyən edilməmiş qalmışdır.

45. Məhkəmə kollegiyası qərarında dəlil olaraq ifadə etmişdir ki, cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçının fərdi sahibkarlıq fəaliyyətini xx.xx.2021-ci il tarixdə dayandırdığını qeyd edərək iddiaçının mübahisəli dövrdə idxal etdiyi çox sayda müxtəlif çeşidli malların bir ay ərzində qalıq qalmadan tam təqdim edilməsində qanunauyğunluğun olmadığı göstərilmişdir. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd etmişdir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

46. Cavabdeh qeyd olunan dəlillərlə bağlı bildirir ki, vergilər hesablanarkən Vergi Məcəlləsinin 162-ci maddəsinə əsasən idxal dəyəri əsas götürülmüşdür ki, qeyd olunan idxal dəyəri də gömrük məlumatlarına, yəni rəsmi idxal məlumatlarına söykənmişdir.

47. Beləliklə, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları (o cümlədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və vergilərin hesablanması üçün əsas olan sübutlar) nəzərə almamış, qiymətləndirməmiş, özünün mötəbər hesab etdiyi sübutları işin materiallarında olan digər sübutlarla tam və hərtərəfli araşdırmamış və qiymətləndirməmişdir.

48. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələbi pozulmuşdur. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.

49. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətində qeyd etdiyi aşağıdakı dəlillərə münasibət bildirilməmişdir: - Malların idxal dəyərinin 359.087,22 manat olduğu halda invoys dəyərinin 161.787,7 manat olması ilə əlaqədar yaranmış kənarlaşmaya dair dəlilinə; - Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri o lan təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsinə dair dəlilinə; -xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0010016 zavod nömrəli nəzarət kassa aparatının qeydiyyata qoyulduğu, xx.xx.2021-ci il tarixdə nəzarət kassa aparatının qeydiyyatdan çıxarıldığı, xx.xx.2021-ci il tarixdə fəaliyyətinin xx.xx.2026-cı ilədək dayandırıldığı və xx.xx.2021-ci il tarixdə isə təsərrüfat subyektinin (obyektinin) ləğv olunduğuna dair dəlilinə.

50. Beləliklə yuxarıda qeyd olunanlar birmənalı şəkildə barəsində şikayət olunan qərarın ləğv edilməsi üçün ciddi əsaslardır. b. kassasiya şikayətinə etirazın dəlilləri

51. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

52. Etirazın dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

53. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində din lənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

54. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... 2 4.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyici si vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.... Maddə

95. Vergi ödəyiciləri Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.... Maddə

96. Vergitutma obyekti 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.... Maddə

97. Gəl ir 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.... Maddə

134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə

135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. Maddə

136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı 136.1. Vergi ödəyicisi vergi uçot unun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeydşərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3. Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. 55. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraql arın tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin a ktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

56. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

57. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

58. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

59. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

60. Cavabdeh təsdiq edir ki, ara şdırma zamanı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə statistik dəyərlə 359.087,22 (ƏDVsiz) manat dəyərində mal idxal edildiyi halda, malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq yaranması vergidən yayınma halı kimi müəyyən edilmişdir. İdxal olunmuş malların gömrük dəyəri 359.087,22 manat olduğu halda, invoys dəyəri 161.787,7 manat təşkil etdiyindən nəticədə 197.299,52 manat gəlir olmaqla 39.459,90 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır (197.299,52*20%=39.459,90).

61. Göründüyü kimi, 2021-ci ilin vergi dövrü üzrə təqdim edilmiş bəyannamədə göstəriləndən əlavə vergi məbləğinin hesablanmasının əsası kimi həmin hesabat ilində vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etmiş iddiaçının Azərbaycan Re spublikasının hüdudlarından kənarda müqavilə üzrə aldığı malların faktiki (invoys) dəyəri ilə onların statistik qiymətləri arasında yaranmış fərq məbləğinin iddiaçının artıq faktiki olaraq əldə etdiyi gəliri kimi qiymətləndirilməsi çıxış edir. İddiaçıya da məhz həmin fərq məbləği üzrə (iddiaçının özünün bəyannamədə hesabladığı gəlir vergisinin məbləği çıxılmaqla) əlavə “gəlir vergisi” hesablanmışdır.

62. Başqa sözlə, idxal olunmuş mallar gömrük orqanı tərəfindən dövriyyəyə buraxıldıqdan sonra həmin malların hüquqi taleyi (satışı və s.) və onun nəticələri, iddiaçının özünün bəyannamədə hesabladığı vergi məbləğinin vergi orqanı tərəfindən hesablanmış verginin məbləğindən çıxılması istisna edilməklə, - mübahisələndirilən qərarın qəbul edilməsi əsaslarına təsir etməmişdir.

63. İddiaçı haqlı ol araq qeyd edir ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

64. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsaslı hesab edir. Belə ki, “fərdi sahibkar X1 şikayəti üzrə” Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməsi haqqında” **********325800 №-li, xx.xx.2021-ci il tarixli qərarında yuxarı vergi orqanı (şikayət instansiyası) təsdiq etmişdir ki, Azərbaycan Respublikasına mallar idxal olunarkən gömrük orqanları tərəfindən malların dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

65. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh iddiaçıda mal qalığının olmadığını müəyyən etməklə yanaşı, iddiaçı tərəfindən invoysla əhatə olunan mallarda n əlavə mal idxal və təqdim olunduğunu sübut edə bilməmiş, bunu mübahisələndirilən qərarında əsaslandırmamış, idxal zamanı gömrük orqanı tərəfindən müəyyən edilmiş malların statistik dəyəri ilə onların faktiki dəyəri arasındakı fərqi, - bunun üçün əsaslar olmadığı halda, - iddiaçının gəliri kimi nəzərə almaqla iddiaçının 2021-ci il hesabat dövrü üzrə gəlir vergisinin 39459,90 manat olduğu qənaətinə gəlmiş, iddiaçı tərəfindən bəyannamə ilə hesablanmış 7906,94 manat çıxılmaqla 31552,96 manat əlavə vergi hesablamışdır. 66. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1-ci maddə). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2-ci maddə).

67. Həmin Qanunun 13-cü maddəsinin müddəalarına görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1-ci maddə). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2-ci maddə).

68. Hazırkı işdə həmin normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmamışdır.

69. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri iddianın əsaslılığı ilə bağlı nəticəyə təsir etmir və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. Belə ki, həmin dəlillər, əsasən idxal olunmuş mallar gömrük orqanı tərəfindən dövriyyəyə buraxıldıqdan sonra baş vermiş faktlarla bağlıdır ki, həmin faktlara mübahisələndirilən inzibati aktın qəbulunun əsası kimi deyil, iddiaya etirazın və məhkəmə qərarlarından verilmiş şikayətlərin əsası kimi istinad edilmişdir.

70. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya əlavə vergi məbləğinin hesablanmasının əsası kimi malların faktiki (invoys) dəyəri ilə (161.787,7 manat) onların statistik qiymətləri (359.087,22 manat) arasında yaranmış fərq (359.087,22161.787,7= 197.299,52) məbləğinin iddiaçının artıq faktiki olaraq əldə etdiyi gəliri kimi qiymətləndirilməsi çıxış etmiş, vergi də məhz həmin məbləğə hesablanmışdır (197.299,52*20%=39.459,90). Bu səbəbdən də, mallar gömr ük orqanı tərəfindən dövriyyəyə buraxıldıqdan sonra həmin malların hüquqi taleyi (satışı və s.) və onun nəticələri mübahisələndirilən qərarın qəbul edilməsi əsaslarına təsir etməmiş, vergi orqanı yalnız iddiaçının özü tərəfindən hesablanmış vergi məbləğini inzibati aktla hesablanmış verginin yekun məbləğində nəzərə almışdır.

71. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

72. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-237/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar