Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1770/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cəzanın çəkilməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilmə ilə bağlı müvafiq tədbirlər görülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “X3 cəza çəkməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-107/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində xx.xx.1984-cü il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş və barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli arayış tərtib edilmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin mə ktubuna görə, xx.xx.1984-cü il təvəllüdlü Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan X1 Vilayəti Vidnovsk Şəhər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 30 M.3 His.; 228.1 M.4 HİS. “T” Bən.; RF CM maddələri ilə xx.xx.2021-ci il tarixdə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “X3 cəza çəkməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi ilə müvafiq tədbirlər görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9732/2023 nömrəli qərardad ı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
5. Daha sonra İddiaçı cavabdeh orqanı dəqiqləşdirərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətini göstərmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2275/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu - X2 Federasiyası Moskva vilayətinin Vidnovsk şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 h4-cü maddəsinə əsasən (narkotik vasitələrin qanunsuz dövriyyəsi) 10 il müddətinə azadlıqdan məhrum edilmişdir və hazırda cəzasını Lipetsk vilayətində yerləşən 6 saylı islah müəssisəsində çəkir. İddiaçı, oğlu X9 Tahirova ilə rəsmi nikaha daxil olmasını, xx.xx.2007-ci il təvəllüdlü Tahir Tahirli, xx.xx.2009-cu il təvəllüdlü Səma Tahirli, xx.xx.2014-cü il təvəllüdlü Xanım Tahirli, xx.xx.2018-ci il təvəllüdlü Cəlal Tahirov adlı 4 azyaşlı övladının olmasını, özünün və Roman Tahirovun digər ailə üzvlərinin Azərbaycan Respublikasının ərazisində yaşamasını, X10 Federasiyasının ərazisində cəza çəkdiyi üçün onunla görüşə bilmədiklərini, övladlarının da artıq uzun müddətdir ki, atası Tahir Romanovla görüşə bilmədiklərindən onların mənəvi cəhətdən bir çox məhrumiyyətlərlə üzləşdiklərini bildirərək Roman Tahirovun cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. B una görə də hazırkı inzibati mübahisə yaranmışdır.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2275/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim V.Musayev) İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “X3 cəza çəkməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədə uyğun olması barədə rəyi müvafiq cavab məktubları əsasında hazırlayır. Nəzərə alınmalıdır ki, iş materiallarında olan məhkum R.Tahirov barəsində təqdim olunmuş məlumatlarda o, mənf i xarakterizə edilmiş, cəza çəkdiyi müddətdə barəsində 2 dəfə tənbeh tədbirləri tətbiq edilməsi, geyim qaydalarını pozması, tərbiyəvi xarakterli tədbirlərdə iştirakdan yayınması, psixoloji yardım tədbirlərində iştirak etməməsi, özünü cəzanın çəkilmə qaydalarına əməl etməyən məhkum kimi tanıtması öz əksini tapmışdır. Odur ki, məhkəmə məhkum R.Tahirov barəsində təqdim olunmuş məlumatları, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş cavab məktubu ilə kompleks şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş cavab məktubunu nəzərə alaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuş, bütövlükdə aparılan inzibati icraat qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-107/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, G.Cavadova və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 3.3.1-ci bəndinin tələblərindən də göründüyü kimi, məhkum olunmuş şəxslərin məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın l-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurubvurmayacağı məsələsinə münasibət bildirməsi üçün sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qurumlara göndərir. X12 Nazirliyinə yalnız ictimai qaydaya münasibətdə rəy verilməsi üçün deyil, məhkum barədə müfəssəl məlumatlar alınması üçün sorğu verilir. Eyni zamanda həmin ictimai münasibətlər barədə DİN-nin rəyi Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin konkret dairəsinə aiddir. Bununla da məlum olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəza nın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın tələbləri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. X5 azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikasında yerləşən cəzaçəkmə müəssisələrində çəkməsi hər hansı ictimai qaydanı pozmayacaqdır.
15. Əgər ictimai Qaydanın pozulması ilə bağlı xüsusən əsas götürüb Şəki Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşsaq onda belə basa düşünməliyik ki, Roman Tahirov cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasına sələ bilməz. Azərbaycan Respublikası Öz vətəndaşından imtina edəcəkdir?!
16. Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin 81-ci maddəsinin tələblərindən də göründüyü kimi məhkumların qısamüddətli və uzunmüddətli görüş hüquqları vardır. Məhkumlara uzunmüdd ətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Xüsusilə qeyd etməliyəm ki, məhkumların bu hüququ qeyd-şərtsiz tanınır və hər hansı şərtlə məhdudlaşdırılmır.
17. Lakin hazırda Roman Tahirov bu hüquqlarını həyata keçirə bilmir. Şəxsin azadlıqdan məhrum edilməsi onu islah etmək məqsədi daşıyır. Azərbaycan Respublikasında bu funksiyanı yerinə yetirən cavabdeh qurum da Roman Tahirovun islah olmasında maraqlı olmalı, onun bir sıra hüquqlarını təmin etməyə çalışmalıdır. Ailə üzvlərindən uzaqda azadlıqdan məhrumetmə cəzası çəkən bir şəxsin islah olunması qeyri-mümkündür.
18. Xüsusilə qeyd edir ki, iddianın təmin olunmayacağı təqdirdə Roman Tahirov cəz asını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasına qayıdacaq. Heç şübhəsiz ki, o tam islah olmadığı üçün Azərbaycan Respublikasının ərazisində də cinayət törədə bilər. Belə olan halda ictimai qaydalar və ictimai təhlükəsizliyin təmin edilməməsi ehtimalı daha çoxdur. Lakin iddia tələbimiz təmin edilərsə. Roman Tahirovun islah olunaraq yenidən sosial həyata müsbət mənada qayıtması ehtimalı çoxdur.
19. Buna görə də, islahetmə funksiyasını həyata keçirən cavabdeh orqan Azərbaycan Respublikasının vətəndaşı olan Roman Tahirovun cəza çəkmək üçün ölkəmizə gətirilməsini təmin etməlidir. Çünki bu tək Roman Tahirovun hüquqlarım deyil, ictimai qaydalar və ictimai təhlükəsizliyi gələcəkdə daha güclü təmin etməyə xidmət göstərir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017- ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydalar”ı: 2.1. Beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. 2.2. Məhkumun verilməsi barədə müraciət yazılı formada tərtib olunur və məhkumun adı, soyadı, atasının adı, doğulduğu yer və tarix, cəza çəkdiyi yerin dəqiq ünvanı, ərizəçi məhkumun yaxın qohumu olduqda qohumluq dərəcəsi barədə məlumatları əks etdi rir. 3.1. Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. 3.2. Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar xidmətə göndərilir. 3.3. Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbu l edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, tə hlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. 3.4. İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. 3.5. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundam ental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, iş in faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı tələblə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-107/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.