Məhkəmə qərarları › İş №2-1(102)-1773/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1773/2019

15.05.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1773/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Nəvaid Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı 19.06.2017-ci ildən dövlət qulluğuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi və keçmi ş dövr üçün təyin edilmiş, lakin ödənilməmiş əmək pensiyasının hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-167/2019 saylı iş üzrə 21.02.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Göyçay şəhərində anadan olmuş və hazırda həmin şəhərdə yaşayır. O, 01.01.2015-ci ildən stenokardiyanın digər formaları xəstəliyi xroniki hal aldığı üçün 12.04.2016-cı ildən Göyçay Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Xəstəliyə görə 06.03.2017-ci il və 14.06.2017-ci il tarixlərdə müraciət etmiş, Göyçay rayon Mərkəzi Xəstəxanasında 07.02.2017-ci ildən 28.02.2017-ci ilədək stasionar müalicə, 14.06.2017-ci ildə isə həkim və laborator müayinələri almış və Tibbi-Sosial Ekspert Komissiyasının 0276003AAFJU nömrəli göndərişi tərtib edilərək 16.06.2017-ci ildə “Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə" daxil edilmişdir. Bundan sonra 21.06.2017-ci ildə əlilliyin qiymətləndirilməsi əvəzinə 03.07.2017-ci ildə qiymətləndirilərək təyinat aparılmışdır. İddiaçı 19.06.2017-ci ildən dövlət qulluğuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün təyin edilmiş, lakin ödənilməmiş əmək pensiyasının hesablanaraq birdəfəyə ödənilməsini cavabdehdən xahiş etmiş, lakin sonuncu 14.11.2017-ci il tarixli 525/03-2 485 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 01.05.2017-ci il tarixli 1352 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 10.03.2017-ci il tarixli 543-VQD saylı Qanunun 20-ci maddəsinə əsasən əlilliyə görə dövlət qulluğu kimi əmək pensiyasını təyin etmək qanunamüvafiq deyil. Həmin Qanun 01.07.2017-ci ildə qüvvəyə minmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı 19.06.2017-ci ildən dövlət qulluğuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün təyin edilmiş, lakin ödənilməmiş əmək pensiyasının hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 19.12.2018-ci il tarixli iş № 2-1(84)-98/2018, (sədrlik edən hakim V.Qasımov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.12.2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 21.02.2019-cu il tarixli iş № 2-1(107)167/2019 (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Abbasov və M.Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin 19.12.20 18-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,o, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cı il tarixli, 2-1(107)-167/2019 saylı qərarından aşağıdakı səbəblər üzündən narazıdır. O, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası məhkəmə iclasında ifadə ilə çıxış etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD saylı Qanunun 20-ci maddəsinə əsasən əlilliyə görə dövlət qulluğu kimi əmək pensiyası təyi n etmək qanunamüvafiq deyil. Həmin Qanun 01 iyul 2017-ci il tarixdən qüvvəyə minib. Bütün bunlar Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanunsuz olaraq nəzərə almamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2-1(107)-167/2019 saylı qərarının ləğv edilməsini və pozulmuş hüquqların bərpa edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili N.Abbasov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da, vəkili N.Abbasovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izaha t və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 21 fevral 2019-cu il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 21 fevral 2019-cu il tarixli, 2-1(107)-167/2019 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2-1(84)98/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 2.2.3, 34.1, 85.1, 85.2, 85.3-cü maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ilədək qüvvədə olan 20.11, 20.11.1, 20.11.2, 20.11.3cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin yeganə dəlili ondan ibarətdir ki, cavabdehin qənaətinə görə Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD saylı Qanunun 20-ci maddəsinə əsasən əlilliyə görə dövlət qulluğu kimi əmək pensiyası təyin etmək qanunamüvafiq deyil, həmin Qanun 01 iyul 2017 -ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır və işin halları ilə təkzib olunur. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1967-ci ildə anadan olmuşdur. Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin 25 iyul 2018-ci il tarixli arayışına görə, İddiaçı 24 iyul 1985-ci ildən 04 may 1987-ci ilədək hərbi xidmətdə olmuşdur. TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı 03 iyul 2017-ci ildən ikinci dərəcəli əlillik təyin edilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 2-1(84)-419/2018 nömrəli qanuni qüv vəyə minmiş qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında İddiaçı sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsində qiymətləndirmə tarixi olan “03 iyul 2017-ci il” tarixi dəyişdirilərək “21 iyun 2017-ci il” tarixi ilə əvəz edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 2-1(84)-419/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 01 yanvar 2015-ci ildən stenokardiyanın digər formaları xəstəliyi xroniki hal aldığı üçün 12 aprel 2016-cı ildən Göyçay rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olmuş, xəstəliyə görə 06 mart 2017-ci il və 14 iyun 2017-ci il tarixlərdə müraciət etmiş, Göyçay rayon Mərkəzi Xəstəxanasında 07 fevral 2017-ci ildən 28 fevral 2017-ci ilədək stasionar müalicə, 14 iyun 2017-ci ildə isə həkim və laborator müayinələri almış və Tibbi-Sosial Ekspert Komissiyasının 0276003AAFJU nömrəli göndərişi tərtib edilərək 16 iyun 2017-ci ildə “Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə” daxil edilmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan müddətlərin və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına daxil edilməsi işin mübahisələnməyən halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə əlaqədar tətbiq etdiyi maddi hüquq normaları düzgündür. Belə ki, Azərbaycan Respublikasında vətə ndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən əsas qanunvericilik aktı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Bu Qanunun “Yaşa görə əmək pensiyası” adlanan İİ fəslində yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtləri və qaydaları, o cümlədən güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin dairəsi barədə müddəalar əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci ilədək qüvvədə olan 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əm ək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən, vergi orqanlarında xidmət - Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. - 78-ci bəndinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzif əli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Vergi orqanlarında dövlət qulluğunda çalışan vəzifəli şəxslərə dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş pensiya təminatı şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01 iyul 2017-ci ilədək qüvvədə olan 20.11-ci, 20.11.1-ci və 20.11.2-ci maddələrinə əsasən, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla. Həmin Qanunun 01 iyul 2017-ci ilədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 8 0 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Yuxarıda da artıq göstərildiyi kimi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 2-1(84)-419/2018 nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında İddiaçı sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsində qiymətləndirmə tarixi olan “03 iyul 2017-ci il” tarixi dəyişdirilərək “21 iyun 2017-ci il” tarixi ilə əvəz edildiyindən, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçü n 11 il 6 ay (21.06.2017 - xx.xx.1967 = 50 yaş - 15 yaş = 35 il x 4 ay = 140 ay / 12 = 11 il 6 ay) sosial sığorta stajına malik olmalıdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasında İddiaçı 01 avqust 1990-cı ildən 10 fevral 1992-ci ilədək Göyçay rayon Maliyyə Şöbəsində iqtisadçı, 11 fevral 1992-ci ildən 06 iyun 2008-ci ilədək vergi orqanında müvafiq vəzifələrdə işləmişdir, bu da iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün sosial sığorta stajına malik olmasını göstərir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2-1(107)-167/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar