Məhkəmə qərarları › İş №2-1(102)-1776/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1776/2022

29.11.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1776/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tə ləbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2-1(103)-1137/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergi orqanı tərəfindən İddiaçı MMC-nin təqdim etdiyi vergi bəyannaməsinin araşdırılması zamanı 2019-cu il üzrə idxal edilmiş malların statistik dəyəri və faktura dəyəri arasında fərqin yaranması dövriyyə və vergi məbləğlərində kənarlaşma qismində qiymətləndirilmiş və kameral vergi yoxlaması keçirilərək, iddiaçıya 2019-cu il üçün mənfəət vergisi üzrə 40.705,95 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə **********194600 nömrəli 16 oktyabr 2020-ci il tar ixli qərar göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin **********194600 nömrəli 16 oktyabr 2020-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1933/2021 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********194600 saylı 16 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmişdir.

4. Cavabdeh qərardan apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiya məhkəməsində birinci icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 5 iyul 2022-ci il tarixli, 21(103)-1137/2022 nömrəli qərarla cavabdehin apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1933/2021 saylı 6 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

6. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma i mkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, iddiadan imtinanın İPM-in 55-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin olunmalıdır.

10. Bununla yanaşı iddiaçıya izah edilir ki, iddiadan imtina e dilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.

11. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiadan imtinaya dair ərizə təmin edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar