Məhkəmə qərarları › İş №2-1(102)-1776/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1776/2025

03.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1776/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi, iddianın uğurluluq ehtimalı, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi” barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)1074/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin pensiya təyinatı zamanı xx.xx.2017-ci il tarixdən əvvəl qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 27.1-ci maddəsinin tətbiq edilməsi qanunsuz hesab edilməsi; iddiaçını n əmək pensiyasının hesablanmasının həmin Qanunun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş redaksiyası əsasında aparılması; cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarının 6.6-ci bəndinə əsasən keçmiş dövr üzrə müəyyən edilmiş əskik və artıq ödəmələrin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; iddiaçıya 6341,28 manat artıq ödənilmiş pul məbləğinin ondan tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, həmin borc məbləğinin ləğv edilməklə bu borcla əlaqədar iddiaçının əmək pensiyasından tutulan məbləğlərin iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması; iddiaçıya münasibətdə onun pensiyasının “Əmək pensiyaları haqqında” Qanunu nun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi dövr üzrə qazanılmış sığorta və yığım hissələri üzrə pensiya kapitalının əsas götürülməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçıya ilkin pensiya təyinatı zamanı xx.xx.2017-ci il tarixdən əvvəl qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinin tətbiq edilməsinin qanunsuz hesab edilməsi, onun əmək pensiyasının hesablanmasının həmin Qanunun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixdə sonra qüvvəyə minmiş redaksiyası əsasında aparılması, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müna sibətdə AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə əsasən keçmiş dövr üzrə müəyyən edilmiş əskik və artıq ödəmələrin əvəzləşdirilməsinin aparılmasının qanunsuz hesab edilməsi və əvəzləşdirilmiş əskik ödəmələrin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya 6341.28 manat artıq ödənilmiş pul məbləğinin ondan tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, həmin borc məbləğinin ləğv edilməklə bu borcla əlaqədar iddiaçının əmək pensiyasından tutulan məbləğlərin iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya münasibətdə onun pensiyasının “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı pensiya təyin olunduğu gündən sonra 6 il və d aha çox işlədiyi dövr üzrə qazanılmış sığorta və yığım hissələri üzrə pensiya kapitalının əsas götürülməsinin cavabdehin üzərinə qoyulması və cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-31601/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir..

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7284/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, məhkəmə qərarının əsaslandırma hissəsində göstərilən məhkəmənin mövqeyi nəzərə alınmaqla, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Ş ərtlərlə Təyinat üzrə mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır.

4. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iş üzrə İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 317-1/3-3-1601/2024 nömrəli inzibati qərarın icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il t arixli, 21(103)-1074/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının cavabdehə qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh inzibati orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-31601/2024 saylı qərarının icrası dayandırılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır.

8. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kol legiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstə rilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq e dilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə ko llegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməy ə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

13. Həmçinin qeyd edilməlidir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digə r hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-662/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 21(102)-895/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-465/2024 nömrəli qərarları, eyni zamanda xx.xx.2024-cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli 3 ulduzlu qərarı).

14. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 15(102)-68/2025 nömrəli qərardadına müvafiq olaraq formalaşmış hüquqi mövqeyə malik qərardadı mövcuddur.

15. Formalaşmış hüquqi mövqey ə uyğun olaraq kollegiya qeyd edir ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın qəbul edilməsi inzibatı orqanların üzərinə bu məhkəmə aktına uyğun davranmaq öhdəliyi qoyur.

16. İnzibati aktın icrasının dayandırılmasının mümkünlüyü İPM-in 41.2-ci maddəsində təsbit edilmişdir.

17. İPM-in 41.2-ci maddəsinin tələbinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, idd iaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir.

18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, hazırkı işə mahiyyəti üzrə baxılaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7284/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, hazırkı məhkəmə qərarının əsaslandırma hissəsində göstərilən məhkəmənin mövqeyi nəzərə alınmaqla, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına həvalə edilmişdi r.

19. Bu da, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməyə əsas verir.

20. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 9 2-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1074/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar