Məhkəmə qərarları › İş №2-1(102)-1778/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1778/2022

03.11.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1778/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (XX.XX.1942-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şə xsi 1 saylı Bakı Ərazi İdarəsinə (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1291/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Şüvəlan Gülçülük sovxozu tərəfindən verilmiş 10 mart 1973-cü il tarixli order əsasında X1 ərazisində ona ayrılmış 1.500 kv.m torpaq sahəsi üzərindəki 2 saylı mülkdə “A" tikilisində rekonstruksiya olunaraq yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə 113,52 kv.m, açıq eyvan - 65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qaraj-təsərrüfat otağı - 175,5 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklərin faktiki vəziyyətdə iddiaçının adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin sovxozun direktorunun torpaq ayrılmasına dair müvafiq əmri və həmin əmrin arxiv arayışının təqdim edilmədiyini, fərdi yaşayış evinin qaz xəttinin mühafizə zonasında yerləşdiyini, texniki pasportu barədə arxivdə məlumat olmadığını əsas götürərək, **********74 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının əri zəsini təmin etməkdən imtina etmişdir.

2. X1 xx.xx.1973-cü il tarixli Orderinə əsasən X2 30 kv.m yaşayış sahəsi olan 2 nömrəli ev, həmçinin 1500 kv.m. həyətyanı torpaq sahəsi sürücü vəzifəsində işləyən İddiaçı ayrılmışdır.

3. Xəzər Rayon İcra Hakimiyyətinin “Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 saylı mülkün texniki pasportunda dəyişikliklər edilməsi haqqında” 526 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamında göstərilmişdir: “Bakı şəhər XDS İK-nin 25.06.76-cı il tarixli, 30/413 saylı «Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında»kı qərara uyğun olaraq İdarələrarası komissiyanın aktını və vət.İddiaçı ərizəsini nəzərə alaraq: Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ona məxsus 2 saylı mülkün texniki pasportunda dəyişikliklərin qeydə alınması barədə s ənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülkün DT və XK-nin A№466884, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü və sentyabr ayı 1987-ci il tarixli texniki pasportu vardır. «A» tikilisi rekonstruksiya olunaraq hal-hazırda 2 yaşayış otağı-29,25 m2, köməkçi sahə113,52 m2, açıq eyvan-65,12 m2- dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə: 1 mərtəbəli, 2 yaşayış otağı- 35,16 m2, köməkçi sahə77,69 m2, açıq eyvan-113,45 m2, sanitar qovşaq-24,79 m2, qaraj-təsərrüfat otağı-175,5 m2 tikilmişdir. Cəmi torpaq sahəsi-1500,0 m2-dir. Yuxarıda qeyd olunanları və İdarələrarası komissiya üzvlərinin tərtib etdikləri aktı nəzərə alaraq: 1) Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən vət. İddiaçı məxsus 2 saylı mülkdə «A» tikilisi rekonstruksiya olunaraq hal-hazırda 2 yaşayış otağı-29,25 m2, köməkçi sahə-113,52 m2, açıq eyvan-65,12 m2-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində 1 mərtəbəli, 2 yaşayış otağı-35,16 m2, köməkçi səhə-77,69 m2, açıq eyvan113,45 m2, sanitar qovşaq-24,79 m2, qaraj-təsərrüfat otağı 175,5 m2 tikintisindən ibarət əlavə və dəyişikliklər qeydiyyata alınsın. 2) Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən vət. İddiaçı məxsus 2 saylı mülkdə olan əlavə və dəyişikliklərin həmin mülkün reyestrdən çıxarışında və texniki pasportunda qeydə alınması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilsin.”

4. İş materiallarına əsasən, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Xəzər rayonu, Şüvəlan qəsəbəsində X1 xx.xx.1973-c ü il tarixli Order ilə 1500 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı 6 avqust 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən iddiaçıya məxsus 2 saylı mülkdə “A" tikilisində rekonstruksiya olunaraq yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə -113,52 kv.m, açıq eyvan - 65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qarajtəsərrüfat otağı - 175,5 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklərin fak tiki vəziyyətdə iddiaçının adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılırmışdır ki, iddiaçı 13 may 1972-ci il tarixli 93 №-li əmrlə Şüvəlan Gülçülük sovxozuna sürücü vəzifəsinə qəbul edilmişdir. Şüvəlan Gülçülük sovxozu tərəfindən verilmiş 10 mart 1973-cü il tarixli order əsasında iddiaçıya yaşayış sahəsi 30 kv.m təşkil edən və 1.500 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin mülkə dair 1987-ci il tarixli texniki pasport tərtib edilmiş, torpaq sahəsinə dair isə hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən AN2466884, xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Sonradan iddiaçı həmin ünvanda rekonstruksiya aparılmaqla, mülkdə aşağıdakı əlavə və dəyişikliklər etmək qərarına gəlmiş və bu məqsədlə "Məşəl Layihə- İnşaat İstehsalat” MMC-yə sifariş vermişdir. İddiaçının sifarişi əsasında X1 ərazisində ona ayrılmış 1.500 kv.m torpaq sahəsi üzərindəki 2 №-li mülkə ediləcək əlavə və dəyişikliklərin eskiz layihəsi "xxxx" MMC tərəfindən hazırlanaraq təsdiq edilmişdir. İddiaçı "xxxx" MMC-nin təsdiq etdiyi eskiz layihəyə uyğun olaraq qeyd edilən ünvanda yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə -113,52 kv.m, açıq eyvan -65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq 24,79 kv.m, qaraj-təsərrüfat otağı - 175,5 kv.m ibar ət əlavə və dəyişikliklər aparmışdır. Daha sonra İddiaçı Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ona məxsus 2 saylı mülkin texniki pasportunda dəyişikliklərin qeydə alınması ilə bağlı ərizə ilə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətə əsasən yuxarıda qeyd olunan sərəncam verilmişdir. Göstərilənlərə əsasən hazırda iddiaçının istifadə və sahibliyində olan həmin daşınmaz əmlakın onun adına daşınmaz əmlakın dövlət reyestrində 5 gün müddətində qeydiyyatının aparılmasını və bununla bağlı müvafiq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Həmin ərizə cavadeh tərəfindən cavablandırılmamışdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X1 ərazisi olduğundan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin sovxozun direktorunun torpaq ayrılmasına dair müvafiq əmri və həmin əmrin arxiv arayışı təqdim edilməlidir. Bundan başqa fərdi yaşayış evi qaz xəttinin mühafizə zonasında yerləşir. Fərdi yaşayış evinə dair təqdim edilən layihədə daşınmaz əmlak fərdi yaşayış evi kimi qeyd olunsa da yerində baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının iddia ərizəsində adı çəkdiyi 1987-ci il texni ki pasportu barədə arxivdə məlumat aşkar edilmədi. Daha dəqiq araşdırılması üçün sənədin əsli və ya surətinin təqdim olunması məqsədə uyğundur. Bu səbəblərdən də ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********74 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafiz ə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direkt or və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublik asının Mənzil Məcəlləsinin 13.2-ci maddəsində fərdi yaşayış evinə anlayış verilmişdir: Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutlmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 saylı fərdi yaşayış evi daş hasara alınmışdır. Ərazidə iki fərdi yaşayış evi və bir yardımçı tikili mövcuddur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9195/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən iddiaçıya məxsus 2 saylı mülkdə “A” tikilisində rekonstruksiya olunaraq yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə -113,52 kv.m, açıq eyvan - 65,12 kv.m-dən ibarət 1 mərt əbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qaraj-təsərrüfat otağı - 175,5 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklərin faktiki vəziyyətdə iddiaçının adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə cavabdehin “elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X1 ərazisi olduğundan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin sovxozun direktorunun torpaq ayrılmasına dair müvafiq əmri və həmin əmrin arxiv arayışı təqdim edilməlidir” dəlili ilə bağlı qeyd etmişd ir ki, mübahisəli daşınmaz əmlakın iddiaçıya ayrılmasına dair X1 direktorunun xx.xx.1973-cü il tarixli Orderinin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

11. Bundan başqa, məhkəmə cavabdehin “fərdi yaşayış evi qaz xəttinin mühafizə zonasında yerləşir” dəlili ilə bağlı bildirmişdir ki, cavabdeh inzibati orqan göstərilənlərə dair hər hansı sübut təqdim etməmişdir.

12. Eyni zamanda qeyd etmişdir ki, həmin fərdi yaşayış evinin qaz xəttinin mühafizə zonasında yerləşməsi şərti olaraq qəbul edilsə belə, bu hal da həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz.

13. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə t əsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri" Qaydalarının 2.8-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, qaz kəmərlərinin mühafizə zonalarına daxil olan daşınmaz əmlakın istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur.

14. Məhkəmə cavabdehin “fərdi yaşayış evinə dair təqdim edilən layihədə daşınmaz əmlak fərdi yaşayış evi kimi qeyd olunsa da yerində baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki olaraq qeyri-ya şayış sahəsi kimi istifadə olunur” dəlili ilə bağlı qeyd etmişdir ki, məhkəmə tərəfindən mübahisəli ərazidə yerində müayinə keçirilmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 saylı fərdi yaşayış evi daş hasara alınmış,ərazidə iki fərdi yaşayış evi və bir yardımçı tikili mövcuddur. Həmçinin, fərdi yaşayış evinin faktiki olaraq qeyriyaşayış sahəsi kimi istifadə olunması müəyyən edilməmişdir. Odur ki, məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir.

15. Bundan başqa, məhkəmə cavabdehin “iddiaçının iddia ərizəsində adı çəkdiyi 1987- ci il texniki pasportu barədə arxivdə məlumat aşkar edilmədi” dəlili ilə bağlı qeyd etmişdir ki, texniki pasport barədə arxivdə məlumatın aşkar edilməməsi iddiaçının təqsiri deyil və qeyd e dilən hal daşınmaz əmlaka dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz.

16. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılması, həmçinin həmin fərdi yaşayış evində mövcud qanunvericiliyə uyğun olaraq rekonstruksiya işlərinin aparılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia əsaslıdır və təmin edilməlidir.

17. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1291/2022 nömrəli, 26 may 2022-ci il tarixli qə rarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, C.V.Hüseyn və M.N.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin əsasını mahiyyətcə iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:... -2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... -7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.... -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmas ının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər- arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşa yış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; -8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -8.0.10.1. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyek tinin istismarına icazə; -8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.... -12.1 daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15 hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:... -23.1 yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. -23.2 yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilmə si), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. -24.1 yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında ap arılır.... -26.1 yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. -26.2 qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir.

25. İnzibati Prosessual Məcəllə:... Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏ DLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə funda mental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halla rı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Şüvəlan Gülçülük sovxozu tərəfindən verilmiş 10 mart 1973-cü il tarixli order əsasında X1 ərazisində ona ayrılmış 1.500 kv.m torpaq sahəsi üzərindəki 2 saylı mülkdə “A" tikilisində rekonstruksiya olunaraq yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə -113,52 kv.m, açıq eyvan - 65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qaraj-təsərrüfat otağı - 175,5 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklərin faktiki vəziyyətdə iddiaçının adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və dövlət reyes trindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin sovxozun direktorunun torpaq ayrılmasına dair müvafiq əmri və həmin əmrin arxiv arayışının təqdim edilmədiyini, fərdi yaşayış evi qaz xəttinin mühafizə zonasında yerləşdiyini, texniki pasportu barədə arxivdə məlumat olmadığını əsas götürərək, **********74 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cavabdehin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X1 ərazisi olduğundan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin sovxozun direktorunun torpaq ayrılmasına dair müvafiq əmri və h əmin əmrin arxiv arayışı təqdim edilməməsi ilə bağlı dəlilinə münasibət bildirərkən, düzgün olaraq iş materiallarına əlavə edilmiş X1 direktorunun xx.xx.1973-cü il tarixli orderinə və Xəzər Rayon İcra Hakimiyyətinin “Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 saylı mülkün texniki pasportunda dəyişikliklər edilməsi haqqında” 526 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamına istinad etmişdir.

33. Bundan başqa, apellyasiya məhkəməsi cavabdehin digər dəlili olan fərdi yaşayış evinin qaz xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı dəlilinə hüquqi qiymət verərək SOCAR-a müvafiq sorğu verməklə müəyyən etmişdir ki, sözügedən 2 saylı ev qaz xəttinin mühafizə zonasında yerləşmir.

34. Eyni zamanda, cavabdehin qeyd olunan fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi olaraq istifadə edilməsi dəl ilinə münasibətdə apellyasiya məhkəməsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən keçirilən baxışa dair müayinə aktının təqdim edilməsi barədə sorğuya verilmiş cavaba istinadən müəyyən etmişdir ki, həmin fərdi yaşayış evi faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunmur.

35. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş fakti ki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1291/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar