Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1780/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi tələbinə dair” iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fe vral 2025-ci il tarixli, 2-1(103)- 74/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərarının ləğv edilməsi, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabına məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim R.Kərimli) 6 oktyabr 2021-ci il tarixli, 21(112)-902/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 2-1(103)-85/2023 nömrəli qərarı ilə (hakimlər X.Cəmilova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və R.Səmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə qismən, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********13140383 nömrəli qərarın 957771,61 manat (mənfəət vergisi üzrə 70810,06 manat + ƏDV üzrə 886961,55 manat = 957771,61 manat) vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi ilə bağlı iddia tələbinin rədd edildiyi hissədə ləğ v edilmiş, həmin hissədə iddia təmin edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********13140383 nömrəli qərar 957771,61 manat (mənfəət vergisi üzrə 70810,06 manat + ƏDV üzrə 886961,55 manat = 957771,61 manat) vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, birinci instansiya məhkəməsinin qərarı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********13140383 nömrəli qərarın vergi ödəyicisinə 1138109,81 manat (mənfəət vergisi üzrə 292989,81 manat + ƏDV üzrə 844784 manat + ödəmə mənbəyində tutulan vergilər üzrə 336 manat = 1138109,81 manat) məbləğində vergilərin və ona uyğun maliyyə sanks iyasının hesablanması hissəsində ləğv edilməsi ilə bağlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmişdır.
5. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın qismən ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2023-cü il tarixli, 2-1(102)-2086/2023 nömrəli qərarı ilə (hakimlər: S.Kərimov /məruzəçi/, Z.Quliyev və R.Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2025-ci il tarixli, 21(103)-74/2025 nömrəli qərarı ilə (hakimlər C.Yusifov /sədrlik e dən və məruzəçi/, G.Abbasova və N.Nəbizadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli qərarı, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarının 977,271.35 (MV 70.810,06 + ƏDV 906.461,29) manat əlavə verginin hesablanmasına və buna müvafiq maliyyə sanksiyasının tətbiq edilməsinə münasibətdə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarı, “977.271,35 (doqquz yüz yetmiş yeddi min iki yüz yetmiş bir (MV 70.810,06+ƏDV 906.461,29)) manat məbləğində əlavə verginin hesablanması və həmin vergi məbləğinə münasibətdə maliyyə sanksiyasının tətbiq olunması” hissəsində ləğv edilmişdir. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilmə lidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə
135. Məhkəmə sənədlərinin ç atdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
12. Kassasiyanın mümkünlüyü əsasları dedik də, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
13. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
14. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
15. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələblərinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılmalıdır.
17. Göründüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Başqa sözlə, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməsi həmin aktın təqdim edilməsi kimi qəbul edilir.
18. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il t arixli qərarı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin elektron kabinetinə xx.xx.2025-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin qərardadla birlikdə “İnzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı da göndərmişdir.
19. Həmin izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apelyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkə mə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
20. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edil ir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
22. Lakin iddiaçı kassasiya şikayəti verərkən məlumat və izahda göstərilən tələbə (kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir) əməl etməmiş, xx.xx.2025-ci il tarixli qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq prosessual müddəti ö türərək (qərar elektron kabinetə xx.xx.2024-cü ildə yerləşdirilmişdir) şikayəti xx.xx.2025-ci il tarixdə elektron sistemə yükləmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, izahda göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
24. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2025-ci il tarixli, 21(103)-74/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.