Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1781/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2017-ci il tarixdə qeydiyyata alınıb; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv ed ilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-1696/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı fəaliyyət növünün kodu 22290 olmaqla “sair plastik məmulatların istehsalı” ilə məşğuldur.
2. Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısına əsasən iddiaçı 12994-cü yerdə qeyd edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 16 may 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında bildiriş”ə əsasən, iddiaçının Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməsi ilə əlaqədar maliyyə dəstəyi almaq barədə müraciətinə baxılmış və onlara ayrılmış vəsait ərizələrində qeyd etdikləri bank hesablarına köçürülmüşdür. Bildirilmişdir ki, muzdlu işçilərə əmək haqqının ödənilməsi məqsədilə müraciət etmiş və müraciəti təmin olunmuş vergi ödəyicilərinin ikinci dəfə müraciət etmələrinə ehtiyac yoxdur, belə ki, proqram təminatı bir aydan sonra avtomatik olaraq ayrılmış vəsaitin ikinci hissəsinin sahibkarın hesabına köçürülməsini təmin edəcəkdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 21 avqust 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərə əm ək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi barədə bildiriş”ə əsasən, iddiaçının Koronavirus (COVİD19) pandemiyasından zərər çəkməsi ilə əlaqədar muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən İİİ mərhələdə onlara ayrılmış vəsait ərizələrində qeyd etdikləri bank hesablarına köçürülmüşdür.
5. İddiaçının 2020-ci il üçün təqdim etdiyi “Mənfəət vergisinin bəyannaməsi”nə əsasən, iddiaçının hesabat dövrünün gəlirləri 4,786,917.84 manat, ümumi gəliri 4,848,400.34 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 4,079,206.03 manat, ümumi gəlirdən çıxılan xərclər 4,186,228.82 manat, hesabat dövrü üçün verginin hesablanması ilə bağlı vergitutma məqsədləri üçün mənfəət 662,171.52 manat, mənfəət üzrə azadolmalar və güzəştlər 496,628.64 manat, mənfəət üzrə azadolma, güzəşt və mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət 165,542.88 manat, mənfəət vergisi 33,108.58 manat bəyan edilmişdir.
6. Həmin bəyannaməyə 5 nömrəli əlavəyə görə, 35-ci sətirdə Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətin 75 faizinin, yəni 496,628.64 manatın güzəştə aid edildiyi qeyd olunmuşdur.
7. Cavabdeh tərəfindən iddiaçı barəsində kameral vergi yoxlaması keçirilmiş, iddiaçının təqdim etdiyi 2020-ci il “Mənfəət vergisinin bəyannaməsi” araşdırılmışdır.
8. Cavabdehin “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” 17 iyun 2021-ci il tarixli, **********421200 nömrəli qərarına əsasən, iddiaçıya 2020-ci il üçün mənfəət vergisi üzrə 99,325,72 manat əlavə vergi hesablanmışdır. Verginin hesablanmasının əsas kimi qeyd edilmişdir ki, vergi ödəyicisinin 2020-ci il üzrə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi” sətrində rəqəm göstərilməsinə baxmayaraq, iddiaçının Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmadığı üçün kənarlaşma yaranmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı 12 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, c avabdehin ““Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” 17 iyun 2021-ci il tarixli, **********421200 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərara əsasən 2020-ci ilin mənfəət vergisi üzrə 99325.72 manat əlavə vergi məbləği kameral olaraq şəxsi hesab vərəqəsinə əsassız olaraq hesablanmışdır. Hesablamaya əsas olaraq vergi orqanı tərəfindən həmin qərarın bəyannamədə və ya hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində “Tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əld ə etdikləri mənfəətin 75 faizi sətrində rəqəm göstərilməsinə baxmayaraq, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır” kimi göstərilmişdir. xx.xx.2021-ci il tarixində tərəflərindən 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli, **********190100 nömrəli məktubla kameral uyğunsuzluq olduğu bildirilmişdir. Məktubda xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsinə dair aparılan araşdırma ilə əlaqədar müvafiq dövr üzrə təsdiqedici sənədlərin, bank hesablarından çıxarışların, kassa çeklərinin, yaranmış kənarlaşmalarla bağlı ətraflı izahat məktubunun 5 (beş) iş günü müddətində vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin qeyd olunan kənarlaşmalar faktiki sənədlərlə araşdırılmamış, kameral vergi yoxlamasının keçirilməsi barədə vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Bütün bunlara baxmayaraq 2020-ci il vergi dövrü üzrə mənfəət vergisi bəyannaməsinə kameral vergi yoxlaması keçirilməsi üçün tələb olunan sənədlər vergi orqanına təqdim edilmişdir. Vergi orqanı isə öz növbəsində mənbəyi bəlli olmayan məlumatlara əsasən hesablama aparmış və 2020-ci il vergi dövrü üzrə əsassız və qanunsuz olaraq əlavə mənfəət vergisi hesablamışdır. xx.xx.2021-ci il tarixində vergi orqanına məktubla müraciət edərək xx.xx.2021-ci il tarixli, **********190100 nömrəli uyğunsuzluq məktubuna cavab olaraq bildirilmişdir ki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş şəxslərə güzəştlərin verilməsi ilə əlaqədar VM-nin 222.4-cü və 222.5-ci maddələrinə müvafiq olaraq güzəştin müəssisəyə aid olub-olmaması ilə əlaqədar müvafiq vergi orqanına xx.xx.2020-ci il tarixində Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə ərizə vasitəsilə müraciət olunmuşdur. xx.xx.2020-ci il tarixində Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməsi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciət ərizəsinə baxılmış və müəssəsinin fəaliyyəti pandemiyada zərər çəkmiş fəaliyyət növləri siyahısında mövcud olduğundan ərizəsi təmin edilmiş və müəssisəsi Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş şəxs kimi tanınaraq Maliyyə Nazirliyinin DXA tərəfindən maliyyə yardımı edilmişdir. 2020-ci il ərzində 1-ci dəfə xx.xx.2020-ci il tarixində 13435.00 manat, 2-ci dəfə xx.xx.2020-ci il ta rixində 13435.00 manat, 3-cü dəfə xx.xx.2020-ci il tarixində 17306.25 manat, 4-cü dəfə xx.xx.2020-ci il tarixində 17306.25 manat olmaqla, cəmi 60223.85 manat məbləğində pul vəsaiti pandemiyadan zərərçəkmiş muzdlu işçilərin əmək haqları təyinatı altında hissə-hissə müəssisənin bank hesabına köçürülmüşdür. Pandemiyadan zərərçəkmiş şəxslərə güzəştlərin verilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 222.4 və 222.5-ci maddələrinin 222.5-222.9-cu bəndi əsas götürülərək X1 5 nömrəli əlavəsinin 2-ci hissəsində
34. VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətinin 75 faizi sətrində göstərilmişdir. Həmçinin 60223.85 manat pul vəsaiti təqdim edilmiş X1 Gəlirlər hissəsində “217. Yuxarıdakı bəndlərdə nəzərdə t utulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)” sətrində də əks etdirilmişdir. Əlavə olaraq təsdiqedici sənəd olan Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət ərizəsi və Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında bildirişi vergi orqanına göndərərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişlər. Lakin vergi orqanı tərəfindən müraciət araşdırılmamış və müvafıq tədbirlər görülməmişdir. Daha sonra xx.xx.2021-ci il tarixində bir daha vergi orqanına müraciət edilmişdir. Yuxarıda göstərilən xx.xx.2021-ci il tarixli, **********421200 nömrəli vergilərin hesablanması barədə qərarın ləğvi, 2020-ci il vergi dövrü üzrə mənfəət vergisi bəyannaməsinə kameral vergi yoxlamasının qanunvericiliyin tələb lərinə uyğun həyata keçirilməsi və şəxsi hesab vərəqəsinə düzəlişin edilməsi barədə Dövlət Vergi Xidmətinə bir çox şikayətlər ünvanlamışlar, lakin bu günədək heç bir tədbir görülməmişdir.
11. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, iddiaçının 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin tərkibi araşdırılmışdır. Vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş X1 “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi” sətrində vergi ödəyicisinin rəqəm göstərməyinə baxmayaraq, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşm a ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********190100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 99325.72 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli, ***** *****421200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar gəbul edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 1 fevral 2022-ci il tarixli, 2-1(112)-1556/2022 nömrəli qərarı (hakim Ş.A.Həsənova) ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” 17 iyun 2021-ci il tarixli, **********421200 nömrəli qərarı ləğv edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının fəaliyyət növü sair plastik məmulatların istehsalı olmaqla 22290 kodu ilə həyata keçirilən fəaliyyətə aiddir. İddiaçının fəaliyyət növü və kodu müvafiq orqan tərəfindən təsdiq edilmiş “Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəali yyət növlərinin” Təsnifatında nəzərdə tutulmuşdur. Bundan əlavə, iddiaçının Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciəti səlahiyyətli orqan tərəfindən müsbət həll olunaraq dövlət tərəfindən maliyyə dəstəyi ilə bağlı vəsaitlər onun hesabına köçürülmüşdür. İddiaçının fəaliyyət göstərdiyi “sair plastik məmulatların istehsalı” sahəsi Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkən fəaliyyət sahəsinə aid olduğundan və Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən vergi ödəyicisi hesab edildiyindən, onun 2020-ci il üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizini güzəşt və azadolmalara tətbiq etmək hüququ vardır.
14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edil məsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-1696/2022 nömrəli qərarı (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 fevral 2022-ci il tarixli, 2-1(112)-1556/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, koronovirus pandemiyası ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan müəssisə kimi əldə etdiyi mənfəətin 75 faizi miqdarında vergidən azad olma iddiaçının qanunla müəyyən edilən hüququdur.
17. Cavabdeh kass asiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh hesab edir ki, kameral yoxlama zamanı müəssisənin göstərdiyi fəaliyyət pandemiya zamanı fəaliyyətinə icazə verilən sahələrə aid olduğundan güzəşt hüququnun (VM 224.1.2) olmadığı müəyyən edilmişdir. Buna əsasən 2020-ci il üzrə əlavə olaraq 99.325,72 manat (662.171,52x20%-33.108,58) mənfəət vergisi hesablanmışdır. Məhkəmə tərəfindən “pandemiyadan zərər çəkən” və “fəaliyyəti məhdudlaşdırılan” anlayışlar fərqləndirilməmiş, onların müəyyən edilmə əsasları araşdırılmamışdır. Belə ki, pandemiyadan zərər çəkən anlayışı daha geniş auditoriya malik olmaqla hər bir şəxsi əhat ə edir, amma fəaliyyəti məhdudlaşdırılan fəaliyyət sahəsi dedikdə isə yalnız Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən fəaliyyət sahələri nəzərdə tutulmalıdır. İddiaçı və məhkəmə nəzərə almamışdır ki, Vergi Məcəlləsinin 224.1.2-cİ maddəsində göstərilmiş güzəştdən istifadə etmək hüququ vergi orqanının deyil, yalnız Nazirlər Kabinetinin müəyyən etdiyi tam və qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə əsasən tətbiq edilməlidir. Bu hüquqdan istifadəyə nəzarət isə vergi ödəyicisi tərəfindən müvafiq mənfəət bəyannaməsi təqdim edildikdən sonra vergi nəzarəti tədbiri zamanı həyata keçirilir. Belə ki, Nazirlər Kabinetinin həm xx.xx.2020-ci il tarixli 120 nömrəli, həm də 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarında fəaliyyəti qadağan edilən və icazə verilən fəaliyyət sahələri müəyyən edil mişdir. İddiaçının fəaliyyət sahəsi yuxarıda qeyd olunan qərarlarda əks olunan və pandemiya dövründə fəaliyyətinə icazə verilən fəaliyyət sahələrinə aid edilir. İddiaçının pandemiyadan zərərçəkməsi ona qanunla bu güzəşti əldə etmək hüququ vermir. Sözügedən güzəştdən yalnız pandemiya dövründə fəaliyyəti tam və qismən məhdudlaşdırılan şəxslər istifadə edə bilər. Məhkəmə işə baxan zaman məhz bu nüanslara diqqət ayırmalı olsa da, maddi hüquq normasını səhv tətbiq edərək hesab etmişdir ki, iddiaçının güzəşt hüququ vardır. Məhkəmə heç bir qanuni əsas olmadan, öz mülahizəsinə əsasən, iddiaçının fəaliyyət göstərdiyi sahəni Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən güzəştlərin nəzərdə tutulduğu fəaliyyət sahəsi kimi qiymətləndirmiş və qanunverici orqanın səlahiyyətlərinə müdaxilə edərək, no rma yaradıcı kimi çıxış etmişdir. Bu baxımdan əsassız olaraq, ödəyici barəsində müvafiq qərarla nəzərdə tutulan güzəşt hüququnun faktiki mövcud olmaması həqiqətini nəzərə almamış və həmin fəaliyyəti pandemiyadan zərərçəkmiş sahə kimi tanımışdır. Məhkəmə tərəfindən “pandemiyadan zərər çəkən” və “fəaliyyəti məhdudlaşdırılan“ anlayışlar fərqləndirilməmiş, onların müəyyən edilmə əsaslan araşdırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
222. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə ( əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəal iyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).... Maddə
224. Azadolmalar və güzəştlər 224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz....
21. Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamı...
2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın.
3. Bu Sərəncamın 2-ci hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki: 3.1. on beş gün müddətində: 3.1.1. pandemiyadan zərər çəkməsi eht imal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etsin; 3.1.2. pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 3.2. bu Sərəncamın 3.1.1-ci yarımbəndində göstərilən meyarlar üzrə, mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 3.3. bu Sərəncamdan irəli gələn digə r tədbirləri həyata keçirsin.
22. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 10 aprel 2020-ci il tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus DİVOC)-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”
1. Ümumi müddəalar... 1.2. Bu Metodiki Göstəriş koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. Bu Metodiki Göstərişin məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və f ərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir.
2. Əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi proseduru 2.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bilridişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. 2.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus Dİ̇İVOC)-19) pandemiyası ilə bağlımaliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət for masını elektron qaydada doldurur.... 2.4. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulmuş məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. 2.5. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 2.5.1. Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir; 2.5.2. Müraciət tarixinə işçi sayı 1 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalmışdır; 2.5.3. Aktiv bank hesabları yoxdur; 2.5.4. Riskli vergi ödəyiciləri ilə əməliyyat aparılmışdır. 2.6. Uçot məlumatları üzrə uyğunsuzluqların aşkarlanması ilə əlaqədar müraciət formasının doldurulmasının davam etdirilməsi mümkün olmadıqda vergi ödəyicisi tərəfindən müvafiq səbəblər aradan qaldırıldıqdan sonra şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən mür aciət olunur. 2.7. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. 2.8. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit xəzinə hesabı vasitəsilə vergi ödəyicilərinin bank hesablarına gün ərzində köçürülən vəsaitlər barədə hesabat həmin günün sonunda İİ̇qtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İİ̇qtisadiyyat Nazirliyi tərəfindən Bildiriş göndərilir.... 23. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli Qərarı... 1.3. Bu Qərarın 1.2-ci bən dində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “X2” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “ica ze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir....
6. Müəyyən edilsin ki: 6.1. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır;...
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarl a və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Az ərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının fəaliyyətinin pandemiya dövründə məhdudlaşdırılan fəaliyyət sahəsinə aid edilməsi və bununla əlaqədar vergi üzrə güzəştlərdən istifadə hüququna malik olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada a raşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası, cavabdehin “iddiaçının fəaliyyət sahəsinin pandemiya dövründə məhdudlaşdırılan fəaliyyət sahəsinə aid edilməməsi və ona görə də vergi güzəştindən istifadə hüququna malik olmaması ilə bağlı təkrarlanan dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. İddiaçı 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad edərək vergi güzəştindən istifadə etmişdir.
34. Cavabdeh mübahisələndirilən qərarında iddiaçıya əlavə vergi hesablamasının səbəbi kimi, başqa sözlə, iddiaçının tətbiq etdiyi vergi güzəştini ləğv etməsinin və 2020-ci il üzrə iddiaçıya münasibətdə ümumi qaydada mənfəət vergisi hesablamasının əsası qismində iddiaçının fəaliyyətinin pandemiya dövründə məhdudlaşdırılan fəaliyyət sahəsinə aid olmadığına istinad etmişdir.
35. Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqq əti vergi rejimi, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə şamil olunur və bu zaman həmin sahələr qanuna əsasən əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azaddırlar.
36. Bu baxımdan mübahisə üzrə obyektiv düzgün qərarın qəbulu üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin dairəsi müəyyən edilməlidir.
37. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli, 120 nömrəli və 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarlarının müvafiq müddəalarına müraciət olunmalıdır.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiy asının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2020-ci il tarixli, 120 nömrəli qərarında qadağan edilən iş (xidmət) sahələri və xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələr müəyyən edilmişdir (qərarın 3-cü və 4-cü bəndləri). 39. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarında da fəaliyyəti dayandırılan və fəaliyyətinə icazə verilən iş (xidmət) sahələri göstərilmişdir (qərarın 1.1-ci bəndi və həmin qərara əlavə).
40. İstinad olunan qərarların məzmunundan göründüyü ki mi, hər iki qərarda fəaliyyəti tam məhdudlaşdırılan sahələrlə bağlı aşkar müddəalar nəzərdə tutulduğu halda, qismən məhdudlaşdırılan sahələr barədə açıq şəkildə hər hansı müddəa təsbit olunmamışdır.
41. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarının 6.1-ci bəndində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərara əlavənin 4.4-cü, 4.11-4.12-ci, 4.14-4.16-cı, 5.4-5.6-cı, 6.2-6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmasını qadağan edən müddəa mövcuddur.
42. Azərbaycan R espublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarının 6.1-ci bəndinin digər müddəalarla birgə təhlilinə əsasən, həmin bənddə qeyd olunan sahələrin fəaliyyəti qismən məhdudlaşdırılan sahələrə aid edildiyi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, istehsal prosesinə cəlb olunan işçilərin sayının əhəmiyyətli şəkildə (50 faiz həddində) azaldılması müvafiq təsərrüfat subyektinin fəaliyyətinin qismən məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, müəssisənin işçilərinin 50 faizinin işə cəlb olunması həmin müəssisənin fəaliyyətinin qismən məhdudlaşdırılmasını və bunun üzərindən ona münasibətdə Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinin tətbiqini istisna edən hal kimi təfsir oluna bilməz.
43. Belə ki, hazırkı qərarın 23-cü bəndində qe yd edilən normaya əsasən sair plastik məhsullarının istehsalı ilə məşğul olan iş sahələrinin fəaliyyətinə icazə verilməmişdir. Eyni zamanda, iddiaçı müəssisəyə bununla bağlı hökumət tərəfindən maddi yardımların edildiyi də nəzərə alınmalıdır. Bu mənada Vergi Məcəlləsinin 222.5.9-cu maddəsi anlamında koronavirus pandemiyası dövründə iddiaçının fəaliyyətinin məhdudlaşdırılması öz təsdiqini tapdığından, Vergi Məcəlləsinin 224.1.2-ci maddəsində təsbit olunmuş güzəşt hüququndan istifadə etməkdə iddiaçı haqlı sayılmalıdır.
44. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinin müddəaları baxımından da iddiaçı tələbində haqlıdır. Həmin normaya görə, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Tərəflər arasınd akı əsas mübahisənin iddiaçının fəaliyyətinin pandemiya dövründə qismən məhdudlaşdırılmış hesab olunması ilə bağlı olduğu və vergi qanunvericiliyinin bu məsələni tənzimləyən normalarının birmənalı olmadığı nəzərə alındıqda, Vergi Məcəlləsinin əlaqəli normaları iddiaçının xeyrinə şərh olunmalıdır.
45. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 21(103)-1696/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.