Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1786/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı işi üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın hüquqi qüvvəsi, onun nəticəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2025-ci il tarixli, 2-1(105)110/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının TSE-0 seriyalı, 146565 və 235081 nömrəli müayinə aktları ilə müəyyən edilir ki, iddiaçı ilk dəfə xx.xx.1999-cu il tarixində TSEK-də müayinədən keçmiş və ona “xora xəstəliyi” diaqnozu ilə ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra əlillik ona 2000ci ildən eyni diaqnozla ümumi xəstəlik səbəbindən müddətsiz olaraq müəyyən edilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13 avqust 2015-ci il tarixli, 828 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı yaralanma - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın ön alın nahiyəsində başın sağ təpə-alın nahiyyəsində və boynun yuxarı 1/3-nin yan səthində çapıq toxumaları” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir.
3. Daha sonra iddiaçıya xx.xx.2016-cı il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar 5 il müddətinə xx.xx.2021-ci il tarixədək ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir.
4. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək xx.xx.2015-ci il tarixdən ona təyin edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaq ədar” müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsini xahiş etmiş, cavabdeh hərəkətsizlik göstərərək müraciətə cavab verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 1999-cu ildən 2000-ci ilədək müddətli, 2000-ci ildən 2015-ci ilədək “ümumi xəstəliklə əlaqədar” ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) əsasında cavabdeh tərəfindən əlilliyin səbəb əlaqəsi dəyişdirilərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. 2021-ci ilin noyabr ayının 11-i Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, müddətsiz əlilliyi elektron altsistemdə əsasız olaraq müddəti xx.xx.2021-ci ilə kimi göstərilmişdir. Halbuki, iddiaçı 2000-ci ildən müddətsiz əlildir. Hesab edir ki, cavabdeh tərəfindən onun 2015-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlil olmağı elektr on altsistemdə bərpa etməlidir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi qaydası” nın 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Qeyd edilən hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması sərtdir. Göstərilən şərtlər təsdiqlən diyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. İddiaçı barədə sonuncu göndərişin tarixi xx.xx.2016-ci il tarixində olmuşdur və iddiaçıya elektron təyinat əsasında 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.
8. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək 11 noyab r 2015-ci il tarixindən ikinci dərəcə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2-1(118)-1624/2024 nömrəli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, iddiaçıya dair 11 noyabr 2015-ci il tarixindən ikinci dərəcə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin xxxxxxx0001 saylı, xx.xx.2015-ci il tarixli arayışında iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx. 2016-cı il tarixinədək ikinci dərəcəli əlilliyin təyin edildiyi qeyd edilmiş, daha sonra isə həmin arayışa düzəliş edilərək, “müddətsiz” qeyd edilmiş və səlahiyyətli şəxs tərəfindən imzalanmışdır. Beləliklə, eyni tarixli müayinə nəticəsində iddiaçıya təqdim olunmuş arayışda əlilliyin müddətsiz, əlillik alt sistemindən çıxarışda isə müddətli təyin olunduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən alt sistemdə əksini tapmış həmin məlumatın mötəbərliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçıya TSEK tərəfindən əlillik müddətsiz təyin edildiyi, həmçinin, təyin edilmiş əlillik daha sonra inzibati orqan tərəfindən dəyişdirilmədiyi və ləğv edilmədiyi halda, cavabdehin əlillik alt sistemində təyin edilmiş əlilliyin müddətli olduğu göstərilmişdir. Qanunverici təyin edilmiş ə lilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata keçirilməsini tələb edir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur.
11. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2025-ci il tarixli, 2-1(105)-110/2025 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X5 və X7) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2 1(118)-1624/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə “Əlilliyin qiymətləndirilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarına istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.
16. Belə ki, əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, İddiaçı əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2015-ci il tarixdə o lmuş və ona 1 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. Bundan sonra isə ona elektron təyinatla 5 il müddətinə İl dərəcə əlillik təyinatı aparılmışdır. xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti daxil olmamışdır. Göründüyü kimi iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılmamış və təyinat əvvəldən 5 il müddətinə aparıldığı üçün barəsində heç bir inzibati icraat aparılmamışdır. Sadəcə olaraq iddiaçı barəsində sonuncu dəfə elektron təyinatla xx.xx.2016-cı il tarixdə olmuş və 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Bu tarixdən sonra onun barəsində göndəriş daxil olmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi v ə etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 19. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qan unu Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası
1. Ümumi müddəalar... 1.6.Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qə bul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərd ə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkə mə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində mə hkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, kassasiya şikayəti təmin edilməklə iddia rədd edilməlidir.
25. İş materiallarından göründüyü kimi iddiaçıya ilk dəfə 1999-cu ildən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra onun əlilliyi 2000-ci ildən müddətsiz olaraq müəyyən edilmiş, növbəti dəfə iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə “Azərbaycan Respublikası ərazi büt övlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir.
26. Hazırkı mübahisə ondan ibarətdir ki, iddiaçı tələbinin əsası kimi müvafiq sənədləri təqdim etməklə, ona xx.xx.2015-ci il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edildiyini bildirir və bu baxımdan, xx.xx.2015-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin elektron altsistemə daxil edilməsini tələb edir.
28. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti daxil olmadığından onun tələbi əsassızdır.
29. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaq hesab edir ki, məhkə mələr iddia tələbini təmin edərkən qanunvericiliyi müddəalarına lazımi qədər nəzər yetirməmişlər. Gəlmiş olduğu nəticəni məhkəmə kollegiyası aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.
30. Əvvəla qeyd etmək lazımdır ki, iddiaçının məhz xx.xx.2015-ci il tarixli qərar əsasında əlilliyinin bərpa etdirilməsində məqsədi odur ki, həmin inzibati aktla onun müddətsiz əlilliyi müəyyən edilmişdir.
31. İş materiallarında olan sənədlərə əsasən inzibati orqanın xx.xx.2015-ci il tarixli qərarı əsasında iddiaçının 1 il müddətində ikinci dərəcə əlilliyi müəyyən edilmişdir. Sonradan bu qərara əllə düzəliş edilərək müvafiq qurumun möhürü vurulmaqla əlilliyin müddətsiz olduğu qeyd edilmişdir.
32. Sonradan xx.xx.2016-cı il tarixdə iddiaçının əlilliyi müddətli, yəni 5 il müddətinəxx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
33. Başqa sözlə iddiaçı xx.xx.2021-ci il tarixinədək əlilliyi olan şəxs olmuş, bu tarixdən sonra yeni göndəriş təqdim edilmədiyindən onun bu statusu aradan qalxmışdır.
34. İnzibati orqanın xx.xx.2016-cı il tarixli qərarı ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2016-cı il tarixli qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir.
35. Azərb aycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. 36. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
37. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin müəyyən edilməsi barədə xx.xx.2015-ci il tarixli qərar 1 illik müddəti əhatə etmiş, həmin qərarda düzəliş edilərək əlilliyin müddətsiz olması barədə qeyd aparılsa da, əlilliyin müddətli, yəni 5 il müddətinə müəyyən olunmasına dair daha sonra xx.xx.2016-cı il tarixli inzibati akt qəbul edilmişdir. İddiaçı inzibati orqanın xx.xx.2016-cı il tarixli qərarını heç vaxt mübahisələndirməmişdir. Göründüyü kimi xx.xx.2016-cı il tarixli inzibati aktın qəbul edilməsi ilə xx.xx.2015-ci il tarixli qərar öz hüquqi qüvvəsini itirmiş olur.
38. Beləliklə, xx.xx.2015-ci il tarixli qər ar sonradan hüquqi qüvvəsini itirmiş inzibati akt olduğundan (ondan sonra xx.xx.2016-cı il tarixli yeni inzibati akt qəbul edilmiş və inzibati hüquq münasibətləri məhz bu aktla tənzimlənməkdə davam etmişdir) iddiaçının “11 noyabr 2015-ci il tarixindən ikinci dərəcə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsaslı olmamışdır.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi rədd edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsinin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2025-ci il tarixli, 2-1(105)-110/2025 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qərar qətidir.