Məhkəmə qərarları › İş №2-1(102)-1790/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1790/2024

13.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1790/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “İddiaçı”nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: tələblərin təmin edilməməsi; üçüncü şəxsin kassasiya şikayəti vermək hüququ; barəsində müstəqil qaydada kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayan qərardaddan verilmiş şikayətin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı “İddiaçı”nin cavabdeh Azərbaycan Respublikası İqtisadi yyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-92/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qərardadından üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının faiz gəlirindən ödənilmiş 448.881.60 məbləğində verginin ona geri qaytarılması ilə bağlı rəyin hazırlanıb iddiaçıya və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aidiyyəti strukturuna göndərilməsini xahiş etmişdir.

2. Bakı İnzi bati Məhkəməsinin 2-1(112)-904/2021 nömrəli 27 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının faiz gəlirindən ödənilmiş 448.881.60 məbləğində verginin ona geri qaytarılması ilə bağlı rəyin hazırlanıb iddiaçıya və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aidiyyəti strukturuna göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-267/2022 nömrəli 18 avqust 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmişdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)82/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-267/2022 saylı 18 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-92/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-904/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

8. Üçü ncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icr aatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. 10. “İnzibati məhkəmə icraatına üçüncü şəxsl ərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadı: “...

69. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüquq unu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.

70. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır”. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs "xxx x" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

12. Belə ki, bu qərarın 9-cu bəndində istinad olunan prosessual hüquq normalarında kassasiya şikayəti verilə bilən qərardadların dairəsi müəyyən edilmiş, inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ təsbit olunmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

13. Həmin normaların əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə qərardadlarından yalnız onların müstəqil şəkildə mübahisələndirilməsinin İPM-də nəzərdə tutulduğu hallarda şikayət verilə bilər. Həmçinin inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tə ləblərinin təmin edilmədiyi təqdirdə şikayət vermək hüququna malikdirlər.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ona ödənilmiş kredit faizləri ilə bağlı Azərbaycan Respublikasında məruz qalmadığı (ona ödənilmiş kredit faizlərindən çıxılmayan) vergilərə görə 448.881,60 manat pulun büdcədən ona geri qaytarılması ilə bağlı subyektiv hüquqa malik olmadığına görə iddia mümkün sayıla bilməz.

15. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərardad qəbul edilməsi inzibati məhkəmə icraatının iştirakçılarının, hazırkı halda kassasiya şikayəti vermiş üçüncü şəxsin tələblərinin təmin olunmaması nəticəsini doğurmur. Belə ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərardadının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması vəziyyəti yaranmamışdır. Odur ki, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadından kassasiya şikayəti vermək hüququ istisna edilir.

16. Qeyd edilənlərə əsasən, üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-92/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qərardadından üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar