Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1790/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən işə buraxılacağı günədək əmək haqqının ödənilməsi” tələbinə dair iş üz rə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2025-ci il tarixli, 2-1(105)-72/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 5 sentyabr 2018-ci il tarixdən Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətə qəbul edilərək, 21 iyun 2023-cü il tarixədək DİN-in Baş Mühafizə İdarəsinin Siyəzən regional mühafizə şöbəsində polis nəfəri vəzifəsində işləmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 17 iyun 2023-cü il tarixli, 3- 1317/Ə143/2023 nömrəli əmrinə əsasən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli Ə363- 03822 nömrəli əmrlə elan olunmuş “Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehinin qüvvədə olması nəzərə alınaraq, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “DİO-da xidmətdən xaric edilməsi” barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, öz əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən işə buraxılacağı günədək əmək haqqının hesablanaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsindən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 17 iyun 2023-cü il tarixli əmrinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Həmin əmrdə qeyd olunur ki, iddiaçı cəmiyyətdə qəbul olunmuş norma və qaydaları pozaraq, ailəli və himayəsində azyaşlı övladlarının olmasına baxmayaraq, qardaşı Rauf Heydərovun həyat yoldaşı Sürəyya Heydərova ilə etik qaydalara zidd münasibətlər qurduğuna görə və daxili işlər orqanının adına xələl gətirdiyinə görə xidmətdən xaric olunmuşdur. Qeyd edir ki, bunların hamısı əsassızdır. Araşdırma düzgün aparılmamış, qardaşı və onun həyat yoldaşının izahatları alınmamışdır. Halbuki, onlar Siyəzən rayon Polis İdarəsində dindirilmiş və qeyd edilənlərin şər-böhtan olduğunu bildirmişlər. Əmrin surəti iddiaçıya 17 iyun 2023-cü il tarixdə təqdim edilmişdir.
5. Cavabdeh iddia ərizəsinə verdiyi yazılı etira zında göstərmişdir ki, iddiaçı xidmət dövründə 3 dəfə mükafatlandırılsa da, 2 dəfə intizam məsuliyyətinə cəlb edilmiş, xidməti intizam qaydalarını dəfələrlə pozmuş, üzərinə düşən funksional vəzifələrin icrasında məsuliyyətsizlik nümayiş etdirmiş və rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirməmişdir. Bu səbəblə BMİ-nin xx.xx.2021-ci il tarixli 252-038-21 nömrəli əmri ilə ona “şiddətli töhmət”, xx.xx.2022-ci il tarixli 363-038-22 nömrəli əmri ilə isə “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tətbiq edilmişdir. Bundan əlavə, cavabdeh iddiaçının etik davranış qaydalarını pozaraq ailəli olduğu halda qeyri-rəsmi münasibətlər qurmasının və bu səbəbdən vətəndaş müraciətləri və şikayətlərinə səbəb olmasının daxili araşdırmalarla təsdiqləndiyini bildirmişdir. Nət icə etibarilə, BMİ-nin xx.xx.2023-cü il tarixli 3-13-17-Ə143/2023 nömrəli əmrinə əsasən iddiaçının daxili işlər orqanlarında xidmətdən xaric edilməsi onun xidməti intizamı kobud şəkildə pozması və etik davranış normalarına əməl etməməsi ilə əsaslandırılmışdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin 4 iyul 2024-cü il tarixli, 2-1(118)-1999/2024 nömrəli qərarı ilə (hakim İ.Burcayev) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının öz xidməti fəaliyyəti dövründə xidmətdə olduğu zaman heç bir məlumat vermədən xidməti postu tərk etməsi, ailəli olduğu halda vətəndaş H.Hüseynova ilə qeyri-rəsmi münasibət quraraq (özü də izahatında təsdiq etmişdir) barəsində şikayət olunmasına zəmin yaratması, habelə xidmətdə olduğu və xidmətdən kənar vaxtlarda da xili işlər orqanlarının əməkdaşı adını uca tutmalı olduğu halda cəmiyyətdə qəbul olunmuş norma və qaydaları pozması, habelə ona tətbiq olunmuş intizam məsuliyyətindən heç bir nəticə çıxarmaması onun barəsində qəbul edilmiş mübahisəli xx.xx.2023-cü il tarixli, 3-13-17-Ə143/2023 nömrəli əmrin əsaslı olaraq qəbul edilməsinə dəlalət edir.
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2025-ci il tarixli, 2-1(105)-72/2025 nömrəli qərarı ilə (sədrlik edən: H.Babayeva, hakimlər: V.Hacıyev və T.Axundov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi nin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olmuş iddiaçının xidməti fəaliyyəti zamanı yol verdiyi hərəkətlərində daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hallar mövcuddur.
11. Belə ki, işdən görünür ki, iddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək, qadın-kişi münasibətlərində riyakarlığa yol verərək, ailəli olduğu halda, vətəndaş H.Hüseynova ilə qeyri-rəsmi münasibət qurmuş, bununla da, H.Hüseynova tərəfindən barəsində DİN-in “102” Xidmətinə şikayət edilməsinə zəmin yaratmış, qeyd olunan hərəkətlərlə iddiaçı “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 12 və 17-ci mad dələrinin tələblərini pozduğu üçün ona “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 114-cü maddəsinin 4-cü bəndinə əsasən “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmiş və bununla bağlı cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli, Ə363-038-22 nömrəli əmr qəbul edilmişdir. Qeyd olunan məsələ ilə bağlı inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixdə iddiaçı özü də izahatında bildirmişdir ki, H.Hüseynova ilə sosial şəbəkə vasitəsilə tanış olmuş, bir müddət danışdıqdan sonra qeyri-rəsmi münasibət qurmuş, ailəli olduğu müddətdə də sonuncu ilə münasibətləri davam etmiş, son 3 aydır münasibətləri bitmişdir. Yəni, iddiaçının özü onun barəsində “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdar lıq” elan edilməsinə əsas olmuş halları– ailəli olduğu halda H.Hüseynova ilə qeyri-rəsmi münasibətdə olduqlarını izahatında təsdiq etmişdir.
12. Hazırda mübahisələndirilən iddiaçının xidmətdən xaric edilməsi barədə 17 iyun 2023 cü il tarixli, 3-13-17/Ə143/2023 nömrəli əmrin qəbul edilməsinə əsas olmuş hal isəonun ailəli və himayəsində azyaşlı övladlarının olmasına baxmayaraq, qardaşı Rauf Heydərovun həyat yoldaşı Sürəyya Heydərova ilə etik qaydalara zidd qeyri-rəsmi münasibətlər qurması və düşünülməmiş hərəkətləri ilə barəsində haqlı şikayətə zəmin yaratması, eləcə də, xidmətdə mənfi xarakterizə olunması, araşdırma zamanı qeyri səmimilik göstərməsi və hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və nüfuzuna xələl gətirməsi olmuşdur.
13. Məhkəmə araşdırması zamanı əmrin qəbul ed ilməsinə əsas olmuş hallarından iddiaçının qardaşı arvadı S.Heydərova ilə etik qaydalara zidd qeyri-rəsmi münasibətlər qurduğu təsdiqini tapmasa da, onun düşünülməmiş hərəkətləri ilə barəsində şikayətlərin olmasına zəmin yaratması, xidmətdə mənfi xarakterizə olunması və bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və nüfuzuna xələl gətirməsi baxımından məhkəmə hesab etmişdir ki, onun barəsində qəbul edilmiş əmr əsaslı hesab edilməlidir.
14. Belə ki, işdən görünür ki, 2023-cü ilin aprel və iyul aylarında iddiaçı ilə onun həm qonşusu, həm də bacanağı X1 arasında mübahisələr olmuş, hətta həmin ilin iyul ayında adıçəkilən şəxslər arasında olmuş mübahisə zamanı onlar bir birlərinin sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmişlər. Qeyd olunanlarla bağlı, iddiaçı tərəfi ndən Şabran rayon Polis Şöbəsinə edilmiş müraciətlə əlaqədar toplanmış material üzrə Şabran RPŞ-nin TQ-da aparılmış təhqiqat araşdırmasının nəticəsinə dair 03 may və 23 avqust 2023-cü il tarixlərində “Cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında” qərarlar qəbul edilmiş, həmçinin, gələcəkdə baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə iddiaçı və H.Z.Əliyevin adının münaqişəli ailələr kimi qeydiyyata alınmaları üçün qərarın surəti Şabran RPŞ-nin İTB-yə göndərilmişdir. İşin sadalanan halları- xidmətdə mənfi xarakterizə olunması, həm qonşusu, həm də bacanağı X1 arasında dəfələrlə mübahisələr olması və s. hallar cavabdeh inzibati orqan tərəfindən polis əməkdaşı adına ləkə gətirən hərəkət kimi qiymətləndirilərək xidmətdən xaric edilmişdir.
15. İddiaçı apellyasiya məhkəməsin in qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, polis adına ləkə gətirməmiş və onun barəsində bildirilənlər şər və böhtandır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Qanun: Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 19. “Polis haqqında” Qanun: Maddə
13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:... 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək.
20. Azərbaycan Respublikasının 9 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə Bənd
135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:... 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə 10 intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda;... 21. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”: Maddə
1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Maddə
22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlar ının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İns an hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının daxili işlər o rqanlarında xidmətdən xaric edilməsi ilə bağlı əsasların mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət, mötəbərlik və yetərlilik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Kollegiya məhkəmələrin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının xidmətdən xaric edilməsi barədə 17 iyun 2023-cü il tarixli, 3-13-17/Ə143/2023 nömrəli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2025-ci il tarixli, 2-1(105)-72/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.