Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1792/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçuya intizam tənbehinin müddət pozulmaqla tətbiq edilməsinin hüquqi nəticələri, əmrin ləğvi, həqiqi hərbi xidmətə qəbul edilmə və məcburi işburaxma dövrü üçün əməkhaqqının hesablanaraq ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi X idmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətə qəbul edilməsi və məcburi iş buraxdığı dövr üçün əməkhaqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2025-ci il tarixli, 2-1(105)73/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(093)-47/2023 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat məbləğin də inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamında olan gizir İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmış və öhdəsində olan işlərin təhvil verilməsi vaxtı (1 gün), eləcə də 2023-cü il üçün nəzərdə tutulmuş növbəti məzuniyyəti (35 gün) nəzərə alınmaqla, 13 fevral 2024-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış, hərbi qeydiyyata götürülmək üçün Xidmətin Şabran rayon bölməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizə si ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətə qəbul edilməsi və məcburi iş buraxdığı dövr üçün əməkhaqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-cü il təvəllüdlüdür, 20132017-ci illərdə Sumqayıt Dövlət Universitetində təhsil almışdır. 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayınadək (1 il müddətinə) Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xət ai rayon idarəsində gizir rütbəsi ilə baş məsul icraçısı vəzifəsində işə başlamışdır. 2022-ci ilin may ayında xidməti imtahan verərək 5/5 almışdır. 2022-ci ilin iyun ayında ona zabit vəzifəsi verilmişdir. Xidmətdə olduğu müddətdə ona hər hansı intizam tənbehi tətbiq edilməmişdir. xx.xx.2023-cü il tarixdə xidmət vaxtından kənar vaxtda, gecə saat 02:00 radələrində kiçik bir münaqişənin subyekti olmuş və xx.xx.2023-cu ildə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin hadisə barədə idarə rəhbərliyini dərhal məlumatlandırmış və bundan sonra xx.xx.2023-cü il tarixdən sərəncamda olmuşdur. Təxminən 1 il müddətində sərəncamda olmuşdur. Halbuki, bu müddət 4 aydan artıq təşkil edə bilməzdi. 2024-cü il yanvar ayında iş yoldaşlarının verdiyi məlumata əsasən onunla heç bir söhbət aparılmadan, ona məlumat verilmədən xidməti uyğunsuzluğa görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluqla) ehtiyata buraxılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə sənədləri götürmək üçün müraciət etsə də, ona təyinat vərəqəsi təqdim edilməmiş və bildirilmişdir ki, təyinat vərəqəsini Şabran şəhərində qeydiyyatda olduğu üçün Xidmətin Şabran rayon idarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsindən götürə bilər. Ora müraciət etdikdə yenə də təyinat vərəqəsi ona təqdim edilməmişdir. Bu günə kimi təyinat vərəqəsi ona təqdim edilmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətdən eht iyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmağa iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Ona ehtiyata buraxılması ilə bağlı heç bir məlumat verilməmişdir. Bütün göstərilənlər bir daha sübut edir ki, onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən ehtiyata buraxılmağı barədə əmr qanunsuz və əsassızdır.
5. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Xidmətin sərəncamında olan gizir İddiaçı 2022-ci ilin sentyabr ayında Xidmətin Xətai rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsində xidmət edərkən, tanışı Elvin Cabbarlı ilə birgə ünvan 1 ünvandakı “La Corne” hotelinin “Fuud Lac” adlı restoranını cari il in fevral ayınadək icarə əsasında işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Gizir İddiaçı dövlət hakimiyyəti nümayəndəsi kimi qanunçuluğa, nizam-intizama riayət edilməsində başqalarına nümunə göstərməli olduğu halda, həmin restoranda xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində sifarişin hesabını ödəməkdən yayınan vətəndaş Həsən Dadaşovla xəsarətlə nəticələnən münaqişə yaratmış, eləcə də intizam məsuliyyətindən kənarda qalması üçün hadisə barədə idarə rəhbərliyini dərhal məlumatlandırmamışdır. Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsində faktla bağlı araşdırma aparılmış, İddiaçı əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsinin tərkib əlaməti olduğundan, toplanmış material xx.xx.2023-cü il tarixdə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilm iş və o, məhkəmənin qərarı ilə həmin maddəyə əsasən təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin İddiaçı şikayəti əsasında həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilərək, iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(093)-47/2023 nömrəli qərarına əsasən, Azər İddiaçıbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Xidmətin sərəncamında olan gizir İddiaçı izahatında 2022-ci ilin sentyabr ayında Xətai rayon idarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsində xidmət edərkən, dostu Elvin Cabbarlının ona birgə pul qazanmaq məqsədi ilə ünvan 2 ünvanda yerləşən “La Corne” hotelinin 1-ci və 5-ci mərtəbəsindəki “Fuud Lac” adlı restoranı icarəyə işlətmələrini təklif etdiyini, aralarındakı razılaşmaya əsasən sonuncuya 5000 manat pul verdiyini və əldə ediləcək aylıq qazancın 20 faizinin ona veriləcəyi üçün həmin iaşə obyektinin fəaliyyətinə və əldə edilən gəlirə nəzarət etmək məqsədilə mütəmadi olaraq həftədə 1-2 dəfə iş saatlarından sonra oraya getdiyini, xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində restoranda olan zaman hotelin 504-cü otağında qalan, adını sonradan bildiyi Həsən Dadaşovun restorandan otağına spirtli içki və meyvə sifariş verdiyini, lakin pulunu ödəməməklə yanaşı, ofisianta qarşı kobud davrandığını öyrəndiyini, dostu E.Cabbarlı ilə birgə məsələni aydınlaşdırmaq üçün həmin otağa getdiklərini, H.Dadaşov dostunu nalayiq söyüşlərlə söydüyündən aralarında dava etdiklərini, onları ayırmağa çalışan zaman özünün də xəsarət aldığını, növbəti gün Nərimanov rayon Polis İdarəsinə çağırılaraq orada 1 gün, növbəti gün isə həmin idarənin 17-ci Polis şöbəsində saxlanıldıqdan sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 ay müddətinə inzibati qaydada həbs edildiyini, şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin qərarının ləğv olunduğunu, işin baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərildiyini, həmin məhkəmənin xx.xx.2023-cü il ta rixli qərarına əsasən İXM-nin 157-ci maddəsində (döymə) nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimələndiyini bildirmişdir. Aparılmış xidməti təhqiqat nəticəsində vətəndaş izahatında tanışı İddiaçı göstərdiklərini özünə aid hissədə təsdiqləmişdir. Bu səbəbdən Xidmət rəisinin xx.xx.2024-cü il tarixli müvafiq əmri ilə Xidmətin Xətai rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsində xidmət edərkən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinin və Azərbaycan Respublikası Silahlı X1 tələblərini pozaraq iaşə obyektini icarə əsasında işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, hesabı ödəməkdən yayınan vətəndaş H.Dadaşovla xəsarətlə nəticələnən münaqişə yaratdığına, intiza m məsuliyyətindən kənarda qalması üçün hadisə barədə idarə rəhbərliyini dərhal məlumatlandırmadığına görə Xidmətin sərəncamında olan gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 10 iyun 2024-cü il tarixli, e2-1(118)-3343/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmadı, cavabdeh də bu faktı təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Lakin iddiaçının hərbi qulluqçunun adına uyğun olmayan hərəkətlərə yol verməsi məhkəmənin qanuni qüvvəyə min miş qərarı ilə də öz təsdiqini tapır və təkzib edilmir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(093)-47/2023 nömrəli qərarında, həm də Xidmət tərəfindən aparılan araşdırma materiallarında İddiaçı ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməsi təsdiqini tapmışdır və bütün bunlar onun hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına əsas verir. Cavabdeh tərəfindən iddiaçının ehtiyata buraxılması qanunauyğundur. Onun ehtiyata buraxılmasına dair əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədi.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədr lik edən və məruzəçi/, T.B.Axundov və İ.R.Quliyev) 07 fevral 2025-ci il tarixli, 2-1(105)-73/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-3343/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı gizir İddiaçı zabit vəzifəsi üzrə hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 07 ş/h nömrəli əmr ləğv edilmiş, iddiaçı gizir İddiaçı əvvəlki tutduğu vəzifəsinə - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Xətai rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsi üzrə xidmətə bər pa edilməsi və məcburi iş buraxdığı dövr üçün əməkhaqqının hesablanaraq ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuşdur.
10. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 10.1. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin qəbul edilməsini məhz onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması, başqa vətəndaşa xəsarət yetirməsi ilə nəticələnən münaqişə yaratması və intizam məsuliyyətindən kənarda qalması üçün baş vermiş hadisə barədə idarə rəhbərliyinə dərhal məlumat verməməsi kimi hallarla əsaslandırmışdır. Bu baxımından kollegiya, ilk növbədə, onu qeyd edir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs qismində vergi ödəyicisi kimi qanunla müəyyən edilmiş qaydada vergi uçotuna alınmamış, adına vergi ödəy icisinin eyniləşdirmə nömrəsi verilməmişdir. Cavabdeh inzibati orqan isə iddiaçının dostu ilə birgə ticarət obyekti (restoran) işlətməsi halına istinad etmiş, həmin halı sözügedən hadisənin həmin restoranda baş verməsi, restoranı icarə əsasında işlətməsi kimi hallarla əsaslandırmışdır. Kollegiya hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması halı məhz onun adına VÖEN olması və ya ticarət obyektinin icarəyə götürülməsi barədə onun tərəf kimi çıxış etdiyi müqavilənin olması və sair sənədlərin mövcudluğu əsasında müəyyən edilməlidir. İndiki halda isə cavabdeh tərəfindən həmin hala dair heç bir sübut vasitəsi (icarə müqaviləsi, iddiaçının adına VÖEN olması və sair) məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması halın a heç bir əsas olmadan, ümumi sözlər şəklində formal olaraq istinad etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin iddiaçı barəsində vaxtı çatmamış ehtiyata buraxılmasına səbəb olan həmin arqumenti əsassız olmuşdur. 10.2. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən başqa vətəndaşa xəsarət yetirməsi ilə bağlı yol verdiyi hüquq pozuntusuna görə onun barəsində müvafiq məhkəmə qərarı ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilmişdir. Yuxarıda istinad edilən İntizam Nizamnaməsinin müvafiq normasının tələbinə əsasən, eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qad ağandır. Göründüyü kimi, iddiaçı artıq yol verdiyi həmin qanun pozuntusuna görə cəzalandırılmışdır. Belə olan halda, iddiaçı barəsində həmin hala yenidən istinad edilməklə, onun ehtiyata buraxılması və nəticə etibarilə işdən azad olunmasına dair cəza tədbirinin tətbiq edilməsi həmin normanın dispozitiv şərtləri ilə uzlaşmır və bu hal qanunvericiliyin tələbinə ziddir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh iddiaçı barəsində müvafiq əmrin qəbul edilməsinin əsası kimi sonuncunun başqa şəxsə xəsarət yetirməsi ilə nəticələnən münaqişə yaratması halına istinad etməkdə haqlı olmamışdır. 10.3. Həmçinin, kollegiya cavabdehin digər dəlili ilə bağlı qeyd edir ki, baş vermiş hadisə barədə müvafiq polis idarəsi tərəfindən cavabdeh inzibati orqana məlumat xarakterli məlumat ünvanlanmışdır. Bund an əlavə, raportun məzmunundan görünür ki, iddiaçının mobil nömrələri söndürüldüyündən əlaqə saxlanılmasının mümkün olmadığı, baş vermiş hadisə barədə onun yaxınları tərəfindən məlumat verilməsinə istinad edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı həmin vaxtda müvafiq polis idarəsində saxlanıldığından onun hadisə barədə dərhal məlumat vermək imkanının olmaması cavabdehə aşkar bəlli olduğu halda, habelə hadisə barədə yaxınları tərəfindən məlumat verilməsinə baxmayaraq iddiaçı barəsində müvafiq əmrin qəbul edilməsinə əsas kimi həmin hala istinad edilməsi formal xarakter daşımaqla, əsassız olmuşdur. 10.4. Bundan əlavə, kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq əmrin qəbul edilməsi zamanı qanunvericilik normasının bir sıra tələbləri pozulmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, istinad edilən hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçı xx.xx.2023-cü il tarixdən xidməti sərəncama götürülmüş, onun barəsində xidməti təhqiqat aparılmağa başlanılmış, aparılmış xidməti təhqiqatın nəticəsinə dair 16 dekabr 2023-cü il tarixdə rəy tərtib edilmiş, həmin rəy əsasında onun xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əmrlər qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı 1 ilə yaxın müddətdə xidməti sərəncamda olmuşdur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh inzibati orqan xidməti təhqiqatın 1 ilə yaxın müddətdə davam etməsinin əsaslarına aydınlıq gətirə bilməmiş, həmin müddətin uzanmasını zəruri edən halları da əsaslandıra bilməmişdi r. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən “Azərbaycan Respublikası Silahlı X2”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə 4 aydan artıq olmamaq şərti ilə sərəncamda olurlar. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq əmr qəbul edilərkən İntizam Nizamnaməsinin 38-ci maddəsinin tələblərinə əməl edilməmişdir. 10.5. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının ehtiyata buraxılmasına əsas olan hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş, həmin hadisəyə görə onun barəsində məhz xx.xx.2023-cü il tarixli məhkəmə qərarı əsasında tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı barəsində təhqiqat başlanılmış, təhqiqatın nəticəsinə dair rəy 16 dekabr 2023-cü il tarixdə tərtib edilmişdir. İd diaçının həmin hadisəyə görə ehtiyata buraxılması barədə əmr isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən, hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən, bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən 10 sutka keçənə qədər verilməlidir. Göründüyü kimi, iddiaçıya ehtiyata buraxılması barədə intizam cəzası onun tətbiq edilməsinə əsas olan hadisənin baş verməsindən 1 ilə yaxın müddət keçdikdən sonra, habelə təhqiqatın qurtardığı gündən 24 gün keçdikdən sonra tətbiq edilmişdir. Halbuki qanunvericilik normasının tələbinə əsasən, baş vermiş hadisə barədə məlumatın alındığı gündən, təhqiqat aparıldığı halda isə təhqiqatın qurtardığı gündən 10 gün müddətində intizam cəz ası verilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq əmr qəbul edilərkən İntizam Nizamnaməsinin 93-cü maddəsinin tələblərinə əməl edilməmişdir. 10.6. Həmçinin, kollegiya onu qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçının xidmət etdiyi dövrdə iki dəfə barəsində həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəyyən edilmişdir. 10.7. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən, gizirlərə və miçmanlara məzəmmət, töhmət, şiddətli töhmət, hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs, vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq, aşağı vəzifəyə keçirmə, gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa), xidmət vaxtı başa çatm amış ehtiyata buraxma, gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə, sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. Göründüyü kimi, İntizam Nizamnaməsində yol verilmiş qanun pozuntularına görə bir neçə intizam cəzasının tətbiq edilməsinin mümkünlüyü qeyd edilmiş, habelə xidmət vaxtı çatmamış ehtiyata buraxma cəza növünə qədər beş növ cəza tədbiri əks olunmuşdur. İndiki halda, cavabdeh inzibati orqan iddiaçı barəsində baş vermiş hadisəyə görə (hansı ki həmin hadisəyə görə barəsində tənbeh tədbiri tətbiq edilmişdir) məhz onun xidmət vaxtı çatmamış ehtiyata buraxma növündə intizam tənbeh tədbirini tətbiq etsə də, iddiaçının yol ve rdiyi pozuntuya görə ağır tənbeh tədbirinin tətbiq edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Başqa sözlə, iddiaçı barəsində qanunla yol verilən digər cəza tədbirlərinin deyil, nəyə görə məhz ağır cəza növünün - xidmət vaxtı çatmamış ehtiyata buraxılma növündə cəzanın tətbiq edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. 10.8. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən, hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qull uq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır, komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. Göründüyü kimi, tətbiq edilən tənbeh tədbiri yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. İndiki halda isə iddiaçı barəsində yol verilmiş pozuntuya görə inzibati qaydada məsuliyyətə cəlb edildiyi halda, onun barəsində əsas olmadan (əmrdə istinad edilmiş əsaslar heç bir sübutla təsdiq edilmədiyindən) ağır tənbeh tədbirinin tətbiq edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Başqa sözlə, iddiaçının yol verdiyi pozuntunun xarakteri, ağırlıq dərəcəsi və təqsirin dərəcəsi (tərəflər arasında gərgin münasibətin yaranması zəminində baş verməsi və sair amillər baxımından) onun barəsində ağır tənbeh tədbirinin tətbiq edilməsinə mütənasib olmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq əmr qəbul edilərkən İntizam Nizamnaməsinin 85-87-ci maddələrinin də tələblərinə əməl edilməmişdir. 10.9. Həmçinin, kollegiya onu qeyd edir ki, indiki halda iddiaçının ehtiyata buraxılma barədə əmrin ləğv edilməklə, əvvəlki vəzifəyə bərpa edilməsi barədə tələbi əsas tələb kimi çıxış etdiyindən və bu tələb əsaslı olduğundan, əsas tələbdən törəmə tələb kimi çıxış edən məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsinə dair tələb də əsaslıdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qər ar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaya etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə həmçinin qeyd edilir ki, cavabdeh iddiaçı barədə İntizam Nizamnaməsinin müddəalarına uyğun qərar qəbul etmiş və heç bir qanunvericiliyin normalarını pozmamışdır. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə qərar qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Hərbi qulluqçu statusunun əldə edilməsi v ə itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə
26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti
1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.
2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aş ağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir.
15. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
155. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndi nə əsasən yerinə yetirilir....
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına g örə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşd irilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.... İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. 16. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
38. Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətləri... 38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar: 38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar – təhsil və ya müvafiq vəzifədə xidmət müddətində; 38.2.2. ştatların ixtisa rı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı X2”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti ilə; 38.2.3. xəstəliyə görə 4 aydan artıq müalicədə olduqda – həmin müalicə müddətində; 38.2.4. hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində; 38.2.5. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində. 38.3. Bu Qanunun 38.2-ci maddəsində nəzərdə tutulmuş sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir.
17. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X2”: İİİ fəsil. Hərbi intizamın pozulmasına görə cəzalar
43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
44. Hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə komandirlərin (rəislərin) qərarları ilə hərbi qulluqçuların nalayiq hərəkətləri:... zabitlərin nalayiq hərəkətləri alayların (briqadaların), gəmilərin, əlahiddə hissələrin və bunlara müvafiq hissələrin zabitlərinin yığıncaqlarında müzakirə edilə bilər. Bundan əlavə, zab itlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə zabitlər, gizirlər, miçmanlar və müddətindən artıq xidmət hərbi qulluqçularının şərəf məhkəmələrində baxıla bilər. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinin şərəf məhkəmələrində baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, müəssisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edilir. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinə görə eyni zamanda həm şərəf məhkəməsində baxılmağa verilmək, həm də intizam cəzası vermək qadağandır....
47. Zabitlər, generallar və admirallar müstəsna və təxirə salınmaz hallarda öz vəzifələrindən kənar edilə bilərlər. Zabitləri, generalları və admiralları öz vəzifələrindən yalnız onları bu vəzifələrə təyin etmək səlahiyyəti olan komandirlər (rəislər) kənar edə bilərlər. Komandir (rəis) tabeliyində olan hərbi qulluqçunu öz vəzifəsindən kənar edərkən, bu barədə dərhal komanda üzrə məlumat verməlidir. Həmin məlumatda vəzifədən kənar edilmənin səbəbi və şəraiti müfəssəl izah edilməlidir. Öz tabeliyində olanı tutarlı əsas olmadan vəzifəsindən kənar etmiş komandir (rəis) bunun üçün məsuliyyət daşımalıdır....
61. Gizirlərə və miçmanlara: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər.
67. Zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. İntizam cəzalarının verilmə qaydası
85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.
86. Həbs son təsir tədbiridir və bir qayda olaraq, komandirin (rəisin) istifadə etdiyi digər tədbirlər istənilən nəticəni vermədiyi hallarda tətbiq edilir.
87. Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir.
88. Eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır.
89. Dəfələrlə nalayiq hərəkətlər etdikdə, hərbi intizamın və ictimai asayişin qrup halında pozulmasında iştirak etdikdə, nalayiq hərəkəti xidməti vəzifəsini yerinə yetirərkən, döyüş növbəsində olarkən, ya da sərxoş halda törətdikdə, nalayiq hərəkət ictimai asayişin kobud surətdə pozulmasına gətirib çıxartdıqda hərbi qulluqçuya verilən intizam cəzası ciddiləşdirilir.
90. Əgər rəis tabeliyində olanın törətdiyi nalayiq hərəkətin ağırlığına görə ona verilən cəza üçün özünün intizam səlahiyyətini kifayət saymırsa, rəis özündən böyük rəisin intizam səlahiyyətindən istifadə etmək üçün vəsatət qaldırır.
91. Öz intizam cəzası vermək səlahiyyətini aşmış rəis bunun üçün məsuliyyət daşımalıdır.
92. Kiçik rəis öz intizam səlahiyyətini aşmayıbdırsa, onun verdiyi intizam cəzasını böyük rəisin ləğv etmək və yaxud yüngülləşdirmək hüququ yoxdur. Böyük rəis müəyyən etsə ki, törədilən nalayiq hərəkət üçün kiçik rəisin verdiyi cəza kifayət deyildir, onun bu cəzanı ləğv edib, təqsirkara daha ciddi cəza vermək hüququ vardır.
93. Hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir.
94. Sutkalıq naryadın (döyüş növbətçiliyinin) tərkibinə daxil olan şəxslərə xidmət vaxtı törətdikləri nalayiq hərəkətlər üçün intizam cəzaları naryad (döyüş növbətçiliyi) qurtarandan, yaxud onlar dəyişdirildikdən sonra verilməlidir.
95. Sərxoş halda olan təqsirkara intizam cəzasının verilməs i, yaxud ondan hər hansı bir izahat tələb edilməsi onun sərxoşluqdan ayılmasına qədər təxirə salınmalıdır. Bu məqsədlə sərxoş halda olan şəxs bir sutkaya qədər hauptvaxtda və ya müvəqqəti saxlama kamerasında saxlanılır, sonra onun məsuliyyəti haqqında qərar qəbul edilir. İntizam cəzalarının icra qaydası
96. İntizam cəzaları bir qayda olaraq dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayaraq icra edilir. Verilmiş intizam cəzası bir ay keçdikdən sonra icra edilmir, lakin təqsirkarın xidmət vərəqəsinə yazılır. Bu halda icranı təmin etməyən şəxs məsuliyyət daşımalıdır.
97. Verilən intizam cəzasından şikayət edilibsə, böyük rəisin bu cəzanı ləğv etmək barədə sərəncamı olana qədər cəzanın icrası dayandırılmır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Madd ə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə əmrin ləğvi, iddiaçının həqiqi hərbi xidmətə qəbul edilməsi və məcburi işburaxma dövrü üçün əməkhaqqının hesablanaraq ödənilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.
25. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətr aflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə dair əlavə olaraq aşağıdakıları qeyd edir.
27. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X2”nin 93-cü hissəsinə əsasən, hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir.
28. Məhkəmə kollegiy ası qeyd edir ki, iddiaçının ehtiyata buraxılmasına əsas olan hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş, həmin hadisəyə görə onun barəsində məhz xx.xx.2023-cü il tarixli məhkəmə qərarı əsasında tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı barəsində təhqiqat başlanılmış, təhqiqatın nəticəsinə dair rəy 16 dekabr 2023-cü il tarixdə tərtib edilmişdir. İddiaçının həmin hadisəyə görə ehtiyata buraxılması barədə əmr isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən, hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən, bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən 10 sutka keçənə qədər verilməlidir. Göründüyü kimi, iddiaçıya ehtiyata buraxılması barədə intizam cəzası onun tətbiq ed ilməsinə əsas olan hadisənin baş verməsindən 1 ilə yaxın müddət keçdikdən sonra, habelə təhqiqatın qurtardığı gündən 24 gün keçdikdən sonra tətbiq edilmişdir. Halbuki “Azərbaycan Respublikası Silahlı X2”nin 93-cü maddəsi imperativ qaydada müəyyən etmişdir ki, baş vermiş hadisə barədə məlumatın alındığı gündən, təhqiqat aparıldığı halda isə təhqiqatın qurtardığı gündən 10 gün müddətində intizam cəzası verilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barədə müvafiq əmr qəbul edilərkən İntizam Nizamnaməsinin 93cü maddəsinin tələbləri pozulmuşdur.
29. İddiaçıya intizam cəzasının İntizam Nizamnaməsinin 93-cü maddəsində müəyyən edilmiş müddətdə tətbiq edilmədiyi məhkəmə araşdırması zamanı tam sübuta yetirildiyindən, bu hal isə mübahisələnd irilən əmrin ləğvi üçün müstəqil əsas təşkil etdiyindən, məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verilməsinə zərurət görmür. Belə ki, cavabdehin digər dəlilləri öz təsdiqini tapsa belə, bu, vəziyyəti iddiaçının ziyanına, yaxud cavabdehin xeyrinə dəyişmir.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2025-ci il tarixli, 2-1(105)-73/2025 nömrəli qərarı d