Məhkəmə qərarları › İş №2-1(102)-1796/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1796/2024

05.09.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1796/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; göndərişdəki məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 22.*2.2*24-cü il tarixli, 2-1(1*3)-2*9/2*24 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2**8-ci ildə L5-S1 diskin yırtığına görə cərrahi əməliyyat keçirmiş, 2*15ci il tarixinədək müxtəlif ambulator və stasionar müayinə keçmişdir.

2. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının 18.*4.2*15-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M8*-M94 Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - Diaqnozun mətni: Onurğanın osteoxondrozu, L5-S1 f/arası disk yırtığına görə aparılmış əməliyyatdan s/v; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir

3. Bakı 2 nömrəli Şəhər Poliklinikasının 25.*6.2*15-ci il tarixli **19**3AABE8 saylı göndərişi əsasında baxılmış və "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4*-M54 Dorsopatiyalar => M5*-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünləri. Bel fəqərə ətrafı nöqtələr kəskin ağrılı, valle nöqtələri ağrılıdır, sağ pəncənin parezi qeyd olunur, əzələ tonusu və gücü sağ aşağı ətrafda enib, diz refleksi D böyükdür S enib, aşıl sağda alınmır: Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklər in zədələnməsi zamanı sinir köklərinin və bel. sağ aşağı ətrafda zəiflik” səbəbi ilə 1(bir) il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Elektron təyinatla 13.*7.2*16-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar: X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4*- M54 - Dorsopatiyalar => M5*-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünləri.Bel fəqərəətrafı nöqtələr kəskin ağrılı. valle nöqtələri ağrılıdır, sağ pəncənin parezi qeyd olunur, əzələ tonusu və gücü sağ aşağı ətrafda enib, diz refleksi D böyükdür S enib, aşıl sağda alınmır; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel, sağ aşağı ətrafda zəiflik” səbəbi ilə 5 (beş) il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. Bakı 2 nömrəli Şəhər Poliklinikasının 17.*7.2*21-ci il tarixli **19**3AAB8R saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4*- M54 - Dorsopatiyalar => M5*-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr,..: Diaqnozun mətni: Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu.(2**8ci il). Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin sə bəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir" səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 25.11.2*21-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspertiza və X4 müraciətə cavabının etibarsız hesab edilməsini və ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 27.1*.1997-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində gizir qismində müddətdən artıq həqi qi hərbi xidmətdə, 21.*8.2**4cü ildən isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmətdə olmuşdur. 2**8-ci ildə L5-S1 diskin yırtığına görə cərrahi əməliyyat keçirmişdir. Əməliyyatdan sonra həmin nahiyədə residivli yırtıq aşkar olunmuşdur (2*1*-cu ildə). Dəfələrlə ambulator və stasionar müayinə və müalicə olunmasına baxmayaraq, onurğanın Lı-Sı səviyyəsində və nevroloji statusda mənfi dinamika qeyd olunmuşdur. 8. 13.*7.2*15-ci ildən ona xəstəlik səbəbindən ikinci dərəcəli əlillik (hərbi xidmət dövrü ilə əlaqədar əlillik) təyin olunmuşdur. Qoşmada bu ərizəyə əlavə edilmiş sənədlər də bunu sübut edir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində "Şmorle düyünləri. Bel fəqərəətrafı nöqtələr kəskin ağrılı, valle nöqtələri ağrılıdır, sağ pəncənin parezi qeyd olunur, əzələ tonusu və gücü sağ aşağı ətrafda enib, diz refleksi D böyükdür S enib, aşıl sağda alınmır" qeyd olunmuşdur. Əlilliyin müəyyən olunması meyarı - "fəqərəarası disklərin zədələnməsi zamanı sinir"dir. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. 9. 17.*7.2*21-ci il tarixli Həkim Məsləhət Komissiyasının **19**3AAB8R N-li Bildirişi və TQS N *88, **19**3AAB8R N-li Tibbi Sosial Ekspert Komissiyasına göndərişdən göründüyü kimi, yenidən bütün zəruri müayinələrdən keçmişdir. Sənədlərlə birlikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (TSEKə) müraciət etmişdir. Tibbi-Sosial Ekspertiza və X3 (TSERAS) müraciətinə cavab olaraq daxil olmuş mesajda qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmə məsi səbəbindən əlillik təyinatından imtina edimişdir. Qoşmada bu ərizəyə əlavə edilmiş iş materiallarına nəzər yetirdikdə ona təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi üçün hər hansı bir halın mövcud olmadığı aydın görünür. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının 18.*4.2*15-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M8*-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - Diaqnozun mətni: Onurğanın osteoxondrozu, L5-S1 f/arası disk yırtığına görə aparı lmış əməliyyatdan s/v; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir.

11. Bakı 2 nömrəli Şəhər Poliklinikasının 25.*6.2*15-ci il tarixli **19**3AABE8 saylı göndərişi əsasında baxılmış və "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4*-M54 Dorsopatiyalar => M5*-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünləri.Bel fəqərə ətrafı nöqtələr kəskin ağrılı, valle nöqtələri ağrılıdır, sağ pəncənin parezi qeyd olunur, əzələ tonusu və gücü sağ aşağı ətrafda enib, diz refleksi D böyükdür S enib,aşıl sağda alınmır: Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel.sağ aşağı ətrafda zəiflik” səbəbi ilə 1(bir) il müddətinə əlillik dərəcəsi verilmişdir.

12. Elektron təyinatla 13.*7.2*16-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar: X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4*- M54 - Dorsopatiyalar => M5*-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünləri.Bel fəqərəətrafı nöqtələr kəskin ağrılı.valle nöqtələri ağrılıdır,sağ pəncənin parezi qeyd olunur, əzələ tonusu və gücü sağ aşağı ətrafda enib,diz refleksi D böyükdür S enib,aşıl sağda alınmır; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel, sağ aşağı ətrafda zəiflik” səbəbi ilə 5 (beş) il müddətinə əlillik dərəcəsi verilmişdir.

13. Bakı 2 nömrəli Şəhər Poliklinikasının 17.*7.2*21-ci il tarixli **19**3AAB8R saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4*- M54 - Dorsopatiyalar => M5*-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr,..: Diaqnozun mətni: Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu.(2**8ci il).Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir" səbəbi ilə imtina verilmişdir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.*1.2*2*-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 16.*1.2*2*ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müə ssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.*2.2**8-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır.

15. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

16. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasilə siz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin. V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəx sin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.

17. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pən cərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Bakı İnzibati Məhkəməsinin 14.*2.2*22-ci il tarixli, 2-1(112)-4*95/2*22 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: İddiaçının xəstəlik diaqnozu müəyyən edilsin. İkinci sual: Hazırda iddiaçının xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.12.2*15-ci il tarixli 413 №li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə aiddir?

19. Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin 28.*4.2*22-ci il tarixli, T 142/2*22 nömrəli ekspert rəyi ilə iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir. Birinci və ikinci suallara cavab: İddiaçının iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərişlərdə şəxsin səhhətini əks etdirən “digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yı rtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu (2**8-ci il), bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu” diaqnozunda əsas xəstəliyin ağırlaşması olan pəncə parezi monoplegiyası əyani müayinədə aşkar edilmədiyindən diaqnoz hazırda əlillik təyinatına əsas vermir və bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.12.2*15-ci il tarixli 413 nömrəli qərarı ilə tədqiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamədə olan xəstəliklərin əhatə dairəsinə düşmür.

20. Bakı İnzibati Məhkəməsinin 28.*6.2*22-ci il tarixli, 2-1(112)-4*95/2*22 nömrəli qərardadı ilə iddiaçının əlilliyinin xüsusi tibbi a vadanlıqlardan istifadə edilməklə müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

21. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 26.1*.2*22-ci il tarixli, 2242*354163 nömrəli qərarı ilə müalicənin davam etdirilməsi qərara alınmışdır.

22. Sonradan iddiaçı məhkəməyə “ona 17.*7.2*21-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və ərizəsi 3*.*5.2*23-cü il tarixində icraata qəbul edilmişdir.

23. Bakı İnzibati Məhkəməsinin 3*.*5.2*23-cü il tarixli, 2-1(112)-546/2*23 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 17.*7.2*21-ci il tarixdən əl illiyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən inkar edilməmişdir. Digər tərəfdən, müayinə tarixində qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2-ci bəndinə əsasən iddiaçı 2 nömrəli Şəhər Poliklinikası, həmçinin Medistyle Hospital və X7 Center tərəfindən müayinə olunmuş və onda xəstəlik təkrarlanmış, ağırlaşma və yanaşı xəstəlikləri nəinki azalmış, əksinə artmışdır.

25. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçıya 13.*7.2*21-ci il tarixədək eyni diaqnozla ardıcıl olaraq 2 dəfə müxtəlif vaxtlarda (2*15 və 2*16-cı illərdə) qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3*.12.2* 15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2-ci dərəcə əlillik təyin edilmişdir.

26. İddiaçı barəsində 13.*4.2*22-ci il tarixli 275***3AAF8F nömrəli göndəriş (forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.12.2*15ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur.

27. Məhkəmə hesab edir ki, əlilliyin müəyyən olunması üçün Əsasnamədə olan meyarlardan hər hansı biri mövcud olmadığından, lakin yeni meyarlarda olan hal mövcud olduğundan hazırda işə baxılarkən əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan meyarlar tətbiq olunma lıdır.

28. İşin məhkəmə araşdırılması zamanı iddiaçı barəsində tərtib edilmiş 17.*7.2*21-ci il tarixli **19**3AAB8R nömrəli göndərişdə sonuncunun kifayət qədər müayinə və müalicələrdə olmasının qeyd edilməsi, həmçinin iddiaçıya təyin edilmiş diaqnozun ona müvafiq əlillik təyin edilməsi üçün meyarlara uyğun olması müəyyən edilmişdir.

29. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 26.*4.2*23-cü il tarixli Qərarında iddiaçıya qoyulmuş diaqnozun həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3*.12.2*15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13.*5.2*22-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq ed ilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik əlaməti təyin etməməsi ilə bağlı qeyd edir ki, 2 nömrəli Şəhər Poliklinikasının 17.*7.2*21-ci il tarixli **19**3AAB8R nömrəli göndərişində göstərilmiş əsas diaqnoz və digər xəstəliklər Nazirlər Kabinetinin 13.*5.2*22-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyin təyininə əsas verir.

30. Belə ki, 2 nömrəli Şəhər Poliklinikasının 17.*7.2*21-ci il tarixli **19**3AAB8R nömrəli göndərişində əsas diaqnoz: (M51) Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yırtığının cərrahı müdaxiləsindən sonrası kəskin və davamlı sökcək sindromu. (2**8ci il); Ağırlaşmalar: (G83.1) Aşağı ətrafların mono plegıyası, Sağ aşağı ətrafın (pəncənin) parezi; (M51.1) Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatıya ilə, L5-S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrası kəskin və davamlı kökcük sindromu.(2**8); (R26) Hərəkətin və yerişin pozulmaları, Hərəki funksiyanın məhdudlaşması; (R33) Sidik ifrazının ləngiməsi; Yanaşı xəstəliklər: (İ1*) Essonsial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ; (E66) Piylənmə, alimentar piylənmə İV dərəcə (125kq); (G63.2) Diabetik polinevropatiya (E1*-14 ümumi dördüncü.4 işarəsi ilə), Diabetik polineyropatiya; (M42) Onurğanın osteoxondrozu, Onurğa sütununun yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə; (H35.*) Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-diabetik retinopatiya. (İ25.1) Ürəyin aterosklerotik xəst əliyi, ÜİX Aterozklerotik kardioskleroz. (E11) İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip İİ ortaağır forma.5 ildir şəkərli diabet xəstəsidir qeyd edilmişdir. Həmin xəstəliklər Nazirlər Kabinetinin 13.*5.2*22-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda müvafiq əlilliyin təyininə əsas verir. 31. 2*22-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.*5.2*22-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 13.5.1-ci bəndinə əsasən digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri (M51); osteoxondroz (M42); 13.5.1.1-ci bəndinə əsasən aşağı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, təzahür ed ən distal və ya mülayim proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən proksimal monoparez, proksimal monoplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, aşağı ətraf monoplegiyası sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinə; 2.1-ci bəndinə əsasən Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (İ1* - İ15.*) qan dövranı sisteminin xəstəliklərinə; 6.8-ci bəndinə əsasən Polinevropatiyalar (G63*) Sinir sistemi xəstəliklərinə; 11.2.1-ci bəndinə əsasən insulindən asılı olmayan şəkərli diabet (E11), Piylənmə və artıq qidalanmanın digər növləri (E65-E68) endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları xəstəliklərinə aid edilmişdir.

32. İddiaçının M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olması, stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, eyni zamanda, müvafiq diaqnoz digər səhiyyə müəssisəsi tərəfindən də təsdiq edildiyindən və əlilliyin təyin olunmasına əsas olan diaqnoz normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) təsbit edildiyindən, həmçinin iddiaçıya əvvəllər müxtəlif vaxtlarda eyni diaqnozla cavabdeh inzibati orqan tərəfindən əlillik dərəcəsi təyin olunduğundan hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

33. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 12.1*.2*23-cü il tarixli, 2-1(1*3)-2912/2*23 nömrəl i qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi”nə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 275***3AAF8F nömrəli göndərişlə göndərilmiş № 88 saylı arayışında şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? İkinci sual: İddiaçı canlı müayinə olma qla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün göndərilmiş № 88 saylı arayışda qeyd olunan və iddiaçıda olan xəstəliklər hansılardır? Üçüncü sual: İddiaçı canlı müayinə olmaqla Forma № 88 saylı arayışda aparılan müayinənin nəticəsi diaqnozda öz əksini tapırmı? Dördüncü sual: İddiaçı canlı müayinə olmaqla onda olan xəstəliklər hansı tarixdən yaranmışdır? Hazırkı ağırlaşmaları hansılardır? Həmin xəstəliklərin müalicəsi mümkündürmü?

35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin T 893/2*23 nömrəli Ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: Birinci və dördüncü suallar üzrə: iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyala rı tərəfindən qiymətləndirilməsi üçün 2 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş 17.*7.2*21-ci il tarixli **19**3AAB saylı göndərişdə qeyd olunan xəstəlik və onun ağırlaşmaları “Diaqnoz: Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yırtığının cərrahı müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu (2**8-ci il), Ağırlaşmalar: Aşağı ətrafların monoplegiyası. Sağ aşağı ətrafın (pəncənin) parezi; Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu; Hərəkətin və yerişin pozulmaları. Hərəki funksiyanın məhdudlaşması. “Sidik ifrazının ləngiməsi” xəstəlikləri aparılmış kliniki, laborator və funksional diaqnostik müayinələrinin nəticələri əsasın da müəyyən edilmişdir və hazırda da onun hazırkı vəziyyətini əks etdirir. Ağırlaşmaların bir hissəsi 2*23-cü ildə aparılmış aşağı ətraf əzələlərinin EMG müayinəsi ilə də öz təsdiqini bir daha tapmışdır. İddiaçının iş materiallarında olan tibbi sənədlərə əsasən düçar olduğu xəstəliyin başlanması *88 saylı Formada *5.*4.2**8-ci il tarixi göstərilmişdir. Xəstəlik yırtıq əməliyyat yolu ilə aradan qaldırılsa da, son proqnozu barədə əvvəlcədən fikir söyləmək mümkün deyildir. Əməliyyat aparılmadıqda isə mütəmadi bərpa müalicəsi (müalicə bədən tərbiyəsi) aparılmalıdır.

36. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.*2.2*24-cü il tarixli, 2-1(1*3)-2*9/2*24 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 3*.*5.2*23-cü il tarixli, 2-1(112)-546/2*23 saylı qərarı dəyişdirilmədən saxlanılmış dır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

38. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

39. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının 17.*7.2*21ci il tarixli **19**3AAB8R saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4*- M54 - Dorsopatiyalar => M5*-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr,.. Diaqnozun mətni: Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu.(2**8ci il).Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.

40. Diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır.

41. Bakı İnzibati Məhkəməsinin 28.*6.2*22-ci il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində y enidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

42. Qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən *2.11.2*22-ci il tarixli məktub təqdim edilmişdir. Həmin məktubdan görünür ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

43. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 26.1*.2*22-ci il tarixli Qərarında göstərilmişdir: “iddiaçının yenidən əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı 27.*9.2*22-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS 2242*3542*6). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması a parılaraq müəyyən olunmuşdur ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında, qolunda ağrı, keyimə və qıcolmadan, son zamanlar yaddaşsızlıqdan şikayət etmişdir. Müayinə zamanı aşağı və yuxarı ətraflarda əzələləri simmetrik, vətər refleksləri fizioloji zəif alınmış, hipotrofiya, atrofiya, iflic parez aşkar edilməmiş, əlillik təyinatına əsas verən nevroloji defisit qeyd edilməmişdir. Spero Hospitalın *2.*6.2*21ci il tarixli Bel-oma fəqərələrin KT müayinəsinin nəticəsi “Bel osteoxondrozu. L5-S1 diskin yırtığı” kimi qeyd edilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinəni nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntu müəyyən edilməmişdir.

44. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3*.12.2*15-ci il tarixli 413 n ömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

45. Komissiyasının **7733 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 26.*4.2*23-cü il tarixli Qərarında göstərilmişdir: “iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin **19**3AAB8R nömrəli göndərişi əsasında 27.*7.2*21-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı 27.*9.2*22-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Qeyd etməliyik ki, vət əndaş 27.*9.2*22-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əllərində və ayaqlarında keyimədən və ağrılardan şikayətlənmişdir. Nevroloii müayinə zamanı hər iki yuxarı və aşağı ətraflarda reflekslər çağrılmamıs, D=S, əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, parez, atrofiya müşahidə olunmamış, hərəki məhdudiyyət qeyd olunmamışdır. Anamnezində şəkərli diabet xəstəsi olduğu ifadə olunsa da, bununla bağlı ekspertizaya heç bir müayinə və müalicə sənədi təqdim olunmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında, qolunda ağrı, keyimə və qıcolmadan, son zamanlar yaddaşsızlıqdan şikayət etmişdir. Müayinə zamanı aşağı və yuxarı ətraflarda əzələləri simmetrik, vətər refleksləri fizioloji zəif alınmış, hipotrofiya, atrofiya, iflic parez aşkar edilməmiş, əlillik təyinatına əsas verən nevroloji defisit qeyd edilməmişdir. Spero Hospitalın *2.*6.2*21ci il tarixli Bel-oma fəqərələrin KT müayinəsinin nəticəsi “Bel osteoxondrozu. L5-S1 diskin yırtığı” kimi qeyd edilmişdir. X7 Centerin 2*.*2.2*23-cü il tarixli MR müayinəsinin nəticəsi "L5-S1 intervertebral diskin deqenerativ dəyişiklikləri və arxa sağ tərəfli paramedian yırtığı” kimi müəyyənləşdirilmişdir. Medistyle Hospitalın 21.*2.2*23-cü il tarixli EMG müayinə nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sağ ayaqda L5, S1 ifadəli olmaqla L4, L5, S1, sol ayaqda əsasən L5 innervasiyalı əzələlərdə xroniki dövr polir adikulopatiyaya işarət edir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir.

46. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3*.12.2*15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13.*5.2*22-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

47. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b. kassasiya şikayəti nə etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

49. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

50. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Apellyasiya məhkə məsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

54. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

55. Apellyasiya məhkəməsi mübahisənin m üəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

56. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...

57. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

58. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

59. İşdən göründüyü kimi, Göndərişdəki məlumatların mötəbərliyi apellyasiya instansiyası məhkəməsində icraat zamanı keçirilmiş ekspe rtiza tədqiqatının nəticələri ilə də təsdiq olunmuşdur.

60. Cavabdeh hesab edir ki, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.

61. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata k eçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 62. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

63. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

64. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvin ə əsas vermir.

65. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.*2.2*24-cü il tarixli, 21(1*3)-2*9/2*24 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar