Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1798/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə üçüncü şəxsə verilmiş JN 554 A saylı Şəhadətnamədə göstərilən 0,18 ha torpaq sahəsinin, iddiaçının JN 319 A saylı Şəhadətnaməsində qeyd edilən 0.08 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarının ləğv edilməsi öhdəliyinin, eyni zamanda iddiaçının JN 319 A saylı şəhadətnaməsində göstərilən və tam səhv tərtib edilmiş torpaq sahəsinin planı və ölçülərinin ləğv edilməsi və iddiaçının 0.08 ha torpaq sahəsinə naturada plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq a şağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayon AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə üçüncü şəxsə verilmiş JN 554 A saylı Şəhadətnamədə göstərilən 0,18 ha torpaq sahəsinin iddiaçının JN 319 A saylı Şəhadətnaməsində qeyd edilən 0.08 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarının ləğv edilməsi öhdəliyinin, eyni zamanda iddiaçının JN 319 A saylı şəhadətnaməsində göstərilən və tam səhv tərtib edilmiş torpaq sahəsinin planı və ölçülərinin ləğv edilməsi və iddiaçının 0.08 ha torpaq sahəsinə naturada plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Balakən rayon Mahamalar kəndinin daimi yaşayan sakini olaraq 1992-ci ildə kəndin ərazisində yerləşən Musabəyov adına kolxoza ərizə ilə müraciət edərək fərdi yaşayış evi tikmək üçün 0.08 ha həyətyanı torpaq sahəsinin verilməsini xahiş etmişdir. Mahamalar kənd Musabəyov adına kolxozun 17 mart 1992-ci il tarixli 01 saylı iclasının qərarı ilə və 1991-ci ildə qəbul edilmiş Torpaq Məcəlləsinin tələblərinə əsasən 0.08 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə pulsuz olaraq verilmiş, Kolxozun qərarı ilə mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi Musabəyov adına kolxozun komissiyası tərəfindən ayrılaraq akt tərtib edilərək ona təhvil verilmişdir. 2004-cü ildən etibarən Mahamalar kəndi üzrə həyət yanı sahələrlə bağlı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilməyə başlamış, amma Qazbinə yaşayış məntəqəsi üzrə heç bir şəxsin həyətyanı torpaq sahəsinə Şəhadətnamə hazırlanmamış və verilməmişdir. 2000-ci ildən də Bələdiyyələr fəaliyyətə başlamışdır. Torpaq islahatı haqqında Qanunun tələblərinə əsasən kolxozların islahat nəticəsində boş qalmış torpaqları bələdiyyələrə verilmişdir. Torpağına bitişik boş qalmış 0.10 ha qədər torpaq sahəsi də Qazbinə bələdiyyəsinin mülkiyyətinə verilmişdir. 2006-cı ildə Qazbinə bələdiyyəsinə məxsus 0.10 ha torpaq sahəsinin 0.08 ha yaşayış evi tikmək üçün X7 almış və 2007-ci ildə aldığı həmin torpaqda yaşayış evi tikmiş və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Balakən rayon AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə üçünc ü şəxsə JN 554 A saylı şəhadətnamə verilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1013/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Məhkəmə qeyd etmişdir ki, X3 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmi n edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianı mümkün hesab edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.
10. Şikayətdə əlavə olaraq qeyd edilir ki, üçüncü şəxs olan X5, o cümlədən iddiaçıya və bütün Qazbinə yaşayış məntəqəsində yaşayan sakinlərə Şəhadətnamələr təxminən 2010-cu ilin sonlarında və 2011-ci ildə verilmişdir. Bu zamana qədər Qazbinə yaşayış məntəqəsinin sakinlərinə AİK-in qərarı i lə mülkiyyətlərinə verilmiş torpaq sahələri haqda heç bir məlumatı olmamışdır. 11. 2004-cü ilədək Gürcüstan vətəndaşı olan, Balakən rayonunda yaşamayan, qeydiyyatı olmayan, “Torpaq İslahatı haqqında” Qanun qəbul edilənədək Mahamalar kənd XDS təsərrüfat başına kitablarında qanuni istifadəsində heç bir torpaq sahəsi qeyd edilməyən, təsərrüfatı olmayan N.Ağacanovanın adına ayrı-ayrılıqda 2 ədəd torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanıb verilməsi tam qanunsuzluq və saxtakarlıqdır. JN 544 A saylı Şəhadətnamə üzrə 0.18 ha; JN 544 B saylı şəhadətnamə üzrə 0.05 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir.
12. Balakən rayon Dövlət Arxivinin fərdi qaydada fəaliyyət göstərən vəkil M.M.Emçiyevaya 2011-ci ildə təqdim etdiyi Arxiv arayışında qeyd edir ki, Mahamalar kənd Musabəyov adı na kolxozun 1990-1998-ci illər protokol kitabları yoxlanıldıqda Mahamalar kənd sakini N.Ağacanovanın adına həyətyanı torpaq sahəsinin verilməsi haqda heç bir qeydiyyat yoxdur.
13. Balakən rayon X6 rayon Mahamalar kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən xx.xx.2015-ci il tarixli 35 saylı Arxiv arayışında qeyd edir ki, Musabəyov adına kolxozun xx.xx.1998-ci il tarixli 4 nömrəli iclasının qərarı ilə X2 adında olan 0.08 ha torpaq sahəsi keçirilmişdir. Bu arayış eyni zamanda N.Ağacanovanın islahat dövründə evinin torpağının olmadığını təsdiq edir.
14. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş X9 Filialının 22 dekabr 2015-ci il tarixli, 124 saylı məktubu da N.Ağacanovanın qanuni istifadəsində torpaq sahəsinin olmadığını təsdiq edir (Kolxozun xx.xx.1998-ci il tarixli, 4 nö mrəli iclası da olmamışdır).
15. Üçüncü şəxs N.Ağacanovanın adına tərtib edilmiş JN 544 B saylı şəhadətnamə X2 adında olan 0.08 ha torpaqla bağlı tərtib edilmiş şəhadətnamədir ki, bu torpaq sahəsi mübahisə obyekti olan 0.18 ha torpaq sahəsindən 500 metr kənarda yerləşir. 1995-ci ildə qəbul edilmiş “Sovxoz və Kolxoz”ların islahatı haqqında Qanundan sonra kolxozların qərar qəbul etmək səlahiyyətləri olmayıb. Qeyd edilən Qanunun qəbulundan sonra qərarlar qəbul etmək YAİK-nin səlahiyyətinə aid olmuşdur.
16. Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamələr Hüquqi sənədlər hesab edilir. Qanuna zidd olaraq X8ma hüquqi sənəd olan 2 ədəd Şəhadətnamə hazırlanmışdır. Ona görə hüquqi sənəd hesab edilən bu iki sənəddən yalnız biri N.Ağacanova münasibətdə hüquqi sənəd kimi tanına bilər. Bu da məhk əmə qaydasında müəyyən olunmalıdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunil iyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. İddia tələbində ləğv edilməsi tələb edilən AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ləğv edilməsi öhdəliyinin, eyni zamanda iddiaçının JN 319 A saylı şəhadətnaməsində göstərilən və tam səhv tərtib edilmiş torpaq sahəsinin planı və ölçülərinin ləğv edilməsi JN 554 A saylı Şəhadətnamə Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı əsasında verilmişdir. Odur ki, iddianın müddətlər baxımından həllində Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır.
23. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının mübahisələndirdiyi AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarının qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
24. İddiaçı istinad edilən qərarın mübahisələndirilməsi (qərarın ləğvi və ya dəyişdirilməsi barədə iddia qaldırmaq) imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir.
25. Artıq formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddət i 1 yanvar 2011ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
26. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, ləğv edilməsi tələb olunan X12 İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 saylı qərarına əsasən verildiyindən və həmin qərar qüvvədə olduğundan onun əsasında verilmiş Dövlət Aktının ləğvinə dair iddia da mümkünsüzdür.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-301/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.