Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1800/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: xronometraj metodu ilə yeni müşahidənin aparılması əsasları, hüquqdan istifadə etməmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “q ərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(105)-152/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əsas fəaliyyət növü “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər” olmaqla, xx.xx.2014-cü il tarixdə sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınmışdır, ünvan 1i ünvanında yerləşən obyektdə (“Şahəsəri” restoranı) fəaliyyət göstərir.
2. Cavabdeh tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********284200 nömrəli qərar qəbul edilərək on a 2022-ci ilin 2-ci rübü üzrə 2114,93 manat əlavə vergi məbləği hesablanmışdır.
3. Cavabdeh həmçinin öz təşəbbüsü ilə iddiaçını ƏDV-nin məqsədləri üçün xx.xx.2022-ci il tarixdən qeydiyyata almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********284200 nömrəli qərarın və ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı qanunvericilik normalarını düzgün tətbiq etməyərək və özünə uyğun qaydada şə rh edərək əsassız və qanunsuz olaraq iddiaçıya qarşı kameral vergi yoxlaması açmış və nəticədə 2022-ci ilin İİ rübü üzrə dövriyyəni süni şəkildə artıraraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********284200 nömrəli qərarla ona əlavə vergi hesablamış, həmçinin bilərəkdən onun vergi mükəlləfiyyətini sadələşdirilmiş vergi ödəyicisindən ƏDV ödəyicisinə keçirmişdir. Bununla bağlı iddiaçı tərəfindən inzibati qaydada şikayət verilmiş, lakin həmin şikayətə baxılma müddəti uzadılaraq, xx.xx.2022-ci il tarixli şikayətin təmin olunmaması haqqında qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan da şikayət vermiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli, 04 nömrəli qəra rına əsasən şikayəti təmin edilməmişdir. Həmin qərar ona xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********284200 nömrəli qərarı qanunsuz olduğundan iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022ci il tarixdə 2022-ci ilin İİ rübü üzrə təqdim edilmiş sadələşmiş vergi bəyannaməsinin araşdırılması zamanı dövriyyə məbləğinin müvafiq dövr üzrə rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticələrindən az olduğu müəyyən edilmişdir. Belə ki, müvafiq dövr üzrə xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən dövriyyə məbləğinin 145439,48 manat olduğu müəyyən edilmi şdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilmiş dövriyyə məbləğinin bəyannamədə tam olaraq əks etdirilmədiyi müəyyən edilmişdir (56493,04 manat). Həmçinin, vergi ödəyicisi tərəfindən 2400 manat daşınmaz əmlak üçün icarə haqqı ödənilməsinə baxmayaraq, ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Aşkar edilmiş kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilsə də, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluqlar aradan qaldırılmamışdır. Göstərilənlər nəzərə alınaraq, 2022-ci ilin İİ rübü üzrə 1778,93 manat (145439,48-56493,04*2%) sadələşdirilmiş vergi və 336 manat (2400*14%) ÖMV hesablanmışdır. Beləliklə, cəmi hesablama məbləği 2114,93 (1778,93+336) manat təşkil etmişdir. Lakin kameral hesablama aparıldıqdan sonra vergi ödəyicisinin dövriyyəsi 200 min manatdan artıq olduğu üçün (xx.xx.2022-ci il tarixdən limiti keçmişdir) xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və 2022-ci ilin sadələşdirilmiş vergi bəyannaməsində 3-cü ay üzrə (iyun ayı) hesablanmış vergi məbləği (958,94 manat) azaldılmışdır. Yekun olaraq, kameral vergi yoxlaması ilə hesablanmış məbləğ 1155,99 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə və (və ya) vergi orqanı tərəfindən vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı həmin Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-1(118)-2698/2023 nömrəli qərarı ilə (hakim X5) iddia təmin edilmiş, iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********284200 nömrəli qərar ləğv edilmiş və iddiaçı barəsində ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olduğundan onun barəsində ƏDV üzrə hesablama aparılması düzgün deyildir. Belə ki, Vergi Məcəlləsinin 2 18.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X9/sədrlik edən və məruzəçi/, X2 və X1) 29 fevral 2024-cü il tarixli, 2-1(105)-133/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı əvvəlcədən də sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu seçmiş və hal-hazırda da sadələşdirilmiş vergi ödəyicisi olaraq qalmalıdır. Çünki, dövriyyənin 2000 00 (iki yüz min) manatdan artıq olması onu sadələşdirilmiş vergi ödəyicisi hüququndan məhrum etmir, yalnız vergi öhdəliyi 2%-dən 8%-ə dəyişir. Əgər iddiaçının bu metodu dəyişmək niyyəti olsaydı, bununla bağlı Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, imtina məktubu təqdim edərdi. Əslində vergi orqanı da bunu qəbul etmişdir. Belə ki, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il in 2- ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2114,93 manat vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********284200 nömrəli qərar qəbul edilmişdir. Daha sonra, vergi orqanı tərəfindən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşmə aparılaraq qeyd olunan dövr üzrə 1155,99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********670700 nömrəli qərar qəbul edilib vergi ödəyicisinə göndərilmişdir. Bu onu təsdiq edir ki, vergi orqanı da həmin dövrləri sadələşdirilmiş vergi ödəyicisi kimi qəbul edərək, ödənişləri qəbul etmişdir. Beləliklə, vergi orqanı hazırkı yoxlama ilə etimad hüququnu pozaraq əvvəllər qəbul etdiyi mövqeyindən fərqli mövqe irəli sürmüşdür.
12. Vergi orqanı vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri ümumiyyətlə yoxlamamış, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin qeyd edilməsi ilə kifayətlənmişdir. Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1905/2024 sa ylı, 03 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), X3 və X6) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-1(105)-133/2024 nömrəli qərarı qismən, yəni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********284200 nömrəli qərarın ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə materiallardan görünür ki, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirsə də, həmin qərar cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. İddia isə xx.xx. 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni iddiaçı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirərkən, artıq həmin qərar mövcud olmamışdır. İşə baxan məhkəmələr isə qeyd edilən halı nəzərə almamış, həmin hissədə iddianın mümkünlüyünə qiymət verməmiş, eləcə də iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərməmişlər. ç) apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
16. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət etmiş, iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərarın və ƏDV qeydiyyatının ləğv edilməsi kimi qəbul edilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7/sədrlik edən və məruzəçi/, X10 və X11) 15 yanvar 2025-ci il tarixli, 2-1(105)-152/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-1(118)-2698/2023 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, İddiaçı Nümayəndə1 barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 dekabr 2022-ci il tarixli **********670700 saylı qərar ləğv edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı əvvəlcədən də sadələşdirilmiş vergi ödəyici hüququnu seçmiş və hal-hazırda da sadələşdirilmiş vergi ödəyicisi olaraq qalmalıdır. Çünki, dövriyyənin 200000 (iki yüz min) manatdan artıq olması onu sadələşdirilmiş vergi ödəyicisi hüququndan məhrum etmir, yalnız vergi öhdəliyi 2%-d ən 8%-ə dəyişir. Əgər iddiaçının bu metodu dəyişmək niyyəti olsaydı, bununla bağlı Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, imtina məktubu təqdim edərdi. Əslində vergi orqanı da bunu qəbul etmişdir. Belə ki, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********603200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2114,93 manat vergi məbləğləri hesablanmış v ə “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********284200 nömrəli qərar qəbul edilmişdir. Daha sonra vergi orqanı tərəfindən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşmə aparılmış və qeyd olunan dövr üzrə 1155.99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********670700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Bu onu təsdiq edir ki, vergi orqanı da həmin dövrləri sadələşdirilmiş vergi ödəyicisi kimi qəbul edərək, ödənişləri qəbul etmişdir.
19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
20. Şikayətdə Vergi Məcəlləsinin 15.1.3, 37, 37.5, 50-1.1, 50-1.12, 50-1.1.3, 50-1.2, 67 və 83-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.
21. Belə ki, vergi orqanı tərəfindən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşmə aparılmış və qeyd olunan dövr üzrə 1155,99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********670700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Lakin vergi ödəyici tərəfindən xronometraj metodu ilə yeni müşahidə aparılması barədə müraciətin vergi orqanına d axil olmadığı müəyyən edilmişdir b. kassasiya şikayətinə etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək.... Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxla nılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq;... Maddə
37. Kameral vergi yoxlaması... 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni mü şahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 50-1. Xronometraj metodu ilə müşahidə aparılması 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. v ergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilmə si haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. X ronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. Bu Məcəllədə vergi məbləğinin hesa blanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin m üddəaları nəzərə alınır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, kassasiya şikayəti təmin edilməklə iddia rədd edilməlidir.
28. Əvvəla qeyd etmək lazımdır ki, hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülən iddia tələbi iki hissədən ibarət olmuşdur: 1. cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərarın ləğvi;
2. ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi.
29. ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı hissədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddia təmin edilmişdir və hazırkı məhkəmə baxışının müzakirə predmeti deyildir.
30. Hazırkı iş üzrə mübahisəli məqam vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli qərardır. Apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********603200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2114,93 manat vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********284200 nömrəli qərar qəbul edilmişdir. Daha sonra vergi orqanı tərəfindən 2022-ci ilin 2-ci rübü ücün sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşmə aparılmış və qeyd olunan dövr üzrə 1155.99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********670700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Bu onu təsdiq edir ki, vergi orqanı da həmin dövrləri sadələşdirilmiş vergi ödəyicisi kimi qəbul edərək, ödənişləri qəbul etmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya ins tansiya məhkəməsinin iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı gəlmiş olduğu nəticəni vergi qanunvericiliyinə ziddi hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır.
32. Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, vergi orqanının həmin Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 1) vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 2) həmin Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 3) vergi yoxlaması materiallarına; 4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.
33. İşin müəyyən edilmiş hallarından görünür ki, kameral vergi yoxlam ası zamanı 2022-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin aprel ayı üzrə qeyd olunmuş 14348,0 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 47947.08 manat) müşahidələrin nəticəsindən 33599.08 manat, may ayı üzrə qeyd olunmuş 16616.21 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 49545.32 manat) müşahidələrin nəticəsindən 32929.11 manat, iyun ayı üzrə qeyd olunmuş 25528.83 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 47947.08 manat) müşahidələrin nəticəsindən 22418.25 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********603200 nömrəli məktub göndərilərək müvafiq bəyanna mə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2114,93 manat vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********284200 nömrəli qərar qəbul edilmişdir. Daha sonra vergi orqanı tərəfindən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşmə aparılmış və qeyd olunan dövr üzrə 1155,99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması ba rədə” xx.xx.2022-ci il tarixli **********670700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.
34. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən, həmin Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Başqa sözlə, qanunvericiliyə əsasən, xronometraj metodu ilə aparılmış müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması aparmaq vergi orqanının hüququdur.
35. Bu baxımdan, cavabdeh tərəfində n mübahisələndirilən xx.xx.2022-ci il tarixli kameral qərar qəbul edilərkən, iddiaçıya münasibətdə xronometraj metodu ilə aparılmış sonuncu müşahidənin nəticələrinə dair tərtib edilmiş akta istinad edilməsi qanunauyğun sayılmalıdır. Belə ki, konkret halda cavabdehin diskresion səlahiyyətə malik olması onun xronometraj metodu ilə aparılmış sonuncu müşahidənin nəticələrinə istinad etməsi imkanını aradan qaldırmır. Belə hallarda “İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddəsinin tələbləri baxımından cavabdeh məhz niyə bu cür hərəkət etdiyini əsaslandırmaq öhdəliyi daşıyır. Vergi Məcəlləsində, operativ vergi nəzarəti növündən biri olan xronometraj metodu ilə müşahidənin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəli r götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) həmin Məcəllədə müəyyən edilmiş hallarda aparıldığı təsbit edilmişdir.
36. Eyni zamanda, Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə görə, vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra həmin Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ vardır. Həmin Məcəllənin 50-1.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisi xronometraj metodu ilə yeni müşahidə keçirilməsi haqqında tələbi istənilən vaxt, lakin sonuncu xronometraj me todu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Göstərilən müddətlərin axımına həmin Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan (vergi ilində vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı) müddət daxil edilmir.
37. Lakin iddiaçının xronometraj metodu ilə yeni müşahidə aparılması barədə müraciəti vergi orqanına daxil olmamışdır, heç iddiaçı özü də analoji müraciətlə inzibati orqana müraciət etdiyini də israr etmir. Başqa sözlə iddiaçı qanunvericiliyin ona verdiyi imkanlardan (hüquqdan) istifadə etməyərək, Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə vergi orqanına müvafiq qaydada müraciə t etməmişdir.
38. Qeyd edilənlər baxımından, iddiaçıya münasibətdə xronometraj metodu ilə aparılmış sonuncu müşahidənin satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verməməsi, bunun üzərindən həmin müşahidənin nəticəsindən çıxış edilməklə qəbul olunmuş mübahisələndirilən qərarın qanunsuz olması barədə apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi əsaslı sayıla bilməz.
39. Bəhs olunanlara əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.
40. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(105)-152/2025 saylı qərarı ləğv edilsin. İddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mübahisə olunan hissədə təmin edilməsin. Qərar qətidir.