Məhkəmə qərarları › İş №2-1(102)-1801/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1801/2024

08.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1801/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi;) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələ binə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-265/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarından cavabdeh və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı əsasında "xxxx" MTKnın xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə MTK tərəfindən 594789,03 manat məbləğində bina tikin tisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin az hesablanması faktı aşkar edilmiş və səyyar vergi yoxlama nəticəsində iddiaçıya bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübünə 594 789.03 manat əlavə vergi hesablanılmış, 297 394.52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə olaraq da 36 295.56 manat ödəmə mənbəyində vergi hesablanılmış və 18 147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativində 1-ci rü b 2018-ci il tarixdən 3cü rüb 2021-ci il tarixə kimi olan dövr üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********153147 saylı qərarına əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********153181 nömrəli Aktda hesablanmış 594.789,03 manat sadələşmiş vergi məbləğinin və həmin məbləğə tətbiq edilən 297.394,51 manat maliyyə sanksiyasının, ödəmə mənbəyindən 36.295,56 manat məbləğində verginin və həmin məbləğə tətbiq edilən 18.147,79 manat maliyyə sanksiyasının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK-da cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********153147 saylı qərarına əsasən növbə dənkənar "xxxx" keçirmiş, növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2022-ci il tarixli **********153181 saylı AKT tərtib edilmişdir. Vergi qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, qanunsuz olaraq məlumatlar Vergi Məcəlləsinin müvafiq maddələrinə zidd olaraq hesablandığından tərtib edilmiş Akt ləğv edilməlidir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021ci il tarixli qərarı ilə İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli ** ********153181 saylı "xxxx" Aktı tərtib edilmişdir. Yoxlama ilə əsassız olaraq, MTK tərəfindən sadələşdirilmiş vergi üzrə 594.789,03 manat azaldılma müəyyən edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə tərtib edilmiş AKT-da MTK-ya sadələşdirilmiş vergi üzrə 594.789,03 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 297.394,51 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərarda növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas formal olaraq göstərilmişdir ki, bu da yoxlamanın qanuni əsasların olmadan təyin edilməsinə və nəticə etibarı ilə yoxlamanın ümumiyyətlə qanunsuz olmasına dəlalət edir. xx.xx.2021-ci il tarixdə başlamalı və xx.xx.2022-ci il tarixə başa çatmalı olan səyyar vergi yoxlaması xx.xx.2022- ci il tarixdən müvəqqəti dayandırılmış, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 14 gün sonra, yenidən xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2022-ci il tarixə kimi dayandırılmış, bundan sonra isə 9 dəfə dayandırılma haqqında qərar qəbul edilərək ümumilikdə 11 dəfə dayandırılma haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, növbədənkənar vergi yoxlaması vergilər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********153147 saylı qərara əsasən başlamış və həmin qərarda yoxlamanın növbədənkənar olduğu və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlandığı qeyd edilmişdir. Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma o byektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Vergilər İdarəsi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından Vergilər İdarəsi istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasın ı zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad oluna n normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı Vergilər İdarəsi diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, Vergilər İdarəsi belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallar da və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır.

4. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********153147 nömrəli Qərarına əsasən "xxxx" MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (yoxlanılan dövr xx.xx.2018xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlam ası keçirilmişdir. Səyyar vergi yoxlaması zamanı MTK-ya Baş İdarənin xx.xx.2021-ci il tarixli **********153199 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə təqdim edilmişdir. Filial tərəfindən 15 iş günü müddətində vergilərin hesablanması üçün zəruri olan bəzi sənədlər yoxlamaya təqdim edilmişdir. Yoxlanılan dövr üzrə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********153778 nömrəli qarar çıxarılmış və qərar üzrə təqdim edilmiş sənədlərin siyahısı tərtib edilmişdir. İddiaçı tərəfindən vergilərin hesablanması üçün zəruri olan sənədlər vergi orqanına qismən təqdim edilmiş və bu barədə 25.01,2022-ci il tarixli "Sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə" Akt tərtib edilmişdir. Yoxlama zamanı MTK-ya ünvan 1 ünvanda yerləşən binaya baxış keçirilmiş və baxışın nəticəsi 10.01,2022-ci il tarixli Protokolla rəsmiləşdirilmişdir. Müəssisəyə məxsus ərazidə inşa edilmiş 1 ədəd 22 + texniki mərtəbənin beton işlərinin tam yekunlaşdığı, kommunikasiya işlərinin görüldüyü, liftin quraşdırılmadığı, işıq, qaz, su sayğaclarının quraşdırılmadığı, fasad işlərinin aparıldığı, digər 1 ədəd binanın 8-ci mərtəbəsində beton işlərinin tam görüldüyü, digər işlərin isə aparılmadığı, hər iki binanın arasında 3 mərtəbəli qeyriyaşayış binasının inşa edildiyi və 2 yaşayış binasının və 1 qeyri-yaşayış binasının hər birinin 2 mərtəbəli zirzəmi (qaraj) sahəsinin olduğu müşahidə olundu. Səyyar vergi yoxlaması ilə əhatə olunmayan qalıq sahə: ƏDV-MV metodu ilə tikilən 2-ci binanın ümumi sahəsi, əlavə qeyri- yaşayışın ümumi sahəsi və həyət altı avtodayanacağın ümumi sahəsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə: 2018-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi hesab edilir. 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olma qla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat müəyyən edilir. Həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binalar ın qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-cı il tarixli 345 saylı Sərəncamına əsasən İddiaçı MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsi ünvanında pilot layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Binanın təməli 2018-ci ilin 4-cü rübündə qoyulmuş və analoji hesablama qaydasında 2018-ci ilin 4cü rübü üzrə BTFSV bəyannaməsi təqdim edilmişdir. (Zona 3, əmsal 2.2) Mənzil İstismar sahəsinin sənədi ilə təsdiq olunan söküntü sahəsi(Çıxarışlar, qeydiyyat vəsiqələri və notarıal təsdiq olunmuş müqavilələr əsasında) 501 6.32 kv.m (yaşayış 3420.14 kv.m, qeyri- yaşayış 1596.18 kv.m ) təşkil edir. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin hesablanmasının düzgünlüyü yoxlanıldı və kameral vergi yoxlaması ilə 21 906.48 kv.m müəyyən edilməsinə baxmayaraq, ‘‘X1” MMC-nin rəyinə əsasən 1 -ci Binanın sahəsi 21244.20 kv.m təşkil etmişdir. Yoxlama zamanı Pilot layihə çərçivəsində MTK tərəfindən mənzilləri sökülmüş sakinlərə verilən mənzillərə dair çıxarışlar, notarial təsdiq edilmiş müqavilələr və qeydiyyat vəsiqələrinə əsasən sökülmüş yaşayış və qeyri yaşayış sahələri bütün hesablamalarda nəzərə alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqan ları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişdiyi ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********154253 nömrəli ‘Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. "X1" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən inşa edilmiş 1-ci binanın ümumi sahəsi 21244.20 kv.m. müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri"-nə əsasən binalar 3-cü zonada yerləşir, zona əmsalı 2,2 təşkil etmişdir. Beləliklə, binanın sahəsi və vergi məbləği aşağıdakı kimi hesablanmışdır: 21244.20 kv.m - 5016.32 kv.m (söküntü) = 16227.88 kv.m Yaşayış 18278.3 kv.m - 3420.14 kv.m (söküntü) = 14858.16 kv.m 14858 16 kv.m x 45 x 2,2 = 1 470 957 84 manat vergi məbləği yaşayış sahəsi üzrə Qeyri-yaşayış 2965.90 kv.m - 1596.18 kv.m (söküntü) = 1369.72 kv.m 1369.72 kv.m x 45 x 2,2 x 1,5 = 203 403.42 manat vergi məbləği qeyri-yaşayış sahəsi üzrə. Vergi ödəyicisinin bina tikintisi üzrə sadələşdirilmiş vergi öhdəliyi 1 674 361.26 manat təşkil etdiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə hesablanmış 1 079 572.23 manat nəzərə alınmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 594 789.03 manat (1 674 361.26 - 1 079 572.23) azaldılmas ına görə 50% məbləğində, yəni 297 394.51 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əməliyyatlar təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 18ci maddəsinə əsasən hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfind ən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə,oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri (əsas: https://www.cbar.az/page42/monetary-indicators#page-4) tətbiq etməklə yaranan gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 36127.56 manat ödəmə mənbəyində tutulan vergi və icarə haqqı üzrə 168 manat hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 36295.56 manat azaldıldığına görə, azaldılmış məbləğin 50%-i həcmində, yəni 18147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması ilə bağlı prosessual pozuntuların, o cümlədən müddətlə bağlı pozuntuları olduğunu iddia edir. Nəzərinizə çatdırılır ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin bütün müddəalarına riayət edilmişdir. Yoxlama 30,12.2021 tarixdə başlanıldı və 17,10.2022 tarixdə başa çatdırıldı. Qeyd edilən yoxlamanın dayandırılması ilə bağlı məlumatların hər biri sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinə daxil edilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Həmin Məcəllənin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırıla bilər. Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düz gün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.

5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4379/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sı ğorta edənin vergi qanunvericiliyi və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 589 436.1 manat əsas vergi və 294 718.05 manat maliyyə sanksiyası, 36 127.56 manat ödəmə mənbəyində vergi və 18 063.78 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, vergi orqanı inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara m üvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı qəbul edərkən mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan həmin rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Qanunvericiliyə əsasən mütəxəssis rəyi cavabdeh inzibati orqanın qanuni əsasla əldə etdiyi sübut növüdür və vergiyə cəlb olunan dövriy yənin hesablanması mütəxəssis rəyi və digər əlaqəli sübutlarla müəyyən edilə bilər. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə vergi məbləğinin müəyyən edilməsi digər əlaqəli sübutlarla yanaşı mütəxəssis rəyi ilə də müəyyən edilə bilər. Lakin hazırkı vəziyyətdə vergilərin hesablanması barədə yalnız mütəxəssis rəyinin mövcudluğu iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli deyildir. Məhkəmə hesab edir ki, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə vergilərin hesablanması zamanı istinad etdiyi mütəxəssis rəyinin mötəbərliliyini və obyektiv həqiqəti əks etdirdiyini, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qan unsuz inzibati akt qəbul etmişdir. Qeyd edilən mütəxəssis rəyinin mötəbərliyi məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,10/1627-9/1711 nömrəli ekspert rəyi mötəbər sübut hesab olunmalıdır.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam şəkildə rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-265/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci insta nsiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qismən- “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 589. 436,1 manat əsas vergi və 294. 718,05 manat maliyyə sanksiyası həddində ləğv edilməsi “ hissəsində ləğv olunmuş, iddia həmin hissədə təmin edilməmiş, qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yoxlama zamanı Mülki Məcəllənin 739-cu maddəsinə kompleks yanaş ılmamışdır. Belə ki, Mülki Məcəllənin 739.2-ci maddəsində deyilir ki “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Səyyar vergi yoxlaması zamanı MTK-nın təsisçilərinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi, həmin pulun qaytarilmasına görə gəlir əldə etmələri, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması sübut edilməmişdir. Halbuki, “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. (Vergi Məcəlləsinin 12.3-ci maddəsi). Həmçinin, “Rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.( Vergi Məcəlləsinin 123.1.-ci maddəsi) Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizləri n ödənilməsi ilə şərtləndirir. Halbuki, səyyar vergi yoxlaması ilə MTK-nin təsisçilərə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilməmişdir.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarının qismən – cavabdehin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qismən ləğvinə dair hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətlərinin dəli lləri

12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin faiz gəlirinin olmasını sübut etmək üçün onun müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmasını müəyyən etmək zəruri deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil p eşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Maddələrdən göründüyü kimi, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmayan şəxslərin də faizlər pul borc vermək hüququ mövcuddur. Qeyd edilən norma hər hansı şəxsin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olduğu halda peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməli olduğunu bildirir, digər şəxslər faizlə pul borc verməyə dair hər hansı məhdudiyyət müəyyən etmir. Kreditlərin verilməsinin məhdudiyyət müəyyən etmir. Kreditlərin verilməsinin iddiaçının fəaliyyət növünə daxil olmaması onun bu hüququnu məhdudlaşdırmır.

15. Bundan əlavə, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasə n hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

16. Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

17. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

18. Vergi Məcəlləsinin 18.1-ci maddəsinə əsasən vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən Bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır: 18.2.1. bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə; 18.2.2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir; 18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər; 18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər.

19. Vergi Məcəlləsinin 110.1-ci maddəsinə əsasən xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

20. Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaql a həyata keçirilir.

21. Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

22. Məhkəmə tərəfindən isə qeyd edilən normalar nəzərə alınmamışdır.

23. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının qismən – cavabdehin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sad alanmış verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər.

25. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və y a vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

26. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yar adılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur.

27. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

28. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

29. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. H üquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legiti m məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir.

30. Apellyasiya Məhkəməsinin bu mövqeyi öz-özlüyündə əsasız və ziddiyyətlidir. Belə ki, bir tərəfdən məhkəmə pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyri-yaşayış sahəsinin sökülən sahə i lə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edildiyini qeyd etsə də, digər tərəfdən vergi ödəyicisini n xeyrinə əlavə 20 faiz güzəşt olaraq hesablanmış və vergidən azad olan sahə 5016,31 kv.m. kimi qəbul edildiyi göstərmişdir. Məhkəmə mövcud təcrübənin necə müəyyən edildiyi, əgər güzəşt tətbiq edilməsini qəbul edirsə nəyə görə 20%-lə məhdudlaşmasını öz qərarında əsaslandırmamışdır. Əslində bunu inzibati orqan etməli və qəbul etdiyini inzibati aktın düzgünlüyünü sübut etməli idi.

31. İddiaçının təqdim etdiyi sənədlərindən göründüyü kimi "xxxx" MTK tərəfindən inşa olunan binaların layihəsi, Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanılmışdır. Həmin layihə Fövqəladə Hallar NazirliyininTəsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən, son olaraq isə AR Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılaraq tikintiyə xx.xx.2018-ci il tarixli 001614 saylı şəhadətnamə veri lmişdir. Binanın layihə üzrə inşa olunmasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli Ö/005961 saylı rəyinə əsasən bina istismara qəbul edilmişdir. Həmin rəydə də binanın tikintisi ilə bağlı layihədən kənara çıxılma ilə bağlı heç bir qeyd mövcud deyildir.

32. Lakin məhkəmə kollegiyası bu sənədləri araşdırmamış və qiymətləndirməmişdir.

33. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının qismən - Bakı İnzibati Məhkəməsinine-2-1(112)4379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının qismən ləğvinə dair hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin edilm əsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

35. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məlum olduğu kimi, apellyasiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 14.02.224-cü il tarixli, 2-1(103)-265/2024 saylı qərarla apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4379/2023 saylı, xx.xx.2023cü il tarixli qəra rı qismən - “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 589. 436,1 manat əsas vergi və 294. 718,05 manat maliyyə sanksiyası həddində ləğv edilməsi “ hissəsində ləğv olunması, iddianın həmin hissədə təmin edilməməsi, qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən hesab etmişdir ki, “Birinci instansiya məhkəməsi öz qərarında Vergi Məcəlləsinin müvafiq normalarını sadalasa da, yekunda yuxarıd a qeyd edilən ekspert rəylərinə istinad etmiş, vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olan Vergi Məcəlləsinin 219-cu maddəsinin tətbiqində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanmasi qaydaları”na birbaşa istinad etməsə də, həmin normalar əsasında tərtib edilmiş müvafiq ekspert rəylərini əsas götürməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquqi aktların iyerarxiyası təsbi t edilmişdir və bu iyerarxiyaya uyğun olaraq Vergi Məcəlləsi mütəxəssis və ekspert rəylərində istinad edilən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.3-cü maddəsi, həm də rəylərdə istinad edilən Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi. Qeyd edilməlidir ki, verginin hesablanması ilə bağlı müddəalar, həmçinin, vergi azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir.”

39. Vergi Məcəlləsinin 218-1.1.5.1.-ci maddəsinə əsasən fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binan ın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir. Göründüyü kimi məhkəmənin istinad etdiyi Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsi fiziki şəxslər tərəfindən mənzillər təqdim edildikdə tətbiq edilir.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya məhkəməsi öz qərarında göstərdiyi həmin məqamları, maddi hüquq normalarının işin hallarına uyğunlaşdırılmaqla bağlı təfsirə dair uğursuz cəhd etməklə yanaşı, apellyasiya məhkəməsinin sözügedən hüquqi mövqeyi mücərrəd və işin konkret hallarından uzaq olmaqla, mübahisənin həlli ilə əlaqədar qanuna uyğun açıqlama ilə nəticələnməmişdir.

41. Belə ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3-cü maddəsi növbədənkənar vergi yoxlaması keçirilə bilən halları müəyyən edir.

42. Həmin maddənin məzmununa diqqət yetirən zaman o nəticəyə gəlinir ki, növbədənkənar səyyar vergi yoxlaması yoxlanılan vergi dövrünün y enidən yoxlanılması ilə yanaşı ümumiyyətlə yoxlanılmayan dövrün yoxlanılmasını da nəzərdə tutur.

43. Eyni zamanda növbədənkənar səyyar vergi yoxlaması vergi ödəyicisinin bütün fəaliyyətini deyil, konkret vergi növünü və konkret vergi dövrünün yoxlanılmasını nəzərdə tutur ki, bu da növbəti vergi yoxlamasından fərqlidir.

44. Məsələn, Məcəllənin 38.3.1-ci maddəsinə əsasən təyin olunan növbədənkənar vergi yoxlaması zamanı hər hansı hesabat dövrünə aid və konkret vergi növü üzrə verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə yalnız həmin vergi növü və hesabat dövrü üzrə növbədənkənar yoxlama keçirilməlidir.

45. İş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması a ktından da görünür ki. yoxlama Vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən yəni, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Halbuki növbədənkənar səyyar vergi yoxlaması bütün vergi növləri üzrə aparılmışdır.

46. Yəni, əgər inzibati orqan mənfəətin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, birmənalı olaraq yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövrü üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilər.

47. Beləliklə əgər həmin il üzrə növbəti SVY keçirilməmişdirsə növbədənkənar" SVY keçirilməsinin növ bəti SVY hesab edilməsi düzgün deyildir. Çünki, növbəti SVY ilə növbədənkənar SVY arasında prosessual fərqlər mövcud olduğundan (növbəti SVY keçirilərkən Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən azı 15 gün əvvəl vergi ödəyicisinə yazılı məlumat verilməli olmasına baxmayaraq növbədənkənar SVY-da bu hal mövcud deyildir) bu hal vergi ödəyicilərinə münasibətdə qanundankənar prosessual davranışın həyata keçirilməsinə səbəb olur.

48. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşması baxımından oxşar hallar üzrə xeyli sayda Qərarlar mövcuddur ki, məhkəmə kolleksiyası həmin qərarlarda fərqli nəticəyə gəlmişdir.

49. Məsələn, Ali Məhkəmənin 2-1(10xx-xx/2022 saylı xx.xx.2022-ci il tarixli (sədrlik edən K. Bədəlov) və 2-1(102)-1255/2022 s aylı xx.xx.2022-ci il tarixli (sədrlik edən N.Rəsulbəyova) qərarlarına əsasən məhkəmə kollegiyası iş üzrə cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar səyyar vergi yoxlamasının aparıldığı, lakin mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsi və yoxlamanın qanuniliyini əsaslandırmaması səbəbindən vergi orqanının kassasiya şikayətini təmin etməmişdir. Ali Məhkəmənin 2-1 (102)-712/2022 saylı 01,06.2022-ci il tarixli (sədrlik edən S. Kərimov) qərarına əsasən məhkəmə kollegiyası iş üzrə cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığını düzgün tətbiq etmədiyindən və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar səyyar vergi yoxlamasının aparıldığı, lakin mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsi və yoxlamanın qanuniliyinin əsaslandırmaması səbəbindən yeni qərar qəbul edərək iddianı təmin etmişdir. Ali Məhkəmənin 2-1(1021-751/2024 saylı xx.xx.2024-ci il tarixli (sədrlik edən X.Məmmədov) qərarına əsasən məhkəmə kollegiyası iş üzrə cavabdeh vergi orqanı tərəfindən düzgün tətbiq edilmədiyindən və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar səyyar vergi yoxlamasının aparıldığı, lakin mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsi və yoxlamanın qanuniliyinin əsaslandırmaması səbəbindən vergi orqanının kassasiya şikayətini təmin etməmişdir.

50. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə istinad edərək, tikilən binanın hər mərtəbəsinin ümumi sahəsinin vergitutma obyekti olduğunu bildirmişdir.

51. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, əslində hazırkı mübahisə verginin hesablanması ilə bağlı deyil, yaşayış binasının hansı hissələrinin həmin binanın sahəsinə aid olub-olmaması ilə bağlıdır. Belə ki, son nəticədə vergi öhdəliyinin məbləği həmin sahənin həcmindən asılı olaraq formalaşır. Nəzərə almaq lazımdır ki, binanın sahəsi anlayışı texniki anlayışdır və vergi qanunvericiliyində həmin anlayışın açıqlaması nəzərdə tutulmamışd ır. Vergi qanunvericiliyində binanın sahəsi anlayışının müəyyən olunmaması baxımından, bununla bağlı tikinti sahəsinə aid və əlaqəli normativ-hüquqi akt qismində şəhərsalma və tikinti qanunvericiliyinə istinad edilməlidir.

52. Belə ki, Vergi Məcəlləsinin 13.1-ci maddəsinə görə, bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

53. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 34-cü bəndində istinad edilən normaya görə, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin normay a əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nda yaşayış binasının ümumi sahəsinin hesablanması qaydası müəyyən olunmuş və izahı verilmişdir.

54. İstinad edilən Qaydaların 3.1-ci bəndinə əsasən, “yaşayış binasının ümumi sahəsi – binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluq lar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildən kənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir”.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət f unksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

56. Beləliklə inşa edilən tikintinin ümumi ölçüsü vergi orqanının hesabladığı qaydada deyil, tikintinin layihəsi üzrə götürülür.

57. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdeh növbədənkənar vergi yoxlaması haqqında qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etsə də, bunu əsaslandırmamışdır, sadəcə olaraq sözügedən maddəyə istinad etmişdir ki, bu da vergi məcəlləsinin tələblərinə ziddir.

58. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 5 6.1ci maddəsinin müddəalarının həm əvvəlki, həm də yeni redaksiyasına nəzər yetirilməlidir, belə ki, bu məsələ işin düzgün baxılması üçün çox önəmlidir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə görə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Mə cəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. əvvəlki redaksiyada isə deyilirdi: 56.1. Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

59. İşdən göründüyü kimi, vergi yoxlaması 2021-ci ildə başlasa da, əsasən 2018-201 9-cu illəri əhatə edir ki, işin həmin xüsusatı apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, bu da iş üzrə yanlış məhkəmə qərarı qəbul edilməsi ilə nəticələnmişdir.

60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2- 1(103)-265/2024 nömrəli qərarı – “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının bin a tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 589. 436,1 manat əsas vergi və 294. 718,05 manat maliyyə sanksiyası həddində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi” hissəsində ləğv edilsin və iddia həmin hissədə, yəni “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 589. 436,1 manat əsas vergi və 294. 718,05 manat maliyyə sanksiyası həddində ləğv edilməsi” hissəsində təmin edilsin. Qərar qalan hissədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar