Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1801/2025 02.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “0,10 ha həyətyanı torpaq sahəsinə dair X2 adına tərtib olunmuş JN 813 (Kod ********) nömrəli to rpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2-1(105)-346/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN 813F (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X2 adına Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə 0,22 ha torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabd eh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş Quba rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 1319 nömrəli arxiv arayışında Quba Rayon İcra Hakimyyəti başçısının Alekseyevka inzibati ərazi vahidliyi üzrə nümayəndəliyinin 20012005-ci illərə aid Alekseyevka kəndi üzrə 7 saylı təsərrüfatbaşına kitabında 2001-ci ildən onun 0,10 ha torpaq sahəsi olması qeyd edilmişdir. Azərbaycan Respublika sı Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyat üçün əsas hesab olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair X2 adına tərtib olunmuş JN 813 (Kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon İcra Hakimyyəti başçısının Alekseyevka İƏV üzrə nümayəndəliyinin 2001-2005-ci illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabında 630 saylı təsərrüfatın başçısı iddiaçı olmaqla, istifadəsində yaşayış evinin tikintisi üçün 2001-ci ildə 0,10 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin nümayəndəliyin 2006-2010-cu illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabında 598 saylı təsərrüfatın başçısı iddiaçı oğlu olub, onun istifadəsində 0,10 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İddiaçının ailə üzvləri ilə münasibətləri pozulduğundan 2014-cü ilə kimi Rusiya Federasiyasında yaşamış və kənddə yaşamadığı müddətdə iddiaçının atası X16 iddiaçıya məxsus torpaq sahəsini tanımadığı şəxsə 1200 ABŞ dollarına satmış və alıcıya bildirmişdir ki, oğlu Valeh ilə (iddiaçı) alqı-satqını onun razılığı ilə notariat kontorunda rəsmiləşdirsin. Alıcı olan həmin şəxs atasına bildirmişdir ki, özü torpaq sahəsini sənədləşdirəcəkdir. Mübahisə ilə bağlı Quba rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və Quba RPŞ-nin təhqiqatçısı Famil Mirzəbəyov şikayət ərizəsi əsasında araşdırma aparmış və müəyyən olunmuşdur ki, torpaq sahəsini iddiaçının atası X6 Şıxbabayev adlı şəxsə qeyri-rəsmi satmışdır. İddiaçının atası tərəfindən alıcıya verilmiş torpaq sahəsinə dair notariat orqanında heç bir alqı-satqı müqaviləsi aşkar edilməmişdir və alıcı X7 Şıxbabayev Polis orqanına verdiyi izahatında qeyd etmişdir ki, atası X15 adlı Nərimanabad kənd sakinindən 1200 ABŞ dollarına 0,10 ha həyətyanı torpaq sahəsi almışdır və atası hal-hazırda Rusiya Federasiyasının Saratov şəhərindədir. Bundan başqa, İlkin Şıxbabayev qeyd etmişdir ki, sözügedən torpaq sahəsinə dair anası X2 adına Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə almışlar. İddiaçının adına AİK-in qərarı ilə tərtib edilmiş JN-813 F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə saxtakarlıq edilərək həmin şəhadətnamədə X3 adı, soyadı və atasının adı yazılmışdır. İddiaçı ilə X8 arasında heç bir vaxt alqı-satqı müqaviləsi olmamışdır, iddiaçının alqısatqıdan xəbəri olmayıb, bu alqı-satqı qeyri-rəsmi olduğundan X2 əlində olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə saxtadır. Cavabdehin imtina məktubunda qeyd edilir ki, şəhadətnamələrin kitabında JN 813 (Kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə iddiaçının adı qeyd edilmişdir. Lakin şəhadətnamənin arxiv nüsxəsi JN 813 (Kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X2 adı qeyd edilmişdir. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya X19 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə verilmişdir. X5 iddiaçıya məxsus torpaq sahəsini qeyri-rəsmi olaraq X1, X2 adına saxta şəhadətnamənin əsassız olaraq arxiv sənədlərinə əlavə edilməsinə əsas olmuşdur. Hesab edir ki, X2 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə heç bir alqı-satqı olmadan, qeyri-rəsmi və qanunsuz alqı-satqı ilə müşayiət edildiyindən ləğv olunmalıdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: A.O.Axundova) 29 oktyabr 2024-cü il tarixli, 2-1(118)-5551/2024 nömrəli qərardadı ilə X9 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: A.O.Axundova) 11 fevral 2025-ci il tarixli, 2-1(118)-1991/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət et məsi üçün subyektiv hüququ yoxdur.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.B.Axundov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və V.M.Hacıyev) 13 mart 2025-ci il tarixli, 2-1(105)-346/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(118)-1991/2025 nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi Quba Rayon AİK-in xx.xx.2000-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş Quba rayonu, Al ekseyevka kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair X2 adına tərtib olunmuş JN 813 (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsidir. İş materiallarında olan JN 813F (Kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X2 adına Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000ci il tarixli, 02 saylı qərarı ilə 0,22 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı, üçüncü şəxs X2 adına tərtib olunmuş JN 813 Kod 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini tələb etsə də, şəhadətnamənin kökü Quba rayon AİK-in xx.xx.2000-ci il tarixli qərarı olmuşdur. Həmin qərar mübahisələndirilmə mişdir və hazırda da qüvvədədir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin, Quba Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında iddiaçının hazrkı mübahisə ilə bilavasitə bağlı olan işləri olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-298/2022 nömrəli qərarı ilə iddiaçının torpaq sahəsinə çıxarışın verilməsinə dair iddiası təmin edilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənə dlərin siyahısının 2.3-cü bəndinə istinad edərək qərarını belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 19 iyun 2020-ci il tarixli, 626 saylı arxiv arayışı ilə iddiaçının adına 2001-ci ildən 0,10 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir ki, həmin dövrdən sonra təsərrüfatbaşına kitabdakı qeydlər torpaq sahəsi üzərində hüququn əmələ gəlməsi üçün əsas hesab edilmir. Eyni zamanda, iddiaçı üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istədiyi torpaq sahəsinin atası tərəfindən Füzuli Şıxbabayevə satıldığını bildirmişdir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin Füzuli Şıxbabayevə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçı hazırda da təsərrüfatbaşına kitab dakı qeydlərə istinad etsə də, Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarında da qeyd edildiyi kimi, həmin dövrdən sonra təsərrüfatbaşına kitabdakı qeydlər torpaq sahəsi üzərində hüququn əmələ gəlməsi üçün əsas hesab edilmir. Həmçinin, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin Füzuli Şıxbabayevə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü təsdiq edən hər hansı sübut nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya məhkəməsinə təqdim olunmamışdır. İddiaçı həmçinin iddia ərizəsində Quba Rayon AİK-in xx.xx.2000-ci il tarixli qərarına istinad etmiş, torpaq sahəsinin ona həmin qərarla ayrıldığını qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş Quba Rayon AİK-in xx.xx.2000-ci il tarixli, 02 saylı Qərarı məhkəməyə təqdim edilmiş dir. Həmin qərar kollegiya tərəfindən tədqiq edilərkən iddiaçının adının həmin qərarda olmadığı müəyyən edilmişdir. İddiaçının ləğv edilməsini istədiyi JN 813 (Kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə isə X2 adına tərtib edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Bu isə o deməkdir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b)kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasi ya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxla nılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması nı, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana mürac iət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Avrop a İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araş dırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə 0,10 ha həyətyanı torpaq sahəsinə dair X2 adına tərtib olunmuş JN 813 (Kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə mövqeyi ilə razılaşmışdır.
23. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2-1(105)-346/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.