Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1805/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi, iddianın mümkünlük şərtlərinin mövcudluğu, araşdırma prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı c avabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha torpaq hissəsinə üçüncü şəxs X4 adına xx.xx.2003-cü il tarixli, JN 293 Kod 30121028 saylı Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və dövlət aktının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 21(105)-134/2025 saylı qərarından üçüncü şəxslərin verdiyi kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıd akı qərarı qəbul etdi. İşin halları
1. JN 229, KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı İddiaçı məxsus Qusar rayonu Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı ilə ayrılmış cizgidə göstərilən sərhəd daxilində 2,14 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.
2. JN 293, KOD 30121028 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı X6 məxsus Quba rayonu Dövlət Notariat Kontorunun 14 noyabr 2003-cü il tarixli müqaviləyə əsasən satın alınmış cizgidə göstərilən sərhəd daxilində 0,94 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. 3. 05 sentyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışla Qusar rayonu, Çiləgir kəndi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üzrə X4 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 4. 21 sentyabr 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Qusar rayonu, Çiləgir kəndi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi X10 tərəfindən Ələkbərov Aqil Fazil oğluna satılmışdır. 5. 27 sentyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışla Qusar rayonu, Çiləgir kəndi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üzrə Ələkbərov Aqil Fazil oğlunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 iyun 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən X4 adına olan Qusar rayo nu, Çiləgir kəndində yerləşən 0,25 ha torpaq sahəsi Qusar rayon notariat ofisinin xx.xx.2018-ci il tarixli, 4Ə-1654 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Ələkbərov Aqil Fazil oğlunun adına özgəninkiləşdirilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1324/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə X10, 2-1(118)-1324/20232 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Ələkbərov Aqil Fazil oğlu məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 3-21-3-34/2-13276/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, “Torpağa mülkiyyət hüququna d air” JN-229, KOD 30121028 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin adlarına qeydə alınmış torpaq sahəsinin (dövlət aktında qeyd olunan) koordinatları naturada iddiaçının istifadəsində olan torpaq sahəsinə uyğundur. “Torpağa mülkiyyət hüququna dair” JN-229, KOD 30121028 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin adlarına qeydə alınmış torpaq sahəsinin (dövlət aktında qeyd olunan) koordinatları RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışla Ələkbərov Aqil Fazil oğlunun adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə bütövlükdə 0,25 ha olmaqla üst-üstə düşür.
9. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 13 noyabr 2023-cü il tarixli, 3166/6-118589/23 nömrəli məktubundan görünür ki, Qusar rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə noyabr ayı üzrə baxış keçirilərkən X4 adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, qeyd olunan tarixdə reyestr kitabı üzrə müqavilənin rəsmiləşdirildiyi müəyyən edilməmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20 noyabr 2023-cü il tarixli, 3-21-3-34/2-15020/2023 nömrəli məktubundan görünür ki, X4 adına tərtib edilmiş JN-293,KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-nın verilməsinə əsas olan Quba rayon Dövlət Notariat Kontorunun müvafiq alqı -satqı müqaviləsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz ərazi idarəsinə təhvil verilməmişdir.
11. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 29 may 2024-cü il tarixli, 3-16-5/6-11678/24 nömrəli məktubundan görünür ki, 2003-cü ildə təsdiq edilmiş müqavilələrin qeydə alındığı notariat reyestrində xx.xx.2003-cü il tarixdə rəsmiləşdirilmiş sonuncu müqavilə 366 nömrəsi ilə qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 01 avqust 2024-cü il tarixli, 3-21-3-34/2-8194/2024 nömrəli məktubundan görünür ki, arxiv məlumatlarında 4Ə-İ-717 reyestr nömrəli, 14 noyabr 2003-cü il tarixli alqısatqı müqaviləsinin və xx.xx.2002-ci il tarixli, JN-251 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” barədə məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və çıxarışın etibarsız hesab edilməsi iddiası ilə Sumqayıt İnzibatı Məhkəməsində iddia qaldırmışdır.
14. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu Çiləgir kəndində yerləşən 2.14 ha kənd təsərrüfatı təyina tlı torpaq sahəsinin 0.25 ha torpaq hissəsinə üçüncü şəxs X4 adına xx.xx.2003-cü il tarixli, JN 293 Kod 30121028 saylı Dövlət aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və həmin dövlət aktının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və onun ailə üzvlərinə Qusar Rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı ilə Qusar rayonu, Çiləgir kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində 2.14 hektar torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə iddiaçı və ailə üzvlərinin adına 13 iyul 2000-ci il tarixdə KOD 301210** JN *** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. İddiaçı həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədi ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən idarə tərəfindən sənədlərə baxılmış və ona bildirilmişdir ki, torpaq sahəsinin 229 hissəsi olan 0.25 hektar torpaq sahəsinə dair X4 adına ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Halbuki, o və ailə üzvləri həmin torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışlar. Bundan sonra iddiaçı cavabdeh X6 (üçüncü şəxslər Ələkbərov Aqil Fazil oğlu, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı daşınmaz əmlakın dövlət re yestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(029)-72/2020 saylı, 01 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, qətnamədən tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2545/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 2(029)-72/2020 saylı, 01 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X6 qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bu əmlaka dair mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla iddiaçıya Qusar rayonu, Çiləgir kəndindəki 0. 25 hektar torpaq sahəsinə dair cavabdeh X4 adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı cavabdeh X6 qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bu əmlaka dair mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki işə Qusar Rayon Məhkəməsində baxılarkən iş üzrə təyin olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-torpaqşünaslıq ekspertizasının 11 oktyabr 2019-cu il tarixli, 19599 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi Elşad Lətifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən cavabdeh X4 adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Seriya RX ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0.25 hektar torpaq sahəsinin koordinatları İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, KOD 30121028, JN:229 saylı 13 iyul 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2.14 hektar torpaq sahəsinin koordinatlarının hamısı ilə üst-üstə düşür. Hesab edilir ki, cavabdeh inzibati orqan iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 hektar hissəsinə üçüncü şəxs X4 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********90 r eyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qanunsuzluğa yol vermişdir. Odur ki, cavabdeh inzibati orqanın iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan qanunsuz hərəkətləri nəticəsində üçüncü şəxs X4 adına xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati məhkəmə icraatı qaydasında etibarsız hesab edilməlidir.
16. Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Qusar rayonu, Çiləgir kəndində yerləşən əmlaka dair X4 mülkiyyət hüququnun təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əml ak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, məktubla cavab olaraq bildirilmişdir ki: “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu Çiləgir kəndində yerləşən torpaq sahəsinə dair X4 adına verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.
17. Üçüncü şəxs X4 iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində Fuad Mirzəxanovun adına verilmiş qeyd olunan çıxarışın, məhz İddiaçı iddia etdiyi həmin torpaq sahəsində göstərilən koordinatlar üzrə verilməsini təsdiq edəcək heç bir əsaslı sübuta istinad olunmur, yalnız sübut kimi bu barədə Qusar rayon məhkəməsində işə baxılarkən ilk dəfə alınmış 11oktyabr 2019-cu il tarixli, 19599 №-li ekspertiza rəyinə istinad edilir. İşin faktiki halları isə ondan ibarətdir ki, X10 tərəfindən qeyd olunan torpaq sahəsi Seyidəhmədovlardan yox, digər torpaq sahəsi ilə birlikdə 14 noyabr 2003-cü il tarixli müqavilə əsasında başqa şəxsdən satın alınmış və bu barədə əvvəlcə DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən Torpağa mülkiyyət hüququna dair dövlət aktı, sonra da DƏDRX-nin 5 s aylı Xaçmaz Ərazi İdarəsi tərəfindən yuxarıda qeyd olunan mülkiyyət Çıxarışı verilmişdir. Sonra da torpaq sahəsi X10 tərəfindən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Ələkbərov Aqil Fazil oğluna satılmış və həmin alqı-satqı müqaviləsi əsasında da qeyd olunan 0,25 hektar torpaq sahəsi üzərində Ələkbərov Aqil Fazil oğlunun xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* №-li Çıxarış verilmiş və hazırda da qeyd olunan torpaq sahəsi Aqil Ələkbərovun xüsusi mülkiyyətindədir. İddiaçı hazırkı mübahisə ilə bağlı Qusar rayon məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə araşdırmaları zamanı da, məhz yuxarıda qeyd olu nan 11 oktyabr 2019-cu il tarixli, 19599 №-li ekspertiza rəyi alındıqdan sonra Ələkbərov Aqil Fazil oğlu iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş və onun vəsatəti əsasında da iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 08 iyun 2020-ci il tarixli 10/707 N-li ekspertiza rəyi, eləcə də Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsindən 16 mart 2020-ci il tarixli C-33 №-li mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyi əsasında verilmiş həmin ekspertiza rəyindən də görünür ki, mübahisələndirilən torpaq sahəsinin koordinatları ilə DƏDRX tərəfindən RX seriyalı ******* saylı çıxarış ilə Ələkbərov Aqil Fazil oğlunun mülkiyyətinə verilmiş 0,25ha torpaq sahəsinin koordinatlarının üst- üstə düşdüyü müəyyən olunur. İddiaçı və ailə üzvlərinə DT və XK tərəfindən verilmiş JN saylı 30121028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 2,29 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,25 ha hissəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq (sürüşmə) olduğundan həmin torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir. Bu barədə olan mütəxəssis rəyində daha sonra göstərilir ki, qeyd olunan sualın cavablandırılması və xəritələrdəki bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kada str xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Bundan başqa mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi Ələkbərov Aqil Fazil oğlu onun vicdanlı alıcısı olmaqla, qeyd olunan 0,25 ha torpaq sahəsinin alqı-satqısı barədə X10 ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi, eləcə də Aqil Ələkbərovun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* N-li Çıxarış, qanuni qüvvədə olan rəsmi hüquq müəyyənedici sənədlərdir.
18. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X7) 05 sentyabr 2024-cü il tarixli, 21(118)-55/2024 n ömrəli qərarı ilə iddia təmin edilmiş, JN 229 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə İddiaçı və onun ailə üzvlərinə məxsus olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha hissəsinə üçüncü şəxs X4 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli, JN 293 Kod 30121028 saylı Dövlət Aktının ləğv edilməsi qərara alınmışdır.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi üzərində X4 adına JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olan alqı-satqı müqaviləsi olmuşdur ki, həmin alqı-satqı müqaviləsi mövcud deyildir. X1 adına tərtib edilmiş JN293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın əsasını təşkil e dən alqı-satqı müqaviləsinin mövcud olmadığı öz təsdiqini tapdığından və mübahisələndirilən dövlət aktı hər hansı hüquqi əsasa malik olmadığından, həmin dövlət aktının hər hansı hüquqi qüvvəsində qalmamışdır.
20. Üçüncü şəxslər X10 və Ələkbərov Aqil Fazil oğlu qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. b. apellyasiya instansiyası məhkəməsində icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2-1(105)-134/2025 nömrəli qərarı ilə (hakimlər X14-məruzəçi, X12 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2024cü il tarixli, 2-1(118)-55/2024 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilərək üçüncü şəxs X4 adına tərtib edilmiş JN 293 KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı İddiaçı məxsus 0,25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilmiş, eyni zamanda 0,25 ha torpaq sahəsinə X4 adına verilmiş **********90 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilmiş, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində olan məlumatların silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Üçüncü şəxslər kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişlər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətlərinin dəlilləri
24. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10, xx.xx.2022-ci il tarixli qərardadı ilə də Ələkbərov Aqil Fazil oğlu iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Lakin iş üzrə Ələkbərov Aqil Fazil oğlu ilə bağlı heç bir sənəd mübahisələndirilmir və iddia ərizəsinə görə həmin şəxsin konkret olaraq nəyə görə üçüncü şəxs qismində cəlb edilməsi məlum deyildir. Ələkbərov Aqil Fazil oğlunun iş üzrə üçüncü şəxs kimi cəlb olunmasına dair məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadında da səbəb kimi, qəbul olunacaq qərarın Ələkbərov Aqil Fazil oğlunun qanunla qorunan hüquqi maraqlarına toxuna biləcəyi göstərilir, lakin bu halın konkret olaraq nədən ibarət olm ası qeyd edilmir.
25. İddia ərizəsinə əlavə olunmuş və cavabdeh tərəfindən iddiaçının vəkilinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktubunda isə açıq şəkildə göstərilir ki, “...Qusar rayon DNK-nın xx.xx.2003-cü il tarixli müqaviləsinə əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına 0,94 ha torpaq sahəsinə dair JN 293 KOD 30121028 nömrəli “Torpaq mülkiyyət hüququna dair Dövlət aktı” verilmiş və həmin dövlət aktına əsasən dövlət reyestrindən 0,25 ha torpaq sahəsinə ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarış işlənmişdir.
26. Qeyd edilir ki, X4 adına olan 0,25 ha torpaq sahəsi Qusar rayon Notariat Kontorunun xx.xx.2018-ci il 4Ə-1654 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Ələkbərov Aqil Fazil oğlunun adına özg əninkiləşdirilmiş və dövlət reyestrindən Ələkbərov Aqil Fazil oğlunun adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir...” İddia ərizəsində isə, cavabdehin məktubunda göstərilən həmin hissə məqsədyönlü şəkildə gizlədilir.
27. Mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi Ələkbərov Aqil Fazil oğlu isə, onun vicdanlı alıcısı olmaqla, qeyd olunan 0,25 ha torpaq sahəsinin alqı-satqısı barədə X10 ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1654 reyestr nömrəli alqı-satqı müqaviləsi, eləcə də Aqil Ələkbərovun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* №-li Çıxarış, hazırda qanuni qüvvədə olan rəsmi hüquq müəyyənedici sə nədlərdir.
28. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
29. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdi yi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
30. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.
31. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
32. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul ol unur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).
33. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqın da iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).
34. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılması ilə əlaqədar Dövlət Notariat Arxivi, eləcə də cavabdeh DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən alınmış sorğulara cavab məktublarından görünür ki, X10 ilə X3 arasında bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş 14 noyabr 2003-cü il tarixli, 4Ə-1-717 reyestr nömrəli alqı-satqı müqaviləsi və bu barədə notariat işi Dövlət Notariat Arxivinə, həmin müqavilənin surəti də cavabdeh DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmə mişdir.
35. Bu halların isə hazırkı iş üzrə üçüncü şəxs X6 heç bir aidiyyəti yoxdur və həmin notariat işi və ya alqı-satqı müqaviləsinin dövlət arxivinə, yaxud da Reyestr Xidmətinə təhvil verilməməsinə görə X10 məsuliyyət daşımır.
36. X10 tərəfindən Qusar rayon Notariat Kontorunda 14 noyabr 2003-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın alınmış, qeyd olunan 0.94 ha torpaq sahəsinin qeydə alınması üçün, həmin müqavilənin ona verilmiş surəti DT və XK-nin Qusar rayon şöbəsinə təhvil verilərək “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı alınmışdır. Həmin alqı-satqı müqaviləsinə dair notariat işinin notariat arxivinə, müqavilənin də Reyestr Xidmətinə təqdim olunması isə vətəndaşın yox, həmin orqanın işidir.
37. Lakin buna baxmayaraq, Qusar rayon Notariat Kontorunda 14 noyabr 2003-cü il tarixdə 4Ə-1-717 reyestr nömrə ilə təsdiq edilmiş həmin alqı-satqı müqaviləsinin üçüncü şəxsdə qalmış kserosurəti tərəfimizdən məhkəməyə təqdim edilmişdir.
38. Göründüyü kimi, hazırkı iş üzrə tərəflər arasında olan mübahisə, inzibati orqan olan DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin fəaliyyəti ilə əlaqəli yox, məhz vətəndaşlar arasında olan mülki-hüquqi əqd və hərəkətlərdən yaranan mülki-hüquq münasibətləridir ki, hazırda qüvvədə olan qanunvericiliyin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məlum qərarlarına əsasən bu xarakterli işlərə inzibati məhkəmələr tərəfindən yox, mülki-mühakimə icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır.
39. Yəni, xx.xx.2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın, onun qəbulundan 20 ildən artıq, həmin akt barədə iddiaçının xəbəri olmasından da 5 ildən artıq müddət keçəndən sonra mübahisələndirmə haqqında iddia icraatı qaydasında ləğv olunması barədə qərar qəbul edilmişdir.
40. Xüsusilə də qeyd olunmalıdır ki, mübahisə predmeti olan torpaq sahəsinin hazırkı mülkiyyətçisi Ələkbərov Aqil Fazil oğluna aid heç bir sənəd mübahisələndirilmədiyi halda, qəbul olunacaq qərarın həmin şəxsin maraqlarına toxunacağı əsası ilə onu üçüncü şəxs kimi işə cəlb edən birinci instansiya məhkəməsi, iş üzrə digər üçüncü şəxs olan X4 mübahisə predmeti olan torpaq sahəsini bilavasitə satın aldığı X3 haqqında eyni mövqeni sərgiləmir, onun iş üzrə üçüncü şəxs kimi cəlb olunması və dindirilməsini təmin etmir. b. kassasiya şikayətinə etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz təqd im edilməmişdir. Tətbiq edilən hüquq 42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbayca n Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;...
43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. A pellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçiləriin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
45. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərini n dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı iddianın mümkünlük şərtləri, işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 35, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
47. İddiaçı üçüncü şəxsin adına 2003-cü ildə tərtib edilmiş Dövlət aktının və onun əsasında 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş edir.
48. İddiaçının bu halın mübahisələndirilməsi ilə bağlı subyektiv hüququnun mövcudluğu müəyyən edilməlidir.
49. JN 229, KOD 30121028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı İddiaçı və digərlərinə məxsus Qusar rayonu Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı ilə ayrılmış cizgidə göstərilən sərhəd daxilində 2,14 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.
50. Dövlət aktından görünür ki, rayon torpaq şöbəsində qeydə alınması nömrəsi qeyd edilməmiş, nə vaxt tərtib edilməsi müəyyən deyildir, rayon torpaq şöbəsinin müdiri tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Akt Dövlət yer quruluşu Layihə İnstitutu tərəfindən 13 iyul 2000-ci ildə imza və möhürlə təsdiq edilmişdir.
51. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi 30 noyabr 2023-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının adına olan 2,14 ha torpaq sahəsinə dair JN 229 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın verilməsinə əsas olan sənədlər onlara təhvil verilməmişdir (1-ci cild.səh.174). 52. "xxxx" MMC-nin birinci instansiya məhkəməsinə ünvanlandığı 14 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, pay torpaq sahəsinə dair subyektlərin siyahısında iddiaçı və onun ailə üzvlərinin adı qeyd edilmiş hissədən çıxarış, eləcə də Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 nömrəli qərarı təqdim edilir. Göndərilən qərarla yerli aqrar islahat komissiyasının qərarı təsdiq edilmiş, torpaq payı almaq hüququ olanların siyahısında iddiaçı və ailə üzvləri qeyd edilmişdir (1-ci cild səh.171-173). Yerli aqrar islahat komissiyasının qərarı işə əlavə edilməmiş, həmin qərarla iddiaçı və ailə üzvlərinə (nə qədər) pay torpaq sahəsinin verilməsi yoxlanmamış, nəticədə rayon torpaq şöbəsi tə rəfindən təsdiq edilməyən və qeydiyyat nömrəsi olmayan Dövlət aktının mötəbərliyinə qiymət verilməmişdir.
53. Məhkəmə kollegiyası subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhk əmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
54. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
55. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçün cü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı).
56. Nəticədə apellyasiya instansiyası məhkəməsi iddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın mötəbərliyinə münasibət bildirməmiş, 2,14 ha torpaq sahəsinin mübahisə olunan 0,25 ha hissəsinin iddiaçının mülkiyyətində olmasını yoxlamamış, nəticədə iddiaçının iddia tələbi ilə bağlı subyektiv hüquqa ma lik olmasını müəyyən etməmişdir.
57. Bundan başqa, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün digər şərt - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 59. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
60. Hazırkı iş üzrə mübahisə predmeti ilk əvvəl üçüncü şəxs F.Mirzəxavova məxsus 17 dekabr 2003-cü ildə 264 nömrə ilə rayon torpaq şöbəsində qeydiyyata alınmış 0,94 ha torpaq sahəsi barədə “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ”nın 0,25 ha hissədə ləğv olunmasıdır.
61. İddiaçı və ailə üzvlərinin adına olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda torpaq sahələrinin 4 planşet üzrə ayrı-ayrı yerlərdə olduğu göstərilmişdir. Mübahisə predmeti olan 0,25 ha torpaq sahəsi 229 nömrəli planşet üzrə tərtib edilmişdir.
62. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində məhkəmə iclasında bildirmişdir ki, torpaq sahəsinin bir hissəsi iddiaçının mülkiyyətindədir (1-ci cild, səh.150).
63. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülm üşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
64. Apellyasiya instansiyası məhkəməsi mübahisə olunan 0,25 ha torpaq sahəsi ilə bağlı iddiaçının 2003-cü ildən inzibati orqanın hərəkəti, yəni 2003-cü ildə tərtib edilmiş Dövlət aktının ləğvi barədə səlahiyyətli dövlət orqanlarına, o cümlədən məhkəməyə müraciət edib-etmədiyini, iddiaçının müraciəti olmadığı halda bunun səbəbini, həmçinin torpaq sahəsinin hansı vaxtdan iddiaçının və üçüncü şəxslərin istifadəsində olubolmadığını araşdırmamışdır.
65. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak ın dövlət reyestrində aparılmış 5 sentyabr 2017-ci il tarixli qeydiyyat da (iddianın digər predmeti həmin qeydin ləğvidir) 2003-cü il tarixli Dövlət aktı əsasında aparılmışdır.
66. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
67. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın hər iki mümkünlük şərti apelyasiya məhkəməsi tərəfindən yoxlanılmamışdır.
68. İddia yuxarıda göstərilən mümkünlük şərtlərinə cavab verdiyi halda araşdırılmalı hallardan biri işin 1-ci cild 186-cı səhifəsində olan 14 noyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinin mötəbərliyi, habelə həmin müqavilədə istinad edilən Qusar rayon Torpaq şöbəsinin verdiyi X2 adına olan dövlət aktının mövcudluğu barədədir.
69. Apellyasiya məhkəməsi məhz işdə mövcud olan alqı-satqı müqaviləsinin möt əbərliyi ilə bağlı araşdırma aparmamış, səlahiyyətli dövlət orqanlarına sorğular göndərməmiş, alqı-satqı müqaviləsində qeyd edilən V.Ş.Mirzəxanovun adına Dövlət aktı barədə məlumatın aşkar edilmədiyi barədə cavabdehdən məlumat əldə etsə də (işin 1-ci cild 206-cı səhifəsi), dövlət arxivində, "xxxx" MMC-də olmasını yoxlamamışdır.
70. İşin 1-ci cild 78-ci səhifəsində cavabdehin F.Mirzəxanovun adına 31 avqust 2017ci ildə tərtib etdiyi 0,25 ha torpaq sahəsinə dair Torpaq sahəsinin plan və ölçüsündə plan və ölçünün tərtib edilməsinə əsas kimi 24 aprel 2013-cü il tarixli dövlət reyestrindən çıxarışa, Quba rayon Notariat Kontorunun 12 avqust 2017-ci il tarixli razılıq ərizələrinə istinad edilmiş, mübahisənin obyektiv həlli üçün həmin sənədlər tələb edilib araşdırılmamışdır.
71. İddiaçının mübahisə açdığı 0,25 ha torpaq sahəsinin ona məxsus olması ilə bağlı məhkəmə ətraflı araşdırma aparmamışdır.
72. İşin 1-ci cild 60-cı səhifəsində X10, Ələkbərov aqil Fazil oğlu və İddiaçı və ailə üzvlərinin adlarına olan mülkiyyət sənədlərindəki koordinatlarla həmin şəxslərin istifadə etdikləri torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi sualına mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı və ailə üzvlərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 2,29 (?) ha torpaq sahəsinin mübahisə predmeti olan 0,25 ha hissəsinin koordinatları ilə natura arasında uyğunsuzluq (sürüşmə) olduğundan bu sualın cavablandırılması mümkün olmadığı qeyd edilmişdir.
73. İşin 1-ci cild 107-108-ci səhifəsində cavabdeh tərtib etdiyi arayışda bildirmişdir ki, iddiaçının iddia e tdiyi torpaq sahəsi ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin sənədində göstərilən koordinatlarla uyğunsuzluq olduğundan və Qusar rayon son elektron uçot xəritəsinə əsasən naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsi üzrə məlumatlarının tam inteqrasiyası olmadığından (mülkiyyətdə olan torpaq sahəsinə dair sənədin məlumatlarının elektron uçot xəritələrinin məlumat bazasında tam əksini tapmadığından) sualın cavablandırılması mümkün olmamışdır.
74. Cavabdeh 29 sentyabr 2023-cü il tarixli məktuba əlavə etdiyi mütəxəssis rəyində bildirmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-229, KOD 30121028 saylı Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin adlarına qeydə alınmış torpaq sahəsinin (dövlət aktında qeyd olunan) koordinatları naturada iddiaçının istifadəsində olan torpaq sahəsinə u yğundur. “Torpağa mülkiyyət hüququna dair” JN-229, KOD 30121028 saylı Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin adlarına qeydə alınmış torpaq sahəsinin (dövlət aktında qeyd olunan) koordinatları RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışla Ələkbərov Aqil Fazil oğlunun adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə bütövlükdə 0,25 ha olmaqla üst-üstə düşür.
75. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki iki mütəxəssis rəyində torpaq sahələrinin üst-üstə düşməsi barədə suala cavab verməyin mümkün olmadığı bildirilsə də, 0,25 ha torpaq sahəsinin üst-üstə düşməsi barədə sonuncu rəyin mötəbərliyini apelyasiya instansiyası məhkəməsi araşdırmamış, üst-üstə düşmə ilə bağlı rəydə TEKİUS və AZCAD modelinə int eqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu bazasında dəqiqləşdirldiyinə istinad edilmiş, lakin həmin baza məlumatlara tərəflərin və mütəxəssisin iştirakı ilə baxış keçirməmiş, uçot baza məlumatları işə əlavə edilməmiş, sonuncu rəyə əlavə edilmiş yerquruluşu planından çıxarışda (1-ci cild səh.161) iddiaçıya və üçüncü şəxsə aid 0,25 ha torpaq sahəsinin koordinatlarının hansı əsaslarla eyni olmasını qərarında əsaslandırmamışdır.
76. Kassasiya şikayətinin üçüncü şəxs A.Ələkbərovun vicdanlı alıcı olması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə inzibati məhkəmə icraatında iddianın predmetini üçüncü şəxs A.Ələkbərovun adına daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğvi təşkil etmədiyindən A.Ələkbərovun mübahisə olunan 0,25 ha torpaq sahəsini al arkən vicdanlı alıcı olmasına hazırkı icraatda hüquqi qiymət verilməsi istisna edilir.
77. Beləliklə, kassasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan apellyasiya instansiya məhkəməsi qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, şikayət iddianın mümkün sayılmaması hissəsində təmin edilməməlidir.
78. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxslər X10 və Ələkbərov Aqil Fazil oğlunun kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2-1(105)-134/2025 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.