Məhkəmə qərarları › İş №2-1(102)-1807/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1807/2024

28.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1807/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması; işin hallarının hərtərəfli araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(103)-912/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil iddiaçının mülkiyyətindədir. İNTERPOLUN Baş Katibliyindən alınan məlumata görə, həmin avtomobil xx.xx.2022-ci il tarixdə İsveç Krallığında oğurlanmış və xx.xx.2022-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Qeyd edilən fakt üzrə iddiaçının əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi baş lanması rədd edilmişdir.

2. İddiaçı mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmiləşdirilməsinə dair cavabdehə etdiyi müraciət həmin avtomobilin İsveç Krallığında oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması əsası ilə təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobilə dair qeydiyyat hərəkətləri aparılmaqla, həmin nəqliyyat vasitəsinin alqı-satqısının (özgəninkiləşdirilməsinin) rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil xx.xx.2022-ci il tarixdə gömrük dəyəri ödənilməklə gömrük ekspertizası idarəsinin inspeksiya xidməti orqanı tərəfindən texniki eyniləşdirmə şəhadətnaməsinə əsasən qeydiyyatdan keçmiş və xx.xx.2022-ci il tarixdə həmin avtomobilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən ** EV *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır. Bu barədə Azərbaycan Respublikası BDYPİ tərəfindən qeyd edilən avtomobilə, xx.xx.20 22-ci il tarixli, “BB 288568” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. 13 oktyabr 2022-ci il tarixdə BDYPİ-də avtomobili texniki müayinədən keçirib alqı-satqı müqaviləsi bağlamaq istəyərkən avtomobilin “İnterpol” xətti üzrə İsveç Krallığının müvafiq orqanları tərəfindən axtarışda olması bildirilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7386/2023 nömrəli, 14 sentyabr 2023cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli avtomobilin oğurlanması və bununla bağlı beynəlxalq axtarışda olması faktına əsaslanmaqla cavabdeh inzibati orqan avtomobilin istifadəsinə və özgəninkiləşdirilməsinə məhdudiyyət qoymaqda haqlı olmuş, bu zaman inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Qa nunun tələblərinə uyğun olmuşdur. Mübahisəli avtomobil oğurlanmış avtomaşın kimi beynəlxalq dövlətlərarası axtarışda olan nəqliyyat vasitələrinin siyahısında qalmaqda davam edir. Əslində, bu haldan çıxış etməklə, inzibati orqan öz təşəbbüsü əsasında (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsi) inzibati icraat başlamaqla iddiaçının adına reyestrdə qeydiyyat aparılmaqla verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğvi məsələsinə baxa bilər. Lakin, hazırkı işin hallarından görünür ki, inzibati orqan hələ ki, belə bir icraat başlamamışdır. Buna baxmayaraq məhkəmə qeyd edir ki, sözügedən icraatın başlanılmaması və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin qüvvədə olması cavabdeh inzibati orqanı avtomobilə münasibətdə hazırkı məhdudiyyətləri tətbiq etməyə mane o lmur. Belə məhdudiyyətin tətbiqinin əsası avtomobilin oğurluq olması faktının mövcud olmaqda davam etməsi halından irəli gəlir. Eyni zamanda, qeyd etmək lazımdır ki, həmin məhdudiyyətin götürülməsi mülki dövriyyənin vicdanlı iştirakçılarına (avtomobilin mümkün satılması halında onu əldə edəcək üçüncü şəxslərə) ziyan vurulmasına da gətirib çıxara bilər.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-912/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, E.Kazımov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, biri nci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun konstitusion hüquqlarını və qanuni mənafelərini, xüsusilə də, iddiaçının mülkiyyət hüququnu təmin etməmişdir.

12. Belə ki, İddiaçı “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV 80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil üzərində mülkiyyət hüququnun tam formal xarakter daşıması davam etməklə, onun öz əmlakına (avtomobilə) sahib olmaq, həmin daşınar əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları bərpa edilməmiş qalmaqdadır.

13. Beləliklə də, iddiaçı tərəfin qənaəti belədir: Ali Məhkəmənin inzibati kollegiyası işə tam ətraflı baxmaqla iddiaçının hüquqlarının, xüsusilə mülkiyyət hüququnu “bərpa” etmiş olsa, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbinə riayət edilməsini açıq-aşkar, birmənalı təmin edilmiş olardı.

14. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xah iş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. A pellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobilə dair qeydiyyat hərəkətləri aparılmaqla, həmin nəqliyyat vasitəsinin alqı-satqısının (özgəninkiləşdirilməsinin) rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İş materiallarından göründüyü kimi, “Toyota RAV-4” minik markalı, ** EV *** dövl ət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil xx.xx.2022-ci il tarixdə gömrük dəyəri ödənilməklə gömrük ekspertizası idarəsinin inspeksiya xidməti orqanı tərəfindən texniki eyniləşdirmə şəhadətnaməsinə əsasən qeydiyyatdan keçmiş və xx.xx.2022-ci il tarixdə həmin avtomobilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən ** EV *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır. Bu barədə Azərbaycan Respublikası BDYPİ tərəfindən qeyd edilən avtomobilə, xx.xx.2022-ci il tarixli, “BB 288568” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. 13 oktyabr 2022-ci il tarixdə BDYPİ-də avtomobili texniki müayinədən keçirib a lqı-satqı müqaviləsi bağlamaq istəyərkən avtomobilin “İnterpol” xətti üzrə İsveç Krallığının müvafiq orqanları tərəfindən axtarışda olması bildirilmişdir.

20. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-A-8759/2-11 saylı iddiaçıya ünvanladığı məktubunda həmçinin deyilir ki, “...həmin nəqliyyat vasitəsinə dair DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.”

21. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, əvvəla sözügedən nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Azərbaycan R espublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi (yəni cavabdehin özü) tərəfindən ** EV *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır, yəni həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən artıq iddiaçının xüsusi mülkiyyətindədir və məhkəmə tərəfindən mülkiyyət hüququnun tanınmasına ehtiyac yoxdur.

22. Digər tərəfdən qeyd edilməlidir ki, sözügedən məktubda cavabdeh tərəfindən “İnterpol”-un məlum məktubuna istinad edilsə də, bu istiqamətdə hər hansı müvafiq tədbirlər görülməmiş, yəni iddiaçının xüsusi mülkiyyətində olan adıçəkilən avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı ləğv edilməmiş və yaxud “İnterpol”dan lazımi əlavə məlumatlar alınmamış, bunun nəticəsində sözügedən avtomobil halhazırda da iddiaçının xüsusi mülkiyyətindədir ki, şəxsin xüsusi mü lkiyyətində olan əmlaka dair istənilən müdaxilə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə ziddir.

23. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “İnterpol”-un Milli Mərkəzi Bürosunun xx.xx.2023-cü il tarixli Bakı İnzibati Məhkəməsinə ünvanladığı məktubunda deyilir ki, “İnterpol”-un baş katibliyindən alınan məlumatına görə, VİN:JTMREREV80D117528 olan, XOC919 qeydiyyat nişanlı, qara rəngli “Toyota” markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə İsveç Krallığında oğurlanmış və xx.xx.2022-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır”.

24. Burada məhkəmə kollegiyası bir neçə məsələni nəzərə almağı zəruri hesab edir.

25. Belə ki, əvvəla cavabdeh “İnterpol”-dan belə bir məlumat aldığı zaman, “İnterpol”-la müva fiq yazışma aparmalı və sözügedən məsələnin təfsilatlarını öyrəndikdən sonra, inzibati icraat qaydasında tam və hərtərəfli araşdırma aparmaqla müvafiq qərar qəbul etməli idi.

26. Lakin nə cavabdeh, nə də ki, apellyasiya instansiyası məhkəməsi bunları etməmişdir.

27. Digər tərəfdən, iddiaçı həmin avtomobili oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə törədildiyi və “İnterpol”un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alındığı dövr ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya xidməti orqanından xx.xx.2022-ci il tarixində yuxarıda göstərilmiş avtonəqliyyat vasitəsinə texniki eyniləşdirmə şəhadətnaməsi almış, bunun əsasında xx.xx.2022-ci il tarixində Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən həmin avtomobilə ** EV *** dövlət qeydiyyat nişanı verilməklə, avtomobil iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

28. Eyni zamanda yuxarıda artıq yazıldığı kimi, adıçəkilən nəqliyyat vasitəsi “İnterpol”un Milli Mərkəzi Bürosunda bundan sonra, yəni xx.xx.2022-ci il tarixində təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır.

29. Bu arada xüsusi olaraq vurğulanmalıdır ki, işin 12-13-cü səhifələrində olan Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və Təhqiqat şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, sözügedən fakt üzrə İddiaçı əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış materiallar üzrə cinayət i şi başlanması rədd edilmişdir.

30. Hətta həmin qərarla İddiaçı vicdanlı alıcı hesab edilmişdir.

31. Lakin apellyasiya məhkəməsi işin sözügedən hallarını nəzərə almamış, bunları faktiki olaraq tam və hərtərəfli araşdırmamış, nəticədə hazırkı inzibati mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir.

32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi məqsədi ilə, “İnterpol”un Milli Mərkəzi Bürosuna sorğu göndərilməli və İsveç Krallığında oğurlanmış sözügedən avtomobillə bağlı nə kimi istintaq hərəkətlərinin edilməsi, hadisənin baş verməsindən artıq iki ildən çox vaxt keçməsini nəzərə alaraq, bu faktın nə ilə nəticələnməsi barədə müfəssəl məlumat alınmalı və ondan asılı olaraq, həmçinin işin yuxarıda göstərilmiş halları da diqqətə alınm aqla, doğru məhkəmə qərarı qəbul edilməlidir.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 2- 1(103)-912/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar