Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1807/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: növbədənkənar səyyar vergi yoxlaması, mütəxəssis rəyinin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi nə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2025-ci il tarixli, 2-1(105)-235/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155227 saylı qərarına əsasən iddiaçıda xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli **********155789 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167605 nömrəli Qərar qəbul edilmişdir.
3. Həmin qərarla iddiaçı müəssisəyə 2019-2021-ci illərin mənfəət vergisi və ƏDV üzrə əlavə olmaqla, ümumilikdə 679.186,73 manat vergi hesablanmış Vergi Məcəlləsinin 57.1, 58.1 və 58.6-cı maddələrinə əsasən 391.168,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167605 saylı qərarının ləğv olunmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, vergi ödəyicisindən alınmış izahata əsasən müəssisənin yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir. Halbuki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən mal qalığının olmaması ilə bağlı heç bir izahat yazılmamışdır. xx.xx.2023-cü il tarixli, **********108500 sayı məktubla vergi orqanına müraciət edilərək, aktda qeyd olunan izahatın surəti istənilmiş, lakin vergi orqanı tərəfindən izahatın surəti təqdim olunmamışdır. Belə olan halda, əgər mütəxəssis rəyinə əsasən profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmiş olsa belə, həmin mal qalığının yerində olub-olmaması məqsədi ilə yerində yoxlama və baxış keçir ilməli, mallar aşkar edilmədiyi halda Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən ilk öncə ƏDV hesablana, daha sonra mənfəət dövriyyəsi artırılaraq, əlavə mənfəət vergisi hesablana bilərdi. Bundan əlavə, səyyar vergi yoxlaması aktının 1.9.2-ci və 1.9.3-cü bəndlərində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası, o cümlədən binaya (əraziyə) baxış keçirilməmişdir. Lakin mal qalığının olmadığı səbəbindən vergilər hesablanmışdır. Qeyd olunanlar, vergi orqanı tərəfindən vergilərin hesablanmasına çox səthi və qanunsuz yanaşılmasının sübutudur. Həmçinin, səyyar vergi yoxlaması aktında qeyd edilir ki, vergi ödəyicisi tərəfindən istehsal olunan hazır məhsulun və xammalın hərəkət cədvəli yoxlamaya təqdim edilmədiyindən, tərəfindən istehsal olunan malların istehsalına go ̈rə mal-material silgisinin həcminin düzgünlüyünü müəyyənləşdirmək məqsədilə müətəxəssis cəlb olunmuşdur. Daha sonra isə qeyd olunur ki, mütəxəssis rəyi ilə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatları arasında kənarlaşma olduğu müəyyən edilmişdir. Göründüyü kimi, əvvəl sənədlərin təqdim olunmadığı qeyd edilir, sonra isə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatlarına istinad olunur. Eyni zamanda, xx.xx.2023-cü il tarixli, **********108500 saylı “Material uçot cədvəlinin təqdim olunması barədə” məktubla vergi orqanına müraciət edilərək, səyyar vergi yoxlaması zamanı yoxlama tərəfindən tərtib olunmuş material uçot cədvəlinin surəti istənilmiş, vergi orqanından cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli **********380900 saylı məkt ubda yalnız vergi ödəyicisi tərəfindən material uçot cədvəlinin təqdim olunmamasına istinad edilmiş, yoxlama zamanı material uçot cədvəli tərtib olunmasına münasibət bildirilməmişdir. Aktda qeyd olunduğu kimi, istehsal olunmuş mallara dair sərfiyyatın müəyyən olunması üçün mütləq şəkildə yoxlama tərəfindən material uçot cədvəli tərtib olunmalı idi. Bu cədvəldə istehsal məqsədləri üçün alınmış xammalın miqdarı, istehsal olunmuş məhsulun sayı və ya həcmi, 1 məhsul istehsalına gedən xammal sərfiyyatı və sonda alınmış mallardan artıq qalıq qeyd edilməli, yalnız bundan sonra hansısa malların istehsal sərfiyyatından artıq alınması barədə fikir yürütmək mümkün olardı. Halbuki, səyyar vergi yoxlaması aktının özündə də hansı mallardan və hansı miqdarda artıq alınması barədə heç bir qe yd mövcud deyildir. Yalnız ümumi şəkildə 2019-cu il üzrə 126 112 manat, 2020- ci il üzrə 551 580,12 manat və 2021-ci il üzrə 109 419,34 manat, ümumilikdə 787111,46 manatlıq malların artıq alınması və bu malların Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən satış kimi qiymətləndirilərək, ƏDV və mənfəət vergisi hesablanması qeyd edilmişdir. Əlavə olaraq, cavabdehin xx.xx.2022-ci il tarixli **********155227 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında ” qərarına əsasən, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmiş, lakin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən yoxlamanın keçirilməsi əsaslandırılmamışdır. Ali Məhkəmənin 2-1(102)-1356/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 38.3.5-ci madd əsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlanılan dövr ərzində vergi ödəyicisi PVC pəncərə, qapı sanuzel, qapı eyvan, vintraj, kombi q utusu və digər məhsulların istehsalı, divar kağızı, şüşə, profil, şrup və digər məhsulların isə topdan satışı ilə məşğul olmuşdur. Müəssisənin fəaliyyətinin yoxlanılması zamanı cəmiyyət tərəfindən PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVC dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısı məhsullarının istehsalı, e-qaimə faktura, YGB məlumatlarına əsasən çerepitsa, divar kağızı, şüşə, profil, şrup, paduqa və s. məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Yoxlama zamanı iddiaçı tərəfindən hazır məhsulun və xammalın hərəkəti cədvəli yoxlamaya təqdim edilmədiyindən, müəssisə tərəfindən istehsal olunan PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVC dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısı məhsullarının istehsalına görə mal-material silgisinin həcminin düzgünlüyünün müəyyənləşdirmək məqsədi ilə mütəxəssis rəyinin verilməsinə görə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixli 48 nömrəli mütəxəssis rəyinə əsasən, müəssisə tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əsas istehsal məhsulları olan PVC pəncərə, qapı sanuzel, qapı eyvan, nəfəslik, PVC dama çıxış, PVC dam üçbucağı, vitraj, aliminium vitraj, kombi qutusu və şaxta qapısının istehsal edilməsində istifadə olunan plastik profil və aluminium profilərin illər üzrə alışlarına görə material sərfiyyatı təqdim edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəylə vergi ödəyicisinin t əqdim etdiyi profil sərfiyyatı məlumatlarında kənarlaşma olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssis tərəfindən verilmiş rəydə profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmişdir. Artıq istehsalı müəyyən edilən mallara müvafiq çeşidlər üzrə yoxlama ilə e-qaimədə müəyyən edilən orta satış qiymətləri tətbiq edilməklə 2019-cu il üzrə 126.112,0 manat, 2020-ci il üzrə 551.580,12 manat və 2021-ci il üzrə 109.419,34 manat, ümumilikdə 787.111,46 manat əlavə dövriyyə məbləği müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisindən alınmış izahata əsasən müəssisənin yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir. Azaldılmış cəmi 787.111,46 manat dövriyyə məbləği Vergi Məcəlləsinin 159.1- ci maddəsinə əsasən vergiyə cəlb edilərək 141.680,06 manat əlavə dəyər vergisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 70.840,03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin dövriyyəsinin Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən müəyyən edilməsi ilə əlavə vergilər hesablanmışdır. Həmçinin, mütəxəssis tərəfindən artırılan dövriyyə məbləği ilə bağlı xərcləri, həmçinin istehsalda və e-qaimə faktura əsasında satılan mallar üzrə malmaterial hesabatı təqdim edilmədiyindən, istehsal edilən və satılan malların xərclərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9cu maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 11 dekabr 2024-cü il tarixli, e-2-1(118)-387/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli **********167605 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qararı ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yoxlamanın təyin olunma əsası Vergi Məcəlləsinini 38-ci maddəsinin tələblərinə zidd olmuşdur. Belə ki, hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, lakin növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (xüsusilə, mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Mütəxəssis tərəfindən artırılan dövriyyə məbləği ilə bağlı xərcləri, həmçinin istehsalda və e-qaimə faktura əsasında satılan mallar üzrə mal-material hesabatı təqdim edilmədiyindən, istehsal edilən və satılan malların xərclərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan vergi orqanından daxil olmuş xx.xx.2023-cü il tarixli **********293200 saylı və xx.xx.2023-cü il tarixli **********768200 saylı məktublara əsasən, yoxlama dövründə müəssisə tərəfindən elektron qaimə fakturalar əsasında 2019-cu il ərzində 4,560,450.40 manat, 2020-ci il ərzində 7,770,583.21 manat, 2021-ci il ərzində 1,597,552.77 manat olmaqla, cəmi 13,928,586.38 manat, yük gömrük bəyənnamələri əsasında 2019-cu il ərzində 265,437.10 manat, 2020-ci ildə 965,010.61 manat olmaqla, cəmi 1,230,447.71 manat, eyni zamanda 2019-cu il ərzində 27 ədəd alış aktları əsasında 375235.78 manat dəyərində malların alınması müəyyən olunmuşdur. Qeyd olunan sənədlərin mövcud olmasına və yoxlamaya təqdim edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 83.9-cu maddəsini əldə rəhbər tutaraq, Nazirlər Kabin etinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb edilən mənfəət müəyyən edilərək, bunun əsasında mənfəət vergisi hesablanmışdır. Bu yolla 2019-cu il üzrə 183404,12 manat, 2020-ci il üzrə 327445,33 manat və 2021-ci il üzrə 59865,09 manat mənfəət vergisi hesablanmışdır. Yoxlayıcı orqan həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (Vergi Məcəlləsinin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada, hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfs ir olunmalıdır. Bundan əlavə, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67.15-ci və 159.1-ci maddələrləri düzgün tətbiq edilməmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Göründüyü kimi, bu maddənin tətbiq edilməsi üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı vergi orq anı tərəfindən aşkar edilməlidir. Səyyar vergi yoxlaması zamanı malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olub-olmaması vergi orqanı tərəfindən keçirilən inventarizasiya ilə müəyyən edilməlidir. Lakin səyyar vergi yoxlamasının 1.9.2-ci maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. İş materiallarına əsasən, ƏDV məbləği Vergi Məcəlləsinin 159.1-ci və 67.15-ci maddəsinə istinad edilməklə hesablanmışdır. Lakin səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi (səhifə 6) yoxlama zamanı inventarizasiyanın keçirilməsindən imtina edilmişdir. Belə olan halda, uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması şəklində qiymətləndirməklə cavabdeh vergi orqanı əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, uçot məlumatlarında mövcud olan, lakin vergi ödəyicisinin faktiki sahibliyində olmayan malların müəyyən edilməsi üçün vergi nəzarətinin həyata keçirilməsi şərtdir. Eyni zamanda, iş materiallarında qeyd olunan mal-materialın iddiaçının uçot sənədlərində əks olunduğu barədə hər hansı sübut mövcud deyildir. Səyyar vergi yoxlaması aktından görünür ki, ƏDV-nin müqayisəli cədvəlinə əsasən aylar üzrə 7581,22 manat ƏDV müəyyən edilməsi və aylar üzrə azaldılmış ƏDV məbləğinə isə 34678.57 manat maliyyə sanksiyası tətbiq edilməsi bildirilmiş, lakin bunun nəyin hesabına baş verməsi, hansı aylar üzrə kənarlaşma yaranması barədə heç bir açıqlama verilməmişdir.
9. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barəd ə qərar qəbul olunması xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev/sədrlik edən və məruzəçi/, V.E.Əzizova və G.İ.Cabbarova) 06 fevral 2025-ci il tarixli, 2-1(105)-235/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, e-2-1(118)387/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
12. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunbması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını işin hallarında, iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Cavabdeh əlavə olaraq aşağıdakıları bildirmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla bağlı qeyd olunmalıdır ki, növbədənkənar səyyar vergi yoxlamasının keçir ilməsinə əsas səyyar vergi yoxlamalarının təhlili və təşkili şöbəsinin xx.xx.2022-ci il tarixli **********091400 nömrəli xidməti məktubu olmuşdur. Belə ki, məktubda "xxxx" MMC-də vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünün yoxlanılmalı olduğu bildirilmişdir.
15. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, qanunverici vergilərin hesablanmasında vergi orqanına əvvəlcə əlaqəli məlumatlardan istifadə edilməsi, belə araşdırma kifayət etmədikdə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarına istinad edilməsinə, qeyd olunan hər iki növ araşdırma mexanizmləri tükəndikdə isə 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması əsasında mənfəət vergisinin hesablanmasına icazə vermişdir. Lakin mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan, həmçinin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatlarından istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Bununla bağlı Vergi M əcəlləsinin 67-ci maddəsinin ardıcıllıqla tətbiq edilməli olması barədə mövqeyə münasibətdə bildirmək lazımdır ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin birinci cümləsinə əsasən, maddədə qeyd edilən əlaqəli məlumatlardan hər hansı birindən istifadə edərək vergi hesablamaq vergi orqanın hüququdur. Qeyd edilən maddədə verginin hesablanması üçün istifadə edilən məlumatlardan istifadə olunması ilə bağlı hər hansı ardıcıllıq müəyyən edilməmiş, həmin məlumatlardan istifadə olunması ardıcıllığı vergi orqanın mülahizəsinə buraxılmışdır. Odur ki, verginin qeyd edilən məlumatlardan istifadə olunmadan hesablanmasına istinad edilərək məhkəmə tərəfindən hesablamanın əsassız hesab edilməsi qanuni deyildir. Həmçinin, analoji vergi ödəyicisinin müəyyən edilməsi üçün aidiyyəti şöbəyə xx.xx.2022 tarixli **********276900 nömrəli məktubla müraciət olunmuşdur. Analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin olmadığı barədə xx.xx.2022ci il tarixli **********331300 nömrəli məktubla aidiyyəti şöbədən cavab alınmışdır.
16. Bundan əlavə, məhkəmə qərarında müəssisə tərəfindən Vergi Məcəlləsinin 58.6cı maddəsinə əsasən 2019-2020-2021-ci illər üzrə malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə, vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 29416,06 manat maliyyə sanksiyası və 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş 80,0 manat maliyyə sanksiyasına heç bir münasibət bildirilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasını n İnzibati Prosessual Məcəlləsi: Maddə
14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müd dətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qə rarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icra at çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək müm kündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Mübahisələndirilən qərarla iddiaçıya hesablanmış əlavə mənfəət vergisi və ƏDV ilə bağlı hesablamaların qanuniliyinin qiymətləndirilməsi
23. Hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən qərarla ona 2020-ci ilin mənfəət vergisi və ƏDV üzrə əlavə vergi məbləğləri hesablanmasının əsasını iddiaçının istehsalda istifadə etdiyi material sərfiyyatına dair Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 48 nömrəli mütəxəssis rəyi təşkil edir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəylə vergi ödəyicisinin təqdim etdiyi profil sərfiyyatı məlumatlarında kənarlaşma olduğu, mütəxəssi s tərəfindən verilmiş rəydə profil sərfiyyatına görə istehsal olunmuş məhsulların vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmişdir. Artıq istehsalı müəyyən edilən mallara müvafiq çeşidlər üzrə artıq göstərilmiş saylar yoxlama ilə eqaimədə müəyyən edilən orta satış qiymətləri tətbiq edilməklə dövriyyə məbləği müəyyən edilmişdir.
24. Qeyd edilməlidir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzər ə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inziba ti icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
25. Hazırda iddiaçı onun barəsində cavabdeh tərəfindən qəbul edilmiş qərarı mübahisələndirdiyindən və İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğundan, vergilərin hesablanmasına əsas olan mütəxəssis rəyinin mötəbərliliyi müəyyən olunmalıdır.
26. Lakin hazırkı halda istinad olunan mütəxəssis rəyinin məzmununda material sərfiyyatının müəyyən edilməsi zamanı istifadə olunan metodika, sərfiyyatın müəyyən edilmə qaydası öz əksinin tapmamış, ümumi ifa dələrdən istifadə edilməklə (“layihə sənədlərində göstərilmiş və təqdim edilmiş cizgilərə əsasən bir ədəd məmulata sərf edilmiş plastik və aliminum profilin bir ədəd məmulata sərfiyyat miqdarı hesablanmışdır”) rəy verilmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi mütəxəssis rəyi hazırkı halda yuxarıda sadalanan səbəblərdən mötəbər sübut kimi qəbul oluna bilmədiyindən, İPM-nin 14.1-ci maddəsinə əsasən isə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi bu aktı qəbul edən inzibati orqanın üzərinə düşdüyündən, cari vəziyyətdə cavabdeh vergi orqanı hesablamanın qanuniliyini təsdiq edən mötəbər sübutlarla istinad edə bilmədiyindən mübahisələndirilən qərarla (mütəxəssis rəyinə əsasən) h esablanan mənfəət və ƏDV qanuni olmamışdır. Vergi Məcəlləsinin 57.1 və 58.6-cı maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlı qeydlər
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarla Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vaxtında ödənilməmiş ƏDV məbləğinə görə 2020-ci il üçün 14042,48 manat, 2021-ci il üçün isə 1170 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, mübahisələndirilən qərarla Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə) 2020-2021-ci illər üzrə ümumilikdə 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
29. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının qanunili yinə qiymət verilməməsini bildirsə də, qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarın qanuniliyinə həm də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanılmış növbədənkənar səyyar vergi yoxlamasının əsassızlığı nöqteyi-nəzərindən qiymət vermişdir ki, bu hissədə kassatorun dəlili əsassızdır. Bununla yanaşı qeyd edilməlidir ki, hətta kassatorun dəlilləri əsaslı olsa da belə, hazırkı halda maliyyə sanksiyasının düzgün hesablanıb-hesablanmaması istiqamətində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Çünki, hətta qərarda əks olunmuş həmin məbləğ əsaslı olsa belə, vergi orqanı tərəfindən aparılan yoxlama üzrə kobud prosessual pozuntulara yol verildiyindən (növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsaslandırılmaması) hesablama q anunsuzdur.
30. Vergi orqanı kassasiya şikayətində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsası kimi səyyar vergi yoxlamalarının təhlili və təşkili şöbəsinin xx.xx.2022ci il tarixli **********091400 nömrəli xidməti məktubuna istinad etsə də, qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarda həmin xidməti məktub və məzmununa istinad edilməmiş, qərarda bu barədə heç bir məlumat qeyd edilməmişdir (dolayı yolla, bu məktubun mövcudluğu və məzmunu iddiaçıya bəlli olmamış, məktub ona təqdim edilməmişdir). Odur ki, cavabdehin bu dəlili və istinad etdiyi xidməti məktub növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsaslılığına dəlalət etmir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2025-ci il tarixli, 2-1(105)-235/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.