Məhkəmə qərarları › İş №2-1(102)-1809/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1809/2024

05.09.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1809/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-245/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə 5(beş) il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə tibb müəssisənin xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 – Aşıqbaldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı...; Diaqnozun mətni: Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma R52.2 Digər daimi ağrı, Ağrı sindromu. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; M ərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir.

3. Yenidən iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndəriş əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95- M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın ol ması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir. Bərpa müalicələri davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdən etibarən ona növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək “əlilliyin qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş e tmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildə uşaq ikən ağır travmatik sınıq xəsarəti almış, dəfələrlə ixtisaslaşmış dövlət tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” PHŞ Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2008-ci və xx.xx.2021-ci il tarixdə konservativ müayinə olunmuş, müayinə zamanı ona «Ayağın, açıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları” klinik diaqnoz təyin edilmişdir.

7. TSEK-in qərarı əsasında ona İİİ dərəcəli əlillik təyin edilmişdir. 2000-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi DSMF-nin Sabirabad rayon şöbəsindən İİİ dərəcəli əlilliyə görə hər ay 110 manat sosial müavinət almışdır.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlillik müddətinin müəyyən edilməsinə dair” Əsasnamənin 4.2-ci maddəsinə əsasən İİİ (üçüncü) dərəcəli əlillik müddəti fasiləsiz olaraq 15 il ərzində müəyyən edilmişdir. 11 il ərzində o, İİİ dərəcəli əlil kimi pensiya almışdır. 9. xx.xx.2020-ci il tarixdə növbəti müayinə vaxtı olması səbəbindən o, Sabirabad MRX-nın müvafiq göndərişi əsasında Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş, ixtisaslaşmış tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 1441/1648 saylı arayışını Sabirabad MRX PHŞ Həkim-Məsləhət Komissiyasına təqdim edərək həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı elektron g öndəriş əsasında (forma 088) TSEK-ə müraciət etmişdir.

10. Cavabdeh orqanın xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı bildiriş ilə ona növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi: “Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması” göstərilmişdir. Həkim-Məsləhət Komissiyası tərəfindən göndərilən elektron göndəriş tam olaraq doldurulmuşdur. Sadəcə cavabdeh orqan əsassız və absurd səbəblər göstərməklə və onun qanunla qorunan hüquqlarını kobudcasına pozmaqla ona növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsinə qanunsuz imtina vermişdir. Cavabdehin etirazları:

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli 4110003AADTF saylı göndərişi əsasında baxılmış və “səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma zastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə 1(bir) il müddətinə əlillik dərəcəsi verilmişdir.

12. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 – Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. Sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə 1(bir) il müddətinə əlilik dərəcəsi verilmişdir.

13. Elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və bir ləşdirici toxumanın xəstəlikləri => M95-M99 Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə 5(beş) il müddətinə əlillik dərəcəsi verilmişdir.

14. Sözügedən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 – Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı...; Diaqnozun mətni: Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma R52.2 Digər daimi ağrı, Ağrı sindromu. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ pəncənin alt səthinin kolloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir.

15. Sözügedən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişi əsasında baxılmış və X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və b irləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir. Bərpa müalicələri davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il t arixli qərardadı ilə iddiaçının əyani müayinə olunması üçün cavabdeh quruma bir ay müddət təyin edilmişdir. Qərardadın icrasının nəticəsi olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Sağ pəncənin alt səthinin kelloid dartıcı çapıq toxumaları” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verməmişdir.

17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1991/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sabirabad Mərkəzi rayon Xəstəxanası tərəfindən təqdim edilən xx.xx.2016-cı il tarixli Forma 88 arayış məzmunu və mahiyyəti baxımından Sabirabad Mərkəzi rayon Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişindən (forma 88) fərqlənmir (həmin göndəriş əsasında əlillik təyin edilmişdir).

19. Cavabdeh xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlilliyin etibarsız olduğunu və ya həmin diaqnozun əlillik təyin etmədiyini bildirmir.

20. Sabirabad Mərkəzi rayon Xəstəxanası tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişdə (forma 88) XBT 10-a əsasən göstərilmiş “M21 Ətrafların digər qazınılma deformasiyaları. Sağ pəncənin varus vəziyyəti” diaqnozu (xəstəliyin ağırlaşması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.5.5-ci bəndində göstərilən “pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə” xəstəliyinə (XBT-10-a əsasən M21.6 Pəncənin və topuqların digər qazanılma deformasiyaları) uyğund ur və üçüncü dərəcə əlillik təyin edir. Forma 88 arayışına əsasən həmin xəstəlik diaqnostik müayinələrlə (ümumi cərrah tərəfindən obyektiv müayinənin nəticəsi və Sümük/s rentgenoqrafıyasına əsasən) təsdiq olunmuşdur. Buna baxmayaraq, iddiaçının xx.xx.2021-ci il tarixdə qiymətləndirildiyi tarixdə əlilliyinin növbəti müddətə təyin olunmasından imtina olunmuşdur ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2352/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Mə hkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1991/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-861/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2352/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin olunmamışd ır.

26. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırmamış, İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələblərinə əməl etməmişdir.

27. Belə ki, həm apellyasiya şikayətinin, həm də kassasiya şikayətinin əsas dəlili göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmaların əlillik dərəcəsi təyin etməməsidir.

28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçı barəsində tərtib edilən xx.xx.2016-cı il tarixli Forma 88 arayışın məzmunu və mahiyyəti baxımından xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişlə eyni olması barədə mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, beş əlillik müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı göndəriş əsas ında qiymətləndirmə aparılmaqla, cavabdeh tərəfindən iddiaçıya “göndərişin natamam doldurulması, o cümlədən əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi və ətraflı qeyd edilməsi” kimi formal səbəblərlə əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. Halbuki, xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişdə (hazırkı iş üzrə mübahisələndirilən) ətraflı və izahlı şəkildə iddiaçının xəstəliyinə dair bütün ağırlaşmalarına tam təfsilatı ilə aydınlıq gətirilmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıya xx.xx.2016-cı ildə 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilərkən diaqnoz aşağıdakı kimi göstərilmişdir: - Sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan s onrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si.

30. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyətinə xx.xx.2021ci il tarixli 0311003AAQ86 saylı göndəriş əsasında baxılmış və “Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Bu zaman iddiaçının xəstəliyi ilə bağlı diaqnoz aşağıdakı kimi göstərilmişdir: - Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma R52.2 Digər daimi ağrı, Ağrı sindromu. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları.

31. Bundan sonra, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı gön dəriş əsasında baxılmış və “Əlavə müalicəyə ehtiyacın olması, səbəb: qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir, bərpa müalicələri davam etdirilsin” səbəbi ilə (hazırkı iş üzrə mübahisələndirilən) imtina verilmişdir. Bu zaman iddiaçının xəstəliyi ilə bağlı diaqnoz (həm göndərişdə, həm də imtinada) aşağıdakı kimi göstərilmişdir: - Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları.

32. Göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı ildə əlillik təyin edilən zaman onda müəyyən edilən diaqnozla hazırkı iş üzrə tibb müəssisəsi tərəfindən təqdim edilən göndərişdə olmuş diaqnoz arasında uyğunsuzluq vardır. Həmin diaqnozlar eyni olsa belə, bu hələ əlilliyin müəy yən edilməsi üçün yetərli əsas ola bilməz. Belə ki, əlilliyin müəyyən edilməsi üçün əsas olan hal məhz sonuncu göndərişdə qeyd edilən diaqnoz əlilliyin təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olmalıdır. Cavabdehin əsas dəlilinin diaqnozun əlillik dərəcəsinin təyininə imkan verməməsi olsa da, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibət bildirmədən biri nci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

33. Bundan başqa, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, 0311003AARHU saylı göndəriş (forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur.

34. Hal-hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvədədir (xx.xx.2022-ci ildən etibarən).

35. Əlilliyin müəyyən olunması üçün Əsasnamədə olan meyarlardan hər hansı biri mövcud olmadıqda, lakin yeni meyarlarda olan hal mövcud olduqda apellyasiya instansiya məhkəməsi tərəfindən işə ba xılarkən əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan meyarların tətbiq oluna biləcəyi məsələsi araşdırılmamışdır.

36. İşin təkrar apellyasiya baxışı zamanı yeni meyarlarda olan hallardan hər hansı biri iddiaçıya qoyulmuş diaqnoza görə əlilliyin təyin edilməsinə əsas olubolmaması araşdırılmalı, diaqnoz hazırda qüvvədə olan meyarlarda olduğu halda İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3005/2023 nömrəli qəra rdadı ilə iddiaçının əyani müayinə olunması üçün cavabdeh quruma bir ay müddət təyin edilmişdir.

38. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-245/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1991/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

39. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, iş üzrə Ali Məhkəmənin qərarında göstərilən göstərişlərə uyğun olaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əyani müayinə edilməsilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəalarına uyğun dəyərləndirilməsi və nəticədə müvafiq inzibati aktın qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmiş, lakin iddiaçının iştirak etməməsi səbəbindən müayinənin keçirilməsi mümkün olmamışdır.

40. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdəki sübutları nəzərə alaraq hesab edir ki, iddiaçının müayinəsi yenidən aparılmaqla onun vəziyyətinin istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Ə sasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəalarına uyğun dəyərləndirilməsi aparılmaqla, cavabdeh tərəfindən müvafiq inzibati akt qəbul edilmədən hazırkı işə baxılması və yekun məhkəmə aktının qəbul edilməsi mümkündür. Belə ki, işdəki sübutlar və iddiaçının sonuncu dəfə əyani müayinəsini əks etdirən sənədlər inzibati işin yekunlaşdırılmasına imkan verir. Bu zaman məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında sadalanan halları da nəzərə alır.

41. Qeyd olunmalıdır ki, iddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” PHŞ Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2008-ci və xx.xx.2021-ci il tarixdə konservativ m üayinə olunmuş, müayinə zamanı ona «Ayağın, açıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları” klinik diaqnoz təyin edilmişdir. İddiaçı ixtisaslaşmış tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 1441/1648 saylı arayışını Sabirabad MRX PHŞ Həkim-Məsləhət Komissiyasına təqdim edərək həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı elektron göndərişi əsasında (forma 088) TSEK-ə müraciət etmişdir. Sabirabad Mərkəzi rayon Xəstəxanasının iddiaçı barəsində tərtib etdiyi xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişində (forma 88) iddiaçının “Əsas diqanozu: S92 Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı Sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları; Ağırlaşması: M21 Ətrafların d igər qazınılma deformasiyaları. Sağ pəncənin varus vəziyyəti. R52.2 Digər daimi ağrı sindromu. L91.0 Hipertrofık çapıq Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları.” göstərilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçı ona əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, yəni 2021ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəaları qüvvədə olmuşdur. Ona görə də həmin dövrdə əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlam lıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəalarına müvafiq olaraq aparılırdı.

43. İddiaçının adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişində (forma 88) qeyd olunan “M95 –M99- Sümük əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları. M96- Sümük əzələ sisteminin tibbi pros... Sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndində göstərilən “pəncənin qüsurlu vəziyy əti, aşağı ətraf funksiyasının pozulması ilə” xəstəliyinə (XBT 10-a əsasən M 21.6 Pəncənin və topuqların digər qazanılma deformasiyaları) uyğun gəlir.

44. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, bu uyğunlaşdırma iddiaçı barəsində əlillik altsistemindən çıxarış məlumatlarında, barəsində tərtib olunmuş göndəriş məlumatlarında da öz əksini tapmışdır. Belə ki, işdə olan göndəriş məlumatlarına görə (i.v. 51) iddiaçının diaqnozunda qeyd olunan “Ağırlaşma: Ətrafların digər qazanılma deformasiyaları, Sağ pəncənin varus vəziyyəti” XBT 10 kodu altında olan M21-ə uyğunlaşdırılmışdır.

45. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meya rları”nın 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” sinfində qeyd edilmişdir ki, orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.

46. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 235 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə “Əlilliyin müəyyən olunması m eyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 13.3-cü və 13.4-cü bəndləri yeni redaksiyada verilmişdir.

47. Həmin meyarların 13.3 və 13.4-cü bəndlərinin yeni redaksiyasında iddiaçının xəstəliyinin ağırlaşdırıcı halı olan - Ətrafların digər qazanılma deformasiyaları (XBT-10 (kod-M21) öz əksini tapmışdır.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, forma 88 göndərişində əks olunan xəstəliklərin iddiaçıda olması işdəki sənədlərdə, o cümlədən ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən sonuncu müayinəsi ilə bağlı verilmiş arayışda öz əksini tapdığı üçün iddiaçıya onun tələb etdiyi əlilliyin təkrar verilməsi öhdəliyi cavabdeh qurumun üzərinə qoyulmalıdır.

49. Kollegiya onu da qeyd edir ki, cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur.

50. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır.

51. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

52. Əlillik təyini ilə bağlı bildirilir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndəriş əsasında baxılmış və X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir. Bə rpa müalicələri davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir.

53. Diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır.

54. Oxşar bir işdə, Azərbaycan Respublikasının Ali Məhkəməsi (xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarı) qeyd etmişdir ki, 16-cı bəndə əsasən qeyd edilən hal baş verdikdə, yəni göndərişin natamam doldurulması ilə əlillik təyinatından imtina edildikdə, nə Tibbi Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır

55. Habelə, cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının əyani müayinəyə cəl b edilməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9492/2021 nömrəli qərardadı əsasında iddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Sağ pəncənin alt səthinin kelloid dartıcı çapıq toxumaları” diaqnozu - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən ol unması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas vermədiyi müəyyən edilmişdir.

56. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)861/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, iddiaçıya xx.xx.2016cı ildə əlillik təyin edilən zaman onda müəyyən edilən diaqnozla hazırkı iş üzrə tibb müəssisəsi tərəfindən təqdim edilən göndərişdə olmuş diaqnoz arasında uyğunsuzluq vardır. Həmin diaqnozlar eyni olsa belə, bu hələ əlilliyin müəyyən edilməsi üçün yetərli əsas ola bilməz. Belə ki, əlilliyin müəyyən edilməsi üçün əsas olan hal məhz sonuncu göndərişdə qeyd edilən diaqnoz əlilliyin təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olmalıdır.

57. Odur ki, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

58. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

59. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

60. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Ma ddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

61. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə d ə, şikayət mümkün hesab edilmişdir.

62. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

65. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

66. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

67. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...

68. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edi r.

69. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

70. Cavabdeh hesab edir ki, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.

71. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-c ü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 72. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaş dırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

73. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

74. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

75. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-245/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar