Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-181/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: dağ-mədən ayırması aktının verilməsi və həmin akt verilənədək faydalı qazıntıların çıxarılmasına görə qoyulmuş qadağanın ləğvinin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Nəbi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral X1rşı “dağ-mədən ayırması aktının verilməsi və həmin akt verilənədək faydalı qazıntıların çıxarılmasına görə qoyulmuş qadağanın ləğvinin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-3039/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1044/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X9 X3 iddianı təmin tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı MMC-yə Bakı şəhəri, Qaradağ rayonu “Şahq aya” əhəngdaşı yatağında istifadəsinə verilmiş 10 ha torpaq sahəsindən Dağ-mədən ayırması aktı olmadan faydalı qazıntı çıxarılması qadağan edilmişdir.
2. Hazırkı iş üzrə İddiaçı MMC ərizə ilə cavabdeh X9 X4 müraciət edərək ona növbəti müddət üçün Dağ-Mədən ayırması Aktının verilməsini xahiş etmişdir.
3. Cavabdeh 1 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, Qaradağ rayonu “Şahqaya” (cənub sahə) əhəngdaşı yatağına baxış keçirilən zaman müvafiq icazə sənədi ilə ərizəçiyə ayrılmayan ərazidə qanunsuz olaraq faydalı qazıntı hasil edildiyi aşkar olunmuşdur. 6 may 2015-ci il tarixli, 00905 nömrəli “Dağ-mədən ayırması Aktı”nın müddəti 6 may 2020-ci il tarixdə bitmiş və icazə sənədinin uzadılması ilə bağlı nəzarət orqanına müraciət edilməmişdir. İ stifadə hüququ bitdikdən sonra da yer təki sahəsindən faydalı qazıntı hasilatı davam etdirilmişdir. "Şahqaya” yatağında vergi xidmətinin işçiləri ilə birgə aparılmış monitorinq zamanı ərazidə ümumilikdə 2 ayrı sahədə-1-ci sahə üzrə 2,1 hektar, orta istismar dərinliyi 3,6 metr olmaqla 75600 m3, 2-ci sahə üzrə 1,66 hektar, orta istismar dərinliyi 3,3 metr olmaqla 54780 m3 həcmində faydalı qazıntı hasilatı aparıldığı müəyyən olunmuşdur. Baxış zamanı 3 ədəd daşkəsən kombayn, 1 ədəd kon 50 yükləyici, 1 ədəd qaldırıcı kran və 1 ədəd traktor müşahidə edilmişdir. Agentliyin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Qaradağ rayon Məhkəməsinin qərarı ilə 5000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Müvafiq icazə sənədi olmadan yerin təkindən faydalı qazıntı çıxarılması nəticəsində dövlətə vurulmuş maddi ziyanla bağlı Bakı Kommersiya Məhkəməsində mülki iddia qaldırılmış və 2-2(113)-3442/2021 nömrəli mülki iş üzrə məhkəmə baxışı 27 iyul 2021-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində göstərilən həcmlər (iddia qiyməti) daşkəsən avadanlığın gücünə və sayına uyğun hesablanmışdır (şərti olaraq 1 daşkəsən kombayn bir il ərzində orta hesabla 7200 m3 faydalı qazıntı hasil edir). Yekun məhkəmə aktı qəbul edilənə qədər qaldırılmış mülki iddianın məbləği aparılan qanunsuz hasilatın həcmlərinə uyğun olaraq dəqiqləşdiriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 1 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinin tələbinə əsasən iddiaçıya növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktının verilməsi və həmin akt verilənədək, Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında 10 ha torpaq sahəsindən faydalı qazıntıların çıxarılmasına görə iddiaçıya qoyulmuş qadağanın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 10 dekabr 2020-ci il tarixdə İddiaçı MMC-də yoxlamanın keçirilməsi ilə bağlı 000068 nömrəli akt tər tib etmişdir. Lakin 8 iyul 2021-ci il tarixdə müəyyən edilmişdir ki, 10 dekabr 2020-ci il tarixdə İddiaçı MMC-də yoxlama aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlamanın qeydiyyatı aparılmamışdır. Bu barədə 8 iyul 2021-ci il tarixdə Ədliyyə Nazirliyinə müraciət edilmiş, 12 iyul 2021-ci il tarixdə rəsmi cavab təqdim edilmişdir. 10 dekabr 2020-ci il tarixdə MMC-nin və hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı tərtib edilmiş akt əsas tutularaq X9 X5 Bakı tərəfindən Kommersiya Məhkəməsinə iddia ərizəsi təqdim olunaraq, İddiaçı MMC-dən 151.200 manat pul tələb edilmişdir. Məhkəmənin gedişatında Agentlik Bakı Kommersiya Məhkəməsinə ərizə təqdim edərək İddiaçı MMC-yə Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında 10 ha torpa q sahəsindən “Dağ-mədən ayırması” Aktı olmadan faydalı qazıntıların çıxarılmasının qadağan edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-(29113)-3242/2021 saylı qərardadı ilə ərizə təmin edilməsə də, iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-2(103)-1044/2021 saylı qərarı ilə təmin edilmişdir. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 22(103)-1044/2021 saylı qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinə ziddir. Hazırda İddiaçı MMC-nin ərazisində daş sexi də (aqlay) fəaliyyət göstərir və yerin təkindən istifadə edilmir. 2019-cu il tarixdə “Şahqaya” yatağından i stehsal olunmuş və rəsmi hesabatı verilmiş tir-bloklar hazırda daş sexində istifadə olunur.
6. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, 6 may 2015-ci il tarixli, 00905 nömrəli “Dağ-mədən ayırması aktı” ilə Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağından 5 il müddətinə İddiaçı MMC-nin istifadəsinə 10 ha yer təki sahəsi ayrılmışdır. 00905 nömrəli “Dağ-mədən ayırması Aktı”nın müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən, müddəti bitmiş lisenziya və icazə etibarsız hesab olunur. İcazə sənədinin müddəti bitdiyinə görə, sahədə hasilat işlərinin aparılması qadağan edilir, icazə sənədi olmadan aparılan hasilat işləri qanunsuz hesab olunur. İddiaçı icazə sənədinin müddəti b itdikdən sonrakı 30 gün ərzində icazə sənədinin müddətinin uzadılması ilə bağlı Agentliyə müraciət etməmişdir. Hazırda İddiaçı MMC-nin yerin təkindən istifadə etmək üçün icazə sənədi yoxdur və qüvvədə olan qanunvericilik müddəti 2020-ci ilin may ayının 5-də bitmiş “Dağ-mədən ayırması aktı”nın uzadılmasına yol verilmir. Odur ki, iddiaçıya yeni icazə sənədi müsabiqə və ya hərracın qalibi olduğu halda verilə bilər. Müsabiqə və hərracın keçirilməsi qaydaları və şərtləri isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Müsabiqə və hərrac həmin Əsasnaməyə uyğun olaraq həyata keçirilir. İddiaçı tərəfindən təqdim edilən ərizə və sərəncama münasibətdə isə bildirilmişdir ki, Bakı şəhər Qaradağ rayon İcra hakimiyyəti başçısının sərəncamı 1,4 ha torpaq sahəsinin iddiaçı hüquqi şəxsə deyil, Emin Əliyevə ayrılması ilə bağlıdır. Bundan başqa, “Dağ-mədən ayırması aktı” 10 ha yer təki sahəsinə verilmişdir. Qanunvericiliyin tələblərinə görə isə, icazə sənədi verildikdən sonra torpaq sahəsi üçün də torpaqayırma sənədinin verilməsi ilə bağlı müvafiq orqana müraciət edilməli idi. Göründüyü kimi, yer təki sahəsindən başqa, həm də torpaq sahəsi iddiaçının qanuni istifadəsində deyil. Qeyd edilənlərə əsasən, iddiaçıya “Dağ-mədən ayırması” aktının növbəti müddətə verilməsi üçün qanuni əsaslar yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, “Şahqaya” yatağının ehtiyatları müvafiq qaydada öyrənildikdən sonra yer təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsi nəzərdə tutulmuşdur.
7. Birinci instansiya məhkəməsi İPM-in 13-cü (Məhkəmənin yardı m etmək vəzifəsi) maddəsini rəhbər tutaraq “Dağ-mədən ayırması” aktı verilənədək Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında 10 ha torpaq sahəsindən faydalı qazıntı çıxarılmasına görə İddiaçı MMC-yə qoyulmuş qadağanın aradan qaldırılması” hissəsində iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya müddət müəyyən etmişdir. İddiaçı qeyd edilən hissədə tələbi dəqiqləşdirmədən iddianın baxılmalı olduğunu bildirmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-10007/2021 nömrəli qərardadı ilə iddia tələbi dağ-mədən ayırması aktı verilənədək faydalı qazıntıların çıxarılmasına görə qoyulmuş qadağanın aradan qaldırılması hissəsində mümkün sayılmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-10007/2021 nömrəli qərarı (hakim G.A.Sevdimalıye va) ilə iddia növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktının iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə olunması hissəsində təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qurumun öz səlahiyyətlərini özbaşına həyata keçirməsi, eləcə də qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlarından sui-istifadə halları müəyyən edilmədiyindən, iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
11. İddiaçı 17 dekabr 2021-ci il tarixli qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçıya növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı 17 dekabr 2021-ci il tarixli qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)-1274/2022 nömrəli qərardadı ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X7 və X8) Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyul 2022-ci il tari xli, 2-1(102)-1233/2022 nömrəli qərarı ilə (hakimlər: İ.K.Hüseynov /məruzəçi/, Z.M.Quliyev və K.N.Bədəlov) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)-1274/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-3039/2022 nömrəli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/ X.A.Cəmilova və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10007/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövq eyi ilə razılaşmışdır.
19. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. İddiaçının kassasiya şikayətinin dəlillərinin apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. əsasını iddia ərizəsində və Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə "Dağ-mədən ayırması" stat usunun verilməsi Qaydalarının 4.1-ci bəndinə əsasən, “Dağ-mədən ayırması”nın müddəti yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin müddəti ilə tənzimlənir və xüsusi razılığın müddəti uzadıldıqda "Dağ-mədən ayırmasının da müddəti ona müvafiq uzadılaraq sənədlərdə dəyişikliklər aparılır. 23. “Yerin təkindən istifadə haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
13. Yer təkinin istifadəyə verilməsi Yerin təkindən istifadəyə icazə bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təkindən istifadəyə icazə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə veril məsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. 24. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.5ci maddəsinə əsasən, icazənin sahibi icazədə göstərilmiş hərəkətin yerinə yetir ilməsini onun müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət etməlidir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”na, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsinə əsasən yerin təki istifadəyə aşağıdakı hallarda birbaşa danışıqlar yolu ilə verilir: 1. yerin təkindən istifadəyə müsabiqə və hərrac elan edilən müddətdə müsabiqədə və hərracda iştirak etmək üçün müraciət olunmadıqda və ya bir iddiaçı müraciət etdikdə; 2. iqtisadi, dağ-tex niki, mineral-xammalın keyfiyyətinin pisləşməsi səbəbindən yer təkində saxlanılmış (konservasiya edilmiş) qalıq ehtiyatları istismar olunduqda; 3. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə verilən yerin təki sahələri çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji və hidrogeoloji quruluşla səciyyələnən dağ süxurlarında yerləşdikdə; 4. dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edildikdə; 5. yer təkinin geoloji öyrənilməsi hallarında; 6. çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji, hidrogeoloji və litoloji quruluşlu dağ-mədən geoloji şəraitdə yerləşən, mineral xammal üçün təyin edilmiş kondisiyalara, standartlara və texniki şərtlərə uyğun gəlməyən, aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqları istismara verildikdə; 7. mineraloji, paleontoloji və digər geoloji kolleksiya materialları toplandıqda.
26. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, elə cə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktının verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıda kıları qeyd etməyi zəruri hesab edir.
34. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 6 may 2015-ci il tarixli, 00905 nömrəli “Dağ-mədən ayırması aktı” ilə Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağından 5 il müddətinə İddiaçı MMC-nin istifadəsinə 10 ha yer təki sahəsi ayrılmışdır. 00905 nömrəli “Dağ-mədən ayırması Aktı”nın müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. 35. “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda 6-cı maddənin birinci hissəsinin beşinci abzasında “xüsusi razılıq” sözləri “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icazə” sözləri ilə əvəz edilmiş, 13-cü maddənin birinci hissəsindən “xüsusi razılıq” sözləri çıxarılmışdır, həmin hissədə “qanunvericiliklə” sözü “bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə və “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir. Həmin Qanunla “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində ismin müvafiq hallarında “xüsusi razılıq” sözləri “icazə” s özü ilə əvəz edilmiş və ya “xüsusi razılıq” sözləri çıxarılmışdır.
36. Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 3 nömrəli Əlavədə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 20-ci bəndində yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi təsbit edilmişdir. 37. 27 may 2021-ci il tarixli 337-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 1 nömrəli əlavənin - “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 11-ci maddəsi ləğv edilmiş, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üzrə fəaliyyət növü lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısından çıxarılmışdır.
38. Hazırkı mübahisəyə nəzərə almaq lazımdır ki, etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından iddiaçının yerin təkindən istifadə ilə bağlı əvvəllər qüvvədə olmuş qanunvericilik normalarına etimadı yalnız ona 6 may 2015-ci il tarixdə verilmiş 00905 nömrəli “Dağ-mədən ayırması Aktı”nın müddətinin bitdiyi 6 may 2020-ci il tarixədək qoruna bilərdi. Belə ki, 6 may 2015-ci il tarixdən sonra yerin təkindən istifadə ilə bağlı münasibətləri tənzimləyən maddi qanunvericilik dəyişilmiş, 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Yerin təki haqqında” Azərbayca n Respublikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin beşinci abzasında “xüsusi razılıq” sözləri “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icazə” sözləri ilə əvəz edilmiş, 13-cü maddənin birinci hissəsindən “xüsusi razılıq” sözləri çıxarılmış, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 3 nömrəli Əlavədə nəzərdə tutulmuş “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 20-ci bəndində yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi təsbit edilmişdir. “Dağ-mədən ayırması” statusunun verilməsi həmin fəaliyyət növünə icazə xarakteri daşıdı ğı da nəzərə alınmalıdır.
39. Beləliklə, yeni hüquqi tənzimləmələr baxımından iddiaçı ona verilmiş “Dağmədən ayırması Aktı”nın müddətinin bitdiyi 6 may 2020-ci il tarixdən sonra yerin təkindən istifadə hüququnu təsdiq edən yeni icazəni, yəni “Dağ-mədən ayırması” statusunu bu dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq əldə edə bilər.
40. Hazırkı mübahisəyə münasibətdə iddiaçının yuxarıda istinad olunan normaların tələblərinə uyğun davrandığı iş üzrə materiallarla təsdiq olunmur. Bu qərarın 23-cü bəndində istinad olunan normalara görə yerin təkindən istifadəyə icazə “Yerin təki haqqında” Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin tək indən istifadəyə icazə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır.
41. Həmçinin kassas iya şikayətinin xx.xx.2020-ci il tarixdə MMC-də aparılmış yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmaması və bu əsasla yoxlamanın qanunvericilik qaydalarının pozulması ilə aparılması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə yoxlamanın nəticələri mübahisələndirilmədiyindən, yoxlamanın keçirilməsinə və onun nəticəsinə qiymət verilməsi məhkəmə araşdırmasının predmetinə aid deyildir.
42. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-3039/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.