Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1821/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 190 manat birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1988, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2-1(103)-1703/2022 nömrəli, qərarından iddiaçı tərəfindən iddianın rədd edilən hissəsindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
2. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün (həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan pul və natura formasında bütün növ gəlirlər, kompensasiya xarakterli ödənişlər, borc (o cümlədən kredit), adambaşına düşən kommunal və rabitə xərclərini n cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun (190 manat) 10 faizindən çox olduqda və s.) 190 manat birdəfəlik ödəmə təyin olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən aprel, may, iyun və avqust ayları üçün aylıq 190 manat məbləğində birdəfəlik ödənişin verilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Nazirlər Kabinetinin 127 saylı qərarına əsasən 190 manat məbləğində ünvanlı dövlət sosial yardım almalıdır. Belə ki, o, xx.xx.2019-cu ildən işsizdir, hal-hazırda heç bir gəliri yoxdur, o cümlədən evli deyil, adına maşın, torpaq və mülk yoxdur. Buna b axmayaraq, əsassız olaraq imtina cavabı almış və cavabda onun aztəminatlılıq meyarına uyğun gəlmədiyi göstərilmişdir. Bundan sonra, o, 3 dəfə 142 nömrəli çağrı mərkəzinə, eləcə də 5 dəfə Samux rayonunun məşğulluq idarəsinə müraciət etmiş və eyni imtina cavabı almışdır. Müraciətləri ilə bağlı ona məktub gəlsə də, həmin məktubda ona hansı səbəbdən maddi yardım düşmədiyi göstərilməmişdir
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyy ata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. İddiaçı həmçinin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onun müraciət etməkdə məqsədi yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qayd aya uyğun olaraq hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili işlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, iddiaçı “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində işsiz statusu verilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə bi rdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci bəndinə əsasən, yoxlamalar nəticəsində iddiaçının fərdi uçot sistemində adı aşkarlanmışdır və həmin fərdi uçot hesabına vəsait ödənilməkdədir. Bu səbəbdən iddiaçıya həmin Qaydanın 2.3.15-ci yarımbəndi əsas götürülərək (190 manat) birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-1512/2021 nömrəli qərarı ilə (hakim F.İ.Mədətli) iddia təmin edilmiş, Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış birdəfəlik 190 manat məbləğində ödəmənin ödənilməmiş aylar üzrə (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr nəzərə alınmaqla) İddiaçı ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxs kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə birdəfəlik ödəmə hüququna malik olan şəxs olduğundan, cavabdeh tərəfindən ona birdəfəlik ödəmə ödənilməsi barədə müraciətinin təmin olunmasından əsassız olaraq imtina edilmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2-1(103)-2522/2021 nömrəli qərarı ilə (hakimlər H.Ü.Həmidov - sədrlik edən və məruzəçi, E.E.Nağıyeva və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti tə min edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1512/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2022ci il tarixli, 2-1(102)-368/2022 nömrəli, qərarı ilə (hakimlər K.N.Bədəlov (məruzəçi), N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2522/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkra r baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı cəmi 4 ay üçün (aprel, may, iyun və avqust ayları) 190 manat məbləğində birdəfəlik ödənişin verilməsini tələb etsə də, işə baxan aşağı instansiya məhkəmələri 190 manat məbləğində ödəmənin ödənilməmiş aylar üzrə (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr nəzərə alınmaqla) iddiaçıya ödənilməsi öhdəliyini cavabdehə həvalə etmişdir.
14. Bundan əlavə, iddiaçının tələbinə uyğun olaraq 2020-ci ilin aprel, may, iyun və avqust ayları üçün aylıq 190 manat məbləğində birdəfəlik ödənişin ödənilməsi məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” (aprel və may ayları üçün), Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarı (08 iyul 2020-ci il tarixində edilmiş dəyişikliklə), Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmən in verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarı ilə tənzimlənir.
15. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə bütün ölkə üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi məsələsi tənzimlənsə də (şərtlərə cavab verən şəxslər üçün), digər qərarlarında bütün ölkə yox, müəyyən şəhərlər və rayonlar üzrə ödəmənin verilməsi məsələsi tənzimlənmişdir.
16. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsindən onun Samux rayonu ərazisində qeydiyyatda olması (iş v.20) müəyyən edilir. Lakin işə baxan birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi aylar üzrə onun ödəniş alması hüququna yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbləri baxımından qiymət vermədən, həmçinin iddia tələbindən kənara çıxmaqla iddia tələbini təmin etmiş, apellyasiya instansiyası məhkəməsi də bu pozuntuya qiymət vermədən qərarı dəyişdirilmədən saxlamışdır.
17. Həmçinin cavabdehin dəlili ilə bağlı məhkəmə tərkibi qeyd etmişdir ki, 190 manat birdəfəlik ödəmənin yalnız 600 min şəxsə aid edilməsi, həmin ödəməni almaq hüququ olan şəxslərdən yalnız 600 mininə ödənilməli olması barədə hər hansı rəsmi sənəd mövcud deyildir. Cavabdeh bu dəlilə istinad edərkən hamının qanun və inzibati orqan qarşısında bərabər olması və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə “İnzibati icraat haqqında” Qanunun 12.1 və 12.2-ci maddələrin in tələbini nəzərə almamışdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 21(103)-1703/2022 nömrəli qərarı ilə (hakimlər A.Ə.Hüseyn - sədrlik edən və məruzəçi, A.S.Hüseynov və S.İ.Bəktaşi) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1512/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 2020-ci ilin 3 ayı-aprel, may və iyun ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
19. Apellyasiy a instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə aprel və may ayları üçün birdəfəlik ödənişin verilməsi bütün ölkə ərazisinə şamil edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyul 2020-ci il tarixli 245 nömrəli Qərarı ilə birdəfəlik ödəmənin veriləcəyi şəhər və rayonlar üzrə dəyişiklik edilmiş, Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları əvəzinə birdəfəlik ödəmənin veriləcəyi rayonlar Abşer on, Yevlax, Cəlilabad, Masallı rayonları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 avqust 2020-ci il tarixli 283 nömrəli qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi müəyyən edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsindən onun Samux rayonu ərazisində qeydiyyatda olması müəyyən edilir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyul 2020-ci il tarixli 245 nömrəli və 07 avqust 2020-ci il tarixli 283 nömrəli qərarlarında Samux rayonu üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır.
20. Cavabdeh həmin qərarın təmin edilən hissəsindən kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1821/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmədən apellyasiya məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
23. Hazırkı kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, apellyasiya məhkəməsi onun Samux rayonunda qeydiyyatda olması halını əsas götürərək iddianı qismən tə min etmiş, lakin onun faktiki olaraq Bakı şəhərində yaşaması halını nəzərə almamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜ YÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının iddia tələbinin təmin edilmədiyi hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları il ə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
31. Hazırkı mübahisə Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə iddiaçıya aprel, may, iyun və avqust ayları üzrə aylıq birdəfəlik ödəmənin verilməsi ilə bağlıdır.
32. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatında olmuş və 2-1(102)-368/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
33. İşə baxan Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddia tələbi ndən kənara çıxmışdır. Belə ki, iddiaçı cəmi 4 ay üçün (aprel, may, iyun və avqust ayları) 190 manat məbləğində birdəfəlik ödənişin verilməsini tələb etmişdir.
34. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-368/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmış, iş üzrə tərəflərin təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmışdır.
35. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, o Samux rayonu ərazisində qeydiyyatdadır.
36. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.
37. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyul 2020-ci il tarixli 245 nömrəli Qərarında qeyd edilmişdir ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarının adında və 1-ci hissəsində “şəhərləri” söz”, Mingəçevir, Şəki, Yevlax şəhərləri” sözləri ilə və “Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları” sözləri “Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları” sözləri ilə əvəz edilsin.
38. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmi şdir ki, “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məblə ğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.
39. Beləliklə yuxarıda qeyd edilənlərdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 avqust 2020-ci il tarixli 283 nömrəli qərarlarında Samux rayonu üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır.
40. Belə olan halda apellyasiya məhkəməsinin iddiaçıya yalnız 2020-ci ilin 3 ayı – aprel, may, iyun ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi cavabdeh tərəfindən təmin edilməli barədə mövqeyi qanuni və əsaslı olmuşdur.
41. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğun dan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 21(103)-1703/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.