Məhkəmə qərarları › İş №2-1(102)-1821/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1821/2024

26.09.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1821/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Avrasiya” Construction LTD” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət büdcəsinə yaranmış borcun ödənilməsi üçün vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın satılması; siyahıya alınmış əmlak üzərində cavabdehin əşya hüquqlarını təsdiq edən sənədlərin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Loka l Gəlirlər Baş İdarəsinin cavabdeh “Avrasiya” Construction LTD” MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-1090/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh vergi öhdəliyini yerinə yetirmədiyinə görə onun xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 231762 manat borcu yaranmış, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona xx.xx.2023-cü il tarixli bildiriş verilmişdir.

2. Borc ödənilmədiyinə görə cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar əsasında vergi ödəyicisinin borcuna görə 25200 0 manat məbləğində əmlakı (qeyri-yaşayış obyektləri) siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli Protokol tərtib edilmişdir.

3. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləğinin ödənilmədiyi halda, siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 231.762,38 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 252000 manat məbləğində siyahıya alınmış əmlakının müva fiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh borc məbləğini ödəməmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9174/2023 saylı qərarı ilə iddiaçının cavabdehə qarşı “siyahıya alınmış əmlakın sa tılması” tələbinə dair iddiası rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi borcunun ödənilməsini təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər.

9. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, cavabdehin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

10. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü daşınmaz əmlakların (qeyri-yaşayış sahələrinin) mövcudluğu (protokola foto şəkil əlavə edilməli olduğu halda edilməmişdir), dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınması, o cümlədən cavabdehin mülkiyyətində olması sübuta yetirilmir.

11. Bu barədə s übut təqdim etmək isə iddiaçının üzərinə düşür. Məhkəmə sorğusuna verilmiş cavabda isə, cavabdehin adına hər hansı bir əmlakın olması müəyyən edilmir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1090/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9174/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərar ın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri: Maddi hüquq normalarının pozulmasına dair dəlillər:

16. Bakı Apellyasiya Məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə aşağıda qeyd olunanlara əsasən yanlışdır və qərar ləğv olunmalıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının satılması barədə tələb irəli sürdüyü daşınmaz əmlakların (qeyriyaşayış sahələrinin) mövcudluğu (protokola foto şəkil əlavə edilməli olduğu halda edilməmişdir), dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınması, o cümlədən cavabdehin mülkiyyətində olması sübuta yetirilmədiyindən hazırkı iddia tələbi təmin edilə bilməz.

17. İddiaçı məhkəmənin bu mövqeyini əsassız sayaraq bildirir ki, Cavabdeh MMCnin direktoru X1 tərəfindən iddiaçıya təqdim etdiyi arayışda siyahıya alınması üçün təqdim edilən qaraj sahələrinin Cəmiyyətə məxsus olduğunu bildirmişdir. Bundan əlavə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 18 nömrəli xx.xx.2017-ci il tarixli “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcu d yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icazə əsasında həmin "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

18. Həmin Sərəncamın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86№-li Qərarının 1.1-ci bəndinə və Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 50, 51, 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Nəsimi Rayon İcra Hakimiyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasının təmin edilməsi sifarişçiyə tapşırılmışdır. 19. 01.12.2017-ci il tarixli 319 nömrəli “Nəsimi RİH Başçısının "xxxx" MMC-yə dair 18 s aylı, xx.xx.2017-ci il tarixli və 100 saylı, xx.xx.2017-ci il tarixli sərəncamları ilə aparılan sənədləşdirmə işlərinin Cavabdeh MMC-nin adına keçirilməsi barədə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının sərəncamına əsasən sözügedən sərəncamlarla görülən sənədləşdirmə işləri Cavabdeh MMC-nin adına aparılmışdır.

20. Eyni zamanda, əlavə edilmiş fotoşəkillərdən də görünür ki, siyahıya alınmış əmlakın aid olduğu binanın tikintisi əmlak siyahıya alınarkən yekunlaşmamışdır.

21. Göründüyü kimi tikintiyə icazə verilməsi barədə sənədlər mövcuddur və bu səbəbdən də iddia rədd edilməməli idi. Digər tərəfdən siyahıya alınmış əmlakın vergi ödəyicisinə məxsus olmaması barədə məhkəmənin mövqeyi anlaşılan deyil. Həmin əmlak Nəsimi Rayon İcra hakimiyyəti başçısının müvafi q sərəncamı ilə müəyyən edilmiş torpaq sahəsində tikildiyindən həmin əmlakın cəmiyyətə məxsus olmaması barədə mövqe işin faktiki hallarına ziddir. Həmçinin Cəmiyyətin rəhbəri tərəfindən təqdim olunmuş arayışda da siyahıya alınmış əmlakın cəmiyyətə məxsus olması bir daha təsdiq olunmuşdur. Sərəncamda da torpaqdan istifadə hüququnun müvafiq qaydada qeydiyyata alınması ilə bağlı aidiyyəti orqana müraciət edilməsi öhdəliyi cəmiyyətin üzərinə qoyulmuşdur. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:

22. Məhkəmə qərar qəbul edərkən iddiaçı tərəfindən təqdim olunmuş sənədləri tam və hərtərəfli araşdırmamış, sübutlara səthi yanaşaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, müvafiq orqana sorğu verərkən siyahıya alınmış əmlakın tikintisi başa çatmayan tikili olduğunu nəzərə almamış, o səbəbdən də birbaşa əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədi istəmişdir. Tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri vergi orqanının hərracın keçirilməsi üçün olan sifarişinə əlavə edilməli sənədlər olaraq qeyd olunmuşdur. Qeyd olunanlardan da göründüyü kimi tikintisi başa çatmayan obyektlərin özləri istismara verilmədiyinə görə müvafiq reyestrdən qeydiyyatdan keçmədiyi üçün torpaq sahəsində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin sifarişə əlavə olunmalı olması qeyd olunmuşdur. Lakin bu halları məhkəmələr qərar qəbul edərkən nəzərə almamış, binanın tikintisinin siyahıya alınma prosesi zamanı başa çatmadığı göründü yü halda, israrla zirzəminin mülkiyyət hüququnu təsdiq edən sənədin mövcud olmaması əsası ilə iddianı rədd etmişlər.

23. Həmçinin Vergi Məcəlləsində daşınmaz əmlakın mülkiyyətini təsdiq edən sənədlərin məhkəmədə qaldırılan iddia ərizəsinə əlavə edilməli olması, eyni zamanda protokol əlavə edilməsi ilə hər hansı qeyd mövcud deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdi kdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya məhkəməsi tərəf indən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən vergi orqanı siyahıya almanı həyata keçirərkən daşınmaz əmlak siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə etməlidir. Vergi orqanı siyahıya alınmış daşınmaz əmlaka cavabdehin əşya hüquqlarının olmasına dair hər hansı sübutu siyahıya əlavə etməmiş, o cümlədən birinci və apellyasiya instansiya məhk əməsinə təqdim etməmişdir.

32. İddiaçının kassasiya şikayətində istinad etdiyi sərəncama və fotoşəkillərə gəldikdə, işdən göründüyü kimi, iddiaçı kassasiya şikayətinə əlavə etdiyi həmin sənədləri birinci və ya apellyasiya instansiya məhkəmələrinə təqdim etməmiş, məhz bu səbəbdən də həmin sənədlər məhkəmə araşdırmasının predmeti olmamışdır. Buna görə də şikayətin əsası kimi iddiaçının həmin sənədlərə istinadı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

33. Şikayətin dəlilinə görə, cavabdeh Cəmiyyətin rəhbəri tərəfindən təqdim olunmuş arayışda siyahıya alınmış əmlakın cəmiyyətə məxsus olması bir daha təsdiq olunmuşdur.

34. Məhkəmə kollegiyası şikayətin həmin dəlilinə münasibətdə qeyd edir ki, istinad edilən və cavabdehin özü tərəfindən tərtib edilmiş həmin arayış s iyahıya alınmış tikinti obyektləri üzərində cavabdehin əşya hüququnu özü-özlüyündə, yəni qanunda bilavasitə nəzərdə tutulmuş və səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədlər olmadan təsdiq etmir.

35. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-1090/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar