Məhkəmə qərarları › İş №2-1(102)-1822/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1822/2023

14.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1822/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaçqın statusunun verilməsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1502/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2020 il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir.

2. Müraciətə cavabdeh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və 01 iyul 2022-ci il tarixli, İQ-02/4 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə hər hansı bir sosial qrupa qoşulduğu, siyasi fəaliyyətlə məşğul olduğu, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunduğu, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qaldığı müəyyən edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cava bdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-02/4 nömrəli, 01 iyul 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Xidmətin üzərinə İddiaçı və ailə üzvlərinə (arvadı, xx.xx.1968-ci il təvəllüdlü Hamidi Homa, oğlanları, xx.xx.2001-ci il təvəllüdlü Hamidi Rohullah və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Majid) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstanın Baghlan vilayətinin Əndərab rayonunun Pulxva kəndində doğulmuşdur, milliyyətcə tacikdir, dini etiqadına görə müsəlmandır (sünni). İddiaçı 12 illik orta təhsilini bitirdikdən sonra, 1982-ci ildə Kabil şəhərində rus dili ixtisası üzrə hazırlıq kursunu bitirmiş, 1983-1988-cil illərdə X3 Universitetinin hüquq fakültəsində təhsil almış, 1988-1989-cu illərdə isə hərbi xidmətdə olmuşdur. İddiaçı 1990-cı ildən X2 Nazirliyində işləmiş, 2003-cü ildən etibarən üç il müddətində Əfqanıstanın Daşkənddəki səfirliyində birinci katib olaraq çalışmış, təyin edilən müddət bitdiyi üçün yenidən Əfqanıstana qayıdaraq Xarici İşlər Nazirliyində işləmiş (2006-2012-ci illərdə), 2012-2016-cı illərdə X1 səfirin müşaviri olaraq çalışmış, 2016-cı ildə Əfqanıstana qayıtmış, 2020-ci ilə kimi X2 Nazirliyində işləmiş, 2020-ci ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər isə Əfqanıstanın Azərbaycandakı səfirliyində səfirin müşaviri vəzifəsində işləmişdir. O, hal-hazırda səfirliyin faktiki olaraq fəaliyyət göstərmədiyini bildirmişdir. İddiaçı Homa Hamidi adlı xanım ilə evlidir, bu nikahdan beş övladı vardır, böyük oğlu X5 əvvəllər Kabil hava limanında işləmiş, hazırda ABŞ-ın Nyu Cersi ştatında yaşayır, digər oğlu Abdullah Hamidin isə Əfqanıstan Milli Aviasiya Nazirliyinin əməkdaşı olmuş, oğlu hazırda işləmir, Əfqanıstanı tərk etmək istəyir. İddiaçının digər ailə üzvləri özü ilə birlikdə Bakı şəhərində yaşayırlar. İddiaçının qızı X4 hazırda müvəqqəti yaşama icazəsi əsasında ölkə ərazisində yaşayır və Xəzər Universitetində təqaüd proqramı üzrə təhsil alır. 15 dekabr 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 09-2021 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçi ilə müsahibə a parıb. İddiaçı bildirib ki, o, Azərbaycana 2020ci ilin noyabr ayında diplomatik fəaliyyətlə əlaqədar olaraq gəldiyini, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətdə olduqları üçün təhdid olunacağından ehtiyat etdiyini, bu səbəblə də, hazırda ölkəsinə qayıtmaq istəmədiyi, 3-cü ölkəyə getmək, bu alınmayacağı təqdirdə isə Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istədiyini bildirmişdir. 01 iyul 2022-ci ildə DMX İQ-02/4 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. DMX qərarını onunla əsaslandırıb ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən heç bir əsaslı təqibə məruz qalmamışdır

5. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, cavabdehin üzərinə İddiaçı və ailə üzvlərinə (arvadı, xx.xx.1968-ci il təvəllüdlü Hamidi Homa, oğlanları, xx.xx.2021-ci il təvəllüdlü Hamidi Rohullah və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Majid) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-10796/2022 saylı qərarı ilə (hakim: H.A.Ağayev) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.

9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1502/2023 nömrəli iş üzrə 12 may 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: R.Ə.Səmədov, hakimlər: X.A.Cəmilova və A.P.Oruczadə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məh kəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-10796/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanunun 1.1.1. 9-vu maddələri nə, eləcə də İnzibati Prosessual Məcəllənin 2.2.2, 33, 38.2-ci maddəsinə istinad edərək hesab edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir.

14. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, onun üçün vətəndaşı olduğu ölkə çox təhlükəlidir. Lakin həm cavabdeh orqan, həm də aşağı instansiya məhkəmələri onun vəsatətlərinin dəlillərini görməzdən gəlmiş, həqiqətə uyğun olmayan nəticə formalaşdırmaqla qərarlar qəbul etmişlər. Dövlət Miqrasiya Xidməti işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndiməmişdir. İş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə (şiə həzara olması) görə təqib edilməsi riskidir. Eyni zamanda Dövlət Miqrasiya Xidməti ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyə n, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə

10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə

12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasını n müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə

13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

17. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçü rülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bənd 7. “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd

8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən i mtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahis ə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxl anılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərlidir və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya m əhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 23 Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. İddiaçı mövqeyini belə əsaslandırmışdır ki, o Azərbaycana 2020-ci ilin noyabr ayında diplomatik fəaliyyətlə əlaqədar olaraq gəlmiş və hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətdə olduqları üçün təhdid olunacaqdır. Bu səbəblə də, hazırda ölkəsinə qayıtmaq istəmir. 3-cü ölkəyə getmək, bu alınmayacağı təqdirdə isə Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istəyir.

25. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

26. Qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi?

27. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındıqda demək mümkündür ki, cavabdeh inzibati orqan diskresion səlahiyyətləri qanunla müəyyən olunmuş hədlərdə həyata keçirmiş, bu zaman qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə iddiaçının tam əsaslı təqib qorxusunu müəyyən etməmişdir.

28. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır.

29. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər.

30. İşə baxılarkən apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıdakılara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1502/2023 saylı iş üzrə 12 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar