Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1826/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina; hüquqmüəyyənedici sənədlərin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Şəkili kəndində yerləşən, istifadəsində olan, elektron uçotu aparılarkən adına qeydə alınmış 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2-1(107)-111/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı və onun ailə üzvlərinə Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və bununla bağlı onun adına 17 dekabr 1999-cu il tarixli JN-271 nömrəli Dövlət aktı tərtib edilmişdir.
2. X3 Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə 4,5 ha torpaq sahəsinin ayrılmış və bununla bağlı onun adına 17 dekabr 1999-cu il tarixli JN-266 nömrəli Dövlət aktı tərtib edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, araşdırma zamanı Ərazi idarəsinin arxiv məlumatlarında və kadastr elektron baza DWG xəritələrində sizə təqdim edilmiş torpağa mülkiyyət hüququna dair JN271 nömrəli Dövlət Aktında 0.55 ha torpaq sahəsinin qeyd olunması faktı müəyyən edilmişdir. Ləğv edilmiş DTXK-nin Göyçay ra yon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində və Ərazi idarəsinin arxiv məlumatlarında İddiaçı məxsus Göyçay rayonu, Qızılağac kəndində yerləşən 4.50 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair heç bir məlumat aşkar olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadəsində olan, elektron uçotu aparılarkən adına qeydə alınmış 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barə də qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir (torpağın mülkiyyətə verilməsinə dair JN-271 saylı dövlət aktı kod ********). Lakin onun və ailəsinin istifadəsində 4.50 ha torpaq sahəsi var və bütün vergiləri tərəfindən ödənilir. Ailəsi 6 nəfərdən ibarətdir və Göyçay rayonu Q.Qasımov adına kolxozun yerli aqrar islahat komissiyasının 10 may 1999-cu il tarixli iclas protokolu ilə müəyyən edilmişdir ki, kolxozun 1115 hektar torpaq sahəsi var və həmin torpaq sahəsi 1578 nəfər subyekt arasında bölünməlidir. Göyçay rayonunun Şəkili kəndində yaşayan mərhum X4 tək yaşadığı halda onun mül kiyyətinə 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yəni islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan mərhum X2 adına çap edilmişdir. Bu hal Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci il tarixli 29 saylı məktubu və arxiv arayışları ilə təsdiq edilir.
6. Cavabdeh imtina məktubuna uyğun yazılı etiraz verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(116)-961/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia rədd edilmişdir,
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun yaranması əsası kimi ist inad etdiyi JN-271 nömrəli Dövlət Aktına əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0,55 ha torpaq sahəsi verilmişdir. X5 planşet məlumatlarına əsasən də torpaq sahəsinin ölçüsü 0,55 ha olsa da qələm vasitəsi ilə düzəlişlər aparılaraq “4,50 ha” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilən iddiaçının 0.70 ha adam başına orta torpaq pay normasına əsasən cəmi 4.26 ha torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair sənədin hazırlanması barədə müraciətinə əsasən ləğv olunmuş DTXK-nin Göyçay RŞ-nin xx.xx.2011-ci il tarixli iddiaçıya cavab məktubundan da görünür ki, müvafiq hüquqmüəyyənedici sənəd hazırlanmamışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən inzibati orqanlara oxşar məzmunlu digər müraciətlərinə əsasən də həmin hal öz təsdiqini tapır. Cava bdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Dövlət Aktlarının qeydiyyatının aparıldığı Kadastr kitabının 271 nömrəli qeydindən görünür ki, iddiaçı 0,55 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-271 nömrəli Dövlət Aktını şəxsən təhvil götürmüşdür. Göründüyü kimi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə iddia olunan torpaq sahəsinin verildiyinə dair ilkin hüquqmüəyyənedici sənəd mövcud olmamışdır. Təqdim edilən Dövlət Aktında qeyd olunan koordinatlar isə hazırkı istifadəsində olan torpaq sahəsinə düşmür.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2-1(107)-111/ 2024 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı istifadə etdiyi 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə nail olmaqdır. İddiaçı islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan mərhum X2 adına çap e dildiyini bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.50 ha torpaq sahəsi X1 adına rəsmiləşdirilmişdir. İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir.
12. Apellyasiya məhkəməsi “Aqrar islahatın əsasları haqqında” Qanunun 1-ci, “Torpaq islahatı haqqında” Qanunun 5, 12.1, 13, 14-cü, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 6, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1, 2.1, 12.1, 15, 23.1, 23.2-ci, “İnzibati icraat haqqında” Qanunun 13.2, 17, 19.1-ci maddələrinə istinad etmişdir.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunm asını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, “Torpaq islahatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci il tarixli 29 saylı məktubunda keçmiş Q.Qasımov adına təsərrüfat üzrə hər adam başına orta torpaq normasının fiziki ölçüdə 0,70 ha təşkil etdiyi, iddiaçının ailəsinə naturada 4,26 ha pay torpağının ayrıldığı, 2000-ci ildə sənədləşmə aparılan zaman iddiaçının istifadəsinə verilmiş 4,26 ha pay torpağının sənədinin texniki səhv nəticəsində qonşu mülkiyyətçi X4 ilə dəyişik çap edilməsi, Gözəl Məmmədovanın təsərrüfatda tək olması, həyətində 0,10 ha zəbt torpaq sahəsi nəzərə alınmaqla ona “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq naturada 0,55 ha pay torpağının ayrılmasına baxmayaraq texniki səhv nəticəsində JN-266 saylı dövlət aktı ilə 4,50 ha pay torpağının ayrılması, halbuki G.Məmmədovanın naturada istifadəsində orta norma daxilində 0,5 5 ha torpaq sahəsinin olduğu göstərilir. Lakin məhkəmə yuxarıda qeyd edilən sübuta qiymət verməmiş və bununla da “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərini pozmuşdur.
15. Bundan əlavə qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən İPM-nin 12.1, 12.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci il tarixli 29 saylı məktubundan görünür ki, keçmiş Q.Qasımov adınatəsərrüfat üzrə hər adam başına orta torpaq normasının fiziki ölçüdə 0,70 ha təşkil etmiş, iddiaçıya naturada 4,26 ha pay torpağı ayrılmış, 2000-ci ildə sənədləşmə aparılan zaman iddiaçının istifadəsinə verilmiş 4,26 ha pay torpağının sənədi texniki səhv nəticəsində qonşu mülkiyyətçi X4 ilə dəyişik çap edilmiş, Gözəl Məmmədova təsərrüfatda tək olmuş, həyətində 0,10 ha zəbt torpaq sahəsi nəzərə alınmaqla ona “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq naturada 0,55 ha pay torpağının ayrılmasına baxmayaraq texniki səhv nəticəsində JN-266 saylı dövlət aktı ilə 4,50 ha pay torpağı ayrılmış, halbuki G.Məmmədovanın naturada istifadəsində orta norma daxilində 0,55 ha torpaq sahəsinin olmuşdur. X6 filialının 26 iyul2022-ci il tarixli 271 saylı arayışından görünür ki, islahat zamanı iddiaçının ailəsi 6 nəfərdən ibarət olmuşdur. X6 filialının 26iyul 2022-ci il tarixli 272 saylı arayışında X21996-2000-ci illərin təsərrüfatbaşına kitabında tək yaşadığının qeyd olunduğu göstərilir. "xxxx" MMC-nin 22 sentyabr 2021-ci il tari xli **********95 saylı məktubundan görünür ki, rəqəmsal kadastr xəritəsində 4,50 hektar torpaq sahəsinin iddiaçının istifadəsində olması öz əksini tapmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotek a qoyulmasına dair qəbul olunmuş aktlar; 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsini n planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqları n dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirak çılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan Hüq uqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə z əruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələlə ri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2024-cü il tarixli, 21(107)-111/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın Qərar qətidir.