Məhkəmə qərarları › İş №2-1(102)-1827/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1827/2021

26.10.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1827/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64 yaşına çatmış kişiyə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdehnə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzib ati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli, 2-1(107)-197/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1995-ci il aprelin 25-də doğulmuş, 1970, 1972-1973, 1983-1995-ci illərdə müvafiq olaraq 102, 184, 150, 210, 289, 323, 323, 164, 171, 230, 308, 309, 305, 307, 308, 305 adam günü olmaqla “Nizami” adına kolxozda, 1996-1998-ci illərdə isə müvafiq olaraq 312, 312, 208 adam günü olmaqla “Hacısəmədli” kəndli-fermer təsərrüfatında işləmişdir. Həmçinin, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1976-cı il 1 mart - 1976-cı il 23 dekabr, 1977-ci il 2 may - 1983-cü il 25 aprel tarixlərdə əmək fəaliyyəti ilə məşğul olm uşdur. İddiaçı 1973-cü il 30 oktyabr tarixdən 1975-ci il 23 noyabr tarixədək hərbi xidmət keçmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 5 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, əmək pensiyasının təyin edilməsinə əsas olan sığorta stajını təsdiq edən əmək kitabçası hər hansı səbəbdən saxlanılmırsa, o halda İddiaçı işləmiş olduğu müəssisənin, fəaliyyətini dayandıran hüquqi varisi olmayan idarənin, Dövlət Arxivinin və s. verdiyi sənədlərlə faktın təsdiq edilməsi üçün Şəki İnzibati Məhkəməsinə müraciət edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2020-ci il 21 may tarixdə Şəki İnz ibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1970, 1972-1973 və 1983-1995-ci illərdə Ağsu rayon “Nizami” adına kolxozda, 1996-1998-ci illərdə “Hacısəmədli” kəndli fermer təsərrüfatında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2019-cu il 25 aprel tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 6 noyabr tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1955-ci il 25 aprel tarixdə Ağsu rayonund a anadan olmuşdur. Ağsu Rayon Dövlət Arxivinin 2019-cu il 15 may tarixli, 69 nömrəli arxiv arayışına əsasən iddiaçı 1970, 1972-1973 və 1983-1995-ci illərdə Ağsu rayon “Nizami” adına kolxozda, 1996-1998-ci illərdə “Hacısəmədli” kəndli fermer təsərrüfatında işləmişdir. Sadalan iş illəri əmək kitabçasında qeyd edilmədiyindən iddiaçıya əmək pensiyası təyin edilərkən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bu səbəblə də tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığından cavabdeh orqan iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı əmək pensiyası yaşı 2019-cu il 25 aprel tarixdə tamam olmuşdur. Vətəndaşın mübahisələndirilməyən iş staj ı 1973-1975-ci illərdə 2 il 23 gün hərbi xidmət müddəti olmaqla pensiya kapitalına çevrilməsi nəticəsində 1491 manat 20 qəpik pensiya kapitalı vardır. Vətəndaşın mübahisələndirilən iş stajı Arxiv arayışında qeyd olunan 1970, 1972-1973, 1983-1998-ci illər üzrə 16 il 10 ay iş stajı və əmək kitabçasında qeyd olunan 1976-cı il 1 mart – 1976-cı il 23 dekabr, 1977-ci il 2 may - 1983-cü il 25 aprellər üzrə 6 il 9 ay 15 gün olmaqla cəmi 23 il 7 ay 15 gündür. Bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 17069 manat 58 qəpik pensiya kapitalı yaranır. İddiaçıya 2019-cu il 25 aprel tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu il 1 yanvar tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 23040 manat pensiya kapitalı, bu kapital olmadıqda isə 25 il ümumi so sial sığorta stajı tələb olunur. İddiaçının əmək kitabçasında qeyd olunan 1976-cı il 1 mart – 1976-cı il 23 dekabr və 1977-ci il 2 may - 1983-cü il 25 aprel tarixlərdə işləməsi Ağsu rayon Dövlət Arxivində baxılarkən həmin illərdə işə girməsi əmrləri tapılmadı. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli, 2-1(116)-112/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 2019-cu il 25 aprel tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının arxiv arayışına əsasən 16 il 10 ay, əmək kitabçasında mübahisələndirilən iş dövrünə 6 il 9 ay 15 gün və hərbi xidmət illərinə əsasən 2 il 23 gün olmaqla 25 il 8 ay 8 gün ümumi sığorta staj ı vardır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya 201 9-cu il 25 aprel tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli, 2-1(107)-197/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCR AATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının iddia tələbində qeyd edilən 1970, 1972, 1973, 1983, 1987, 1988, 1989cu illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Onun 1970-ci il üzrə 102, 1972-ci il üzrə 184, 1973-cü il üzrə 150, 1983-cü il üzrə 210, 1987ci il üzrə 164, 1988-ci il üzrə 171, 1989-cu il üzrə 230 faktiki iş günləri olmaqla cəmi 3 il 4 ay 11 gün stajı müəyyən edilir. Arxiv arayışlarında olan digər illəri götürdükdə 11 il, əmək kitabçasında qeyd olunan 6 il 7 ay 15 gün, hərbi xidmətdə olduğu 2 il götürməklə, ümumilikdə 22 il 11 ay 26 gün st ajı müəyyən edilmişdir ki, bu da minimum əmək stajı normasına çatmadığından ona müvafiq olaraq pensiya təyin etmək mümkün olmamışdır. Hər iki məhkəmə isə hesablama apararkən həm qanunvericiliyin tələblərini, həm də Azərbaycan Respublikası Ali məhkəməsinin ümumi yanaşmasının ziddinə olaraq, adam günü normasının keçildiyi illər üzrə ayrıca həmin illəri hesablamaq əvəzinə, adam günü normasının keçilmədiyi illərlə toplamaqla yanlış hesablama aparmışdır. Beləliklə, cavabdehin müvafiq imtina məktubu əsaslıdır. Bu səbəbdən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli qərarı əsassızdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

16. İddiaç ı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlər in və ya məlumatların tələb olunması qadağandır.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilmə lidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. Cavabdehin şikayətinin dəlilinə görə, 1970, 1972, 1973, 1983, 1987, 1988, 1989-cu illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Onun 1970-ci il üzrə 102, 1972-ci il üzrə 184, 1973-cü il üzrə 150, 1983-cü il üzrə 210, 1987-ci il üzrə 164, 1988-ci il üzrə 171, 1989-cu il üzrə 230 faktiki iş günləri olmaqla cəmi 3 il 4 ay 11 gün stajı müəyyən edilir. Məhkəmələr isə iddiaçının minimum əmək iştirakı normasından az işlədiyi illəri tam iş illəri kimi hesablamışdır.

24. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının 1970 1972, 1973, 1983, 1987, 1988, 1989, 1998-ci illərdəki adam günlərinin məcmusunun 1419 gün (müvafiq olaraq - 102, 184, 150, 210, 164, 171, 230, 208), müəyyən edilmiş minimum adam gününün 240 olduğu (o cümlədən, Hacısəmədli kəndli-fermer təsərrüfatına münasibətdə) qəbul edildikdə, iddiaçının həmin illər üzrə iş stajı 5 il 10 ay 29 gün təşkil edir (1419x12/240=70,95 ay).

25. İddiaçının təsərrüfatlardakı tam iş illəri (1984-1986, 1990-1997) də nəzərə alındıqda, iddiaçının həmin təsərrüfatlardakı ümumi iş stajı 16 il 10 ay 29 gün təşkil edir.

26. Bundan başqa, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 19761983-cü illər ərzində 6 il 9 ay 17 gün əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının əmək kitabçasındakı məlumatları təkzib edən və ya onun mötəbərliyini şübhə altına alan hər hansı sübut işdə yoxdur.

27. Nəhayət, iddiaçının 1973-c ü il 30 oktyabr tarixdən 1975-ci il 23 noyabr tarixədək - 2 il 23 gün hərbi xidmət müddəti də nəzərə alındıqda, onun 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq (25 il 9 ay 9 gün) iş stajının olduğu müəyyən edilir.

28. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli, 2-1(107)-197/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar