Məhkəmə qərarları › İş №2-1(102)-183/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-183/2025

21.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-183/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 avqust 2024cü il tarixli, 2-1(103)-1191/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus EZ seriyalı, ******* nömrəli hərbi biletdə xx.xx.2015-ci ildə şərti adı “Palıdlı” postuna düşmən tərəfindən sağ almacıq sümüyünün dəlib-keçən güllə yaralanması, sağ gözaltı nahiyəsinin, təpə nahiyəsinin qəlpə yarası xəsarətləri alması, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunması barədə müvafiq qeydlər mövcuddur.

2. N saylı hərbi hissənin xx.xx.2015-ci il tarixli 528 nömrəli travma haqqında arayışında kapitan İddiaçı Tohid oğlunun xx.xx.2015-ci il tarixdə şərti adı “Palıdlı” postuna düşmən diversiya qrupu tərəfindən basqın zamanı atışma nəticəsində “Sağ almac ıq sümüyünün dəlib-keçən qəlpə yaralanması, sağ gözaltı nahiyəsinin, təpə nahiyəsinin qəlpə yarası” xəsarətləri alması qeyd edilmişdir. 3. xx.xx.2016-cı il tarixli xəstəlik haqqında 1067 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü ildən Silahlı Qüvvələrin N nömrəli hərbi hissənin kapitanı (motoatıcı) xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixli 2710 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməsini xahiş etmişdir.

5. Cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-6923 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Əməliyyat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/0425 nömrəli cədvəlinə əsasən N nömrəli hərbi hissə xx.xx. 2015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək bir neçə hərbi hissədə xidmət etmiş, xx.xx.2016-cı ildə döyüş tapşırığını icra edərkən ağır travma almışdır. xx.xx.2017-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlildir. Müharib ə veteranı adı və vəsiqəsi ilə təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtina məktubu əsassızdır, iddiaçı bununla razı deyil. Belə ki, onun xx.xx.2017ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlili olması nəzərə almaqla veteran vəsiqəsi qanuna müvafiq olaraq verilməlidir.

8. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(112)-1867/2023 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara a lınmışdır.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı döyüşən hərbi hissə olan N nömrəli hərbi hissədə xidmət etmiş, o, xidmət etdiyi hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı xəsarət almışdır. İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş və hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdiyinə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 avqust 2024-cü il tarixli, 2-1(103)-1191/2024 nömrəli qərarı ilə (hakimlər Ş.Məmmədova - sədrlik edən və məruzəçi, M.Qarayeva və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə nin 1-ci bəndinə əsaslanaraq birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 N-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteran adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin tələbinə görə şəxsin hərbi xidməti 12 may 1994-cü ildən sonraya təsadüf edərsə “Müharibə veteranı” statusunun verilməsi üçün zəruri şərt şəxsin döyüş əməliyyatlarında iştirak etməsi və həmin d öyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması göstərilir. İddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə Əməliyyat Baş İdarəsinin 31 mart 2021-ci il tarixli 1/0425 nömrəli məktubuna əsasən N yanvar 2015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etməmişdir. Digər tərəfdən inzibati iş materiallarında olan N nömrəli hərbi hissə komandiri tərəfindən təqdim edilən 24 fevral 2023-cü il travma haqqında arayışda iddiaçının N yanvar 2015-ci il tarixdə xəsarətinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı qeyd edilmişdir. Beləliklə də N nömrəli hərbi hissə N yanvar 2015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etməmiş, iddiaçı döyüş əməliyyatları ilə əlaqədar deyil xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq xəsarət aldığından Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-H Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyil.

15. Kassator hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməm iş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 avqust 2024-cü il tarixli, 2-1(103)-1191/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi büt övlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1 995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipar a kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqd im edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... Qeyd.

1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazir liyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir:...

19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasland ırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şika yəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Mə hkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları b axımından iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə N saylı hərbi hissənin şərti adı “Palıdlı” döyüş mövqeyində xidmət keçərkən düşmənin diversiya qrupu tərəfindən basqının qarşısı alarkən atışma nəticəsində “Sağ almacıq sümüyünün dəlib-keçən güllə yaralanması” xəsarətini alaraq N nömrəli hərbi hissəyə təxliyə olunmuşdur. Qeyd edilən hal N saylı hərbi hissənin xx.xx.2015-ci il tarixli 528 nömrəli travma haqqında arayışı və iddiaçıya məxsus hərbi biletdə olan qeydlərlə də öz təsdiqini tapır.

29. Bundan əlavə iddiaçı xəsarət alandan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə şəhadətləndirilmiş və onun xəsarəti “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir.

30. Bundan sonra isə xx.xx.2017-ci il tarixdə id diaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.

31. Göründüyü kimi, iddiaçı xx.xx.2015-ci il tarixdə düşmənin təxribat xarakterli qəfil hücumunun qarşısının alınması ilə bağlı aparılan döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin icrası ilə bağlı ona verilmiş tapşırıqları icra etməsi və bunun nəticəsində xəsarət alaraq əlil olması mübahisə doğurmur və iş materialları ilə öz təsdiqini tapır.

32. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli N№ əmrində N № hərbi hissənin xx.xx.2015-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məl umat var.

33. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməli olmasına dair apellyasiya instansiya məhkəməsinin nəticəsi əsaslıdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

35. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 17-19(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normaların tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 avqust 2024-cü il tarixli, 21(103)-1191/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar