Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1832/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-355/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə xx.xx.2022-ci il tarixdə 2019-cu ilin gəlir vergisi üzrə bəyannamə və həmin bəyannaməyə 1 saylı və 3 saylı əlavələr təqdim edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən həmin bəyannamə üzrə uyğunsuzluq aşkar edildiyindən **********120100 nömrəli xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********830300 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı 16927,38 manat əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 90 saylı 14 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı inzibati şikayəti təmin edilməyərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 may 2022-ci il tarixli **********830300 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 8 aprel 2021-ci il tarixli **********747900 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh tərəfindən iddiaçının “yükdaşıma fəaliyyəti üzrə əldə olunan gəlirlərin mikro sahibkarlıq subyekti meyarına aid edilib-edilməməsi” haqqında müraciətinə verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə yük daşıma fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu fəaliyyətdən əldə olunan gəlirlər vergi ödəyicisinin dövriyyəsinə daxil edilmir və mikro sahibkarlıq subyekti meyarına aid edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, keçirilmiş kameral vergi yoxlamasının nəticələrinə dair xx.xx.2022-ci il tarixli **********830300 saylı qərarın ləğv edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hazırkı iş üzrə cavabdehlər qismində prosessual iştiraklarına xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh qismində nəzərə alınmışdır. İş üzrə iddia tələbi “xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktın ləğv edilməsi” kimi dəyişdirilmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərə müraciət edərək keçirilmiş kameral vergi yoxlamasının nəticələrə dair xx.xx.2022-ci il tarixli **********830300 saylı qərarla razı olmadığını bildirərək 2019-cu il üzrə gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 16927,4 manat vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdehlər xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı ləğv etməyərək 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati aktla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul etmişdir. 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati qərarla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası cavabdeh Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı (qərar) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli **********47900 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Belə ki, cavabdeh 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati qərarını onunla əsaslandırmışdır ki, fərdi sahibkar Şükürov Yahya tərəfindən 2019-cu il ərzində 212990.77 (ƏDV-siz) məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, bank hesabına ümumilikdə 217 990,61 manat məbləğində vəsait daxil olduğu, müvafiq dövr ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini nəzərə alınaraq Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı (qərar) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli **********747900 nömrəli qərarları dəyişdirilmədən saxlamışdır. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkarlar işçilərin sayı 10-dək, ilkin gəliri 200 min manatadək olan, kiçik sahibkar işçilərin sayı 11-50, illik gəliri 3 milyon manatadək orta sahibkar isə işçilərin sayı 51-250, illik gəliri 3-30 milyon manat olan sahibkarlardır. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aiddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasının mübahisələndirdiyi 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati qərarı, cavabdeh Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı (qərar) bu əsaslarla ləğv edilməlidir. xx.xx.2020-ci il tarixdə 2019-cu ilin gəlir vergisi üzrə bəyannamə təqdim etmiş, vergi orqanı həmin bəyannamə üzrə uyğunsuzluq aşkar etdiyindən xx.xx.2020-ci il tarixdə **********322200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərmişdir. Bundan sonra dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, gəlir vergisi kimi 5642,46 manat (112849,21 x75%)x20%=5642.46 manat) hesablamış, cavabdeh həmin bəyannamə əsasında xx.xx.2021-ci il tarixdə **********567000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edərək 24926.37 manat vergi məbləği hesablamışdır. Daha sonra vergi orqanı tərəfindən yenidən müvafiq hesablama aparılaraq xx.xx.2020-ci il tarixli **********785600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmiş, 19.9 27,38 manat məbləğində əlavə vergi hesablanmışdır. 10 yanvar 2021-ci il tarixdə vergi orqanına kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə müraciət etmiş, sonuncu bu müraciət əsasında hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarı qəbul edərək iddiaçının 2019-cu ilin gəlir vergisi üzrə ödəməli olduğu məbləği 22569,84 manat (112849,21*20%=22569,84 manat) müəyyən etmişdir. Bu qərardan 29 mart 2021-ci il tarixdə yuxarı vergi orqanına inzibati şikayət etmiş, şikayət nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli, **********747900 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 10 yanvar 2021-ci il və 29 mart 2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli, **********708600 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Halbuki vergi orqanının xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməli idi. Belə ki, vergi orqanına 2019-cu il üçün təqdim etdiyi gəlir vergisi Bəyannaməsində 2019-cu il üçün gəlir məbləği 197990,77 manat göstərilmişdir. Eyni zamanda 2019-cu il üçün 15000 manat dəyərində daşınma ilə bağlı gəlir əldə etdiyini bildirmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli, **********708600 nömrəli Qərarında 2019-cu il üçün gəlir məbləği 212990,77 manat hesablanmışdır. Belə ki, vergi orqanı iddiaçı tərəfindən daşınma xərci kimi əldə olunmuş 15000 manatı da 2019-cu il üçün ümumi gəlir məbləğinə əlavə etmiş və yekunda 212990,77 manat alınmışdır. Nəticədə vergi orqanı tərəfindən 2019-cu il ərzində 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, bank hesablarına ümumilikdə 217990,61 manat məbləğində vəsaitin daxil olduğunu müəyyən etmiş və bununla da Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahib karlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini hesab etmişdir. 2019-cu il ərzində bank hesablarıma mişar daşı satışına görə - 197990,77 manat; daşınma xidmətinə görə - 15000 manat; mişar daşı satışına görə (imtina olunmuş) - 5000 manat pul məbləği daxil olmuşdur. Bu məbləğlərdən yalnız 197990,77 manat 2019-cu il üçün gəlir vergisinə cəlb olunmalıdır, daşınma xidmətinə görə 15000 manat müstəqil vergiyə cəlb olunduğu üçün onun vergisi də müstəqil icra olunmalı və mikro sahibkarlıq üçün nəzərdə tutulmuş məbləğə daxil edilməməli idi. Həmçinin mişar daşı satışına görə əldə olunmuş 5000 manat üzrə xidmətdən imtina olunduğuna və ödənilmiş pul geri tələb olunduğuna görə sözügedən məbləğ gəlir kimi qiymətləndirilməməli və mikro sahibkarlıq üçün nəzərdə tutulmuş məbləğə daxil edilməməli idi. Həmçinin daşınma ilə bağlı gəlir sadələşdirilmiş vergi ödəyicisi üçün nəzərdə tutulmuş illik gəlirə (200000 manatadək) daxil edilən məbləğ kateqoriyasına aid deyil. Çünki daşınma ilə bağlı əldə olunmuş gəlir üçün vergi dərəcəsinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsində konkret olaraq norma nəzərdə tutulmuşdur. Bundan başqa iddiaçı ilə “X1” MMC arasında mişar daşının alınması ilə bağlı 27 avqust 2019-cu il tarixdə Müqavilə bağlanmışdır. Müqaviləyə uyğun olaraq “X1” MMC avans olaraq 5000 manat məbləği iddiaçının bank hesabına köçürmüşdür. Sözügedən müqavilə əsasında alqı-satqı üçün nəzərdə tutulmuş mişar daşı iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Belə ki, tərəflər arasında mövcud razılığa əsasən müqavilə şərtlərindən tərəflər imtina etmiş və “X1” MMC iddiaçının bank hesabına ödədiyi 5000 manat məbləği geri istəmişdir. Lakin cavabdeh orqan bank hesabına məhdudiyyət qoymuş və nəticədə də hər hansı bir bank əməliyyatı aparmaq mümkün olmamışdır. Cavabdeh vergi orqanı tərəfindən eyni əməliyyatlar üzrə hesablanmış 24926.37 manat vergi məbləği mübahisələndirilmiş, şikayətləri üzrə “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli, **********747900 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən fərdi sahibkar olaraq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 10 yanvar 2021-ci il və 29 mart 2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, s osial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli, **********708600 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Tərəfindən həmin qərar mübahisələndirilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6641/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilərkən Bakı Apellyasiya məhkəməsi gedişində cavabdeh vergi orqanı mübahisələndirdiyi qərarı öz qərarı ilə ləğv etmiş və bu səbəbdən də xx.xx.2022-ci il tarixli 2-1(103)-377/2021 saylı qərarla iş üzrə icraata xitam verilmişdir, o əsasla ki, mübahisələndirdiyi qərarı vergi orqanı ləğv etdiyi üçün mübahisə olmaması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, vergi orqanı mübahisələnd irdiyi qərarı özü ləğv etsə də, eyni məbləğlə bağlı təkrar başqa, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, keçirilmiş kameral vergi yoxlamasının nəticələrə dair xx.xx.2022-ci il tarixli **********830300 saylı qərar qəbul edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, iddiaçı "xxxx" MMC-yə göstərdiyi yük daşınması xidmətinə görə 15000 manat məbləğində gəlir əldə etmiş və həmin gəliri ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Göründüyü kimi, gəlir vergisi üçün ayrı, sadələşdirilmiş vergi üçün ayrı bəyannamə vermiş, sahibkar olaraq mikro sahibkar kateqoriyasına aid edilməsini yalnız gəlir vergisinə cəlb edilən dövriyyə ilə məhdudlaşdırmış və gəlir vergisinə cəlb edilən illik dövriyyəsinin 200 000 manatdan az olmasına istinad edərək mikro sahibkarlara gəlir vergisi üzrə tətbiq edilən güzəşti özünə aid etmişdir (iddiaçının hazırda daşıma xidmətindən əldə etdiyi gəlir 15000 manatdır, lakin onun mövqeyinə əsasən daşıma xidmətindən əldə etdiyi gəlir 100.000 manat olsa belə, nə qədər ki, həmin xidmətə görə o gəlir vergisi ödəmir, deməli, o mikro sahibkar hesab olunmalıdır). Qanunvericiliyin tələbindən göründüyü kimi iddiaçının daşınma xərci kimi əldə etdiyi 15000 manat Vergi Məcəlləsinin 221.1-ci maddəsinə uyğun olaraq Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq edilməməli və Məcəllənin 221.4-cü maddəsinin tələblərinə uyğun olaraq müstəqil formada bəyan edilməli və müəyyən edilmiş məbləğdə vergi ödənilməlidir. Hesab ına avans kimi daxil olmuş 5000 manatlıq məbləğ tərəflər arasında bağlanmış müqavilə öhdəliklərindən imtina edildiyindən iddiaçı satdığı malı qarşı tərəfə təqdim etməmiş və bunun nəticəsi olaraq da qarşı tərəf iddiaçıya ödədiyi 5000 manatlıq məbləği geri tələb etmişdir. Belə halda sözügedən 5000 manatlıq məbləğin hesabat ili üçün nəzərdə tutulmuş illik gəlir Bəyannaməsinə daxil edilməsi əsassızdır. Bundan başqa, vergi orqanına etdiyi sorğu əsasında vergi orqanı mübahisələndirdiyi əməliyyatlar üzrə vergi borcunun yaranmaması barədə cavab vermişdir. X2 canlı iclasında da bu barədə məlumat versə də, nəzərə alınmamışdır. Belə ki, Lokal Gəlirlər Baş İdarəsinin cavab məktubu ilə də iddiasının əsaslı olması təsdiq edilir. Həmin məktubla xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq ona yazılı izah edilmişdir ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında” qəbz əldə etməklə yük daşıma fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu fəaliyyətdən əldə olunan gəlirlər vergi ödəyicisinin dövriyyəsinə daxil edilmir və mikro sahibkarlıq meyarına aid edilmir.
8. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində elektron qaimə-faktura əsasında satılmış malların (işlər, xidmətlər) dəyəri 212990,77 manat müəyyən edildiyindən vergi ödəyicisinin mikro sahibkarlıq subyektindən istifadə hüququ olmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2022-ci il tarixli **********1201 00 nömrəli “Elektron kameral üçün uyğunsuzluq” məktubu göndərilmiş və müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin, ətraflı izahat məktubu və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin, ətraflı izahat məktubu və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən 16927,38 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********830300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı göndərilmişdir. Fərdi sahibkar tərəfindən 2019-cu il ərzində mişar daşının satışı ilə bağlı dəyəri 197990,77 ma nat və mişar daşının daşınması ilə bağlı isə 15000,0 manat təşkil etməklə ümumilikdə 212990,77 manat (ƏDV-siz) elektron qaimə fakturaların təqdim edildiyi müəyyən edilmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2019-cu il ərzində mişar daşının Beyləqan rayonuna daşınması ilə əlaqədar "xxxx" MMC-yə (VÖEN: **********) 15000,0 manat, mişar daşının satışı ilə bağlı "xxxx" MMC-yə (VÖEN: **********) 38540,32 manat, “X1” MMC-yə (VÖEN: **********) 45372,9 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 21000,0 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 19375,0 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 10000,2 manat, "xxxx" ASC-yə (VÖEN: **********) 34702,35 manat və "xxxx" MMC-yə (VÖEN: **********) 29000,0 manat, ümumilikdə 212990,77 manat (ƏDVsiz) məbl əğində elektron qaimə-fakturalar təqdim edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Meyarlara əsasən mikro sahibkar işçilərin sayı 10-dək, illik gəliri 200 min manatədək olan, kiçik sahibkar işçilərin sayı 11-50, illik gəliri 3 milyon manatadək, orta sahibkar isə işçilərinin sayı 51-250, illik gəliri 3-30 milyon manat olan sahibkarlardır. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aiddir. Göründüyü kimi, normaya əsasən vergi ödəyicisinin müəyyən sahibkarlıq subyekti kateqoriyasına aidiyyətini müəyyən etmək üçün onun (ödəy icinin) gəlirinin hansı vergiyə cəlb edilməsinin hər hansı əhəmiyyəti yoxdur. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Fərdi sahibkar tərəfindən 2019-cu il ərzində 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaiməfakturaların təqdim edildiyi, fərdi sahibkar tərəfindən müvafiq dövr ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini nəzərə alaraq İqtisadiyyat Nazirliyi ya nında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********830300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. İddiaçı eyni predmet barəsində daha əvvəl məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6641/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-642/2024 nömrəli qərarı ilə (hakim: A.M.Almazova) iddia təm in edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********830300 saylı qərarı ləğv edilmişdir
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-yə göstərdiyi yük daşıma xidmətinə görə 15000 manat məbləğində gəlir əldə etmiş, həmin gəliri ilə bağlı sadələşdirilmiş vergi bəyənnaməsi təqim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mikro sahibkarlıq subyekti hesab edilməklə mikrosahibkara gəlir vergisi üzrə tətbiq edilən güzəşt ona tətbiq edilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin ol unmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova (sədrlik edən); R.Ə.Səmədov və E.Ə.Əliyev) xx.xx.2025-ci il tarixli, 2-1(103)-355/2025 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2024 saylı 26 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti apellyasiya ş ikayətinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində elektron qaimə-faktura əsasında satılmış malların (işlər, xidmətlər) dəyəri 212990,77 manat müəyyən edildiyindən vergi ödəyicisinin mikro sahibkarlıq subyektindən istifadə hüququ olmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2022-ci il tarixli **********120100 nömrəli “Elektron kameral üçün uyğunsuzluq” məktubu göndərilmiş və müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin, ətraflı izahat məktubu və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Qeyd edilmiş və digər sənədlər təqdim edilmədiyin dən 16927,38 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********830300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı göndərilmişdir. Fərdi sahibkar tərəfindən 2019-cu il ərzində mişar daşının satışı ilə bağlı dəyəri 197990,77 manat və mişar daşının daşınması ilə bağlı isə 15000,0 manat təşkil etməklə ümumilikdə 212990,77 manat (ƏDV-siz) elektron qaiməfakturaların təqdim edildiyi müəyyən edilmişdir. Məhkəmələr iddianı təmin edərkən iş materiallarında olan xx.xx.2019-cu il tarixli aktda olan iddiaçının "xxxx" MMC-yə göstərdiyi yük daşıma xidmətinə görə, 15000 manat məbləğində gəlir əldə etməsini, həmin gəlir ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməsi göstərmişdir. Halbuki, işin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, iddiaçı Fərdi sahibkar tərəfindən 2019-cu il ərzində mişar daşının satışı ilə bağlı dəyəri 197990,77 manat və mişar daşının daşınması ilə bağlı isə 15000,0 manat təşkil etməklə ümumilikdə 212990,77 manat (ƏDVsiz) elektron qaimə fakturaların təqdim edildiyi müəyyən edilmişdir. İndiki halda isə, işin mübahisələndirilməyən halıdır ki, iddiaçının topdan satış kimi təqdim etdiyi qaimələrin dəyəri 197990,77 manatdır və bu onun məcəlləyə əsasən elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcminin 30 faizlik həddini keçmişdir – bu da dəlalət edir ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmişdir. Məhkəmənin unutduğu Vergi Məcəlləsinin xx.xx.2023-cü il dəyişikliyə qədər olan 218.4-cü maddəsinin redak siyası belədir: 218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər; - bu maddənin tələbindən görüldüyü kimi, daşıma mütləq qaydada sərnişin (fiziki şəxslərin) daşınması fəaliyyəti ilə bağlı olmalıdır, iddiaçının "xxxx" MMC-yə mişar daşımasına görə, və bu maddənin təsiri altına düşmədiyindən dolayısı ilə həmin dövriyyə hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq edilməməli və Məcəllənin 221.4-cü maddəsinin tələblərinə uyğun olaraq müstəqil formada bəyan edilməli v ə müəyyən edilmiş məbləğdə vergi ödənilməlidir. Lakin, hər iki məhkəmə məcəllənin bu maddələrini görməzdən gələrək, əsassız və ədalətsiz qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə
23. Vergi orqanlarının hüquqları... 23.1.1. vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə
106. Azadolmalar və güzəştlər 106.1. Vergidən azaddır:... 106.1.20. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;... Maddə
129. Vergi ili Vergi ili təqvim ili sayılır. Maddə
149. Bəyannamənin verilməsi... 149.2. Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər.... 218.4.1. (28 dekabr 2023-cü ilədək qüvvədə olan redaksiyasına əsasən) Bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları mü qavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər adələşdirilmiş verginin ödəyiciləridir. 221.6. Bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfin dən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şik ayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli h üquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Bundan başqa, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Hazırda iddiaçının hüquqi marağı məhz cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci i l tarixli **********830300 nömrəli qərarın ləğvinə yönəlmişdir.
25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 2019-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində elektron qaimə-faktura əsasında satılmış malların (işlər, xidmətlər) dəyəri 212990,77 manat müəyyən edildiyindən iddiaçıya kənarlaşmalar qeydə alınaraq 16927,38 manat əlavə vergi hesablamışdır. İddiaçı yük daşıma fəaliyyətini həyata keçirən şəxs olaraq tərəfindən bu fəaliyyətdən əldə olunan gəlirləri vergi ödəyicisi kimi bəyan etdiyi dövriyyəsinə daxil etməmiş və onun həmin daşıma fəaliyyətindən əldə etdiyi gəlirlər olmadan dövriyyəsi 2019-cu il üçün təqdim etdiyi gəlir vergisi bəyannaməsində 2019-cu il üçün gəlir məbləği 197990,77 manat olmuşdur.
26. Cavabdeh tərəf indən İddiaçı “yükdaşıma fəaliyyəti üzrə əldə olunan gəlirlərin mikro sahibkarlıq subyekti meyarına aid edilib-edilməməsi” haqqında müraciətinə verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə yük daşıma fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu fəaliyyətdən əldə olunan gəlirlər vergi ödəyicisinin dövriyyəsinə daxil edilmir və mikro sahibkarlıq subyekti meyarına aid edilmir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102.1.30-cu və 221-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları ilə tənzimlənir.
27. Nazirlər Kabinetinin 21 deka br 2018-ci il tarixli 556 nömrəli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200000 manat və az olan şəxslər mikro sahibkarlıq hesab olunur.
28. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin iddiaçının mikro sahibkarlıq subyekti hesab edilməklə mikrosahibkara gəlir vergisi üzrə tətbiq edilən güzəştin ona tətbiq edilməsi barədə mövqeyini əsaslı hesab edir.
29. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-355/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.