Məhkəmə qərarları › İş №2-1(102)-1835/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1835/2024

24.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1835/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: dayandırılmış Prezident təqaüdün bərpa edilməsi və şəhid ailəsi statusunun qüvvədə olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2007-ci il tarixdən dayandırılmış “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin həmin tarixdən bərpa edilməsi və ödənilməmiş təqaüd məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-49/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1995-ci il tarixli 495666 nömrəli ölüm haqqında şəhadətnamə əsasən müəyyən edilir ki, 1964-cü il təvəllüdlü X6 xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

2. X4 arvadı İddiaçı Yevlax rayon Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin 180240 nömrəli qərarı ilə xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. 3. xx.xx.2007-ci il tarixdən iddiaçıya təyin edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” dayandırılmışdır.

4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək dayandırılmış təqaüd məbləğinin birdəfəlik qaytarılması, təqaüdün və digər növ təminatların bərpa edilməsini xahiş etmişdir.

5. Cavabdeh 20 may 2023-cü il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, X4 şəhid statusunu təsdiq edən sənəd təqdim edilmədiyindən ərizəçi İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2007-ci il tarixdən dayandırılmış təqaüd məbləğinin birdəfəlik qaytarılması, təqaüdün və digər növ təminatların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X6 hərbi xidmət zamanı xx.xx.1995ci il tarixdə vəfat et mişdir. Qanuna müvafiq olaraq ona şəhid statusu verilmiş və eyni zamanda o, şəhid ailəsi statusu əldə etmişdir. Lakin 2007-ci ildə pensiya idarəsindən zəng olunaraq pensiyanın dayandırıldığı bildirilmişdir. Bununla bağlı dəfələrlə müxtəlif instansiyalara müraciət etmişdir. Verilən cavablarda ərinin özünəqəsd edərək həlak olması əsas gətirilərək verilən təminatların dayandırıldığı qeyd olnmuşdur. Halbuki, hal-hazıradək şəhid statusunun ləğv edilməsi barədə heç bir məlumat verilməmişdir. Mərhum ərinin ölüm haqqında xx.xx.1995-ci il tarixli şəhadətnaməsində, ölüm qeydi haqqında xx.xx.1995-ci il tarixli şəhadətnamədə, Yevlax Şəhər Hərbi Komissarlığının arayışlarında onun Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə həlak olması qeyd olunmuş və dövlət qurumları bu hüquqmüəyyə ndici sənədlər əsasında ona şəhid statusu vermişdir. Eyni zamanda onun nəşi Yevlax şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə edilən çoxsaylı müraciətlərə cavab məktublarında mərhumun özünəqəsd etdiyi faktı əsas gətirilmişdir. Bu səbəbdən Füzuli Hərbi Prokurorluğuna müraciət edərək A.Fəttayevin özünəqəsd faktı ilə bağlı cinayət işinin başlanıb-başlanmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, X6 ilə bağlı Füzuli Hərbi Prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və material araşdırılmamışdır. Dövlət Sosial Müdafiə X15 Şəxsi 3 saylı X12 Filialı xx.xx.2023-cü il tarixli məktubunda X4 şəhidlik statusunun xx.xx.2007-ci il tarixdən ləğv ol unduğunu və həmin tarixdən Şəhid ailələri üçün verilən təqaüdün dayandırıldığını bildirmişdir. Cavabdehin imtinası sadəcə qanunvericiliyin sadalanmasından ibraətdir ki, həmin normaların onun müraciətinə heç bir aidiyyəti yoxdur. Belə ki, cavabdeh şəhid ailəsi statusunu təsdiq edən sənədlərin təqdim olunacağı halda ərizəyə baxılacağını bildirir. Halbuki onun şəhid ailəsi statusu mövcuddur və onun ləğvi barədə heç bir aidiyyəti səlahiyyətli qurumun ləğv edilməsi barədə qərarı yoxdur.

8. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı Yevlax rayon Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin 180240 nömrəli qərarı ilə 01.01 2007-ci il tarixdən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilmişdir. İş materiallarında olan N sayl ı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 674 nömrəli çıxarışından göründüyü kimi X6 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğuna görə taborun şəxsi heyətinin siyahısından çıxarılmışdır. Yevlax rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli, 1030 nömrəli məktubundan görünür ki, Yevlax şəhər sakini 1964-cü il təvəllüdlü X6 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğundan “şəhid” statusunun verilməsi mümkün deyildir. Həmçinin, məktubda xx.xx.2007-ci il tarixdən Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün dayandırılması qeyd edilmişdir. Belə olan halda İddiaçı Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi mümkün deyildir.

9. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, “xx.xx.2007-ci il tarixdə n dayandırılmış təqaüd məbləğinin həmin tarixdən bərpa edilməsi və ödənilməmiş “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli protokolu qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü tarixli, 2-1(116)-2162/2023 saylı qərarı ilə (hakim X7) iddia təmin edilmiş, İddiaçı xx.xx.2007-ci il tarixdən dayandırılmış “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin həmin tarixdən bərpa edilməsi və ödənilməmiş təqaüd məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh “Azərbaycan Respubl ikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, X4 şəhid olması barədə arayış ləğv edilmədiyindən, iddiaçı, xx.xx.2007-ci il tarixdən dayandırılmış təqaüd məbləğinin həmin tarixdən bərpa edilməsini və ödənilməmiş “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin birdəfəlik ödənilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

13. Cavabdeh apelyasiya şikayəti qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-49/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X5 və X9) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü tarixli, 21(116)-2162/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təs diq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"na istinad edilərək bildirilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

18. Belə ki, iş materiallarında olan Yevlax rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli, 1030 nömrəli məktubundan görünür ki, Yevlax şəhər sakini 1964-cü il təvəllüdlü X6 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğundan “şəhid” statusunun verilməsi mümkün deyildir. Həmçinin, məktubda xx.xx.2007-ci il tarixdən Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün dayandırılması qeyd edilmişdir. Belə olan halda İddiaçı ödənilən təqaüd xx.xx.2007-ci il tarixdən dayandırılmışdır.

19. Yuxarıda qeyd olunanlara baxmayaraq həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozularaq şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezident təqaüdü məbləğinin ödənilməsi qərara alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə

8. Bu Qanunun tətbiqi ilə əlaqəd ar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları":

1. Şəhid anlayışı 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.

3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət müha fizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhad ətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağır ış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərd ə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. A pellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. İş materialları ilə müəyyən edilir ki, 1964-cü il təvəllüdlü X6 N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 385 №-li əmrilə 5-ci taborun əsgəri vəzifəsinə təyin edilərək şəxsi heyətin siyahısına salınmış, xx.xx.1995-ci il tarixdə isə həlak olmuşdur.

31. Tərtib edilmiş ölüm haqqında şəhadətnamədə X4 Azərbaycan Respublikası suverenliyi u ğrunda gedən döyüşlərdə həlak olması qeyd edilmişdir. Həmçinin Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1996-cı il tarixli, 2028 nömrəli arayışında X4 xx.xx.1995ci il tarixdə Azərbaycan Respublikası suverenliyi uğrunda gedən döyüşlərdə (Fizuli bölgəsi) həlak olması barədə məlumat göstərilmişdir.

32. Eyni zamanda Yevlax şəhər Hərbi Komissarlığı tərəfindən iddiaçıya verilmiş, xx.xx.1998-ci il tarixli 672 nömrəli arayışda X4 Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olması öz əksini tapmış, həmin arayışın verilməsinə əsas olaraq N saylı hərbi hissənin bildirişi göstərilmişdir. Həmin arayışa əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən şəhid X4 anasına şəhid ailəsi vəsiqəsi verilmişdir

33. Beləliklə, məhkəmə kollegiyası qeyd edir k i, X4 Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olması Yevlax şəhər Hərbi Komissarlığı tərəfindən iddiaçıya verilmiş, xx.xx.1998-ci il tarixli 672 nömrəli arayışla sübuta yetirilir. Bundan əlavə iddiaçıya şəhid ailəsi kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”-nın 4.2-ci bəndinə uyğun olaraq Yevlax rayon ƏSM mərkəzi tərəfindən xx.xx.1995-ci il tarixdə 008483 nömrəli vəsiqə də verilmişdir.

34. Cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, Yevlax rayon Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin 180240 nömrəli qərarı ilə xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilsə də, xx.xx.2007-ci il tarixindən müavinətin ödənilməsi dayandırılmışdır. Dayan dırmaya əsas Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yevlax rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli 1030 nömrəli məktubu olmuşdur.

35. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yevlax rayon Hərbi Komissarlığı məktubla Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət edərək bilmişdir ki, X4 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğundan o şəhid hesab edilə bilməz.

36. Lakin məhkəmə kollegiyası yuxarıda qeyd edilən sənədlərə istinad edərək bildirir ki, iddiaçıya verilmiş şəhid ailəsi statusu ləğv edilməmişdir və hazırda da qüvvədədir.

37. Odur ki, iddiaçının şəhid ailəsi statusu ləğv edilmədiyindən həmin statusdan irəli gələn imtiyazlardan da istifadə hüququ qalmaqda davam edir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edi lməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-49/2024 nömrəli, 29 fevral 2024-cü il qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar