Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1836/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, malın bazar qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilə r İdarəsinə qarşı “cavabdehin **********158709 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2-1(107)-142/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151889 nömrəli qərardan görünür ki, iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.8ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2019-noyabr 2021-ci il üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara a lınmışdır.
2. Yoxlamanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli, **********154552 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmişdir.
3. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********158709 nömrəli qərarından görünür ki, iddiaçıya 2019-cu ilin ƏDV üzrə 62326,07 manat, 31163,04 manat maliyyə sanksiyası; 2020-ci ilin ƏDV üzrə 1221,66 manat, 610,83 manat maliyyə sanksiyası; 2019cu ilin gəlir vergisi üzrə 85102,38 manat, 42551,19 manat maliyyə sanksiyası; 2020-ci ilin gəlir vergisi üzrə 311,99 manat, 156,00 manat maliyyə sanksiyası; 2019-cu ilin MDSS – ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul ola n fiziki şəxslər üzrə 180,00 manat, 90,00 manat maliyyə sanksiyası; 2019 və 2020-ci illər üzrə vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 120,00 manat maliyyə sanksiyası hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********158709 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********158709 nömrəli qərarına əsasən, vergi ödəyicisi İddiaçı gəlir vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2019-cu il üzrə 85102,38 manat (səksən beş min yüz iki manat, 38 qəpik), 2020-ci il üzrə 311,99 manat (üç yüz on bir manat, 99 qəpik) və cəmi 85414,37 manat (səksən beş min dörd yüz on dörd manat, 37 qəpik) azaldılmasına, əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2019-cu il ərzində 62326,07 manat (altmış iki min üç yüz iyirmi altı manat, 07 qəpik) və 2020-ci il ərzində 1221,66 manat (min iki yüz iyirmi bir manat, 66 qəpik), cəmi 63547,73 manat (altmış üç min beş yüz qırx yeddi manat, 73 qəpik) azaldılmasına, sadələşdirilmiş verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2019-cu il ərzində 91,33 manat (doxsan bir manat, 33 qəpik) artıq hesablanmasına, MDSS - Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə hesablanmalı olan sığorta məbləğinin 180,00 manat (yüz səksən) azaldılmasına, ümumilikdə vergilərin 148962,10 manat (yüz qırx səkkiz min doqquz yüz altmış iki manat, on qəpik) azaldılmasına və yayındırılmasına, 91,33 manat (doxsan bir manat, 33 qəpik) vergilərin isə artıq hesablanmasına, nəticədə 148870,77 manat (yüz qırx səkkiz min səkkiz yüz yetmiş manat, yetmiş yeddi qəpik) vergilərin azaldılmasına, məcburi dövlət sosial sığorta haqlarının 180,00 manat (yüz səksən) azaldılmasına və yayındırılmasına yol verilmişdir. Vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları isə 74691,06 manat (yetmiş dörd min altı yüz doxsan altı manat, 06 qəpik) müəyyən edilmişdir. Tətbiq olunmuş maliyyə sanksiya ları əsassızdır və aşağıdakı əsaslara görə ləğv edilməlidir. 10 saylı Ərazi Vergilər İdarəsi ilə "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti arasında bağlanmış müqaviləyə və ekspert ayrılması barədə 10 yanvar 2022-ci il tarixli, ********** 153396 saylı qərara əsasən səyyar vergi yoxlaması zamanı ortaya çıxan sualların aydınlaşdırılması üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinə İddiaçı satdığı malların bazar qiymətinin müəyyən edilməsi tapşırılmışdır. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin eksperti tərəfindən 10 yanvar - 13 aprel 2022-ci il tarixlərində həyata keçirilən ekspertizanın nəticəsinə əsasən həm satılan meyvə-tərəvəz məhsullarının, həm də digər ərzaq məhsullarının ümumi dəyəri müəyyən edilmişdir. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin 13 ap rel 2022-ci il tarixli rəyinə əsasən, İddiaçı satdığı meyvətərəvəz məhsullarının manatla ƏDV-li ümumi dəyəri 3030791,30 manat (üç milyon otuz min yeddi yüz doxsan bir manat, otuz qəpik) müəyyən edilmişdir. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin 13 aprel 2022-ci il tarixli rəyinin İddiaçı satdığı meyvə tərəvəz məhsullarının manatla ƏDV-li ümumi dəyəri 3030791,30 manat (üç milyon otuz min yeddi yüz doxsan bir manat, otuz qəpik) müəyyən edilməsi hissəsi ilə iddiaçı razılaşmır, belə ki, ümumi məbləğ həddindən artıq şişirdilmişdir və bu rəy əsasında yazılmış maliyyə sanksiyaları əsassızdır. Ekspert rəyi İddiaçı satdığı meyvə-tərəvəz məhsullarının manatla ƏDV-li ümumi dəyəri 3030791,30 manat (üç milyon otuz min yeddi yüz doxsan bir manat, otuz qəpik) müəyyən edilməsi hissəsində yanlı şlığa yol vermişdir. Çünki ekspert aşağıda qeyd edilən vacib nüansları nəzərə almamışdır. Meyvə-tərəvəz ərzaq mallarının bazar qiyməti müəyyən edilən zaman nəzərə alınmalıdır ki, onların satıcı tərəfindən satılmağa başladığı ilk gün ilə növbəti günlər arasında qiymət fərqi olur. Belə ki, bu tip ərzaq malları satılan zaman ilk günə nisbətdə sonrakı günlərdə satıcı malı alıcılara daha aşağı qiymətlə təklif edir. Çünki müvafiq meyvə-tərəvəz növündən olan ərzaq malları ilkin təzəliyini və təravətini daha çox qoruya bilmir, qısa müddətdə xarab olma ehtimalları yüksək olur. Növbəti vacib məsələ isə odur ki, ekspert öz rəyində ekspertizanın 10 yanvar – 13 aprel 2022-ci il tarixlərində həyata keçirilməsini qeyd etsə də, bu müddətdə məsulların xarab olma ehtimalını, qiymətlərin enməsini nəzərə alma dan əsassız şəkildə yüksək məbləğlər müəyyən etmişdir. Malların bazar qiyməti müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən amillərə aşağıdakılar aiddir: mallara tələb və təklifin dəyişməsi; malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi. Ekspert öz rəyində bu amilləri qeyd etsə də, tədqiqat aparılan zaman bu halları nəzərə almamışdır və vergi orqanı da əsassız bir rəy əsasında maliyyə sanksiyaları tətbiq etmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, xx.xx.2021-ci il tarixli **********151889 nömrəli qərarına əsasən iddiaçıda Vergi Məcəlləsinin 38.3.8-cü maddəsinə əsasən (vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək olan dövrü əhatə edən vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 23-cü və 38-ci maddələrinə əsasən vergi ödəyicisi üzrə keçirilən səyyar vergi yoxlaması üzrə yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, malların təqdim edilməsi ilə bağlı əməliyyatların yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün müddətin artırılması zərurətini nəzərə alaraq xx.xx.2022-ci il tarixli **********153334 nömrəli qərar ilə səyy ar vergi yoxlamasının müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artırılmışdır. Səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə (vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların bazar qiymətinin müəyyən edilməsi) üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspert dəvət olunması zərurəti yaranmışdır. Odur ki, vergi ödəyicisinin satdığı malların bazar qiymətini müəyyən etmək üçün Vergi Məcəlləsinin 23-cü və 44-cü maddələrinə uyğun olaraq xx.xx.2022-ci il tarixli **********153396 nömrəli ‘‘Ekspertin dəvət edilməsi haqqında Qərar”ına əsasən "xxxx" MMC-nin eksperti dəvət edilmişdir. Ekspert Vergi Məcəlləsinin 44.2-ci maddəsinə uyğun olaraq müqavilə əsasında dəvət olunmuşdur. Ekspert tərəfindən xx.xx.2022-ci il tarixli *** *******165100 nömrəli rəy təqdim edilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixli **********153618 nömrəli qərarla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli **********155317 nömrəli qərarla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli **********156221 nömrəli qərarla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ekspert tərəfindən rəy təqdim olunmadığına görə Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən dayandırılmışdır. Gəlir vergisinin yoxlanılması üzrə Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu il üzrə gəlir vergisi bəyannaməsində gəlirlərin məbləği 2226325,08 manat, xərclərin məbləği 2223073,47 manat vergiyə cəlb olunan gəliri 3251,61 manat, gəlir vergisinin 650,32 manat olduğu göstərilmiş dir. 2020-ci il üzrə gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Lakin yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu il gəlir vergisi bəyannaməsində vergiyə cəlb olunan ümumi gəlirlərin 346255,93 manat azaldıldığı, ümumi xərclərin isə 79255,96 manat artıq göstərildiyi aşkar edilmişdir. Vergi ödəyicisinə sənədlərin təqdim edilməsi barədə tələbnamə təqdim edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilməmişdir. 2019 və 2020-ci il üzrə gəlir vergisinin yoxlanılması zamanı DVX-nin baza məlumatlarına əsasən vergi ödəyicisinin gəlir və xərcini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan səbəblərdən vergi ödəyicisinin gəlirlərinin müəyyən edilməsi üçün ekspert dəvət olunmuşdur və ekspert tərəfindən təqdim edilmiş xx.xx.202 2-ci il tarixli **********165100 nömrəli rəyə əsasən vergi ödəyicisinin gəlirləri müəyyən edilmiş və şərti rentabellik norması əsasında onun ekspert tərəfindən müəyyən olunan ümumi gəliri Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na uyğun olaraq aşağıdakı şərti üsulla gəlirlər əsasında müəyyən edilmiş və həmin gəlirdən birbaşa vergi hesablanmışdır. 2019-cu il üzrə cəmi gəlirlər – 2572581,01 manat, cəmi xərclər – 2143817,51 manat, şərti rentabellik - 20%, gəlir – 428763,50 manat, gəlir vergisi – 85752,70 manat. 2020-ci il üzrə: cəmi gəlirlər – 6786,98 manat, cəmi xərclər – 5227,03 manat, şərti rentabellik - 20%, gəlir – 1559,95 manat, gəlir vergisi – 311,99 manat. Yekun olaraq 2019 və 2020-ci ildə 86064,69 manat vergi məbləği və eyni zamanda Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50%i yəni 43032,34 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. ƏDV-nin hesablanmasının düzgünlüyünün yoxlanılması Yoxlamanın əhatə etdiyi dövrün ayrı-ayrı hesabat aylarında büdcəyə ödənilməli ƏDV-nin 63547.73 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilməmişdir. Vergi ödəyicisinin aldığı mallar DVX-nin baza məlumatlarına əsasən müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən malların hansı qiymətlərlə təqdim edildiyi barədə hər hansı bir məlum at əldə etmək mümkün olmamışdır. Vergi ödəyicisinin qeydiyyatda olan NKA-sı olmamış və ya hər hansı qaiməfaktura ilə malların təqdim edilməsi halına rast gəlinməmişdir. Bu səbəbdən alınmış malların satışı üzrə bazar qiymətinin müəyyən edilməsi üçün Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq ekspert dəvət edilmişdir. Ekspert tərəfindən yoxlamaya təqdim edilən rəyə əsasən xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixə qədər təqdim etdiyi dövriyyə məbləği (2572581,01 manat) ilə vergi ödəyicisinin həmin dövr üzrə göstərdiyi dövriyyə (2226325,08 manat) arasında 346256,01 manat fərq yaranmışdır. Həmin fərq vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində bəyan edilmiş dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisinə uyğun olaraq hesablanmışdır. Vergi ödəyici si tərəfindən 2019-cu il mart ayı üzrə 1711944,08 manat dövriyyə məbləği göstərilmişdir, lakin mart ayı üzrə ekspertin rəyinə əsasən satılmış malların bazar qiymətinin dəyəri 1978199,35 manat təşkil etdiyi müəyyən edilib ƏDV bəyannaməsinə əlavə edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il aprel ayı üzrə 425596,0 manat dövriyyə məbləği göstərilmişdir, lakin aprel ayı üzrə ekspertin rəyinə əsasən satılmış malların bazar qiymətinin dəyəri 491788,10 manat təşkil etdiyi müəyyən edilib ƏDV bəyannaməsinə əlavə edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il may ayı üzrə 88785,0 manat dövriyyə məbləği göstərilmişdir, lakin may ayı üzrə ekspertin rəyinə əsasən satılmış malların bazar qiymətinin dəyəri 102593,55 manat təşkil etdiyi müəyyən edilib ƏDV bəyannaməsinə əlavə edilmişdir. Nəticədə v ergi ödəyicisi tərəfindən 2019-cu il üzrə 62326,08 manat ƏDV-nin az hesablandığı müəyyən olunmuşdur. Yoxlama ilə 62326,08 manat azaldılmış ƏDV məbləği hesablanmışdır. Həmçinin Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında yəni 31163,04 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 4717,54 manat məbləğində eqaimə əldə edilmiş, lakin heç bir dövriyyə bəyan etməmişdir. Eyni zamanda 2020-ci il üzrə 509,7 manat məbləğində e-qaimə əldə etmiş, lakin heç bir dövriyyə bəyan etməmişdir. Vergi ödəyicisi hər hansı bir mal qalığı olmaması haqqında izahat təqdim etmişdir. Nəticədə vergi ödəyicisində əksik gələn malları VM-nin 67.15-ci maddəsinə əsas ən vergi ödəyicisinin ƏDV-nin ödəyicisi olduğu sonuncu aya dövriyyə kimi əlavə edilmişdir. Vergi ödəyicisi 2020-ci il mart ayı ƏDV bəyannaməsində hesablamalı olduğu 1221,66 manat əlavə dəyər vergisini az hesablamışdır və eyni zamanda 1221,66 manat kənarlaşmanın 50%-i məbləğində 610,83 manat maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur. Ümumilikdə yoxlamanın əhatə etdiyi dövr ərzində 63547,73 manat ƏDV məbləği hesablanmış, həmçinin Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 31773,43 manat maliyyə sanksiyası hesablanması təklif olunmuşdur. Muzdla işləyənləri işə götürən sığortaedənlər hesabatlarının yoxlanılması üzrə Vergi ödəyicisinin yoxlanılan dövrdə 2019-cu ilin 2-ci rüb MDSS hesabatı üzrə 1-ci və 2-ci ayları üzrə MDSS hesablamı şdır, lakin vergi ödəyicisi 3-cü ay üzrə MDSS hesablamamışdır. Eyni zamanda 2019-cu ilin 3-cü rübünün 1-ci ayında sahibkarlıq fəaliyyəti olmasına baxmayaraq həmin dövr üzrə müvafiq bəyannamə təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, 2019-cu ilin 2-ci rübünün 3-cü ayı üzrə 90 manat, 2019-cu ilin 3-cü rübünün 1-ci ayı üzrə 90 manat MDSS və eyni zamanda yayındırılmış məbləğin 50% məbləğində, yəni 90 manat ((90+90)*50%) maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Eyni zamanda Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2019-cu ilin 3-cü rübü üzrə MDSS hesabatını təqdim etmədiyinə görə 40,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin yoxlanılması 2019-cu il üzrə təqdim olunmuş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində verginin hesablanmasının düzgünlüyü yoxlanılmışdır. Yoxlamanın əhatə etdiyi dövrdə yoxlanan şəxsin işçisi olmamış və muzdlu işlə əlaqədar hər hansı əmək haqqı hesablamamışdır, Vergi Məcəlləsinin 98.2.1-98.2.7-ci mədələrində göstərilən muzdlu işlə əlaqədar digər ödəmələr verilməmişdir. Yoxlama ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesablanmasında heç bir kənarlaşma aşkar edilməmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin yoxlanılması 2020-2021-ci il üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri yoxlanılmış, həmin dövrlər üzrə bəyannamələr vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir. Vergi ödəyicisinin həmin dövrdə fəaliyyətini dayandırdığı üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanmasında heç bir kənarlaşma aşkar edilməmişdir. İddiaçının şikayətində göstərdiyi dəlillər tam əsassızdır, heç bir hüquqi əsası yoxdur. Vergi orqanı səyyar vergi yoxlamasını Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarının tələblərinə uyğun həyata keçirilməklə əlavə vergi hesablamışdır.
7. Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2-1(116)-19/2024 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********158709 nömrəli qərarı ƏDV (cəmi: 95321,16 manat) və gəlir vergisinin hesablanmasına (cəmi: 129097,03 manat) aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yoxlama ilkin olaraq 30 gün müddətinə təyin edilmiş, 2 dəfə 30 (31) iş günü müddətinə uzadılmış, 46 gün müddətində isə dayandırılmışdır. Bütövlükdə yoxlama cəmi 106 iş gününü əhatə etmişdir. Halbuki, VM-nin 38.2-ci maddəsinin tələbinə görə səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gün ünə qədər artırıla bilər. Bundan başqa, hazırkı iş üzrə cavabdeh inzibati orqan vergilərin hesablanması zamanı bazar qiymətini nəzərə alması barədə gəldiyi nəticə Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələblərinə zidd olmuş, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilməməsi ilə bağlı müddəa bazar qiymətinin nəzərə alınması üçün qanunda nəzərdə tutulmamışdır. 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 14.3.6-cı maddə (vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda)) əlavə edilmişdir. Lakin bu dəyişiklik 1 yanvar 2023-cü il tarixdən qüvvəyə mindiyinə görə hazırkı işə tətbiq edilməsi yolverilməzdir. Hazırkı iş üzrə səyyar vergi yoxlaması aparılarkən qüvvədə olan vergi qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğini hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 14-cü maddəsinə görə, Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin müəyyən olunması nəticə vermədiyi təqdirdə, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 14-cü maddəsi ilə hər bir halda birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsi tələb olunmur. Vergi orqanı tərəfindən yuxarıda qeyd olunan tələblərə əməl edilməmiş, yoxlama başlanılan tarixdən ekspertizanın təyin olunması tarixinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə malların bazar dəyərinin müəyyən edilməsi istiqamətində əsaslı tədbirlər görülməmiş, yalnız ekspert rəyindən yararlanmış, ekspert tərəfindən oferta kimi təqdim edilmiş məlumatlar əsasında verilmiş rəyi mötəbər sübut kimi qiymətləndirmiş, ekspert tərəfindən təqdim edilmiş qiymətlər əsasında satış dövriyyəsi müəyyən edərək həmin dövriyyədən əlavə vergi hesablamış, ekspert rəyi əsasında bazar qiymətini müəyyən etməklə gəldiyi nəticəni qeyd edilən həcmdə məhsulun daxildə satılmasını təsdiq edən hər hansı sübutla əsaslandırmamışdır. Yoxla nılan dövr üzrə iddiaçının ümumi gəlirlərinin və gəlirləri ilə bağlı xərc sənədlərini təsdiq edən ilkin mühasibat sənədləri və digər zəruri sənədlər mübahisələndirilən qərar qəbul edilərkən, o cümlədən iş üzrə ekspertiza tədqiqatı aparılarkən təqdim edilməmişdir. Bununla belə iddiaçı barəsində səyyar vergi yoxlaması keçirilən zaman qüvvədə olan vergi qanunvericiliyinin tələbləri cavabdeh inzibati orqan tərəfindən gözlənilməmiş, vergilərin hesablanması zamanı bazar qiymətinin nəzərə alınmalı olduğu hallar iddiaçı barəsində mövcud olmadığı halda, habelə, cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan əlaqəli məlumatlardan istifadə etmək hüququ olduğu halda, cavabdeh əsassız olaraq bazar qiymətinə istinad etmiş, bu zaman Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələblərini pozm uş, birbaşa ekspertiza təyin etməklə bazar qiyməti əsasında satış dövriyyəsini müəyyən etməkdə səhvə yol vermişdir. Buna görə də, iddiaçı, ƏDV və gəlir vergisinə münasibətdə hesablanmış vergi borcunun ləğvini tələb etməkdə haqlı olmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2-1(107)-142/2025 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev – məruzəçi, V.Məlikov və T.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2-1(116)-19/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
14. Bazar qiyməti (xx.xx.2023-cü ilədək olan redaksiya) 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə tə klifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəz ərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. 14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır: 14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi); 14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; 14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması); 14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; 14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; 14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, ya xud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi; 14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. 14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında he ç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olma dıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. 14.6.5.1. alınmış malların (işlərin, xidmətləri n) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda; 14.6.5.2. malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda. 14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. 14.7. Hər bir tərəfin mal (iş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gediş ində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir. 14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. 14.9. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. 14.10. Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfin dən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Azərbaycan Respublikası Vergi Mə cəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur....
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş ha llarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkil də pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxış ının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikay ətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş qərarın qismən – ƏDV və gəlir vergisi hissəsində ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. A pellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, Vergi Məcəlləsinin 14.3-cü maddəsində (xx.xx.2023-cü ilədək olan redaksiyada) bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanmasının hansı hallarda həyata keçirilə bilməsi göstərilmişdir. Bu hallara aşağıdakılar aiddir: - barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; - təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; - 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; - müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; - daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müə yyən edilməsi zərurəti yarandıqda;
26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən cavabdeh ekspert rəyi əsasında iddiaçının apardığı satış üzrə satılan malın bazar qiymətini müəyyən etmiş, cavabdeh tərəfindən iddiaçının yoxlanılan dövr üzrə ƏDV və gəlir vergisinin hesablanmasında bazar qiyməti ilə bağlı araşdırma Vergi Məcəlləsinin 14cü maddəsinə, habelə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına uyğun aparılmamış, nəticə etibarı ilə cavabdeh iddiaçının yoxlanılan dövr üzrə ƏDV və gəlir vergisinin hesablanması ilə bağlı qanunvericiliyin tələbinə uyğun qərar qəbul etməmişdir.
27. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilmişdir ki, “...Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Avropa Məhkəməsi belə halın sübuta yetirilməsini vergidən yayınmanın baş verməsindən şübhələnmək üçün ciddi əsasların mövcudluğu ilə əlaqələndirərək, bunun qarşısını almaq məqsədilə Dövlətin ixtiyarında olan uyğun metodlar kimi ödənilməmiş ve rginin ödənilməsini təmin etmək üçün hüquqi icraatlara başlamanı və zərurət olduqda, vergi cərimələrinin tətbiqini misal gətirmiş, bu imkanlardan sistematik istifadənin cinayət təqibi təhlükəsi ilə birlikdə adekvat tədbir olacağını ifadə etmişdir (Hentrich Fransaya qarşı yuxarıda qeyd olunan qərar, § 47). Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, icarə münasibətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcudluğunu tələb edir. Belə ciddi əsasların mövcudluğunu təsdiq edə biləcək sübut etmə vasitələri ilə bağlı vergi orqanı, ilk növbədə, hər bir konkret işə onun fiziki, hüquqi və iqtisadi xüsusi hallarını nəzərə almaqla fərdi yanaşmalıdır. Bu məqsədlə vergi orqanı “İcarə haqqında” Qa nunun 8-ci maddəsinin 1-ci bəndində göstərilən hallar, yəni icarə ödənişinin məbləğinin icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirildiyi, eləcə də analoji vəziyyətdə olan dövlət və bələdiyyə əmlakına təyin edilmiş normativ hədləri baxımından çıxış etməlidir. Nəticədə vergi orqanı tərəfindən qəbul olunan qərarların qanuniliyi Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İnzibati icraat haqqında” Qanun) aşağıdakı müddəalarına, xüsusən bazar qiymətinin müəyyənləşdirilməsi üçün ümumi qaydanı təsbit etmiş Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə dəqiq riayət olunması ilə şərtləndirilir. Həmin normaya müvafiq olaraq bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu məqsədlə malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir (Vergi Məcəlləsinin 14.9-cu maddəsi). Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mən bələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilə n şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borclu olduğu nəzərdə tutulmuşdur. Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulmalı olan verginin müəyyən edilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilmə si barədə sübutlar vermək hüququ vardır. Həmçinin qeyd edilməlidir ki, qaldırılmış məsələ Avropa Şurasına üzv olan digər ölkələrdə də analoji qaydada həll olunmuş və bu barədə müvafiq ölkələrin məhkəmə təcrübəsi artıq formalaşmışdır. Məsələn, Fransa Respublikasının Kassasiya Məhkəməsi 19 dekabr 2000-ci il tarixli qərarında hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, təyin edilmiş məbləğ və ya qiymətləndirilmə onun bazar qiymətindən aşağı olduqda, müvafiq tutulmaların müəyyən edilməsinə əsas olmuş məbləğ və ya qiymətləndirilmənin yenidən hesablanmasını mümkün edən Vergi-Prosessual Məcəlləsinin L.17-ci maddəsi yenidən qiymətləndirilmə məqsədilə vergi orqanlarına yalnız bazar qiymətinə istinad etməsi üçün kifayətedici hüquqi əsası təşkil edir. Digər tərəfdən vergi ödəyicisi Vergi Məcəlləsi nin 67.1-ci maddəsində göstərilən verginin hesablanması məqsədilə vergi orqanı ilə əməkdaşlıq etməməyə və ya buna hətta maneə törətməyə yönəlmiş hərəkətlər etdikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri və həmin maddədə göstərilən digər əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, bu müddəanın tətbiqi Vergi Məcəlləsinin 14-cü maddəsindən fərqli olaraq icarə haqqı məbləğinin aşağı göstərilməsi hallarına aid deyil və vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə qanuni tələblər yerinə yetirilmədikdə, həyata keçirilən müstəqil vasitədir. Lakin hər bir halda, Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə almaq lazımdır ki, 1 saylı Pr otokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Bundan irəli gələrək, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin yuxarıda göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o cümlədən müqavilədə icarə məbləğinin aşağı olduğunu sübut edən sənədlərin göstərilməsi, habelə əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq olunan bazar qiymətinin Vergi Məcəlləsinin 49.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla əsaslandırılması tələb edilir. Yoxlanılan şəxs həmin inzibati hərəkətlə razılaşmadıqda, o cümlədən yeni ekspertizanın keçirilməsini tələb etməklə bazar qiymətinin düzgün hesablanmadığını və ya tətbiq edilmiş bazar qiyməti ilə razılaşaraq, ondan xüsusi və fərdi səbəblərdən kənara çıxdığını iddia etdikdə, öz mövqeyini əsaslandırmaqla Vergi Məcəlləsinin 62, 63 və “İnzibati icraat haqqında” Qanunun 72-ci maddəsinə müvafiq olaraq yuxarı vergi orqanına və ya məhkəməyə şikayət prosedurlarından istifadə edə bilər. Məhkəmə mübahisəsi ç ərçivəsində yoxlanılan şəxsin bu hüquqları vergi orqanını tətbiq edilmiş bazar qiymətinin düzgünlüyünü sübut etmək vəzifəsindən azad edə bilməz. Təsadüfi deyil ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr oldu qda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, məsələnin yuxarıda şərh edilən qaydada həlli, bir tərəfdən, Konstitusiyanın 73-cü maddəsinin tələb etdiyi kimi, qanunla müəyyən olunmuş vergiləri ödəmək öhdəliyinin şərtsiz icrasının təmin edilməsinə və vergi ödəyicilərinin bağladıqları müqavilələrin qiymətinin bazar qiymətinə uyğun hesablanması üçün şəraitin yaradılmasına xidmət edir, digər tərəfdən isə, bu istiqamətə yönəlmiş vergi orqanlarının hərəkətlərinin qanunsuzluğunu və əsassızlığını məhkəmə qaydasında sübut etmək imkanını Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq vergi ödəyicisinə təqdim edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə Vergi Məcəlləs inin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin tətbiqi Mülki Məcəllənin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən və digər bu kimi qanuni tələblər yerinə yetirilmədikdə, vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə verginin məbləği həmin maddəyə uyğun olaraq əlaqəli məlumatlardan istifadə olunmaqla hesablanır...”
28. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın bazar qiyməti ilə bağlı araşdırma Vergi Məcəlləsinin 14-cü maddəsinə, habelə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına uyğun aparılmadığından, satış qiyməti ilə bağlı cavabdehin dəlilləri əsaslı sayıla bilməz.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin apardığı yoxlama müddətinin 90 gündən çox olması əsası ilə qəbul etdiyi məsuliyyət qərarının qanunsuz olması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Səyyar vergi yoxlaması üzrə yoxlama müddətinə əməl olunmaması, məsuliyyət qərarının ləğvi üçün əsas ola bilməz.
30. Məhkəmə kollegiyası hesab edir ki, ƏDV və gəlir vergisinin hesablanmasına aid hissədə malın satış qiyməti qanunvericilikdə nəzərdə tutulan qaydada bazar qiymətinə uyğun müəyyən edilmədiyindən cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 21(107)-142/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.