Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1841/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kəşfiyyat subyektləri əməkdaşları üçün nəzərdə tutulmuş 3 illik kompensasiyanın ödənilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun xeyrinə kəşfiyyat subyektləri əməkdaşları üçün nəzərdə tutulmuş 3 illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehi n üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(103)-134N/N0N5 nömrəli N0 fevral N0N5-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hissənin 549 nömrəli 01 sentyabr N0N3-cü il tarixli arayışına əsasən sabiq hərbi qulluqçu ehtiyatda olan mahhxhq əsgər İddiaçı ondan ötrü ki, o, həqiqətən “Vətən müharibəsində” xx.xx.N0N0-xx.xx.N0N0ci il tarixlərdə Kəlbəcər rayonu istiqamətində N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstənin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır.
2. Azərbaycan Respubl ikası Müdafiə Nazirliyinin Hərbi Hissənin NN iyul N0N3-cü il tarixli NN7 nömrəli ehtiyatda olan hərbi qulluqçu mahhxhq əsgər İddiaçı ondan ötrü ki, həqiqətən Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N-ci il tarixli 04 nömrəli əmrinə əsasən “kəşfiyyat ixtisası” üzrə N-ci məharət dərəcəsi verilmişdir.
3. N nömrəli Hərbi Hissə Komandirinin 10 iyul N0N0-ci il tarixli 198 nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin komandirinin N iyul N0N0-ci il tarixli 0N7 əç nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N6-cı maddəsinin “a”, 1N-ci maddəsinin “b” və 33-cü maddəsinin “a” bəndlərinə müvafiq olaraq, Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində 04 may-N4 iyun N 0N0-ci il tarixlərdə keçirilən “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirmiş, müddətli həqiqi hərbi xidməti başa çatmış, N nömrəli hərbi hissənin aşağıda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Azərbaycan Ordusunda bağlaşma əsasında 3 il müddətinə “müddətdən artıq həqiqi hərbi xidmətə” könüllü qəbul edilməklə hərbi hissədə müvafiq vəzifələrə təyin olunsunlar və təyin olunduqları vəzifələrinin icrasına başlamış hesab olunsunlar. Əsgər İddiaçı 1-ci xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcısı vəzifəsindən -1-ci Xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcısı (HUİ-051) vəzifəsinə təyin edilmişdir.
4. N nömr əli Hərbi Hissə Komandirinin N7 sentyabr N0N0-ci il tarixli N76 nömrəli əmrindən çıxarışına əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli 01 nömrəli əmrinə müvafiq olaraq MAHHXHQ əsgər İddiaçı “C” taqımın N-cü manqasının heyət nəfəri-atıcısı hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırıqlarının icrası ilə əlaqədar döyüş təyinatı rayonuna çıxarılmış hesab edilmiş və ərazi çıxışında qazan təminatına qoyulmuşdur.
5. N nömrəli Hərbi Hissə Komandirinin N sentyabr N0N0-ci il tarixli N79 nömrəli əmrindən çıxarışına əsasən MAHHXHQ əsgər İddiaçı “F” dəstəsinin “C” taqımın N-cü manqasının heyət nəfəri-atıcısı, müalicəyə, N nömrəli hərbi hissəyə (Gəncə şəhəri) N sentyabr N0N0-ci il tarixdən getmiş hesab edilmişdir.
6. N nömrəli Hərbi Hissə Komandirinin N5 may N-ci il tarix li 149 nömrəli əmrindən çıxarışına əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcı, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 0N1 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyinə görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N-ci ilin növbəti məzuniyyəti (30 təqvim günü) verilməklə, N4 iyun N-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinə göndərilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarına əsasən N-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı ehtiyata buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmişdir.
7. N6 dekabr N0N0-ci il tarixli 15968 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası haq qında Əsasnaməyə müvafiq olaraq Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı N sentyabr N0N0-ci il tarixdə aldığı partlayış travması hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.
8. Cavabdehin 08 aprel N0N4-cü il tarixli imtina məktubuna əsasən “N nömrəli hərbi hissənin “C” taqımının heyət nəfəri - atıcısı” vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin N-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-N4 №-li, N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqəd ar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb kompensasiyanın ödənilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş illik kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MAHHXXHQ əsgər İddiaçı Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin (N nömrəli hərbi hissəsinin) N nömrəli hərbi hissəsinin xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı tağımın xüsusi təyinatlı manqasını heyət nəfəri atıcı vəzifəsində xdmət e tmiş, N nömrəli hərbi hissə komandirinin N-ci il tarixli əmrinə əsasən o, ehtiyyata buraxılmışdır. Belə k, “Vətən Müharibəsi” döyüş əməliyyatı başladığı andan, N nömrəli hərbi hissə komandirinin N76 saylı N7 sentyabr N0N0-ci il tarixli əmri ilə İddiaçı döyüş təyinatlı rayonunda döyüş tapşırığına getmiş hesab edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.N0N0-ci il tarixdə xəsarət almış və N nömrəli hərbi hissəyə (Gəncə Hospitalına) müalicə üçün göndərilmişdir. MAHHXHQ əsagər İddiaçı sülh və müharibə dövründə orduda etdiyi xidmətlərə görə “Şücayətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, həmçinin “Müharibə Veteranı” adı və vəsiqəsi verilmişdir. MAHHXHQ əs gər İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən 15968 nömrəli N6 dekabr N0N0-ci il tarixli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən şəhadətləndirilmişdir. Həmin şəhadətnaməyə əsasən diaqnoz və xəsarətin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarına əsasən N sentyabr N0N0-ci il tarixdə partlayış travması nəticəsində sol gözün nüfuz edən qəlpə yarası, posttravmatik kataraktasma görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, FAKOHİOL implantasiya əməliyyatından sonrakı psevdofakiya, posttravmatik retnopatiya nəticəsində görmə itiliyinin 0,08-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1,0 olmaqla, həmçinin döş qəfəsinin arxa səthinin boşluğuna nüfuz edən kor qəlpə yaralanması, sağ tərəfli hemopnev motoraks, qarının sağ divarının dəlib-keçən güllə yarası, qaraciyərinin sağ payının cırılma yarası və s. xəsarətlər nəticəsində sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası Haqqında Əsasnaməyə müvafiq olaraq Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı N sentyabr N0N0-ci il tarixdə aldığı xəsarətlər hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Bu xəstəlik haqqında şəhadətnamə əsas götürülərək İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı TSEK-in arayışına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü, müstəqi lliyininvə konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərə görə 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. Bundan sonra iddiaçı MAHHXHQ əsgər İddiaçı cavabdeh xx.xx.N0N4-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə ərizə ilə müraciət edərək kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyasının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin, AR Müdafiə Nazirliyi 8/964 saylı xx.xx.N0N4-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu “N nömrəli hərbi hissənin C tağımının (xüsusi təyinatlı) heyət nəfəri - atıcısı vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmədiyindən, Nazirlər Kab inetinin 180-N4 nömrəli N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “ Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün hesab edilməmişdir. Lakin iddiaçı hesab edir ki, Müdafiə Nazirliyi onun ərizəsinə baxarkən bir sıra hüquqi məsələləri nəzərə almamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin komandirinin MN-nin Kəşfiyyat Baş İdarəsinə (N nömrəli hərbi hissəyə) təqdim etdiyi N saylı xx.xx.N0N3-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən N7.09-xx.xx.N0N0-ci il tarixlərdə komandanlığın sərəncamına əsasən N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstəsinin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin komandirinin MN-nin Maliyyə və Büdcə İdarəsinə təqdim etdiyi NN7 saylı xx.xx.N0N3-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən Müdafiə Nazirinin xx.xx.N-ci il tarixli 04 nömrəli əmrinə əsasən “kəşfiyyat ixtisası” üzrə N-ci məharət dərəcəsi verilmişdir. “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun N0.6 və N0.7-ci maddələrinə əsasən kəşfiyyat tapşırığı yerinə yetirdiyinə görə N0N0-ci ildə kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulmuş N aylıq pul təminatı həcmində məzuniyyət və müalicə pulları ödənilmişdir. Müdafiə Nazirliyinin imtina məktubunda göstərilmiş Müdafiə Nazirinin N0N0-ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri siyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara da şamil edilir. Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin N0N0-ci il Vətən Müharibəsi və N0NN- ci il Kəlbəcər hadisələri zamanı şəhid olmuş və İddiaçı ilə eyni vəz ifələr tutmuş və ya icra etmiş hərbi qulluqçular Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsinə əsaslanaraq Qanunun N0.1N-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyalar ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı verdiyi imtina tam əsassız və qeyri-qanunidir. Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 saylı Fərmanının 1-ci bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində h ərbi kəşfiyyat fəaliyyətini. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun N0.1N-ci bəndinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
11. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-9359/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi bar ədə qərar qəbul edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 saylı Fərmanının 1-ci bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən müvafiq strukturları ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən subyektdir. Yəni Müdafiə Nazirliyi birbaşa olaraq kəşfiyyat fəaliyyəti subyekti kimi çıxış etmir, yalnız yaratdığı müvafiq strukturları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir. Bu subyektlər (struktur və orqanların) dairəsi cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə gətirilmiş məxfi əmrində iddiaçının xidmət etd iyi hərbi hissənin struktur (kəşfiyyat orqanı) olması göstərilmişdir. Göründüyü kimi, iddiaçının xidmət etdiyi qurum kəşfiyyat fəaliyyət subyekti olmuşdur. İkinci əsas ilə bağlı qeyd olunmuşdur ki, Müdafiə Nazirinin məxfi əmrindən müəyyən edilir ki, şəxsin kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olması üçün həmin əmrdə qeyd olunan hərbi hissənin müvafiq hərbi vəzifəsini tutmalı və ya əmrin qeyd hissəsinin əhatə dairəsinə düşməlidir. Araşdırma zamanı müəyyən olunur ki, İddiaçı həqiqətən xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcısı vəzifəsində xidmət etməsi sübuta yetirilir. Belə olan halda iddiaçının kəşfiyyat orqanı (xüsusi təyinatlı dəstə) əməkdaşı olması sübuta yetirilir. Üçüncü əsas ilə bağlı qeyd olunmuşdur ki, N6 dekabr N0N0-ci i l tarixli 15968 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə iddiaçının N sentyabr N0N0-ci il tarixdə aldığı partlayış travmasının hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alması sübuta yetirilir.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(103)-134N/N0N5 nömrəli N0 fevral N0N5-ci il tarixli qərarı ilə (hakimlər: C.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, iddia tələbi üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.
15. Məhkəm ə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 fevral N0N0-ci il tarixli, 0011 nömrəli əmri ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nda N nömrəli hərbi hissənin kəşfiyyat və əks kəşfiyyat subyektləri hesab edilən vəzifələrin adları həmin siyahının 1N.5, 1N.7, 1N.8, 1N.9, 1N.10 və 1N.11-ci bəndlərində öz əksini tapmış və İddiaçı xidmət etdiyi “C” taqımının N-ci manqasının heyət nəfəri-atıcısı vəzifəsi həmin siyahıda öz əksini tapmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, əsgər İddiaçı xidmət etdiyi heyət nəfəri-atıcısı vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında 19 fevral N0N0-ci il tarixli, 0011 nömrəli əmrinin göstərilən bəndlərində qeyd olunmadığından o, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekt əməkdaşı hesab olunmur. Belə olduğu təqdirdə iddiaçının kəşfiyyat və əks kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 illik kompensasiyanı almaq hüququ yaranmır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya m əhkəməsi qeyd etmişdir ki, əsgər İddiaçı xidmət etdiyi heyət nəfəri-atıcısı vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında 19 fevral N0N0-ci il tarixli, 0011 nömrəli əmrinin göstərilən bəndlərində qeyd olunmadığından o, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekt əməkdaşı hesab olunmur. Belə olduğu təqdirdə iddiaçının kəşfiyyat və əks kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 illik kompensasiyanı almaq hüququ yaranmır.
18. Lakin məhkəmə bu nüansı diqqətdən qaçırmışdır ki, Müdafiə Nazirinin N0N0-ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri s iyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara da şamil edilir. Nəticədə isə qanunsuz və əsassız qərar qəbul edilmişdir.
19. Həmçinin, Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin N0N0-ci il Vətən Müharibəsi və N0NN-ci il Kəlbəcər hadisələri zamanı şəhid olmuş və İddiaçı ilə eyni vəzifələr tutmuş və ya icra etmiş hərbi qulluqçular Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsinə əsaslanaraq Qanunun N0.1N-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvl ərinə) kompensasiyalar ödənilmişdir. Belə olduğu təqdirdə iddiaçı ilə eyni vəzifələr tutmuş və ya icra etmiş hərbi qulluqçular kəşfiyyat fəaliyyəti subyektləri üçün nəzərdə tutulan pul təminatı verildiyi halda nə üçün İddiaçı bərabərlik hüququ pozularaq ona hamıya verilən müavinət verilmir. Bu, məhkəmə üçün açıq analoji haldır və bərabərlik prinsipinə ziddir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıld ıqdan sonra qiymətləndirilir. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam forma da təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat ver ilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin hallarının tam və hərtərəfli araşdırılmasına dair prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyasının ona ödənilməsi ilə bağlıdır.
26. Cavabdeh im tinasını onunla əsaslandırmışdır ki, “N nömrəli hərbi hissənin “C” taqımının heyət nəfəri - atıcısı” vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin N-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. Nazirlər Kabinetinin 180-N4 №-li, N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb kompensasiyanın ödənilməsi mümkün deyil.
27. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N76 saylı N7 se ntyabr N0N0-ci il tarixli əmri ilə döyüş təminatlı rayonunda döyüş tapşırığına getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.N0N0-ci il tarixdə xəsarət almış və N nömrəli hərbi hissəyə (Gəncə Hospitalına) müalicə üçün göndərilmişdir. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası Haqqında Əsasnaməyə müvafiq olaraq Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı N sentyabr N0N0-ci il tarixdə aldığı xəsarətlər hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Bu xəstəlik haqqında şəhadətnamə əsas götürülərək İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı TSEK-in a rayışına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərə görə 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçının xidmət dövrü N0N0-ci ili əhatə etmişdir.
28. Qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 fevral N0N0-ci il tarixli, 0011 nömrəli əmri ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nda N nömrəli hərbi hissənin kəşfiyyat və əks kəşfiyyat subyektləri hesab edilən vəzifələrin adları həmin siyahının 1N.5, 1N.7, 1N.8, 1N.9, 1N.10 və 1N.11-ci bəndlərində öz əksini tapmış və İddiaçı xidmət etdiyi “C” taqımının N-ci manqasının heyət nəfəri-atıcısı vəzifəsinin həmin siyahıda öz əksini tapmaması əsası ilə iddia rədd edilmişdir.
29. Kassator qeyd etmişdir ki, Müdafiə Nazirinin N0N0-ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri siyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara da şamil edilir.
30. Eyni zamanda kassator bildirmişdir ki, Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin N0N0-ci il Vətən Müharibəsi və N0NN-ci il Kə lbəcər hadisələri zamanı şəhid olmuş və İddiaçı ilə eyni vəzifələr tutmuş və ya icra etmiş hərbi qulluqçular Müdafiə Nazirinin müvafiq əmrinin “qeyd” hissəsinə əsaslanaraq Qanunun N0.1N-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyalar ödənilmişdir.
31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün və obyektiv qərarın qəbul edilməsi üçün sözügedən məxfi əmr işin təkrar apelyasiya baxışı zamanı cavabdeh qurumdan yenidən tələb olunub öyrənilməli və iddiaçının kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olub-olmaması dəqiq müəyyən edildikdən sonra ona tələb etdiyi 3 illik kompensasiyanın verilməli olub-olmadığı məsələsinə düzgün qiymət verilməlidir.
32. Eyni zamanda işin təkrar apelyasiya baxışı zamanı Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəa liyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin N0N0-ci il Vətən Müharibəsi və N0NN-ci il Kəlbəcər hadisələri zamanı şəhid olmuş və İddiaçı ilə eyni vəzifələr tutmuş və ya icra etmiş hərbi qulluqçuların Müdafiə Nazirinin müvafiq əmrinin “qeyd” hissəsinə əsaslanaraq Qanunun N0.1N-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyaların verilib-verilmədiyi araşdırılmalı, oxşar halların baş verməsi müəyyən edildikdə isə cavabdeh qurumdan bunun səbəbləri öyrənilməli və bu zaman bərabərlik hüququ prinsipinin pozulub-pozulmadığına da qiymət verilməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(103)-134N/N0N5 nömrəli N0 fevral N0N5-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.