Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1842/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və vahid əmlak kimi çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini n 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1740/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nəsimi rayon X1 10 noyabr 1989-cu il tarixli 113 nömrəli qərarı ilə iddiaçı beş nəfərdən ibarət ailə üzvləri ilə birlikdə Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşlar kimi ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışlar.
2. Bakı şəhər İcra Hakimiyyəti başçısının 8 fevral 2002-ci il tarixli 93 nömrəli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Apar atının Mənzil məsələləri üzrə ictimai komissiyasının 2 nömrəli 5 fevral 2002-ci il tarixli protokolundan çıxarışın surətinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş 6 dekabr 2001-ci il tarixli, s-651 nömrəli ərizə - Ermənistan Respublikasından qaçqın düşmüş iddiaçının yaşadığı Nəsimi rayonu, M.Sənani küçəsi, 7 nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilməsi qərara alınmışdır.
3. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 013714 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsidəki 1 otaq, 18,8 kv. metr yaşayış sahəsi, 38,6 kv. metr ümumi sahəsi, 7 saylı fərdi yaşayış evi 8 may 2002-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçmiş və bu barədə 52 saylı reyestr kitabında 7891-ci səhifədə 30/7891 nömrə ilə qeydə alınmışdır.
4. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsində istifadədə olan 0,01024 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 18,8 kv. metr yaşayış, kv.m qeyri yaşayış, 19,8 kv. metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 1 sentyabr 2006-cı il tarixdə 20a nömrəli reyestr kitabının 2090 nömrəli vərəqində qeydiyyat a alınmışdır.
5. İddiaçı 25 fevral 2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı qaydasında” bildirmişdir ki, mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsində yerləşən, sahəsi 141,8 kv. metr, hündürlüyü 5,4 kv. metr olan 7 saylı fərdi yaşayış evini inşa etdirmişdir.
6. DƏDRX 1 saylı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına 16 noyabr 2020-ci il tarixli 04/6102 inventar nömrəli texniki pasport tərtib olunmuşdur.
7. Texniki pasportda olan məlumatlara əsasən göstərilən ünvanda - “Torpaq sahəsi haqqında məlumat” bölməsində sənəd üzrə torpaq sahəsinin faktiki ölçüsü 0,01009 ha; tikinti altı sahə 100,9 kv.m kimi qeyd olunmuşdur.
8. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, ünvan 4 ünvanında, istifadədə olan 0,010090 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən 150,90 kv metrdən ibarət olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 19 noyabr 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına qeydə alınmışdır.
9. DƏDRX 1 saylı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına 16 noyabr 2020-ci il tarixli 04/6102 inventar nömrəli texniki pasport tərtib olunmuşdur. Texniki pasportda olan məlumatlara əsasən göstərilən ünvanda - “Torpaq sahəsi haqqında məlumat” bölməsində sənəd üzrə torpaq sahəsinin f aktiki ölçüsü 0,01009 ha; tikinti altı sahə 100,9 kv.m kimi qeyd olunmuşdur.
10. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, ev 7 ünvanında fərdi yaşayış evinin yerləşdiyi 101 kv. metr (0,0101 ha) torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınmaqla, vahid çıxarışın verilməsi üçün məhkəməyə müraciət etmişdir.
11. Cavabdeh **********46 nömrəli, 29 aprel 2021-ci il tarixli məktubu ilə hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
12. İddiaçı 8 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Möhs ün Sənani küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 101 kv. metr torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı ərizəsində bu qərarın 6-9-cu bəndlərində qeyd olunan sənədlərə, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə istinad edərək qeyd etmişdir ki, onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən 0,0101 ha-dan (101 kv. metr) ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququ vardır.
14. İddiaçı, həmçinin qeyd edir ki, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 562 saylı, 22 avqust 2001 -ci il tarixli Fərmanının 7-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətənda şların mülkiyyətinə verilməsini təmin etsin”. 15. 1988-ci ildə məlum hadisələrlə bağlı, ailə üzvlərilə birlikdə, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində məskunlaşmış və Nəsimi rayon X1 113 saylı, 10 noyabr 1989-cu il tarixli Qərarına əsasən həmin evə pasport qeydiyyatına alınmışdırlar. Sözügedən ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi 101 kv.m torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin icrasından əsassız olaraq imtina etmişdir.
16. Cavabdeh məhkəməyə yuxarıda qeyd olunan imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2353/2022 nömrəli, 2 fevral 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 540 nömrəli reyestr kitabının 50815 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, ev 7 ünvanında fərdi yaşayış evinin yerləşdiyi 101 kv. metr (0,0101 ha) torpaq sahəsinin Daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna da ir daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
18. Məhkəmə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Topaq Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur.
19. Cavabdeh həmin qərardan apellya siya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1740/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2353/2022 nömrəli, 2 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 15.1, 15.2, 19.1, 24.1, 24.2, 58.1, 32.3 və 67-ci maddələrinə istinad edərək qe yd etmişdir ki, fərdi yaşayış evinə və onu yerləşdiyi torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun vahid reyestrdə dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
22. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5 və 10.2.1-ci maddələrinə əsasən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edil məməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində işin halları və imtina məktubunun dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş texniki pasportun tərtib edilmə tarixi xx.xx.2002-ci ildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsi üçü n əsas hesab olunur.
25. Bundan başqa, cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-473/2022 saylı qərarına istinad edərək qeyd etmişdir ki, oxşar iş üzrə qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmələr tərəfindən nəzərə alınmamışdır. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş q aydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 28. “Torpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onla rın qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövl ət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
29. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı s ahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
30. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahi sələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Şikayət aşağıdakı səbəblərə görə təmin edil bilməz.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yaln ız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. İşin materiallarından göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısının 8 fevral 2002-ci il tarixli 93 nömrəli sərəncamı ilə Ermənistan Respublikasından qaçqın düşmüş iddiaçının yaşadığı Nəsimi rayonu, M.Sənani küçəsi, 7 nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilməsi qərara alınmış, Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsidəki 1 otaq, 18,8 kv. metr yaşayış sahəsi, 38,6 kv. metr ümumi sahəsi, 7 saylı fərdi yaşayış evi 8 may 2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır.
36. Eyni ilə, Hüquqların Dö vlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsində istifadədə olan 0,01024 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 18,8 kv. metr yaşayış, - kv.m qeyri yaşayış, 19,8 kv. metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 1 sentyabr 2006-cı il tarixdə 20a nömrəli reyestr kitabının 2090 nömrəli vərəqində qeydiyyata alınmışdır.
37. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin altında olan torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir və bu istifadə hüququ dövlət reyestrindəki qeyddə təsbit olunmuşdur. 38. “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinin tələblərindən də göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir (maddə 10).
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nət icəni “Torpaq islahatı haqqında” Qanunun yuxarıda qeyd edilən normalarla yanaşı, həm də fərqli normalara istinadla əsaslandırsa da, bu, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, İPM-in 96.7-ci maddəsinin tələbinə görə, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1740/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətid