Məhkəmə qərarları › İş №2-1(102)-1842/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1842/2025

30.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1842/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Xüsusi XNrşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçu, əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Xüsusi XNrşı cavabdehin 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 avqust N0N4-cü il tarixli, N-N(N06)-N50/N0N4 nömrəli qərarından cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları N. xx.xx.N0NN-ci il tarixli raportla rabitə bölüyünün telefon taqımının radiorele stansiyasının rəisi Saleh Bayramov N nömrəli hərbi hissə komandirinə müraciət edərək rabitə bölüyünün telefon taqımının aparatxanasının aparat rəisi gizir XN0 və rabitə bölüyünün telefon taqımının aparatxanasının baş telefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı “Tik-Tok” sosial şəbəkəsində məxfiçilik qaydalarını pozaraq hərbi geyim formasında canlı yayım açdıqlarını bildirmiş və hər ikisinin şərəf məhkəməsində dinlənilməsini xahiş etmişdir. N. İddiaçı N saylı hərbi hissə komandirinə verdiyi xx.xx.N0NN-ci il tarixli izahatında raportda qeyd olunanları qismən təsdi q etmiş, eyni zamanda özünün hərbi geyim formasında deyil, idman paltarında olduğunu, hərbi geyimdə olmuş olsaydı, görüntüyə şərait yaratmayacağını, sosial şəbəkədən istifadənin qadağan olunduğunu bildiyi üçün törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir.

3. XN6 N saylı hərbi hissə komandirinə verdiyi xx.xx.N0NN-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.N0NN-ci il tarixdə, gecə saatlarında özünə məxsus mobil telefonla “Tik-tok” sosial şəbəkəsində canlı efirə qoşulmuş, həmin vaxt İddiaçı yatdığı otaqdan idman geyimində çıxaraq ona şirniyyat vermiş, telefona baxmış və su içərək öz yataq otağına qayıtmışdır.

4. Hərbi qulluqçular XN4, X6, X7 və XNN N saylı hərbi hissə komandirinə verdikləri N6, N7, N9 fevral N0N4-cü il tarixli tam eyni məzmunlu, eyni ifadə tərzində, eyni şriftlərlə yazılmış izahatlarında bildirilmişdir ki, onlar hadisəni şəxsən görməmişlər, XN0 hərbi geyimdə, İddiaçı isə idman geyimində sosial şəbəkədə canlı yayıma qoşulduqlarını eşitmişlər. 5. xx.xx.N0NN-ci il tarixli xülasədən görünür ki, N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə baş leytenantı Ramil Quliyev hərbi hissə komandirinə müraciət edərək gizir XN0 və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı Müdafiə nazirinin xx.xx.N0N4-cü il tarixli N4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi qulluqçuların şərəf məhkəmələri haqqında Əsasnamə”nin 3.N.N-ci maddəsinin tələbinə uyğun olaraq törətdikləri intizam pozuntularına görə şərəf məhkəməsində dinlənilmələrini təklif etmişdir.

6. N nömrəli hərbi hissənin müddə tdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.N0NN-ci il tarixli qərarından çıxarışdan görünür ki, xidməti vəzifələrinə laqeyd yanaşması, xidmət etdiyi bölmədə nizam-intizamının və mənəvipsixoloji durumunun qənaətbəxş olmaması, şəxsi keyfiyyətlərinin zəif olması, həmçinin xx.xx.N0NN-ci il tarixdə sosial şəbəkədə nalayiq hərəkətlərə yol verməsi nəzərə alınaraq “Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi qulluqçuların şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.N.6-cı maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qərara alınmışdır. Qərarın məzmunundan görünür ki, iddiaçının hərbi geyim formasında şəxsən özünün canlı yayım açması qeyd edilmişdir. 7. xx.xx.N0NN-ci il və xx.xx.N 0NN-ci il tarixli söhbət vərəqələrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı ilə söhbətlər aparılmış, iddiaçı törətdiyi əmələ görə peşman olduğunu və hərbi xidmətə davam etmək istədiyini bildirmişdir.

8. Xüsusi Təyinatlı Qüvvələrin komandanının xx.xx.N0NN-ci il tarixli, 0N əç nömrəli əmrdən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.6-cı maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 7N-ci xüsusi təyinatlı briqadanın (N nömrəli hərbi hissə)müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

9. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Xüsusi Təyinatlı Qüvvələrin ko mandanının xx.xx.N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat N0. İddiaçı cavabdeh Azərbaycan Xüsusi XNrşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin dəyişdirilməsi və əmrdə ehtiyata buraxılma əsasının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin N56-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdıqda) əvəz edilməsi barədə qərar qəbul edilməsini xahişetmişdir. NN. İddiаçı tələbini onunla əsaslandırmışdır ki, N8 aprel N0N9-cu ildən N saylı hərbi hissədə müddətdən artıq xidmət (MAXE) xidmət keçmişdir. Vətən Müharibəsi iştirakçısıdır. Hər bi xidmətə görə, Cəbrayıl, Xocavənd, Şuşa və Kəlbəcərin azad olunmasına və 3-cü dərəcəli xidmətdə fərqlənməyə görə medalı ilə təltif olunmuşdur. 04 yanvar N0NN-ci il tarixdə onu hərbi hissə qərargahına çağırıb hərbi biletini təqdim edərək bildirmişlər ki, N nömrəli hərbi hissə komandirinin 0N yanvar N0NN-ci il tarixli əmri ilə xidməti uyğunsusluğa görə ehtiyata buraxılmısdır. Həmin əmri qanunsuz hesab edir. Belə ki, N0NN-ci il dekabr ayının N4-dən N5-nə keçən gecə o, naryad sonrası dincələrkən xidmət yoldaşı gizir XN0 onu səsləməsi ilə yataqdan qalxmış (hərbi geyim formasında olmamışdir), Davud Rəhimli ondan çay içmək üçün şirniyyatının olub- olmamasını soruşmuş, ona şirniyyatının olduğunu demiş və əsgər yataqxanasının girişində qoyulmuş masanın arxasında onunla birgə çay içmək üçün əyləşm işdir. Söhbət edib çay içmişlər. Birdən masanın üstündəki əsgər papağına söykənmiş mobil telefonun videokamerasından çəkiliş aparıldığını görmüş və qəfil hərəkətlə obyektivdən kənarlaşmışdır. Təkidi ilə telefon söndürülmüşdür. Lakin səhəri gün ona bildirmişlər ki, gizir Davud Rəhimli “Tik-tok” sosial şəbəkəsinə canlı qoşulmuş və o da həmin canlı yayıma düşmüşdür. Bu barədə verdiyi izahatlarda da vəziyyəti olduğu kimi danışmışdır. Həmin anda çəkilişdən xəbərsiz olduğunu, hərbi geyimdə olmadığını və məlumatı olan kimi bu çəkilişə son qoymağı tələb etdiyini bildirmiş, beləliklə, XN0 hərəkətlərinə görə o da cəzalandırılmışdır. Barəsində intizam cəzası təyin edilərkən onun Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə nazirinin 0NN8t nömrəli N8 dekabr N0N0-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə’’ 3-cü dərəcəli medalla, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0NN-ci il tarixli, N7N6 nömrəli Sərəncamı ilə “Hərbi Xidmətlərə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0NN-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0NNci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə və Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0NN-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması nəzərə alınmamışdır. Azərbaycan Respublikasının N994-cü il N3 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3 88-ci bəndinə (intizam cəzalarının verilmə qaydası) əsasə n eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. Xidmət yoldaşı gizir Davud Rəhimli “Tik-tok” sosial şəbəkəsinə canlı qoşulub və o da həmin canlı yayıma düşmüşdür. Bu barədə verdiyi izahatlarda da o, vəziyyəti olduğu kimi danışmış, həmin anda çəkilişdən xəbərsiz olduğunu, hərbi geyimdə olmadığını və məlumatı olan kimi bu çəkilişə son qoymağı tələb etdiyini bildirmişdir. Göründüyü kimi, mübahisələndirilən 0N yanvar N0NN-ci il tarixli, 0N ƏÇ nömrəli əmr verilərkən qanunvericiliyinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. NN. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, İddiaçı hərbi qulluqçu kimi intizam səviyyəsi nin aşağı olması, ona qarşı tətbiq edilən çoxsaylı tərbiyəvi təsir tədbirlərindən heç bir nəticə çıxarmaması, əksinə intizam pozuntularına yol verməkdə davam edərək məxfilik rejiminin qorunması ilə bağlı verilən təlimatları kobud şəkildə pozması, xidmət yoldaşının əsgər yataqxanasında “tik-tok” sosial şəbəkəsində canlı yayım açmasının nəinki qarşısını almış, əksinə özü də həmin yayımda iştirak etmişdir. İddiaçı hərbi xidmətlə uyğun gəlməyən bu əməlləri, eyni zamanda onun digər şəxsi heyətə pis nümunə olması nəzərə alınaraq N nömrəli hərbi hissə komandirinin təqdimatına əsasən N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli, 0N əç nömrəli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Beləliklə, iddiaçının ordu sıralarından ehtiyata buraxılmasında qanunla müəyyən olunmuş heç bir norma və prossedur pozulmamışdır. N3. Şirvan İnzibati Məhkəməsinin (hakim XNN) NN sentyabr N0N3-cü il tarixli, NN(NN0)-303/N0N3 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. N4. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat N5. İddiaçının vəkili apellyasiya məhkəməsinin iclasında iddianı dəqiqləşdirərək, cavabdehin 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin ləğv edilməsini xahiş etmiş, ərizə icaraata qəbul edilmişdir. N6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5-məruzəçi, XN3 və X8) N-N(N06)-N 50/N0N4 nömrəli xx.xx.N0N4-cü il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin NN sentyabr N0N3-cü il tarixli, N-N(NN0)-303/N0N3 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilərək İddiaçı ehtiyata buraxılması barədə Azərbaycan Xüsusi XN 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmri ləğv edilmişdir. N7. Cavabdeh apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri N8. Cavabdehin şikayətinin dəlilləri iddia ərizəsinə etirazla eyni olmuşdur. kassasiya şikayətinə qarşı etirazın dəlilləri N9. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil o lmamışdır. Tətbiq edilən hüquq N0. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 40.3. Zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. NN. Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” Maddə N56. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); NN. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə N7. Fiziki və ya hüquqi şəxsl ərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. N3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə N4.N. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.N. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnziba ti akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N3N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hi ssəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mü mkünlüyü, kassasiya baxışının hədləri N4. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. N5. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məəhkəməsinin mövqeyi N6. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətl əndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır. N7. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. N8. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin ləğv edilməsinə nail olmaqdan ibarətdir. N9. İşin apellyasiya instan siyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Xüsusi Təyinatlı Qüvvələrin komandanının xx.xx.N0NN-ci il tarixli, 0N əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.6-cı maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 7N-ci xüsusi təyinatlı briqadanın (N nömrəli hərbi hissə) müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

30. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.N0NN-ci il tarixli qərarından çıxarışdan görünür ki, xidməti vəzifələrinə laqeyd yanaşması, xidmət etdiyi bölmədə nizam-intizamın və mənəvi-psixoloji durumunun qənaətbəxş olmaması, şəxsi keyfiyyətlərinin zəif olması, həmçinin xx.xx.N0NN-ci il tarixdə sosial şəbəkədə nalayiq hərəkətlərə yol verməsi nəzərə alınaraq “Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi qulluqçuların şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.N.6-cı maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qərara alınmışdır. Qərarın məzmunundan görünür ki, iddiaçının hərbi geyim formasında şəxsən özünün canlı yayım açması qeyd edilmişdir. 3N. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi geyim formasında şəxsən sosial şəbəkəyə canlı olaraq qoşulmasını təsdiq edən heç bir mötəbər sübutun olmamasına baxmayaraq, şərəf məhkəməsinin xx.xx.N0NN-ci il tarixli qərarının məzmununda onun hərbi geyim f ormasında canlı yayım etməsi xüsusatı yer almış, bununla da cavabdeh tərəfindən qeyd olunan qüsurlu hərəkətin edilməsi əsası ilə iddiaçının ehtiyata buraxılması qərara alınmışdır. İddiaçının özünün, xüsusilə də sosial şəbəkəyə qoşulmuş digər hərbi qulluqçunun izahatlarında iddiaçının özündən asılı olmayan şəraitdə sosial şəbəkədə görüntülənməsi ifadə olunmuşdir. Məsələ ilə bağlı digər hərbi qulluqçular XN4, X6, X4 və X9 isə izahatlar hadisədən N il keçdikdən sonra, yəni N6, N7, N9 fevral N0N4-cü il tarixlərdə alınmış, qeyd edildiyi kimi onlar hadisəni görmədiklərini, yalnız eşitdiklərini bildirmişlər. Odur ki, onların izahatları da iddiaçının ehtiyata buraxılmasına əsas verən sübut əhəmiyyəti daşımır. Həmçinin iddiaçının sosial şəbəkədə canlı yayımda görüntülənməsi barədə müvafiq sübutun m əhkəmə kollegiyasına təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyasının sorğusuna cavabdeh tərəfindən münasibət bildirilməmiş, sorğuya cavab verilməmişdir. Göründüyü kimi, cavabdeh əsaslı dəlil və sübut olmadan Azərbaycan Respublikasının N994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3 prinsiplərinə zidd qərar qəbul etmişdir. 3N. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, bu qərarın NN-ci bəndində istinad edilən normaya görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi b arədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

33. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçının özünün, xüsusilə də sosial şəbəkəyə qoşulmuş digər hərbi qulluqçunun izahatlarında hərbi hissədə hərbi geyim formasında iddiaçının sosial şəbəkədə görüntülənməsi təsdiq olunmuşdur.

34. Bunun üzərindən cavabdeh tərəfindən aparılmış intizam icraatının nəticəsi olaraq iddiaçı barəsində mübahisələndirilən əmr qəbul edilmişdir.

35. Hərbi xidmətin spesifik xarakterə və təbiətə malik olduğu və bunun üzərindən hərbi qulluqçuların hərbi intizama tabe olduqları nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, hərbi intizam bütün hərbi qulluqçular tərəfindən qanunlarda və hərbi nizamnamələrdə müəyyən olunmuş davranış qaydalarına ciddi riayət olunmasını nəzərdə tutur. Hərbi intizam Azərbaycan Respublikasının müdafiəsi üçün hər bir hərbi qulluqçunun xidməti borcunun və şəxsi məsuliyyət daşıdığının şüurlu şəkildə dərk olunmasına əsaslanır. Hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə – mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tap şırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir (Azərbaycan Respublikası Silahlı X3 N-3-cü maddələri).

36. Bu qərarın N0-NN-ci bəndlərində ifadə olunan hüquqi mövqe baxımından hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hərbi hissədə hərbi geyim formasında görüntüləri “TikTok” platformasında paylaşması hərbi intizamın kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Bu zaman həm də iddiaçının hərbi xidmətə qəbu l zamanı hərbi xidmətin təbiətindən irəli gələn bir sıra məhdudiyyətlər barədə xəbərdar edildiyi və həmin öhdəliklərə əməl edəcəyi barədə müvafiq öhdəliklər götürdüyü də nəzərə alınmalıdır. Həmin öhdəliklərə əməl olunmaması, xüsusilə də hazırkı mübahisədə olduğu şəkildə əməl olunmaması iddiaçı barəsində daha sərt intizam tədbirinin tətbiqi üçün yetərli əsas kimi qəbul olunmalıdır.

37. Mübahisələndirilən əmr də məhz qeyd edilən fakt üzrə aparılmış intizam icraatı nəticəsində qəbul edilmişdir. Beləliklə, mübahisələndirilən əmrin qanuna zidd olduğu müəyyən edilmədiyindən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz.

38. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalı dır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Xüsusi XN kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 avqust N0N4-cü il tarixli, N-N(N06)-N50/N0N4 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Xüsusi XNrşı cavabdehin 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin ləğv edilməsinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar