Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1848/2025 11.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təkrar müəyyən edilməsi, əyani müayinənin aparılması üsul və qaydaları, inzibati orqanın diskresion səlahiyyəti, inzibati məhkəmə nəzarəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il 18 fevral tarixli, 2-1(106)-165/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxxxx 1983-cü ildə anadan olmuşdur, o, 2000-ci ildən hərbi xidmətdə olmaqla, 24 noyabr 2010-cu il tarixdən xəstəliyə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.
2. İddiaçı xora xəstəliyindən əziyyət çəkməklə, xəstəliyin ilkin əlamətləri 2006-cı ildən təzahür etməyə başlamış, həmin vaxtdan 2009-c u ilə qədər olan illər ərzində xəstəliyin kəskinləşməsi səbəbindən dəfələrlə stasionar və ambulator müalicə almış, hər dəfə müalicənin nəticəsi olaraq “nisbi yaxşılaşma” müşahidə edilmiş, tam sağalma qeydə alınmamış, sonuncu kəskinləşmə zamanı hərbi xidmətə yararlılıq dərəcəsinin təyin edilməsi üçün hərbi-həkim komissiyasında müayinə edilməklə həmin komissiyanın 22 dekabr 2009-cu il tarixli qərarı ilə “tez-tez residiv gedişli xora xəstəliyi” diaqnozu ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, xəstəliyin səbəbi kimi ümumi səbəb (hərbi xidmət dövründə alınmışdır) göstərilmişdir.
3. İddiaçının əlillik tarixçəsi isə 04 oktyabr 2010-cu il tarixdən başlamış, həmin tarixdə “onikibarmaq bağırsaq xorası” xəstəliyi əsasında 1 il müddətinə ikinci dərəcəl i əlillik təyin edilmiş, səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” kimi göstərilmiş, 20 oktyabr 2014-cü il, 13 oktyabr 2015-ci il tarixlərində eyni xəstəlik, eyni səbəb və eyni dərəcə ilə həmin müddətə, 21 oktyabr 2016-cı il tarixdə isə eyni xəstəlik, eyni səbəb və eyni dərəcə ilə 5 il müddətinə təkrarən əlillik təyin edilmişdir. 4. 21 yanvar 2022-ci il tarixdə iddiaçıda həmin xəstəliyin əlamətləri ilə bağlı göstəriciləri əks etdirən, bununla da xəstəliyin davam etdiyini təsdiq edən tibbi göndəriş verilmiş, cavabdeh orqan əlilliyin təyin edilməsindən imtina etməklə, qərarını tibbi göndərişdə stasionar müalicə barədə qeyd edilmiş məlumatlarda uyğunsuzluğun aşkar edilməsi ilə əsaslandırmışdır.
5. Bundan sonra, göstərilən çatışmazlıqlar aradan qaldırılmaqla verilmiş növbəti göndəriş əsasında d a cavabdeh orqan imtina barədə mövqeyini təkrarlamaqla, əsas kimi diaqnozun əlillik əlaməti təyin etməməsinə istinad etmişdir.
6. İddiaçı həmin qərarın qanunsuzluğunu mübahisələndirmiş, onun şikayəti əsasında cavabdeh orqan tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə əyani müayinəsi həyata keçirilmiş və iddiaçıda aşkar olunan xəstəliyin ağırlaşmasının əlillik səviyyəsində öz təsdiqini tapmaması və əlilllik təyininə əsas verməməsi barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması, bu barədə məlumatların altsistemə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbi dəqiqləşdirilərək, “cavabdehin əlilliyin təyinindən imtina edilməsi, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması barədə qərardad qəbul edilmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya xroniki və ya dəqiqləşdirilməmiş qanaxma ilə onikibarmaq bağırsağın tez-tez kəskinləşən xroniki xora xəstəliyi kimi ağır bir diaqnoz qoyulsa da, hə min diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən imtina cavabı verilmiş və səbəb kimi qoyulan diaqnoz və ağırlaşmanın əlilliyin təyininə əsas verməməsi göstərilmişdir. Cavabdeh orqanın imtinası əsassızdır, iddiaçının xəstəliyinin ağırlıq dərəcəsinə bu cür laqeyd yanaşma obyektiv bir qərar deyildir.
10. Cavabdeh inzibati orqan “Əlilliyin qiymətləndirilməsi Qaydası", “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq prosedur qaydalarını müəyyən edən müddəalarını və imtinasının əsasları kimi istinad etdiyi halları sadalamaqla iddiaya etiraz etmişdir.
11. Şirvan İnzibati Məhkəməsinin 2024-cü il 22 noyabr tarixli, 2-1(120)-319/2024 nömrəli qərarı ilə (hakim A.A.Hüseynova) iddianın təmin edilməsi, 07 mart 2022-ci il tarixli göndərişə əsasən qəbul edilmiş 17 mart 2022-ci il tarixli qərarın ləğ v edilməsi və həmin vaxtdan iddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
12. Məhkəmə qərarının əsaslarına görə, iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2010-cu il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması və ya ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də, iddiaçının ona təyin edilmiş əlilliklə bağlı etimad hüququ mövcud olmuşdur.
13. Məhkəmə vurğulamışdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2010-cu il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirilməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad edilmişdir. Halbuki əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir.
14. İşin araşdırılmış hallarından aydın olmuşdur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2010-cu il, xx.xx.2014cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixli göndərişlər əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla e ynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar müvafiq normativ hüquqi aktlarda (“Əlilliyin müəyyən olunması meyarları”nda) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır.
15. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuş, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olma mışdır.
16. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 18 fevral tarixli, 2-1(106)-165/2025 nömrəli qərarı ilə (hakimlər S.F.Həsənov /sədrlik edən və məruzəçi/, F.C.Hüseynov və Y.X.Həşimov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsinin qərarının əsasları birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh inzibati orqan qərarı kassasiya qaydasında müba hisələndirərək qərarın ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində cavabdeh orqan iddiaya etirazda istinad etdiyi dəlillərə təkrar müraciət etməklə iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntuların müəyyən edilmədiyini bildirmişdir. Kassator hesab etmişdir ki, məhkəmələr işə baxarkən sırf tibbi sənədləri və ekspert rəyini vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyinin müəyyən edilməsinin zəruriliyini vurğulamışlar. Halbuki, ekspert rəyində sırf vətəndaşın təqdim etdiyi tibbi sənədlərə istinad edilərək heç bir anamnestik və instrumental müayinələr aparılmadan “hazırda müəyyən edilən diaqnoz əvvə lki diaqnozla ümumən eynilik təşkil edir” kimi qeyri-müəyyən ifadə qeyd edilmişdir. Bununla belə, məhkəmələr iddiaçının əyani müayinəsi nəticəsində barəsində qəbul edilmiş “diaqnoz əlillik əlaməti təyin etmir” qərarını nəzərə almadan ekspert rəyini iddiaçının xeyrinə qiymətləndirərək iddianı təmin etmişlər. Bundan əlavə, iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntuların olmaması vətəndaşın əyani müayinəsi zamanı təsdiqlənmişdir.
21. Həmçinin qanunvericiliyə uyğun olaraq tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontolgiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmiş, şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv qiymətləndirilmişdir.
22. Məhkəmə isə heç bir əsas olmadan Agentliyin səlahiyyətləri ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səalhiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanının əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsin əlilliyin müəyyən edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz, yalnız inzibati orqanın öz diskresion səlahiyyətlərini necə həyata keçirdiyini yoxlaya bilər. Əlilliyin təyini və ya bərpası özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər ki, bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz.
23. Apellyasiya məhkəməsi səlahiyyətlərinə aid olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən bu kimi hallara düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etirazda kassasiya şikayətinin formal mülahizələrə söykənməklə əsassız olması göstərilmişdir. İddiaçıda xəstəliyin mövcud olması cavabdeh orqan tərəfindən, həmçinin ekpsert rəyi ilə inka r edilməmişdir. Belə ki, icraat zamanı iddiaçının sağlamlıq vəziyyəti (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsindən ötrü cavabdehin nümayəndəsinin iştirakı olmadan, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Ekspert rəyindən aydın olmuşdur ki, iddiaçının adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd edilən xəstəliklər həqiqətən mövcuddur. Eyni zamanda, həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on be ş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.3-1.Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin tə min edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ
28. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hes ab edilmişdir. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin aktı şikayət həddində tam yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Ali Məhkəmənin bu kateqoriyadan olan işlər üzrə çoxsaylı qərarlarında ifadə etdiyi hüquqi mövqeyə və nəticə etibarilə formalaşdırdığı vahid məhkəmə təcrübəsinə görə, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib o lmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr formalaşmış məhkəmə təcrübəsinə uyğun yanaşma sərgiləmişlər, həmçinin mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərarının tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Mahiyyəti etibarilə kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilməklə, qəbul edilmiş qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları diqqətə çatdırmağı zəruri sayır.
33. Hazırki iş üzrə icraat iddiaçının əlilliyinin müvafiq səlahiyy ət daşıyıcısı olan cavabdeh inzibati orqan tərəfindən təkrarən qiymətləndirilərək, ona əlilliyin təyinindən imtina edilməsi barədə qərarın qanunsuzluğunu mübahisələndirməklə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciəti ilə başlamışdır.
34. İşə mahiyyəti üzrə baxıb iddianın mümkün və əsaslı olması barədə qərar qəbul edən məhkəmələrin qənaətinə görə, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmaqla, cavabdehin bununla bağlı hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuşdur.
35. İnzibati mübahisənin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının bundan əvvəlki əlilliyinin müəyyən edilməsinə əsas verən xora xəstəliyi 23 yaşından başlamış, həmin vaxtdan mütəmadi olaraq stasionar və ambulator müalicədə olmuşdur, bu müddət ərzi ndə cavabdeh orqan tərəfindən onun sağlamlıq vəziyyəti qiymətləndirilərək 3 dəfə 1 il müddətinə (2010, 2014 və 2015-ci illər), 1 dəfə isə 5 il müddətinə (2016-cı il) ikinci dərəcəli əlilliyinin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Bütün bu qərarların əsasında iddiaçıda aşkar edilmiş eyni xəstəlik (xora xəstəliyi) və ağırlaşmalar durmuşdur.
36. İş materiallarına əlavə edilmiş epikriz çıxarışlarından da məlum olur ki, iddiaçı son dəfə əlilliyinin müəyyən edildiyi dövrdə də (demək olar ki, hər il) dəfələrlə qanaxma ilə müşayiət edilən xora xəstəliyinin kəskinləşməsi səbəbindən tibb müəssisələrinə müraciət etmiş və müəyyən fasilələrlə müalicəsi davam etdirilmişdir.
37. Ötən illər ərzində iddiaçının vəziyyətində sağalma və yaxşılaşma izlənilməmişdir.
38. Bu səbəbdən, iddiaçı əlilli yinin yenidən müəyyən edilməsi üçün müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi zamanı əlilliyin təyin edilməsindən ilkin imtinasını tibbi göndərişdə qeyd edilmiş stasionar müalicə barədə məlumatlarda uyğunsuzluqla əlaqələndirmişdir (08 fevral 2022-ci il).
39. Göstərilən uyğunsuzluqlar aradan qaldırılmaqla verilmiş növbəti göndəriş əsasında cavabdeh orqan tərəfindən əlilliyin təyin edilməsindən yenə də imtina edilmiş, imtina əsası kimi diaqnoz və ağırlaşmasının əlilliyin təyininə əsas verməməsi göstərilmişdir (07 mart 2022-ci il).
40. Həmin qərarla razılaşmayan iddiaçının şikayətinə əsasən cavabdeh orqan tərəfindən onun əyani müayinəsi aparılmış və iddiaçıda aşkar olunan xəstəliyin ağırlaşmasının əlillik səviyyəsində öz təsdiqini tapmaması və əlilll ik təyininə əsas verməməsi barədə qərar qəbul edilmişdir (30 iyun 2022-ci il).
41. İşin birinci instansiya məhkəməsində icraatı zamanı iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə-tibbi ekspertizasının nəticəsi olaraq “vətəndaşda xroniki və ya dəqiqləşdirilməmiş qanaxma ilə, onikibarmaq bağırsağın tez-tez kəskinləşən xroniki xora xəstəliyinin müşahidə edilməsi, həmin xəstəliklə əlaqədar əlavə müalicəni davam etdirməyə ehtiyac olmaması, lakin kəskinləşmədən asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb edilməsi, eyni zamanda əlilliyin təyin edilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırmaq səlahiyyətinin olmaması” məzmununda ziddiyyətli və natamam rəy verilmişdir (28 avqust 2023-cü il).
42. İnzibati məhkəmənin cavabdeh orqana təyin etdiyi müddət ərzində sonuncu tərəfindən həyata keçirilmiş əyani müayinənin nəticələrinə əsasən qəbul etdiyi qərar da iddiaçının xeyrinə olmamışdır, qərarda əlillik təyinatına əsas verən patofunksional pozuntuların müəyyən edilməməsi göstərilmişdir (16 fevral 2024-cü il).
43. Lakin inzibati məhkəmənin təyin etdiyi təkrar məhkəmə-tibbi ekspertizasının rəyi ilə iddiaçıda hazırda mövcud olan diaqnozun əvvəlki diaqnozla eynilik təşkil etdiyi təsdiqlənmişdir (02 sentyabr 2024-cü il).
44. Görünən odur ki, iddiaçıda 2006-cı ildən başlayan qanaxma və tez-tez kəskinləşmə ilə müşayiət edilən xora xəstəliyi hal-hazırda da aktualdır.
45. İnzibati orqan iddiaçının sözügedən xəstəlikdən əziyyət çəkdiyini heç bir şəkildə inkar etməsə və əksinə həmin diaqnozu təsdiqləsə də, əlilliyin təyinindən imtina edilməsi barədə mövqeyində israrlıdır.
46. Əvvəlki illərdə inzibati orqan iddiaçıda müşahidə olunan xəstəliyi klinik xarakteri və simptomatikası baxımından əlillik təyini üçün tibbi əsas kimi qəbul etsə də, iddiaçının sonuncu müraciəti zamanı həmin xəstəlik və ağırlaşmasının buna kifayət etmədiyi qənaətində olmuşdur.
47. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.
48. Belə olan halda, əvvəlki dövr üzrə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
49. Halbuki illərlə eyni xəstəlik səbəbindən əlilliyi müəyyən edilən şəxs statusunda olmuş iddiaçının sağlamlıq vəziyyətində heç bir sağalma və yaxşılaşma müşahidə edilməməsi halında, ona əlillik təyin edilməsi ilə bağlı müraciətinə inzibati orqanın inzibati icraatın aparılma qaydasını və başlıca prinsiplərini bəyan edən qanunvericiliyin tələblərinə uyğun olmayan, motivasiya hi ssəsi ilə nəticə hissəsinin ayırd edilməsi qeyri-mümkün olan imtina qərarı sonuncunun hərəkətlərinin qanuniliyini şübhə altına almaqla, əsaslı və ədalətli yanaşma sərgiləmədiyinə dəlalət edir.
50. Əlilliyin müəyyən olunması və əlilliklə bağlı sair oxşar xüsusiyyətli inzibati icraatlar üzrə ərizəçi, o cümlədən inzibati mübahisələr üzrə iddiaçı qismində müxtəlif növ xəstəlik və patologiyalar, habelə onların fonunda yaranan ağırlaşmalardan əziyyət çəkən şəxslərin iştirak etməsi mübahisəsizdir, hətta həmin xəstəlik, patologiya və ağırlaşmaların əlilliyin təyininə əsas vermədiyi təqdirdə belə, həssas yanaşmanı labüd edən vəziyyət dəyişmir. Ərizəçiyə müraciətinin hansı səbəbə onun xeyrinə müsbət həll edilməməsi dəqiq, dolğun, aydın və inandırıcı formada təqdim edilməlidir.
51. Bu yanaşma “İnziba ti icraat haqqında” müddəalarından irəli gəlir, belə ki, həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
52. Həmin maddədə inzibati aktın əsaslandırılması barədə tələbin istisna edildiyi hallardan biri kimi inzibati orqan tərəfindən maraq lı şəxsin ərizəsinin təmin olunması və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edilməsi halının təsbit edilməsi özözlüyündə sözügedən normanın daha çox ona münasibətdə əlverişsiz inzibati akt qəbul edilmiş maraqlı şəxsin mənafeyinə xidmət etdiyini göstərir.
53. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutların inzibati aktda göstərilməsinin vacibliyi şərti bu qəbildən olan icraatlar üzrə o zaman ödənilmiş hesab edilə bilər ki, şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirilməsi xəstəliyin spesifikasına uyğun, lazımi və düzgün diaqnostik metodlardan istifadə edilməklə həyata keçirilmiş müayinə nəticələrinə əsaslansın. Əlillik bilavasitə qiymətləndirmə nəticəsində müəyyən olunur ki, belə qiymətləndirmə zamanı şəxsin fiz iki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları və digər faktorlar nəzərə alınır. Bu qaydadan kənar, yalnız formal olaraq aparılmış müayinə zahiri görüntü yaratmaq məqsədi daşımaqla, nəticələri şəxsin sağlamlığının həqiqi vəziyyətini əks etdirən və mötəbərliyi şübhə doğurmayan sübut kimi qəbul edilə bilməz.
54. Hazırkı işdən də iddiaçının diaqnozu xora xəs təliyi və ağırlaşmalarının müəyyən edilməsi üçün düzgün instrumental müayinələrin aparılması görünmür. 55. “Əlilliyin müəyyən edilməsi meyarları”na görə, orqanizmin həzm sistemi orqanlarının xəstəliklərdən, zədə və ya çatışmazlıqlardan irəli gələn davamlı funksional pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi həzmetmə funksiyasının pozulması dərəcəsinin qiymətləndirilməsinə əsaslanır (zülal-enerji çatışmazlığı). Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, BKİ-nin azalması, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.
56. Həmin normativ aktda onikibarmaq bağırsağın xorası xəstəliyi K26 XBT kodu ilə öz əksini tap maqla, aşağıda qeyd edilən 2 formada ağırlaşdıqda əlillik müəyyən edilir: - həzm funksiyasının mülayim pozulması - xəstəliyin orta ağır forması, xroniki təkrarlanan, bir ildən az müddətdə residivləşən xora, İİ dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-17,5) və anemiya ilə müşahidə olunan hal; - həzm funksiyasının təzahür edən pozulması - xəstəliyin ağır forması, xroniki təkrarlanan xora, ildə 2-3 dəfə kəskinləşmələrlə (məsələn, mədə keçidinin stenozu), İİİ dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-dan az) və anemiya ilə müşahidə olunan hal. Adıçəkilən normativ aktın tələblərindən də anlaşıldığı kimi, xəstəliyin xroniki təkrarlanması və ildə bir neçə dəfə (ən azı bir dəfə) kəskinləşməsi, bədən kütlə çəkisinin defisiti və qanda hemoqlabin miqdarının anemiya dərəcəsində azalması halları x ora xəstəliyinin ağırlıq dərəcəsinin qiymətləndirilməsi üçün əsas götürülməli olan meyarlardır.
57. Nəticə etibarilə, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsində hər 3 meyar üzrə ağırlaşmanın mövcudluğu mütləq qaydada təsdiqlənməlidir.
58. Ayrı-ayrılıqda tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsində, cavabdeh orqan tərəfindən, habelə məhkəmə-tibb ekspertizası zamanı dəfələrlə aparılmış müayinənin nəticələri heç bir halda üst-üstə düşməmişdir. Tibb müəssisəsinin və məhkəmə-tibb ekspertizasında müayinə və analizlər, o cümlədən xəstəlik tarixçəsinin əks olunduğu tibbi sənədlərin təhlili ilə iddiaçının xəstəliyinin ağır xroniki formada tez-tez kəskinləşməsi, eyni zamanda çəki və qan azlığının müəyyən edilməsinə rəğmən, inzibati orqan tərəfindən xəstəliyin ağırlaşmadığı və əlilli k təyininə əsas verən patofunksional pozuntuların təsdiqlənmədiyi bildirilmişdir.
59. Bir daha vurğulanır ki, iddiaçının əlilliyin müəyyən edilməsindən imtina barədə qərarda iddiaçıda xəstəliyin və onun ağırlaşmasının hansı dərəcədə mövcud olduğu və əlilliyin təyini üçün hansı dərəcədə olmalı olduğu ümumiyyətlə əsaslandırılmamışdır.
60. Bu cür yanaşma inzibati icraatın aparılması qaydalarını müəyyən edən prinsiplərin mahiyyətinə xələl gətirməklə, həm də iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnun əhəmiyyətini heçə endirir.
61. Sadalananlarla bərabər, məhkəmə kollegiyası hazırkı işin məhkəmə qaydasında iddiaçının xeyrinə yönəlik həll edilməsi ilə məhkəmənin inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz etdiyini, inzibati orqanın diskresion səlahiyyətlərinə məhkəmə müdaxiləsinin yolverilməzliyi bağlı kassasiya şikayətinin dəlillərini əsaslı və obyektiv arqument hesab etməməklə razılaşmır. 62. “İnzibati icraat haqqında” Qanunun qanunda istifadə edilən anlayışların, o cümlədən diskresion səlahiyyət anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir.
63. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir.
64. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentl iyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbisosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X1 tərtib etmək və onun icrasına nəzarət etmək Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir.
65. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
66. Əlillik “Ə lilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 67. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi və müddəti göstərilmişdir.
68. Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətini müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
69. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir.
70. Dolayısı ilə, bu sahədə məhk əmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir.
71. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
72. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymə tləndirmə meyarlarına cavab verən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.
73. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının həddləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, mü vafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.
74. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququnda düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.
75. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
76. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi İnzibati K ollegiyasının 2025-ci il 18 fevral tarixli 21(106)-165/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.