Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1849/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əkin subsidiyasının verilməsindən imtina; sığorta müqaviləsinin bağlanılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı KFT-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə 24.344,8 manat subsidiyanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2025-ci il tarixli, 2-1(106)97/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Torpaqdan daimi istifadə hüququna dair” JN-0076 KOD 90610058 nömrəli Dövlət aktından görünür ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 1996-cı il tarixli 325 nömrəli Sərəncamı ilə iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı üçün 110,66 hektar torpaq sahəsi verilmişdir.
2. İddiaçı tərəfindən həmin torpaq sahəsində 2022-2023-cü il əkin mövsümü üzrə payızlıq buğda əkilmişdir.
3. İddiaçı həmin payızlıq buğda əkini ilə bağlı subsidiyanın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir.
4. Cavabdeh imtinasında qeyd etmişdir ki, 2022-2023-cü əkin ili üzrə EKTİS-ə daxil edilən 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd (Dövlət aktı JN-0076 KOD ********) barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün həmin torpaq sahəsində həyata keçirilən payız lıq buğda əkininə görə subsidiya hesablanması mümkün olmamışdır.
5. Aqrar Sığorta Fondunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı ilə Fond arasında 110,66 hektar payızlıq buğda əkini sahəsinin 2022-2023-cü il əkin mövsümü üzrə sığortalanması barədə sığorta müqaviləsi mövcud deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə 24.344,8 manat subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısın ın 1996-cı il 15 noyabr tarixli 325 nömrəli Sərəncamı ilə İddiaçı kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi daimi istifadəyə verilmişdir. Sözügedən torpaq sahəsinin ümumi sahəsi 110,66 hektardır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 00076 saylı “torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı tərtib olunaraq verilmişdir. Dövlət aktında torpaq sahəsi iki hissədən ibarət olmaqla 28,1 hektarı 3-cü keyfiyyət, 82,5 hektarı isə 4-cü keyfiyyət qrupuna aid edilmişdir. Qeyd olunmalıdır ki, sözügedən və uzun müddətdir onun istifadəsində olan torpaq sahəsində tərəfindən xeyli vəsait sərf olunaraq şor suların axıdılması üçün kanallar qazılmış, suvarma şəbəkəsi qurulması üçün su xətti çəkilmişdir. Eyni zamanda torpağın münbitliyin in artırılması üçün müxtəlif mineral və üzvi gübrələr verilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, sözügedən torpaq sahəsində taxıl əkinləri aparılaraq hər il dövlətdən taxıl məhsulu istehsalına görə subsidiya alır. Lakin, sonuncu dəfə subsidiya üçün müvafiq dövlət orqanına müraciət etdikdə ona artıq dövlət aktı əsasında subsidiya verilmədiyini, istifadə hüquqlarına dair çıxarışın təqdim olunduqdan sonra subsidiya verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bundan sonra Kürdəmir rayon X4 mərkəzinə ərizə ilə müraciət edərək, hansı səbəbdən subsidiya verilməsindən imtina olunduğunun səbəblərinin izah edilməsini istəmişlər. Müraciətə verilən cavab məktubunda qeyd olunmuşdur ki, EKTlS-də operator tərəfindən axtarış verilən zaman Qarabucaq kəndi üzrə fermer olaraq şəxsi elektron kabinetdə yerləşən JN-0076, kod 90610058 nömrəli qeyd edilən sənəd əsasında 110.66 ümumi torpaq sahəsinin 106.6582 sahəsinə payızlıq buğda bitkisi bəyan edildiyi görünür. Lakin müvafiq torpaq sahəsinə aid sənəd 2022-2023-cü il sənədlərin təsnifatı halları üzrə ediləcək hərəkətlər barədə müvafiq reqlamentə əsasən çıxarış sənədinə çevrilmədiyindən müvafiq elektron bazada tapılmadığı üçün sistem tərəfindən avtomatik təsdiqlənməmişdir. Daha sonra cavabdehə müraciət edərək subsidiyanın verilməsini xahiş etsələr də, onlarında cavabı eyni qaydada olmuşdur. Verdikləri imtina əsaslarının qanunsuz olduğunu müraciət məktublarında izah etməyə çalışsalar da, əsassız olaraq çıxarışın olmamasını bəhanə gətirərək subsidiyanın verilməsindən imtina etmişlər. Cənab Prezidentin “Torpaq münasibətlərinin tənzimlənməsi i lə bağlı bəzi məsələlər haqqında” Fərmanına uyğun olaraq dövlət aktının çıxarış ilə əvəz olunmasının 2025-ci ilin yanvarın 1-dən məcburi olduğu aydın məsələdir. Onlara isə müraciətdə çıxarış olmadığı üçün sistemdə təsdiqlənmədiyi bildirilir. Sistemin yanlış şəkildə qurulması onların iradəsindən asılı olan hal deyil. Təbii haldır ki, əgər onların çıxarışı mövcud deyilsə, sistem bunu tapmayacaq. Amma yuxarıda qeyd edilən Fərmana istinadən bir daha qeyd edir ki, çıxarış yalnız 2025-ci ilin yanvarın birindən istisnasız tələb oluna bilər. Onların isə hazırda dövlət aktı var və qüvvədədir, buna uyğun olaraq da hər il subsidiya alırlar. Onlara ünvanlanan məktubda həmçinin 2022-2023-cü il sənədlərin təsnifatı halları üzrə ediləcək hərəkətlər barədə müvafiq reqlamentdən bəhs edilir. Necə ola bilər ki, hər hansı bir reqlament normativ hüquqi akt hesab edilən Azərbaycan Respublikasının Fərmanından üstündür və yaxud ona ziddir. Əgər ziddirsə, bunun həll yolu qanunvericiliklə tənzimlənib. Həll yolu odur ki, daha üstün hüquqi qüvvəyə malik olan Fərman tətbiq olunmalıdır. Reqlament qanunvericiliyə uyğun müəyyən edilməlidir. Qanunvericiliyin tətbiq edilməsi üsullarını sadələşdirməlidir. Hazırkı halda isə qanunla yanaşı onların hüquqlarının pozulmasına səbəb olur.
8. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X2 İnformasiya S istemi (EKTİS) üzərindən həyata keçirilir. Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 2.4-cü bəndinə müvafiq olaraq X3 2022-ci il 8 dekabr tarixli Qərarına əsasən 2023-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir. Eyni zamanda Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Qaydanın 3.1-1-ci bəndinə əsasən istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Habelə Qaydanın 3.8.3-cü yarımbəndinə görə fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsa l vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini SİS-ə (EKTİS-in altsistemi olan “Subsidiya” informasiya sistemi) daxil edirlər. Adıçəkilən Fərmanın 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentdə fermerlər tərəfindən payızlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsilə bəyan edilməsi və subsidiya müraciətləri üçün nəzərdə tutulan müddət sentyabrın 1-dən başlayaraq dekabr ayının 30-dək, yazlıq əkinlər və meyvə bağları (mövcud və yeni) üzrə növbəti il fevralın 1-dən başlayaraq may ayının 31dək müəyyən edilmişdir. 2022-2023-cü əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə (01.09-xx.xx.2022 il tarix lərində) EKTİS-ə daxil edilən 110,66 hektar payızlıq buğda əkini qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı kəndli fermer təsərrüfatı tərəfindən sığortalanmamış və sığorta müqaviləsinə dair məlumatlar SİS-ə daxil edilməmişdir. Həmçinin 2022-2023-cü əkin ili üzrə EKTİS-ə daxil edilən 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd (Dövlət aktı JN: 0076, ********) barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənməmişdir. Qeyd edilənləri, o cümlədən “Qarabucaq-T” X1 rəhbəri Qanuni nümayəndə tərəfindən qanunvericiliyin tələbləri pozularaq bitkilərin sığortalanmamasını, habel ə hüquqi aktlarla müəyyən olunmuş müddətdə sənədləri təqdim etməli olduğu halda vaxtında sənədlərin təqdim olunmamasını nəzərə alaraq iddiaçıya subsidiya hesablanması mümkün olmamış və ödənilməməlidir.
9. Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1416/2024 nömrəli qərarı ilə (hakim Ş.Musayev) iddia təmin edilmiş, 2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə 24.344,8 manat subsidiyanın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, BD2 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı KFT tərəfindən sığortalanmalı olan bitkinin becərilməsinə görə Aqrar Sığorta Fonduna 1576,33 manat ödəniş edilmiş, la kin texniki səhv olaraq İddiaçı KFT-nin adından deyil, "xxxx" MMC-nin sığortalanması kimi qeyd edilmişdir. İş materialları ilə tam sübuta yetirilir ki, iddiaçı tərəfindən sığortalanmalı olan bitkinin becərilməsinə görə Aqrar Sığorta Fonduna 1576,33 manat ödəniş edilmişdir. Habelə, 110,66 ha torpaq sahəsi iddiaçının istifadəsindədir, həmin torpaqlarda hər il əkin həyata keçirilməklə biçin nəticəsində məhsul götürülür. Belə olan halda sahibkarlıq subyekti olan iddiaçının subsidiya ödənişindən məhrum olması onun sahibkarlıq subyekti kimi hüquqi maraqlarına ziddir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 03 fevral 2025-ci il tarixli, 2-1(106)-97/2025 nömrəli qərarı ilə (hakimlər: H.Bəhmənov – məruzəçi, S.Həsənov və F.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1416/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.2-ci bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı v ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi təqdim etməlidirlər. Cavabdeh tərəfin imtina əsaslarına biri olan torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 2025-ci il yanvarın 1-dən etibarən tələb olunmalıdır. Göründüyü kimi, həm sığortaolunma, həmçinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bağlı cavabdeh tərəfin mövqeyinin əsassız olduğu tam sübuta yetmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd olunması və ya işin yenidən baxılması üçün apallyasiy a instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”: 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsə dləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X2” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi;... 1.2.9. əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya;... 2.2. Aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradılır. Şura sədr də daxil olmaqla 9 üzvdən – Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirindən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarətdir. Şuraya rəhbərliyi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri həyata keçirir.... 2.4. Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır: 2.4.1. əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının, həmçinin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunanların (bundan sonra – sığortalanmalı olan bitkilər) siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onların əkin s ahələrinin minimum ölçüsünə dair tələblərin təsdiqi;... 2.5-1. Bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şura tərəfindən əkin subsidiyasının tətbiqi üçün sığortalanmalı olan bitkilərin siyahısı təsdiq edilərkən həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülür.... 3.1-1. Bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin minimum ölçüdən az olmayan əkin sahəsində becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir....
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəm ədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tə ləb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümk ün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayət təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia rədd olunma lıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.
22. İşin hallarından görünür ki, “Torpaqdan daimi istifadə hüququna dair” JN-0076 KOD 90610058 nömrəli Dövlət aktına əsasən 110,66 hektar torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçının hazırkı tələbi 2022-2023-cü il üzrə həmin torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə 24.344,8 manat subsidiyanın verilməsindən ibarətdir.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əkin subsidiyasının verilməsi şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilmişdir.
24. Həmin Qaydanın 3.1-1-ci yarımbəndinə əsasən bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olara q Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin minimum ölçüdən az olmayan əkin sahəsində becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir.
25. X3 bitkiçilik sahəsində 2023-cü il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair 2022-ci il 8 dekabr tarixli iclasının 7 saylı protokolu ilə qərara alınmışdır ki, 2023-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilsin.
26. Göründüyü kimi buğdanın əkilməsinə görə müvafiq əkin subsidiyasının verilməs inin əsas şərtlərindən biri məhz “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əkilən buğdanın sığortalanmasıdır.
27. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli, BD2 nömrəli ödəniş tapşırığında 110,6582 ha torpaq sahəsində payızlıq buğda bitkisi üzrə Aqrar Sığorta Fonduna 1576,33 manat məbləğində ödəniş edilsə də, ödəyici kimi iddiaçı deyil, başqa hüquqi şəxs – "xxxx" MMC göstərilmişdir. Eləcə də, həmin ödəniş tapşırığının “Ödənişin təyinatı və əsas” hissəsində ödəmənin məhz sığorta ödənişi olması qeyd edilməmişdir.
28. Habelə, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Aqrar Sığorta Fondunun xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı ilə Fond arasında 110,66 hektar payızlıq buğda əki ni sahəsinin 2022-2023-cü il əkin mövsümü üzrə sığortalanması barədə sığorta müqaviləsi mövcud deyil.
29. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxladığı zaman iddiaçı tərəfindən əkilən payızlıq buğda bitkisinə görə sığorta ödənişinin edilməsi barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz.
30. Belə ki, apellyasiya instansiya məhkəməsi qərarında xx.xx.2023-cü il tarixli, BD2 nömrəli ödəniş tapşırığında iddiaçının adının deyil, "xxxx" MMC-nin adının qeyd olunmasını texniki səhv kimi göstərmiş, lakin iddiaçı ilə Aqrar Sığorta Fondu arasında mübahisə predmeti olan payızlıq buğda əkininə görə sığorta müqaviləsinin bağlanmadığını nəzərə almamışdır.
31. Göründüyü kimi, iddiaçı 2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi ilə bağlı “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda göstərilən tələblərə əməl etməmiş, həmin Qaydanın tələbinə əsasən sığortalanmalı olan buğda bitkisini sığortalamamışdır.
32. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2025-ci il tarixli, 2-1(106)-97/2025 nömrəli qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, İddiaçı KFT-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə gör ə 24.344,8 manat subsidiyanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2025-ci il tarixli, 2-1(106)-97/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı KFT-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə 24.344,8 man at subsidiyanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.