Məhkəmə qərarları › İş №2-1(102)-1853/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1853/2023

15.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1853/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (şəhərsalma əsaslandırılmasının düzgünlüyünə rəy verilməsindən imtinanın qanunsuz sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı «şəhərsalma əsaslandırılma sının düzgünlüyünə rəy verilməsindən imtinanın qanunsuz sayılması və bununla bağlı düzgün inzibati aktın qəbul edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-1(103)-605/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2019-cu il 24 dekabr tarixli çıxarışdan görünür ki, ünvan ünvanında yerləşən, sahəsi 45.60 kv.m olan qeyri-yaşayış binası və 0.24 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətindədir.

2. İddiaçı ilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu arasında bağlanmış “Layihə məhsulunun yaradılması üçün” 2020-ci il 4 fevral tarixli, 9514 saylı müqavilədən görünür ki, sonuncuya Bakı şəhəri, Qaradağ rayonu, Qılızdaş-Müşfiqabad yolunun 15-ci km-də sol tərəfdə yerləşən 132 saylı yanacaqdoldurma məntəqəsinin şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsi tapşırılmışdır.

3. İddiaçı şəhərsalma əsaslandırılmasının düzgünlüyünə dair rəy verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina olunmuş və bu barədə 2020-ci il 2 mart, 2021-ci il 8 may, 2021-ci il 22 sentyabr, 2021-ci il 5 noyabr və 2022-ci il 7 iyul tarixlərində imtina məktubları göndərilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, tikinti üçün nəzərdə tutulmuş torpaq sahəsi hal-hazırda işlənməkdə olan Bakı şəhərinin Baş Planına əsasən rekreasiya zonasına aid edilir. Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli, 51 saylı Qərarı təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a əsasən, rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, xiyabanları, meşə-parkları, sututarları, landşaf obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə etməklə, həmin zonaların ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqədar olmayan sənaye, anbar, kommunal obyektlərininin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. Bununla yanaşı mövcud qanunvericiliyə əsasən, layihələndirilən əraziyə nəqliyyat vasitələrinin giriş və çıxışının Qılızdaş-Müşfiqabad avtomobil yolu ilə əlaqələndirilməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəyi təqdim edilməmişdir.

4. Azərbaycan Respublikasının X5 (bundan sonra-“X7”) 2021-ci il 5 noyabr tarixli məktubunda qeyd edilmişdir ki, qeyd edilən ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra-“Nazirlər Kabineti”) 2016-cı il 1 avqust tarixli, 286 saylı Qərarı ilə yaradılmış turizm və rekreasiya zonalarının hüdudları daxilində deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə (bundan sonra-“cavabdeh” və ya “Mərkəz”) qarşı «cavabdehin imtinasının ləğv edilərək şəhərsalma əsaslandırılmasının düzgün olması» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmi şdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci il 19 fevral tarixində cavabdehə rəsmi ərizə ilə müraciət edərək, ona Bakı şəhəri, Qaradağ rayonu ərazisində Müşfiqabad – Qızıldaş yolunun 15-ci kilometrliyində yerləşən, əvvəllər fəaliyyətdə olmuş 132 saylı yanacaqdoldurma məntəqəsinin rekonstruksiya olunmaqla və müasir avadanlıqlarla təchiz edilməklə tikintisinə icazə verilməsini xahiş etmişdir. Bu məqsədlə iddiaçı əvvəlcədən 132 saylı yanacaqdoldurma məntəqəsini qüvvədə olan obyekt kimi satın almış və həmin obyekti müasir avadanlıqlarla təchiz etməyi planlaşdırmışdır. Obyektin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iki şəxsin – iddiaçının və digər şəxs X3 (bundan sonra - “K.Hacıyev”) adına verilmişdir. Onlar birgə şəkildə fəaliyyət göstərmə yə qərar vermişlər. Odur ki, digər bütün sənədləşmə əməliyyatları hüquqi cəhətdən onların adından aparılmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra-“Şəhərsalma və Tikinti Məcəlləsi”) 75-ci maddəsinə əsasən tikintiyə icazə alınmasının ilkin prosedurlarından biri sayılan şəhərsalma əsaslandırılmasını 2020-ci il 4 fevral tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa tabe strukturu olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə bağlanmış 9514 saylı “Layihə məhsulunun yaradılması barədə” müqaviləyə əsasən həmin qurum hazırlamalı idi. Layihə institutu da şəhərsalma əsaslandırılmasını şübhəsiz ki, Komitənin tələb etdiyi Şəhərsalma və Tikinti Məcəlləsinin və digər texniki normativlərin tələblərinə uyğun olaraq hazırlayaraq ona (iddiaçıy a) təhvil vermişdir. Növbəti mərhələ olan tikintiyə icazə alınması məqsədi ilə 2020-ci il 19 fevral tarixində verilən ərizə 2020-ci il 2 mart tarixində Komitənin digər tabe strukturu olan, hazırda cavabdeh qismində çıxış edən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 02/996 saylı məktubuna əsasən Layihə İnstitutu tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılması Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli, 72 saylı qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın tələblərinə uyğun olmaması əsası ilə imtina cavabı verilməklə geri qaytarılmışdır. Halbuki, həmin Qaydaların 17-ci bəndinə əsasən bu qaydalar yanacaqdoldurma məntəqələrinə və bir sıra digər spesifik tikililərə şamil edilmir, onlar barəsində digər normativ aktlar tətbiq olunur. Layihəçi Dövlət Şəhərsalma və A rxitektura Komitəsinə tabe qurumdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 48.3.2-ci maddəsində göstərilir ki, layihəçi tikinti layihəsinin bu Məcəllənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır. İddiaçı məsələ ilə bağlı Ərazi TikintiPlanlaşdlrma Mərkəzində qəbulda olmuş, lakin müsbət nəticə əldə olunmamışdır. 2020-ci il 4 fevral tarixli, 9514 saylı müqavilənin 3.1-ci bəndinə uyğun olaraq, iddiaçı tərəfindən həmin tarixdə 11 saylı hesab-fakturaya əsasən İnstitutun "xxxx" ASC-nin Mərkəzi Filialındakı hesablaşma hesabına 4.000 manat (ƏDV ilə birlikdə) pul vəsaiti keçirilmişdir. Sonradan iddiaçı məcbur qalaraq, rəsmi şəkildə poçt vasitəsi ilə şəhərsalma əsaslandırılmasının əsassız olaraq təsdiq olunmamasını Əraz i Tikinti Planlaşdırma Mərkəzinə olan iradlarını qeyd etməklə, Komitənin rəhbərliyinə 2021-ci il 22 aprel tarixində şikayət şəklində göndərmişdir. Həmin şikayətə cavab olaraq ünvanlanmış 2021-ci il 8 may tarixli məktubla cavabdehdən sənədlərin yenidən hazırlanaraq təqdim olunması təklifi gəlmişdir. İddiaçı həmin tarixdə cavabdehə tələb olunan sənədlərlə birlikdə yeni ərizə ilə müraciət etmişdir. 2021-ci il 27 may tarixində cavabdehdən daxil olmuş digər məktubda isə, ona guya əvvəlki 2021-ci il 8 may tarixli məktubda məsələyə dair ətraflı izah verildiyi bildirilmişdir. Halbuki, əvvəki məktubda ona sənədləri yenidən təqdim etmək təklif olunmuşdu ki, iddiaçı da həmin sənədləri 2021-ci il 8 may tarixində təqdim etmişdir. Yəni, əvvəlki əsassız imtina cavabı nəzərə alınmadan təkrar müraciət etmə k məsləhət bilinmiş və bu müraciət təklifi də qəbul olunmuşdur. Bununla da, tikintiyə icazə icraatı qeyri-qanuni olaraq iddiaçının təqsiri olmadan bir ildən çox müddətə ləngidilmişdir. Halbuki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4 və 75.5-ci bəndlərinin tələblərinə əsasən icazə prosedurunun bu mərhələsində, onun müraciətindən ötən 2-3 gün ərzində şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olub-olmaması cavabdeh tərəfindən yoxlanılaraq, düzgün olduğu halda növbəti mərhələnin başlanması üçün həmin Məcəllənin 75.5.2-ci maddəsinə əsasən digər aidiyyati qurumlara rəsmi göndərilməli idi. Təqdim edilmiş sənədlərdə də qanuni tələblərdən kənar hər hansı xüsusat yox idi ki, əsassız olaraq növbəti mərhələlərə göndərilmədən imtina olunsun. İmtina edilən şəhərsalma əsaslandırılmasın da ara məsafələrinə riayət olunmamasına dair tutulan iradlar tamamilə əsassız idi. Bu etirazı ilk öncə adı çəkilən Layihə İnstitutuna bildirdikdə, qurumdan “ara məsafələri”nə riayət olunması tələblərinə əməl olunması məqsədi ilə məlum reyestrdən çıxarışda qeyd olunan 0.24 ha-dan əlavə yanaşı ərazidən əlavə daha 0.20 ha torpaq alınması şərt kimi bildirilmişdir. Halbuki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tabe olan məlum layihəçinin nümayəndəsi bildirmişdir ki, həmin yanacaqdoldurma məntəqəsinin üç tərəfi dövlət ehtiyat fondunun torpaqlarıdır. Əgər əvvəllər qanuni fəaliyyət göstərmiş yanacaqdoldurma məntəqəsi üçün hazırda başqa normativlər tələb olunursa, bu normativlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təsdiq etdiyi 2001-ci il 25 oktyabr tarixli 2718 saylı “Dövlət Şəhərs alma Norma və Qaydaları”na (Az.DTN 2.6-1) ziddir. Məhz bu Qaydalar «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın 17-ci bəndində nəzərdə tutulmuşdur. Həmin Qaydaların 8.45-ci bəndinə görə yanacaq doldurma məntəqələri 1.200 minik avtomobilinə hər yanacaq paylama kolonkası hesabı ilə layihələndirilməli, onların torpaq sahələrinin ölçüləri aşağıdakı kimi qəbul edilməlidir: 2 kolonkalı məntəqə – 0.1 ha, 5 kolonkalı məntəqə – 0.2 ha, 7 kolonkalı məntəqə – 0.3 ha. Göründüyü kimi, ona (iddiaçıya) aid yanacaq-doldurma məntəqəsinin layihəsi ilə 3 kolonkalıdır, reyestrdən çıxarış üzrə mümkün olandan daha az torpaq sahəsi tələb olunur. Bundan əlavə, iddiaçıya aid torpaq sahəsinin yüz metrlərlə hər dörd cəhətində, məlum Qaydaların 8.46-cı bəndində sadalanan obyektlər mövcud deyildir. Həmin Qaydaların 8.46-cı bəndinin tələblərinə görə maye yanacaq saxlanan yeraltı çənləri olan yanacaq-doldurma məntəqəsindən məktəbəqədər tədris müəssisələrinin, ümumtəhsil məktəblərinin, internat məktəblərinin, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 metrdən az olmamalıdır. Göstərilən məsafə məntəqədəki yanacaqdoldurma kolonkaları və maye yanacaq saxlanan yeraltı çənlərdən təyin edilir. Sutkada 500 qədər minik avtomobilinə xidmət olunduqda, məsafəni 25 metrdən az olmamaqla qısaltmaq olar. Yuxarıda sözügedən 2718 saylı Qaydalardan daha sonra ölkə üzrə bu xüsusda yeni Qaydalar təsdiq olunmadığı halda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tabe olan strukturlar tərəfindən ciddi qanunsuzluqlara yol verilmişdir. Layihə İnstitutunun iddiaçıya ünvanlanmış 2021-ci il 5 may tarixli məktubunda göstərilir ki, şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsi üçün mövcud yanacaq-doldurma məntəqəsinin rekonstruksiyasını nəzərə almaqla, yerləşəcək yeraltı yanacaq çənləri və kolonkalardan 25 metr radiusunda olan torpağa dair müvafiq sənədlərin tələb olunmasına baxmayaraq, həmin torpaq sənədləri təqdim olunmamışdır. Layihə sənədlərində yaşıl rəngdə 25 metr radiusundakı çevrələrin mövcud ərazidən kənara çıxdığı göstərilmişdir. Göründüyü kimi, Ədliyyə Nazirliyinin təsdiq etdiyi qüvvədə olan yuxarıda ətraflı şərh olunmuş məlum 2718 saylı dövlət-tikinti normativlərinə zidd olan tələb qoyularaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birbaşa tabe Layihə İnstitutu tərəfindən ona (iddiaçıya) rəsmi məktub göndərilmişdir. Həmin məktubda məlum Layihə İnstitutu özü təsdiq edir ki, İnstitut tərəfindən çəkilən layihə səhvdir, çən və kolonkalardan 25 metr radiusda əlavə yeni, yəni iddiaçıya məxsus mövcud 24 kv.m-dən əlavə torpaq sahəsi tələb olunur ku, bu da sözügedən normativlərə ziddir. Belə ki, 25 metrlik məsafə AZ.DTN 2-6-1 qaydalarına əsasən çənlərdən hesablanaraq həmin qaydalarda sadalanan və yuxarıda adıkeçən obyektlərin sərhədlərinə qədər müəyyən edilərkən həmin məsafənin yanacaqdoldurma məntəqələrinin sərhədləri daxilində olması tələbi mövcud deyil və bu tam məntiqdənkənar haldır. Qurum tərəfindən 3 kolonkası olan yanacaq-doldurma məntəqəsinə əlavə 0,20 ha sahə tələb edilir. İddiaçı məsələ ilə bağlı 2021-ci il 7 oktyabr tarixində Nazirlər Kabinetinə və X6 ayrı-ayrılıqda sor ğu məktubları göndərmişdir. Nazirlər Kabineti həmin sorğu məktubunu aidiyyati üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə göndərmiş və həmin Xidmətdən daxil olmuş 2021-ci il 5 noyabr tarixli, **********94 saylı elektron məktubda bildirilmişdir ki, məlum ərazinin Bakı şəhərinin hazırda hazırlanmaqda olan Baş Planında turizm və rekreasiya zonası kimi nəzərdə tutulması barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Nazirlər Kabineti sorğu məktubunu Əmlak Məsələləri Dövlət Xidmətinə göndərməkdə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında» Əsasnaməyə istinad etmişdir. Həmin Agentlik isə, Əmlak Məsələləri Dövlət Xidmətinin birbaşa tabe strukturudur. Həmin Əsasna mənin 3.0.4-cü bəndində qeyd olunur ki, torpaqların dövlət idarəetməsinin təşkili ilə bağlı icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının fəaliyyətlərini əlaqələndirmək Agentliyin müstəsna vəzifəsidir. Həmin Əsasnamənin 3.0.5-ci bəndində isə göstərilir ki, torpaqların kateqoriyaya aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə baxmaq, aidiyyati orqanlarla razılaşdırılması, əsaslandırılması istiqamətində tədbirlər görmək və təkliflər vermək də Agentliyin müstəsna səlahiyyətidir. Bununla da, görünən odur ki, turizm və rekreasiya zonalarının Baş Plana salınması üçün mütləq X5 Nazirlər Kabinetinə rəsmi təklifi olmalı, Nazirlər Kabineti də öz növbəsində bu təklifin torpaq fondu ilə bağlı hissəsini razılaşdırmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli idi. X4 Nazirlər Kabinetinə təklif daxil olduğu halda, Əmlak Məsələləri Dövlət Xidmətindən yuxarıda ətraflı qeyd edilən cavab məktubu gəlməzdi. X6 göndərilən rəsmi sorğuya cavab olaraq Agentlikdən verilmiş DİA/03-12/2-1650/2 saylı, 2021-ci il 5 noyabr tarixli məktubda qeyd olunur ki, müvafiq ərazi Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli 286 nömrəli qərarı ilə yaradılmış turizm və rekreasiya zonalarının hüdudları daxilində deyildir. Deməli, Agentlik ümumiyyətlə 2016cı ildən sonra yeni turizm-rekreasiya zonaları yaradılması üçün torpaq sahəsi ayrılması barədə təkliflə Nazirlər Kabinetinə müraciət etməmişdir. Başqa sözlə, mübahisə predmeti olan ərazinin Bakı şəhərinin hazırlanmaq mərhələsində olan Baş Planına salınması üçün yeganə səlahiyyətli təklifverici və təsdiqedici orqan tərəfindən Baş Planın layihəçisinə heç bir sənəd daxil olmadan 132 saylı yanacaq-doldurma məntəqəsinin rekonstruksiyasına icazə verilməsinə mane ola biləcək ərazinin turizm və rekreasiya zonası elan olunması barədə rəsmi sənədlə iddiaçıya verilən məlumatlar da yanlışdır. Əlavə olaraq 2021-ci il 16 oktyabr tarixdə sonuncu dəfə cavabdehə tikintiyə icazə verilməsi üçün şəhərsalma əsaslandırılmasının təsdiq olunması xahişi ilə bütün aidiyyəti sənədləri göndərməklə müraciət olunmuş və cavabdehdən daxil olan 2021-ci il 5 noyabr tarixli məktubla artıq 4-cü dəfə əvvəlki göndərilən imtina cavablarına istinad edilərək, şəhərsalma əsaslandırılmasının təsdiq edilməsindən imtina olunmuşdur. Beləliklə də, rekreasiya zonası adı ilə iddiaçıya məxsus obyektin şəhərsalma əsaslandırılma sının təsdiqindən imtina edilməsi, eyni ilə ara məsafələri adı ilə imtina qədər absurddur və hər iki halın baş vermə səbəbləri cinayət motivlidir. Cavabdedən gələn 2021-ci il 5 noyabr tarixli 4-cü imtina cavabı, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətindən və X4 2021-ci il 5 noyabr tarixdə daxil olan cavab məktubları artıq tam qənaət yaradır ki, onun (iddiaçının) hüquqları əsaslı şəkildə, hətta qərəzli və qəsdən pozulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikasınən Konstitusiyasının 149-cu maddəsinin Vİİ, Vİİİ hissələrinə, Mülki Məcəlləsinin 7-ci maddəsinə, Mülki-Prosessual Məcəlləsinin 296, 297.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən tikintiyə icazə verməkdən əsassız olaraq qəsdən və qərəzli şəkildə imtina etməklə, Cinayət Məcəlləsinin 308-ci maddəsinin tələblərinə uyğun olaraq vəzif ə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin tamah və sair şəxsi marağı üzündən öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində ona 200.000 manatdan çox zərər dəyə bildiyinə görə cavabdehin aidiyyəti məsul şəxsləri barəsində xüsusi qərardad qəbul edilməsi, cavabdeh tərəfindən 132 saylı yanacaq-doldurma məntəqəsinin rekonstruksiya olunaraq tikilməsinə icazə məqsədi ilə rəsmi müraciətlərə verilən qərəzli imtina cavabları ləğv edilərək, 2020-ci il 4 fevral tarixli 9514 saylı müqaviləyə əsasən “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış və cavabdehə təqdim olunmuş şəhərsalma əsaslandırılmasının düzgün olması barədə qərar çıxarılması xahiş olunur.

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı öz iddiasında İPM-in 2-ci maddəsinə istinad etsə də, əsası düzgün seçməmişdir. Cavabdehin İPM-in 2-ci maddəsinin hansı tələbini pozması iddia ərizəsində aydın ifadə edilməmişdir. Cavabdeh tərəfindən İPM-in 2-ci maddəsinin tələbinin pozulması qeyrimümkündür. Çünki cavabdeh inzibati orqan deyildir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanuna əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür və Nazirlər Kabinetinin 2008-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibat i orqanların Təsnifatı»na Ərazi Tikinti-Planlaşdırma Mərkəzi inzibati orqan kimi daxil edilməmişdir. İddia ərizəsində dəqiq ifadə edilməsə də güman edilir ki, iddiada İPM-in 33.1ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçının arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması məhkəmədən tələb edilir. Bu tələbin də hüquqi əsası düzgün müəyyən edilməmişdir. Çünki Məcəllənin 33.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia ya inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, ya da cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallarda verilə bilər. Bu halda bir neçə sual yaranır: 1) Cavabdeh hansı inzibati aktı qəbul etməkdən imtina etmişdir? Bu sualın təbii ki, cavabı yoxdur. Çünki cavabdehin yuxarıda da qeyd edildiyi kimi, inzibati akt qəbul etmək səlahiyyəti yoxdur və cavabdeh tərəfindən iddiaçıya verilən 2020-ci il 2 mart tarixli 02/996 saylı, 2021-ci il 8 may tarixli XO-03-R-14-202101096 saylı və 2021-ci il 5 noyabr tarixli XO-03-0/2-2021-04162 saylı məktublar da imtina məktubu deyildir, əksinə həmin məktubda çatışmazlıqlar konkret olaraq sadalanmaqla aradan qaldırılması tövsiyyə edilmişdir. 2) Cavabdehin hansı hərəkətsizliyi səbəbindən inzibati akt qəbul edilməmişdir? Bu sualın da, cavabı yoxdur. Çünki İPM-in 33.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə mə lumat verməlidir. Məhkəmədə İPM-in 33.2-ci maddəsinin tələbinin pozulmasını öz əksini tapsa və məhkəmə cavabdeh üçün müddət təyin etsə də, bu normanın necə və hansı formada tətbiq edilməsi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanına əsasən cavabdehin göstərdiyi ödənişli xidmətlərin siyahısı təşkil edilmişdir. Həmin xidmətlərin göstərilməsi üçün isə, müqavilə bağlanılır və müvafiq xidmət haqqı ödənilir. Cavabdeh isə, müvafiq xidmətləri göstərərkən qanunvericiliyə istinad edir və yalnız qanunun tələblərinə uyğun şəkildə hazırlanmış şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması xidmətini həyata keçirir. İddiaçı tərəfindən yoxlanılması üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihəsində isə, nöqsanlar mövcuddur və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilməsi tövsiyyə olunmuşdur. Qanunvericilikdə nöqsanların mövcud olduğu, qanunvericiliyin tələblərinə uyğun olmayan şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması xidmətinin həyata keçirilməsi prosedurları mövcud olmadığından, cavabdeh üçün müddətin tətbiq edilməsi göründüyü kimi mümkün deyildir. İddiaçı öz iddiasında cavabdehin aidiyyəti məsul şəxsləri barəsində xüsusi qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bu tələb əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 265-ci maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məcəllənin həmin maddəsinin tələbin dən aydın şəkildə bəlli olur ki, yalnız məhkəmə baxışı zamanı proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, məhkəmə, bu barədə xüsusi qərardad çıxarmalıdır. Məhkəmə baxışı həyata keçirilmədən xüsusi qərardadın çıxarılması proseduru qanunvericilikdə müəyyən edilməmişdir. Eyni zamanda da, məhkəmə baxışı zamanı şəxslərin əməlində cinayətin əlamətləri mütləq şəkildə aşkar olunmalıdır ki, məhkəmə xüsusi qərardad çıxara bilsin. İddiaçının qardaşı X2 Nəsimi rayon prokurorluğuna 2021-ci il 12 oktyabr tarixli müraciətinə (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının rüşvət tələb etməsi barədə) əsasən prokurorluqda müvafiq müraciət üzrə araşdırılmanın aparılmasına başlanılmış və araşdırılmanın gedişində iddiaçının da izahatı alınmışdır. Araşdırılmanın nəticəsi olaraq şəxslərin əməlində cinayət hadisəsi müəyyən edilməmiş və 2021-ci il 22 oktyabr tarixində cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilərək tərəflərə təqdim edilmişdir. İddiaçı öz iddiasında əsaslandığı faktları və digər sübutetmə vasitələrini qeyd etməmiş, yalnız MPM-in bu işə heç bir aidiyyəti olmayan və ləğv edilmiş maddələrini sadalamaqla kifayətlənmişdir. Halbuki, bunun qeyd edilməsi çox vacibdir. İddiaçı əsaslandığı faktları və digər sübutetmə vasitələrini qəsdən öz iddiasına daxil etmir. Çünki bilir ki, o zaman iddia tələbinin əsassız olduğu dərhal aşkar ediləcəkdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi xahiş olunur.

8. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 30 iyun tarixli, 2-1(112)-3811/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin imtinası qanunsuz sayılmış, iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsinin rekonstruksiya olunaraq tikintisi məqsədilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış və iddiaçı tərəfindən təqdim olunmuş şəhərsalma əsaslandırılmasına dair rəy verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim-R.Kərimli).

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müraciəti üzrə inzibati icraatda Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli,72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın müddəalarına istinad etməklə imtina cavabı verməkdə cavabdeh inzibati orqan haqlı olmamışdır. Be lə ki, həmin Qaydaların 17-ci bəndi nəzərdə tutur ki, yanacaqdoldurma məntəqələri ilə bağlı məsafələr digər normativ sənədlərlə tənzimlənir. Həmçinin nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları», eləcə də Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya iclasının 2001-ci il 12 oktyabr tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Şəhərsalma Norma və Qaydaları (Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1)» təsdiq edilmişdir. Bununla da, cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Qanunun 16, 17, 24-cü maddələrinin tələblərinə riayət olunmamışdır.

10. Bundan başqa, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş müvafiq reyestrdən çıxarışın surətindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrində “Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş-Müşfiqabad yolu, 132 saylı YDM” kimi qeydiyyata alınmış qeyri-yaşayış sahəsi iki şəxsin – iddiaçı və K.Hacıyevin ümumi paylı mülkiyyətindədir. Lakin cavabdeh inzibati orqan tərəfindən inzibati icraat onlardan yalnız birinin ərizəsi üzrə və iştirakı ilə aparılmışdır. Digər şəxsin inzibati icraatda hər hansı (ərizə ilə müraciət etmiş şəxs və ya iştirakçı kimi icraata cəlb olunmuş şəxs) qisimdə iştirakı təmin olunmamışdır. Bununla da, cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haq qında» Qanunun 36.1, 36.3, 36.4-cü maddələrinin tələblərinə riayət olunmamışdır.

11. Məhkəmənin hüquqi mövqeyinə görə, cavabdeh inzibati orqan tərəfindən yuxarıda göstərilən hallar üzrə tədbir görülməli, nöqsan və çatışmazlıqlar aradan qaldırılmalı və bundan sonra iş üzrə əhəmiyyət kəsb edən bütün hallar araşdırılaraq, iddiaçının qaldırdığı konkret məsələ ilə bağlı müsbət qərar və ya imtina verilməlidir. Nəzərə alınmalıdır ki, qeyd olunan halların bütövlükdə araşdırılması, aradan qaldırılması və qiymətləndirilməsi məhkəmə baxışı çərçivəsində mümkünsüzdür.Odur ki, məhkəmə cavabdehin imtinasını qanunsuz sayır və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia təl əbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının hazırki iddia tələbi üzrə etdiyi müraciətlə bağlı inzibati orqanın apardığı inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi üçün cavabdehə məhkəmə sorğusu göndərilmişdir.

14. Həmin sorğuya cavab olaraq 2023-cü il 17 fevral tarixində məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, cavabdeh şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər göstərən hüquqi şəxsdir və ona yönələn ofertaya müsbət aksepti yalnız layihədəki şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahəsindəki çatışmazlıqlar aradan qalxdıqdan sonra ola bilər. Mərkəz ofertanı aksept etdiyi təqdirdə isə tərəflər arasında xidm ətlərin göstərilməsinə dair müvafiq müqavilə bağlanır və Mərkəz göstərdiyi xidmətin nəticəsini Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın tələblərinə əsasən təsdiq edilməsi, yəni inzibati aktın qəbul edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edir. - 2020-ci il 19 fevral tarixli müraciəti üzrə: İddiaçı 2020-ci il 19 fevral tarixli müraciəti və həmin müra ciətə qoşma edilmiş şəhərsalma əsaslandırılması 2020-ci il 20 fevral tarixində Mərkəzdə qeydiyyata alınmış və həmin müraciət aidiyyəti üzrə baxılması (araşdırılması) üçün Ərazi planlaşdırması sənədlərinin və tikinti layihələrinin təhlili şöbəsinə yönəldilmişdir. Daxil olmuş şəhərsalma əsaslandırılmasına və təqdim edilmiş sənədlərə baxılan zaman məlum olmuşdur ki, tikinti üçün nəzərdə tutulan torpaq sahəsi hal-hazırda işlənməkdə olan Bakı şəhərinin Baş planına əsasən rekreasiya zonasına aid edilmişdir. “Ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli Qərarına əsasən rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları, su tutarlarını, landşaft memarlığı obyektləri, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə etməklə, həmin zonaların ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. Eyni zamanda mövcud qanunvericiliyə əsasən layihələndirilən əraziyə nəqliyyat vasitələrinin giriş və çıxışının Qızldaş-Müşfiqabad avtomobil yolu ilə əlaqələndirilməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq rəyi təqdim edilməmişdir, habelə Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları-AzDTN 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normativ sənədin 8.46-cı bənd inə əsasən yanacaqdoldurma məntəqəsindən (YDM) yaşayış və ictimai bina və qurğuların divarlarına qədər məsafə 50 metrdən az olmamalıdır. Sutkada 500 qədər avtomobilin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən bu məsafəni 25 metrdən az olmamaq şərtilə azaltmaq olar. Belə ki, təqdim olunmuş şəhərsalma əsaslandırılmasında yanacaqdoldurma məntəqəsinin layihələndirilən yeraltı çənlərin və kolonların 25 metr radiusluq yanğın təhlükəsizlik zolağı iddiaçı və K.Hacıyevin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənara çıxmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hazırlanmış şəhərsalma əsaslandırılması Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğun olmadığından, təqdim edilmiş şəhər salma əsaslandırılması Mərkəzin 2020-ci il 12 mart tarixli 02/996 nömrəli məktubu ilə razılaşdırılmadan iddiaçıya geri qaytarılmışdır. - 2021-ci il 22 aprel tarixli elektron müraciəti üzrə: İddiaçının yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilməsi barədə 2021-ci il 22 aprel tarixli elektron müraciəti 2021-ci il 24 aprel tarixdə Mərkəzdə qeydiyyata alınmış və həmin müraciət aidiyyəti üzrə baxılması üçün Ərazi planlaşdırmasi sənədlərinin və tikinti layihələrinin təhlili şöbəsinə yönəldilmişdir. İddiaçının müraciəti zamanı yanacaqdoldurma məntəqəsinin tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılması təqdim edilmədiyindən, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə h üququnu təsdiq edən sənədlərin surəti və tikintisi nəzərdə tutulan yanacaqdoldurma məntəqəsinə dair qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmış şəhərsalma əsaslandırılması təqdim edildikdən sonra qaldırılan məsələyə müvafiq qaydada baxılması barədə Mərkəzin 2021-ci il 8 may tarixli XO-03-R-14-2021-01096 nömrəli məktubu ilə məlumat verilmişdir. - 2021-ci il 16 oktyabr tarixli müraciəti üzrə: İddiaçı YDM-in tikintisinə icazə verilməsi barədə 2021-ci il 16 oktyabr tarixli müraciəti 2021-ci il 20 oktyabr tarixində Mərkəzdə qeydiyyata alınmış və həmin müraciət aidiyyəti üzrə baxılması üçün Ərazi planlaşdırması sənədlərinin və tikinti layihələrinin təhlili şöbəsinə yönəldilmişdir. Müraciətdə qeyd edilən məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitek tura Komitəsinin 2021-ci il 28 iyul tarixli və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2021-ci il 22 sentyabr tarixli məktubları ilə iddiaçıya Mərkəzin 2021-ci il 5 noyabr tarixli məktubu ilə məlumat verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanmış məktubları müvafiq arayışa əlavə edilir. - 2022-ci il 21 iyun tarixli müraciəti üzrə: İddiaçı 2022-ci il 21 iyun tarixli müraciəti və həmin müraciətə qoşma edilmiş şəhərsalma əsaslandırılması 2022-ci il 21 iyun tarixində Mərkəzdə qeydiyyata alınmış və həmin müraciət aidiyyəti üzrə baxılması üçün Ərazi planlaşdirmasi sənədlərinin və tikinti layihələrinin təhlili şöbəsinə yönəldilmişdir. Müraciətdə qeyd edilən məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektu ra Komitəsinin 2021-ci il 28 iyul tarixli və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2021-ci il 22 sentyabr tarixli məktubları ilə iddiaçıya 2022-ci il 7 iyul tarixli məktubla məlumat verilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-1(103)605/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: X.Cəmilova/sədrlik edən, R.Səmədov və A.Oruczadə).

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, onun istinad etdiyi qanunvericilik normalarına istinad etmiş və bildirmişdir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yaz ılı etirazla eyni məzmunlu olub, qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir.

17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, işin məhkəmələr tərəfindən hər tərəfli araşdırıldığını bildirmiş, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kas sasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 48.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Həmin Məcəllənin 48.3.2-ci maddəsinə əsasən layihəçi tikinti layihəsinin bu Məcəllənin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; - tikinti layihəsi; -sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; -«Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.

23. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli, 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Ərazi Tikinti-X1» 1.1-ci bənd: Ərazi Tikinti-Planlaşdırma Mərkəzi şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir; 3.1.6-cı yarımbənd: Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbir gö rmək Mərkəzin vəzifələri sırasına daxildir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar» 17-ci bəndinə əsasən bina və qurğularla mühəndis-kommunikasiya təminatı obyektləri (qurğuları, xətləri), xüsusi təyinatlı avadanlıqlar, neft-qaz məhsulları saxlanılan çənlər, o cümlədən yanacaqdoldurma məntəqələri və digər istehsal (istismar) təyinatlı obyektlər, həmçinin müxtəlif növ meydançalar (idman, təsərrüfat və s.) arasında məsafələr şəhərsalma və tikinti fəaliyyətinə dair normativ sənədlərlə tənzimlənir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli, 31 nömrəli qərarı ilə «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalını n yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları» 9.1-ci bəndinə görə təhlükə potensiallı kimya, neftkimya və neft-qaz emalı sənayesi obyektlərində təhlükəli maddələrin partlaması, od tutması və tullanışı, tikililərin, texniki qurğuların və ya onların elementlərinin dağılması texnogen xarakterli hadisələr hesab edilməklə, həmin obyektlərin layihələndirilməsi, tikintisi və istismarı zamanı qüvvədə olan yanğın təhlükəsizliyinə dair norma və standartların tələblərinə riayət edilməlidir. Bununla əlaqədar aşağıdakı mühafizə tədbirləri tətbiq olunmalıdır. -9.1.5-ci bəndinə görə maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil və internat məktəbləri, stasionar olan müalicə müəssisələrinin torpaq sahələrinə, yaşayış, digər ictimai bina və qurğularına qədər məsafə 50 metrdən az olmamalıdır.

26. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 2001-ci il 12 oktyabr tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1» 8.46-cı bəndinə görə maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil və internat məktəbləri, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, ç ənlərdən təyin etmək lazımdır. Sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən göstərilən obyektlərə qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulm uş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4.Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdi rə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vaci b hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə ba ğlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından şəhərsalma əsaslandırılmasına rəy verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla belə, kassasiya şikayətinin d əlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 34. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan anlayışı yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarını, onların yerli (struktur) və digər qurumlarını, bələdiyyələri deyil, həm də qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsləri də ehtiva edir. Nəzərə almaq lazımdır ki, bu zaman qurumun inzibati orqan kimi Nazirlər Kabinetinin istinad olunan siyahısında nəzərdə tutulub-tutulmaması, eləcə də onun hüquqi şəxs statusuna malik olub-olmaması deyil, qurumun konkret məsələnin həlli ilə bağlı suveren hakimiyyət daşıyıcısı qismində çıxış edibetməməsi əhəmiyyət kəsb edir. Başqa sözlə, qurumun hüquqi şəxs statusuna malik olubolmaması, qeyd olunan siyahıda nəzərdə tutulub-tutulmaması, qanunla səlahiyyət veridiyi hallarda onun konkret məsələyə münasibətdə inzibati orqan statusunda və dövlətin adından inzibati fəaliyyət göstərməsini istisna etmir. Nəzərə alınmalıdır ki, şəhərsalma və tikinti fəaliyyətinin tənzimlənməsi və həmin sahəyə nəzarət dövlətin məsuliyyət sferasına aiddir və onun preroqatividir.

35. Yuxarıda istinad olunan normalar baxımından cavabdeh şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması və bununla bağlı rəyin verilməsi öhdəliyi daşıyır. Həmin öhdəlik və qeyd olunan öhdəliyin həyata keçirilməsi ilə bağlı münasibətlər müvafiq olaraq inzibati hüquq sahəsinə aid fəaliyyət və inzibati hüquq münasibətləri kimi qiymətləndirilməlidir. İddianın növü ilə bağlı məsələnin həll i həmin rəyin hüquqi rejiminə və şəxsə münasibətdə doğurduğu nəticəyə bağlıdır.

36. Bundan başqa, həm də qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə uyğun olmayan şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması prosedurlarının mövcud olmaması iddiaçının ziyanına təfsir oluna, eləcə də cavabdehin üzərinə şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması və müvafiq rəyin veilməsi öhdəliyinin qoyulmasını, habelə bunun üçün müddətin müəyyən olunmasını istisna edən hal kimi qiymətləndirilə bilməz.

37. Yuxarıda istinad olunan şəhərsalma və tikinti qanunvericiliyinin mahiyyəti baxımından şəhərsalma əsaslandırması institutunun təyinatına görə şəhərsalma məqsədlərinə xidmət etdiyi nəzərə alınmalı və həmin institut ərazi planlaşdırılması sənədlərinin, xüsusən də tikinti planının olma dığı ərazilərə münasibətdə tətbiq olunmalıdır. Bu baxımdan həmin institut tikintiyə icazə prosedurunun tərkib hissəsi kimi nəzərdən keçirilməli və ona tikintiyə icazə verən qurum tərəfindən həmin prosedur çərçivəsində qiymət verilməlidir. Belə yanaşma həm də səmərəli idarəçilik prinsipinə və inzibati yükləmənin minimuma endirilməsi ilə bağlı tələblərə əsaslanır.

38. Nəticə etibarı ilə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)605/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar