Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1854/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta üzrə yaranmış borcun ödənilməsi üçün vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması" tələbinə dair inzi bati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)1236/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh vergi öhdəliyini yerinə yetirmədiyinə görə onun Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 612.547,19 manat məbləğində borcu yaranmışdır.
2. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona xx.xx.2023cü il tarixli bildiriş verilmişdir.
3. Borc ödənilmədiyinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır.
4. Qərar əsasında vergi ödəyicisinin borcuna görə dəyəri 120000 m anat məbləğində 6 ədəd “DAEWOO BS 090 AVTOBUS” markalı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir.
5. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləğinin ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 612.547,19 manat məbləğində borcun un ödənilməsinin təmin edilməsi məqsədi ilə 720.000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc DSMF-yə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehin borcu ödənilməmişdir. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-101 46/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə mübahisəsinin predmeti olan tarixə, yəni xx.xx.2023-cü-ci il tarixə DSMF-yə olan borcunu ödəmişdir. Belə ki, baxılan iş üzrə borc məbləği göstərilən tarixə DSMF-yə 612.547,19 manat olmuşdur
11. İddiaçı məhz həmin tarixə və həmin məbləğdə olan vergi borcunun ödənilməsinin təmin üsulu üçün cavabdehin əmlakını siyahıya almışdır. Lakin cavabdehin təqdim etdiyi qəbzlərdən müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********6 №-li protokol üzrə, xx.xx.2023-cü il tarixli qəbzlə 400.000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 75.000 m anat, xx.xx.2023-cü il tarixli qəbzlə 75.000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 25.000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 15.000 manat və xx.xx.2023-cü il tarixli qəbzlə 22.547,19 manat, ümumilikdə 612.547,19 manat DSMF-nin hesabına, X1 ödənişlər etmişdir.
12. Göründüyü kimi, cavabdeh tərəfindən hazırkı iddia tələbi üzrə qəbul edilmiş qərarın predmeti olmuş borc məbləğləri ödənilmişdir.
13. Borc məbləği ödənildiyindən, borcun təminatı qismində siyahıya alınmış əmlakın satılmasına dair iddianın təmin edilməsi üçün əsaslar yoxdur.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1236/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 612.547,19 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 720.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması qərara alınmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və aşağıdakıları qeyd etmişdir.
17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğlər i istisna olmaqla, məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.2-1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri bu Məcəllənin 88.1-ci və 88.2-ci maddələrində göstərilən sıra qaydasından asılı olmayaraq, hər bir qətnamə üzrə ayrılıqda ödənilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən, cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir.
18. Göründüyü kimi qanunvericilikdə məcburi dövlət sosial sığorta üzrə yaranmış borcların ödənilmə ardıcıllığı müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən 1-ci yerdə sıra ardıcıllığına əsasən ödənişlər əsasında cari rüb üzrə olan məbləğlər, 2-ci ardıcıllıq üzrə cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar, 3-cü ardıcıllıq yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği silinir və s. formasında davam edir.
19. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023cü il tarixdə 5.392,00 manat, xx.xx.2023-cü il tarixdə 400.000 manat, xx.xx.2023-cü il tarixdə 75.000 manat, xx.xx.2023-cü il tarixdə 25.000 manat, xx.xx.2023-cü il tarixdə 15.000 manat və xx.xx.2023-cü il tarixdə 22.547,19 manat, ümumilikdə 637.939,19 manat DSMF-nin hesabına, X1 ödənişlər etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən ödənişləri nəzərə alaraq borc məbləğlərinin ödənildiyini hesab etmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin ödənişlər ilk növbədə cari rüb üzrə borcların, daha sonra isə daha əvvəl yaranan borclar üzrə, ondan sonra artıq yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin və maliyyə sanksiyalarının silinməsinə hesablanır.
20. Belə ki, iş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 10.000 manat borc məbləği ödənilmiş, lakin 875.993,13 manat qalıq borcu və 128.199,15 manat penya boru qalmışdır. xx.xx.2023-cü il tarixdə 10.000 manat borc ödənilmiş, 865.993,13 manat qalıq və 131.043,39 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 5.392,00 manat borc məbləği ödənilmiş, 860.601,13 manat qalıq borcu və 132,445,11 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 400.000 manat borc məbləği ödənilmiş, cavabdehin 460.000 min manat qalıq borcu və 181.581,32 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən 75.000 manat ödəniş edilmiş, həmin tarixə 647.123,47 manat qalıq və 223.677,03 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 75.000 manat ödəniş edilmiş, 572.123,47 manat qalıq və 223.677,03 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 25.000 manat ödəniş olunmuş, 547.123,47 manat qalıq və 232.4 25,14 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 15.000 manat ödəniş olunmuş, 532.123,47 manat qalıq və 233.877,86 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 22.547,19 manat ödəniş olunmuş, lakin 865.927,57 manat qalıq və 252.816.34 manat penya borcu qalmışdır.
21. Ümumiyyətlə, qeyd edilənlərdən əlavə cavabdeh tərəfindən müxtəlif tarixlərdə ödənişlər edilsə də, şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin ümumi qalıq və penya borcu mövcud olmuşdur.
22. Kollegiya xüsusilə qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış 612.547,19 manat borc məbləği xx.xx.2023-cü il tarixə qədər hesablanmış məbləğdir. Daha sonra isə cavabdehin borc məbləği artmağa davam etmişdir. Qeyd etmək lazımdır ki, cavabdehin hal-hazırda ümumi borc məbləği bir milyon manatdan artıqdır.
23. Qeyd edi lənlərə əsasən cavabdehin hazırkı vaxtadək borcu tam olaraq ödənilmədiyindən, borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 720000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsi barədə iddiaçının iddia tələbi təmin edilməlidir.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qüvvəyə minməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri: Maddi hüquq normalarının pozulmasına dair dəlillər:
25. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərarında məhkəmənin istinad etdiyi dövr üzrə yaranmış borcun ödənilməsi məqsədi qeyd edilməyib.
26. Məhkəmə həmin qərarda qeyd edilənlərə düzgün hüquqi qiymət verməyib.
27. Eyni zamanda, Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubunun göndərilməsi bildirilsə də həmin məktubun surəti məhkəməyə təqdim edilməyib.
28. İnzibati iş üzrə materiallardan görünür ki, Cavabdeh MMC tərəfindən iddia tələbi üzrə qəbul edilmiş qərarın predmeti olmuş borc məbləğləri ödənilmişdir.
29. Borc məbləği ödənildiyindən, borcun təminatı qismində siyahıya alınmış əmlakın satılmasına dair iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:
30. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinin tələbi pozulmuşdur. Həmin maddəyə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır.
31. İnzibati iş materiallarından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 5.392 manat, xx.xx.2023-cü il tarixdə 400.000 manat, xx.xx.2023-cü il tarixdə 75.000 manat, xx.xx.2023-cü il tarixdə 75.000 manat, 30.10.203-cü il tarixdə 25.000 manat, xx.xx.2023-cü il tarixdə 15.000 manat və xx.xx.2023-cü il tarixdə 22.547,19 manat ümumilikdə 637.939,1 9 manat DSMF-nin hesabına, X1 ödənişlər edilmişdir. Məhkəmə isə həmin ödənişləri düzgün hesablamamışdır.
32. Belə ki, xx.xx.2023-cü il tarixli qərarın predmeti olmuş borc məbləği ödənilməsinə baxmayaraq, apelyasiya məhkəməsi başqa dövrə aid, yəni xx.xx.2023-cü il tarixli qərarın predmeti olmayan borc məbləğinə görə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edib.
33. Həmçinin, məhkəmənin istinad etdiyi məbləğlərlə bağlı mübahisə edilməsinə baxmayaraq, həmin məbləğlərin düzgün hesablanması üçün ekspertiza təyin olunmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasın ın hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli h üquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Məhkəmə kollegiyası nəzərə alır ki, Vergi Məcəlləsinin (cavabdehin 612.547,19 manat məbləğində borcunun tutulması üçün əmlakının siyahıya alınması barədə qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada) 85.1-ci maddəsinə əsasən, hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilə rin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər.
42. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.3. Cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir.
43. Normaların tələbindən göründüyü kimi, məcbur i dövlət sosial sığorta üzrə yaranmış borc ödənilərkən, ödənilən məbləğ ilk növbədə cari rüb üzrə borca, yalnız bundan sonra cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclara ardıcıl olaraq, yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləğinə, yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləğinə hesablanır. Cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait əvvəlki borcların ödənilməsinə aid edilir.
44. Vergi Məcəlləsinin 88.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyası da vəziyyəti cavabdehin xeyrinə dəyişməmiş, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri üçün istisnalar müəyyən etmişdir ki, hazırkı işdə həmin istisnanın tətbiqi üçün əsasl ar olmamışdır.
45. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixləri aralığında icra etdiyi ödənişlər onun cari borclarına hesablanmış, xx.xx.2023-cü il tarixdə 22.547,19 manat məbləğində son ödənişdən sonra onun 865.927,57 manat əsas, 252.816.34 manat penya borcu qalmışdır. Başqa sözlə, cari rüblər üzrə borclar ödənildikdən sonra əvvəlki borcları ödəmək üçün cavabdehin artıq vəsaiti qalmamış, qalıq borcun məbləği isə artmışdır.
46. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
47. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
48. Yuxarıda göstərilənl ərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-1236/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.