Məhkəmə qərarları › İş №2-1(102)-1863/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1863/2025

14.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1863/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: məhkəmə qərarına izah verilməsi) 14.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə məhkəmə qərarına izah verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 ma rt 2025-ci il tarixli, 2-1(103)-1361/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə və 2019-cu ilin 3-cü rübləri üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşdirilmiş bəyannamələrin qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********569900 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********971000 saylı qərarları və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022ci il tarixli **********160130 saylı qərarının İddiaçı tərəfindən hər iki layihə üzrə dövlət büdcəsinə cəmi ödənilməli olan qalıq 2 280 371.48 manat məbləğ istisna olmaqla və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına gö rə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********160130 saylı qərarının 2018-ci il üzrə 120 manat, 2019-cu il üzrə 40 manat, 2021-ci il üzrə 40 manat olmaqla, cəmi 200 manat məbləğində maliyyə sanksiyası məbləği istisna olmaqla ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli manat) manat məbləğində pulun İddiaçı MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulması qərara alınmışdır.

2. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-2846/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)508/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-2846/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Sonradan cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixdə məhkəməyə “qəra ra izah verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına izah verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********569900 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********971000 saylı qərarları və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022ci il tarixli * *********160130 saylı qərarı İddiaçı MMC tərəfindən hər iki layihə üzrə dövlət büdcəsinə cəmi ödənilməli olan qalıq 2 280 371.48 manat məbləğ istisna olmaqla, ləğv edilməsi qeyd edilmiş olsa da, müvafiq qərarlar üzrə ayrılıqda məbləğlər, tədiyyə və dövr göstərilməmiş və əlavə heç bir qeyd aparılmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) cavabdehin “məhkəmə qərarına izah verilməsi” barədə ərizəsi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda qərarın (qətnamənin) izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qər arın icrasına qədərki və ondan sonraki vəziyyəti dəyişmir. Şərh olunan maddəni tətbiq edərkən nəzərə almaq lazımdır ki, bu maddədə qərarın icra edilməməsi dedikdə onun tam icra edilməməsi başa düşülməlidir. Odur ki, qərarın qismən icra edilməsi onun icra edilməmiş hissəsində izah olunmasını istisna etmir. Məhkəmə hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı aydın olduğundan, məhkəmə qərarında hər hansı aydın olmayan məqamın mövcudluğu yuxarı instansiya məhkəmələri tərəfindən müəyyən olunmadığından, həmçinin cavabdehin izah ərizəsində qeyd etdiyi hallar məhkəmə qərarının əsaslandırılma hissəsində öz əksini tapdığından, məhkəmə qərarına izah verilməsinə hər hansı zərurət yoxdur.

10. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın lə ğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2025-ci il tarixli, 2-1(103)-1361/2025 nömrəli qərardadı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, E.Əliyev və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ kassasiya şikayətlərinin dəlilləri

14. Cavabdehin kassasiya şika yətində qeyd edilmişdir ki, məhkəmə qərarında “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli, **********569900 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********971000 saylı qərarları və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022ci il tarixli **********160130 saylı qərarı İddiaçı MMC tərəfindən hər iki layihə üzrə dövlət büdcəsinə cəmi ödənilməli olan qalıq 2 280 371.48 manat məbləğ istisna olmaqla, ləğv edilməsi qeyd edilmiş olsa da, müvafiq qərarlar üzrə ayrılıqda məbləğlər, tədiyyə və dövr göstərilməmiş və əlavə heç bir qeyd aparılmamışdır.

15. Birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsi ilə bağlı bildirməyi zəruri hesab edir ki, qərar hüquqi müəyyənlik prinsipinə cavab vermir. Belə ki, qərarının təsviri əsaslandırıcı hissəsində iddianın təmin edilməsi istiqamətində mövqelər sərgiləndiyi halda, qərarın nəticəvi hissəsində təsviri əsaslandırıcı hissəyə uyğun olmayan nəticəyə gəlinmişdir. Ümumilikdə qərarın nəticəvi hissəsi qəti şəkildə anlaşılan deyildir. Bu nöqsan və çatışmazlıqların apellayasiya məhkəməsi tərəfindən aradan qaldırılmaması son nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını qeyri-mümkün etməklə çətinlikdirəcək, qərarın icra müddətini gecikdirəcəkdir. Ona görə də hesab edir ki, işə Ali Məhkəmədə baxılan zaman bu məsələyə xüsusi diqqət yetirilməli və qəra rın nəticə hissəsindəki qeyri-müəyyənlik mütləq aradan qaldırılmalıdır.

16. Lakin təəssüf ki, məhkəmə kollegiyası müvafiq hissəyə münasibət bildirməmişdir. Hazırda da qərarın icrası zaman gözlənilən çətinliklər yaşanmaqdadır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatın da (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma h issəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddə aları tətbiq olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Nəzərə alınmalıdır ki, q anunvericilik zərurət olduqda qətnaməyə, o cümlədən qərardada onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin, qanunun mənasına görə belə izah aktın məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyrimüəyyən və anlaşılmayan olsun.

25. Belə ki, hazırkı mübahisə üzrə apelyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə qəbul olunmuş 2-1(112)-254/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə qərarı aydın və anlaşılan olduğu üçün və məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi üçün heç bir əsas mövcud olmadığından onun izahına lüzum yoxdur.

26. Eyni zamanda iddiaçının digər məhkəmə işi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-508/2024 saylı qərarında cəm iyyətin sahibkarlıq fəaliyyəti üzrə dövlət büdcəsinə ödəməli olduğu vergilər əks olunmuşdur.

27. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2025-ci il tarixli, 21(103)-1361/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar