Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1865/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü; artıq tutulmuş verginin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “artıq tutulmuş verginin on a geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1847/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.2.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının 1992-2012-ci illər ərzində ödədiyi vergilərə münasibətdə artıq ödənilmiş vergilərin geri qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini x ahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illər Fövqəladə Hallar Nazirliyində və SOCAR-da işləmiş, əmək haqqından və digər gəlirlərindən dövlətə vergilər ödəmişdir. Hazırda pensiyadadır. X1 Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.2.5-ci maddəsinin tələblərinə görə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Atası 1992-ci ildə vəfat etdiyinə görə, həmin hüquq normasının müddəaları indiki halda da tədbiq edilməlidir. İddiaçı dəfələrlə cavabdeh qurumlara bu barədə müraciətlər etsə də, ərizələr i təmin edilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14826/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır.
4. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin - əmək haqqından tutulmuş məbləğin hesablanaraq iddiaçıya geri qaytarılmasına yönəldilmişdir ki, bununla bağlı isə mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə baxılaraq iddia tələbi mümkün hesab edilməmiş, mübahisəyə hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə müb ahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1847/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayə ti verərək qərardadın ləğv edilməsini və işin aidiyyatı üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyinə qarşı cari işə qədər Bakı inzibati Məhkəməsində heç bir iddiası olmamışdır. Bunu Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə bildirsək də bu dəfə də məhkəmə tamamilə başqa əsasla iddianı mümkünsüz hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024- cü il tarixli qərarında öz fikrini cəmi bir cümlə ilə əsaslandırmışdır: "İddiaçının hazırkı cavabdehlər Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyi ilə inzibati münasibətləri mövcud olmamış və həmin qurumlarla hazırda da onun heç bir bağlılığı yoxdur." 1
0. Bununla bağlı bildirir ki, iddiaçı vergi ödəyicisi olmuş və onu ödədiyi vergilər məhz dövlət büdcəsinə köçürülmüşdür. Dövlət büdcəsi ilə bağlı məsələlər isə Maliyyə Nazirliyi tərəfindən tənzimləndiyi üçün iddiaçının cavabdehlə bağlılığını bu konteksdən aydınlaşdırmaq olar. Eyni zamanda bildirir ki, iddiaçı sözügedən məsələ ilə bağlı dəfələrlə məhkəmələrə müraciət etmiş və hər dəfəsində ona maneələr yaradılmışdır. Belə ki, iddiaçı sözügedən məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə qarşı İddia tələbi ilə Nəsimi rayon məhkəməsinə müraciət etsə də, Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4183/2023 nömrəli qərardadı ilə sənədlər iddiaçıya geri qaytarılmışdır.
11. Eyni zamanda iddiaçı sözügedən məsələ ilə bağlı olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar nazirliyinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, Bakı Apellyasiya Məhkəməsinin 23.11,2022-ci il tarixli, 2- 1 (103)-2693/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir. Bu zaman bir sual yaranır. İddiaçı artıq ödədiyini hesab etdiyi vergiləri məhkəmə yolu ilə hansı qaydada tələb edə bilər? Göründüyü kimi məhkəmələrin bu qeyri müəyyən davranışı iddiaçının məhkəməyə müraciət hüququnu pozmuş və bir məhkəmə digərinə o biri isə başqasına göndərməklə süni süründürməçilik yaratmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdi rə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
16. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
18. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məh kəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
19. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. İlk öncə qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
21. İşin materiallarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)9163/2022 saylı xx.xx.2022-ci il tarixli qərard adı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər X6 Xidmətinə qarşı “əmək haqqından tutulmuş məbləğin hesablanaraq ona geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10040/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmək haqqından tutulmuş məbləğin geri qaytarılması tələbinə dair iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(103)-2693/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “əmək haqqından tutulan məbləğin geri qaytarı lması” barədə iddia tələbi mümkün sayılmamışdır. Ali Məhkəmənin 2-1(102)-658/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(103)-2693/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
22. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10040/2022 saylı, xx.xx.2022-ci il qanuni qüvvəyə minmiş qərardadı yekun məhkəmə aktı hesab olunur.
23. Həmçinin qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı əvvəllər Fövqəladə Hallar Nazirliyi və SOCAR kimi təşkilatlarla əmək münas ibətlərində olmuş, əmək haqqı almış, həmin qurumları tərəfindən də vergi agenti olaraq onun gəlirlərindən vergilər hesablanıb dövlət büdcəsi nəfinə tutulmuşdur.
24. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, iddiaçının hazırkı cavabdehlər Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyi ilə inzibati münasibətləri mövcud olmamış və həmin qurumlarla hazırda da onun heç bir bağlılığı yoxdur.
25. Beləliklə, yuxarıda göstərilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1847/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.