Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1868/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2-1(103)-1526/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, dövlət qulluğunda qulluq stajının 8 ildən artıq olması ilə əlaqədar 10 % əlavə, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i məbləğində təyin edilən və ödənilən əlavə haqq, habelə dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmaqla, əmək pensiyasın ın 19 mart 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)4350/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Qərar icra edilməsi üçün inzibati orqana göndərilmiş, qərar icra edilmiş və iddiaçının pensiyası ödənilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 07 noyabr 2023-cü tarixli, 2-1(81)-4350/2017 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-4350/2017 nömrəli qərarının icrası ilə əlaqədar iddiaçının əmək pensiyası hesablanarkən Fövqəladə və Səlahiyyətli Səfir vəzifəsi üzrə aylıq vəzifə maaşının Azərbaycan Respublikasının Xarici İşlər Nazirliy ində təminedici idarə rəisinin aylıq vəzifə maaşına uyğun olaraq nəzərə alınması qərara alınmışdır.
5. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və İ.S.Şirinov) 07 mart 2024-cü il tarixli 21(103)-1526/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin qərardadı xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, xx.xx.2024-cü il tarixli məktub və inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti ver ilməsi qaydasına dair izahla birlikdə proses iştirakçılarına göndərilmişdir.
8. Cavabdeh xx.xx.2024-cü il tarixdə həmin qərardaddan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
10. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
11. Belə ki, kassasiya şikayətinin mümkünlüyünün əsasları dedikdə, kassasiya şikayətinin, İnzibati Prosessual Məcəllənin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan ş əxslər tərəfindən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
12. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli 2-1(103)-1526/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə EMİS-nə, eləcə də inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah 27 mart 2024-cü il tarixdə cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda, cavabdeh tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük prosessual müddətin axımı da məhz, həmin t arixdən başlamış, 05 aprel 2024-cü il tarixdə bitmişdir. Buna baxmayaraq, həmin qərardaddan kassasiya şikayəti 06 aprel 2024cü il tarixdə poçt rabitəsinə təhvil verilmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 9-cu bəndində istinad olunan qanunvericilik normalarının tələbləri baxımından, apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddət cavabdeh tərəfindən buraxılmışdır. Cavabdeh şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir sübut təqdim etməmiş, ümumiyyətlə bu barədə mübahisə açmamışdır. Odur ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
14. Sonda məhkəmə kollegiyası qeyd edir ki, inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq kassasiya şikayəti tərtib edilərkən prosessual qanunvericiliyin tələblərinə əməl edilsin.
15. Göründüyü kimi, cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunvericiliyin müddətlə bağlı tələbinə əməl etməmiş, kassasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir.
16. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2 1(103)-1526/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.