Məhkəmə qərarları › İş №2-1(102)-1868/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1868/2025

10.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1868/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının Ərizəçi İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarının icrası, inzibati orqanın üzərinə qoyulmuş öhdəliklərin icra olunmamasına görə cərimə tətbiq edilməsi, icra icraatı ilə iddia icraatının fərqləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-2025-cü il 14 mart tarixli, 21(103)-1530/2025 nömrəli qərardadından cavabdehin kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respblikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul e dilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2018-ci il tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 23 may tarixli, 2-1(112)-5174/2022 nörməli qərarı ilə, İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2018-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

4. Bakı Apellyasiya Məhkəməs inin İnzibati kollegiyasının 2022-ci il 02 noyabr tarixli, 2-1(103)-2710/2022 saylı qərarı ilə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2022-ci il 23 may tarixli, 2-1(112)-5174/2022 nörməli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının 2023cü il 12 may tarixli, 2-1(102)-540/2023 nömrəli qərarı ilə, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 02 noyabr tarixli, 2-1(103)- 2710/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Həmin qərar qanuni qüvvəsini aldığından 18 iyul 2023-cü il tarixli məktubla icra edilməsi üçün aidiyyəti üzrə cavabdehə göndər ilmişdir.

7. Cavabdeh 12 avqust 2023-cü il tarixli məktubunda bildirmişdir ki, Bakı inzibati Məhkəməsinin 2022-ci il 23 may tarixli, 2-1(112)-5174/2022 nörməli qərarı icra edilmiş, İddiaçı 22 fevral 2018-ci il tarixdə müddətsiz təyin edilmiş üçüncü dərəcəli əlillik 03 oktyabr 2018-ci il tarixdən bərpa olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

8. İddiaçı 30 may 2024-cü il tarixdə ərizə ilə məhkəmə müraciət edərək sözügedən qərarın düzgün icra edilmədiyini bildirərək cavabdehin cərimə edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, o İİİ qrup əlillik pensiyasını aylıq olaraq almışdır. Lakin 04 mart 2024-cü il tarixli bildiriş məktubu cavabdeh orqan tərəfindən ona ünvanlanaraq 22 fevral 2018-ci il tarixdə təyin edilmi ş müddətsiz üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edildiyi qeyd edilmişdir. Ləğv edilmənin əsası kimi isə onun heç bir məlumatının olmadığı 22 dekabr 2023-cü il tarixində keçirilmiş əyani yoxlamada iştirak etməməyi qeyd edilmişdir. Sözügedən əyani yoxlanış barədə bu zamana qədər hər hansı bir məlumatı olmamışdır. Həmin məlumat ona rəsmi qaydada təqdim edilsə idi, həmin yoxlanışda iştirakı təmin edilərdi. Qeyd edilənlərdən də aydın olur ki,cavabdeh tərəfindən hər hansı bir əsas olmadan, boş kimi dəyərləndiriləcək səbəblərdən ötrü onun əlilliyi ləğv edilmişdir. Həmçinin aydın olur ki, cavabdeh orqan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarın icrasını qərəzli şəkildə icra etməkdən boyun qaçırır. Halbuki, məkhəmə qərarlarına nəzər yetirdikdə müəyyən e tmək mümkün olur ki, ona İİİ qrup əlillik müddətsiz olaraq təyin edilmişdir. Bu səbəbdən də hesab edir ki, cavabdeh orqanın bu kimi hərəkətləri qanunsuz hesab edilməlidir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim H.Ağalarov) 2024-cü il 25 iyun tarixli, 21(112)-5174/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

11. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və ərizənin təmin edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) 2024-cü il 29 avqust tarixli, 21(103)-3289/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 25 iyun tarixli, 2-1(112)-5174/2022 nömrəli qərardadı ləğv edilmiş, iş mateialları iddiaçının ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. c) Birinci instansiya məhkəməsində ikinci icraat

13. Bakı İnzibati Məhkəməsinin (hakim H.Ağalarov) 2024-cü il 26 noyabr tarixli, 2-1(112)-5174/2022 nömrəli qərardadı ilə iddiaçının “cavabdehin cərimə edilməsi” barədə ərizəsi qismən təmin edilərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 500 (beş yüz) manat miqdarında cərimə olunması qərara alınmışdır.

14. Qərardaddan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və ərizənin təmin edilməməsini xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının sözü ilə işi lazımi qaydada araşdırmayaraq onun əyani müayinəyə cəlb e dilmədiyini və inzibati icraatın düzgün aparılmadığını qeyd etmişdir. Halbuki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyi tərəfindən iddiaçı X1 3-17-4/2-M31122/2023 saylı, 29 noyabr 2023cü il tarixli bildiriş göndərilərək şəxs əyani müayinəyə dəvət olunmuş, gəlməyəcəyi təqdirdə müvafiq inzibati aktın tərtib ediləcəyi bildirilmişdir. Poçt qəbzini isə 05 dekabr 2023-cü il tarixində imza etməklə İsgəndərova soyadlı şəxs qəbul etmişdir. İddiaçı bu formada guya onun əyani müayinəyə dəvətdən xəbərinin olmaması halı ilə artıq dəfələrlə, hüquqdan sui-istifadə edərək inzibati icraatdan yayınır və məhkəmə proseslərində isə bildirişlərin kimin aldığından xəbərinin olmamasını bildirir. d) Apellyasiya instan siyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər M.Tağızadə /sədrlik edən və məruzəçi/, N.Nəbizadə və K.Ələkbərov) 2025-ci il 14 mart tarixli, 2-1(103)1530/2025 nömrəli qərardadı ilə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024cü il 26 noyabr tarixli, 2-1(112)-5174/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

17. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində cavabdeh apellyasiya şikayətində istinad etdiyi dəlillərə təkrar müraciət etməklə qərardadın ləğv edi lməsini, ərizənin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Ərizəçi tərəfindən təqdim edilən kassasiya şikayətinə qarşı etirazın dəlilləri mahiyyətcə məhkəmə qərarının icra edilməməsinə görə cavabdehin cərimə edilməsinə dair ərizənin dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

21. İnzibati Prosessual Məcəllə Maddə 120.1 Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məh kəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2 bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3 Cərimə 50.000 manatadək məbləğdə müəyyən ol una bilər. Maddə 120.4 Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 22. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı..... İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir kon kret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də m üəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi il ə müəyyən olunmuş qaydada icra olunmalıdır. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ

23. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir.

24. Kassasiya şikayətində qərardadın ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin aktı şikayət həddində tam yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Mahiyyəti etibarilə kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilməklə, qəbul edilmiş qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırki iş üzrə icraat cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlillik təyinatının müvafiq altsistemdə etibarsız sayılmasından sonra sonuncunun həmin hərəkətin qanunsuzluğunu mübahisələndirməklə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciəti ilə başlamışdır.

29. İşə mahiyyəti üzrə baxıb iddianın əsaslı olması barədə qərar qəbul edən məhkəmələrin qənaətinə görə, cavabdeh iddiaçının əlilliyinin müəyyən edilməsi barədə qərarı etibarsız hesab edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın aparılması bağlı normalarının, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi bağlı müddəalarının tələblərini pozmuşdur.

30. Sözügedən qərar qanuni qüvvəsini aldıqdan sonra, cavabdeh tərəfindən “Əlillik” altsistemində müddəti, dərəcəsi, səbəbi göstərilməklə iddiaçının əlillik statusu bərpa edilmişdir.

31. Bir müddətdən sonra inzibati orqan iddiaçını əyani müayinə olunmaq üçün dəvət etdiyini, lakin sonuncunun müayinəyə gəlmədiyini bildirməklə onun əlilliyinin müə yyən edilməsi barədə qərarı təkrar ləğv etmişdir.

32. Prosesin gedişatı iddiaçının məhkəmə qərarının icra edilmədiyinə istinad edərək məhkəməyə cavabdehin cərimələnməsi barədə ərizə verməsi ilə davam etmişdir.

33. Hazırki kassasiya baxışının predmetini təşkil edən apellyasiya məhkəməsinin aktı ilə “Əlillik” altsistemində müvafiq düzəlişin edilməsi barədə qərar “formal icra” kimi qiymətləndirilmiş və məhkəmə qərarının icrasından yayınan cavabdeh barəsində 500 manat məbləğində cərimə tətbiq edilməsinə qərar verilmişdir.

34. Məhkəmə kollegiyası bu hüquqi mövqeyi əsaslı sayaraq qeyd edir ki, əks yanaşma məhkəmə qərarlarının icrasının məcburiliyi prinsipinə xələl gətirməklə, bu institutun mahiyyətinə uyğun olmazdı, digər tərəfdən inzibati orqanın bu qərarına görə yeni məhkəmə icraatının başlanm ası, yol verilməsi ehtimalı istisna edilməyən növbəti analoji məzmunlu qərarların da hər dəfə yeni məhkəmə icraatında mübahisələndirilməsinə gətirib çıxarmaqla vətəndaş prizmasından da usandırıcı və nəhayətsiz bir prosesə çevrilərdi.

35. Belə ki, icraya yönəldilən məhkəmə qərarının motivasiyasından görünən odur ki, cavabdehin iddiaçının əlillik təyinatının etibarsız hesab edilməsinə dair qərarı inzibati icraatın aparılması qaydalarını bəyan edən qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilməklə, onun üzərinə əvvəlki vəziyyətin bərpa edilməsi barədə öhdəlik qoyulmuşdur. Sözügedən məhkəmə qərarında necə davranmalı olması diqqətinə çatdırılmasına rəğmən, göstərilənlər cavabdeh tərəfindən nəzərə alınmamaqla, bir qədər fərqli formada təzahür edən qanunazidd hərəkətlər təkrarlanmışd ır.

36. Məhkəmə kollegiyası onu da vurğulayır ki, belə yanaşma, əlilliyi məhkəmə qaydasında bərpa edilmiş şəxsə əlillik təyin edilməsi barədə ilkin qərarın sonradan yoxlanılması ilə bağlı inzibati icraatın ümumiyyətlə aparılmasının yolverilməz olması anlamında da təfsir edilməməlidir.

37. Bu zaman yoxlamanın yolverilənliyi şəxslərin əvvəlki statuslarının bərpa edilməsi ilə bağlı işlər üzrə çıxarılmış məhkəmə qərarlarının motivasiyasından asılıdır. Belə ki, yalnız cavabdeh tərəfindən inzibati icraat qaydalarına riayət edilməməsinə söykənən əsaslarla məhkəmə qərarları çıxarılmışdırsa, inzibati orqan həmin qərarı icra etməklə əlilliyi bərpa etdikdən sonra yenidən lazımi icraat aparmaqla və maddi hüquqa dair qanunvericiliyin tələblərinə riayət etməklə şəxsə təyin edilmiş əlilliyin qanuniliyi və əsaslılığı məsələsinə mahiyyəti üzrə yenidən baxa bilər. Həlledici amil kimi şəxsin xeyrinə çıxarılmış məhkəmə qərarındakı motivasiya çıxış edir.

38. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı kollegiya hesab edir ki, cavabdeh məhkəmə qərarını icra etdikdən sonra iddiaçının əlilliyini bir müddət sonra yenidən ləğv edərkən qanunvericiliyin tələblərinə uyğun olaraq və əvvəlki məhkəmə qərarlarında müəyyən olunmuş davranış qaydalarına riayət etməyərək lazımi qaydada icraat aparmadığından, onun bu hərəkətləri məhkəmə qərarının icrasının qarşısını almağa yönəlmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Çünki məhkəmə qərarları cavabdehə iddiaçının əlilliyinə yenidən baxmaq səlahiyyətini yalnız lazımi icraat aparmaq şərtinə riayət etməklə vermişdir. Yalnız belə icraat aparmaqla yeni qərar q əbul ediləcəyi halda, iddiaçı hüquqlarını yeni iddia qaldırmaqla müdafiə etməli olacaqdır. Qeyd edilənlər qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının baş tutmuş hesab edilməsi barədə qənaətə gəlməyə imkan vermir. İşin hallarının məcmusu nəzərə alındıqda, bu halda, tələbkarın hüquqi müdafiə vasitəsi kimi yeni bir iddia qaldırmasına lüzum yoxdur.

39. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il 14 mart tarixli, 21(103)-1530/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar