Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1869/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X15 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, mübahisə olunan inzibati aktın mövcud olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı “X15 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı Cavabdeh ilə X12 arasında icarə müqaviləsi bağlanmasına dair qəra rın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-217/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2000-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə “X15 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Astara rayon Ərçivan Bələdiyyəsi arasında 20 ha torpaq sahəsinə dair 20 illik icarə müqaviləsi bağlanmışdır.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Hərracların Təşkili üzrə X6 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli, 27 nöm rəli iclas protokolu ilə Cavabdeh mülkiyyətində “ehtiyat fond torpaqları” kənd təsərrüfatı təyinatlı 10.6 ha torpaq sahəsinə dair keçirilən hərracın qalibi X12 olmuşdur.
3. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışla 10.6 ha ehtiyat fondu torpaq sahəsinə dair X7 icarə hüququ qeydə alınmışdır.
4. Ərçivan Bələdiyyəsinin 01 mart 2021-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışla Ərçivan Bələdiyyəsinin 15 fevral 2000-ci il tarixli 01 saylı iclasında “İlqar” KFTyə 20.00 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi barədə müqavilənin müddəti qurtardığı üçün həmin icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin ilkin vəziyyətə qaytarılıb bələdiyyəyə təhvil verilməsi qərara alınmışdır.
5. Ərçivan Bələ diyyəsinin 12 iyul 2021-ci il tarixli 18 saylı iclas protokolundan çıxarışla 10.6 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırılması, açıq müsahibə keçirilməsi, bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinin Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanması qərara alınmışdır.
6. X2 xx.xx.2021-ci il tarixli Ərçivan Bələdiyyəsinə ünvanlanmış müraciətində qeyd edilmişdir ki, “sizin məktubunuza cavab olaraq bildirirəm ki, Ərçivan Bələdiyyəsinin 15 fevral 2000-ci il tarixli 01 saylı 20 illiyinə bağlanmış müqavilə müddəti 15 fevral 2019cu il tarixdə bitmişdir. Müqavilə müddətinin bitməsinə baxmayaraq mən 2019-2020-ci illərin icarə haqqını da ödəmişəm. Həmçinin müqavilədə n əzərdə tutulan məbləğdən də artıq ödəmişəm. Müqavilənin 15 fevral 2019-cu ildə bitməsinə baxmayaraq siz mənə 2020-ci ilə aid icarə haqqını tələb etmisiniz. Məhz iki il müqaviləsiz icarə haqqı ödədiyimə görə mövcud qanunvericiliyə istinad edərək mənim müqavilə müddətim avtomatik olaraq artırılmalı idi. Ona görə də mən fəaliyyətimi bundan sonra da davam etdirmək üçün müqavilənin müddətini daha 20 il artırmaq istəyirəm. Xahiş edirəm ki, mənimlə sözü gedən torpaq sahəsinə görə yenidən müqavilə bağlayasınız.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı “X15 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə X12 arasında icarə müqa viləsi bağlanmasına dair qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Şirvan İnzibati Məhkəməsinin (hakim X5) 26 noyabr 2024-cü il tarixli, 2-1(120)839/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan məktub, xəbərdarlıq və Astara rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli bildirişindən müəyyən edilir ki, Ərçivan Bələdiyyəsi cavabdeh X3 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsi” tələbi ilə məhkəmədə iddia qaldırmış və məhkəmə hazırlıq iclası 17 fevral 2022-ci ilə təyin edilmişdir. “X15 Təsərrüfatı" MMC hərracın nəticələrinə münasibət bildirməmiş və hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla da iddiaçı torpaq sahəsinin hərrac yolu ilə X1 məlumatlı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cüil tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə qanunvericiliyin müəyyən etdiyi prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırmışdır.
10. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4-məruzəçi, X8 və Əsədov ilham Qoşunəli oğlu) 2-1(106)-217/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı “X15 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzib ati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 21(120)-839/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Qərardadda qeyd olunur ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan məktub, xəbərdarlıqlardan və Astara rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli bildirişindən müəyyən edilir ki, Ərçivan Bələdiyyəsi cavabdeh X3 qarşı “torpaq sahəsindən çıxarılma və torp aq sahəsinin bələdiyyəyə təhvil verilməsi” tələbi ilə məhkəmədə iddia qaldırmış və məhkəmə hazırlıq iclası 17 fevral 2022-ci ilə təyin edilmişdir. “X15 Təsərrüfatı ”MMC biz öz iddiamızda inzibati orqanın hərəkətləri nəticəsində hüquqlarımızın pozulduğunu və qanunla qorunan maraqlarımızın pozulduğunu əsaslandırmışıq. Lakin məhkəmə belə hesab etmişdir ki, bizim belə bir iddia qaldırmaq hüququmuz yoxdur və Biz iddia müddətini itirmişik. Lakin biz məhkəmədə sübut edirik ki, qəbul olunmuş qərar rəsmən bizə bu gün də verilməmişdir və belə olan halda iddia müddətindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İPM-in 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludurlar. Rəsmi məlumat inzib ati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İnzibati orqan Ərçivan Bələdiyyəsi qanunun bu müddəasını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etmək dən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarş ı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prose ssual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüq uqun pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Kassasiyannı mümkünlüyü, kassasiya baxı şının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi mə sələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. İddia tələbi Cavabdeh ilə X12 arasında icarə müqaviləsi bağlanmasına dair qərarın ləğv edilməsi barədədir.
24. Mübahisə ilə bağlı cavabdehin qəbul etdiyi sənədlər in adı işin halları bölməsində əksini tapmışdır. Həmçinin mübahisəyə qismən aidiyyəti olan sənədlər iş materiallarında mövcuddur. Bununla belə, işdə Cavabdeh ilə X12 arasında icarə müqaviləsi bağlanmasına dair konkret qərara istinad edilməmişdir. İddiaçı iddiasında və şikayətlərində bələdiyyə ilə N.Səmədov arasında icarə müqaviləsi bağlanması barədə bələdiyyənin hansı tarixli qərarının ləğv olunmasını bildirməmişdir. Bələdiyyənin belə qərarının mövcud olması təqdim etdiyi sənədlərlə təsdiqini tapmamışdır.
25. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meyd ana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).
26. İddiaçı iddiasında cavabdeh bələdiyyənin hansı inzibati aktının ləğv olunması, həmin aktın məzmunu barədə iddia ərizəsində və şikayətlərində bildirməmişdir.
27. İddiaçının müb ahisə açdığı inzibati akt mövcud olmadığından iddia mümkünlük şərtinə cavab vermir.
28. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
29. İPM-in 96.7-ci maddəsinə görə mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinə dair, yəni mübahisə açdığı inzibati aktın mövcudluğuna dair sübut təqdim etmədiyindən və belə sübuta istinad etmədiyindən iddia mümkün sayıla bilməz.
31. Odur ki, kassa siya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi Qərara aldı: İddiaçı “X15 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-217/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.