Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-187/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik dərəcəsinin təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx qarşı “əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-123/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən i şə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı barəsində əlillik vəziyyətinin müəyyən olunması üçün Bakı 7 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAEB5 saylı göndərişində xəstəliyin gedişi xroniki; X1 XX sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi əməliyyatlar=>Y364-Hərbi əməliyyatlar nəticəsində odlu----; əsas diaqnoz; Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ aşağı ətrafın, sağ bazu oynağının sağrı, diz nahiyyəsinin odlu silah zədələnməsi. Ağırlaşma S.82.3 Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş s ınığı. S42.2 Bazu Sümüyünün boyunun qeyri düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması; R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəkət funksiyasının pozulması; M24.5- Oynaqların kontakturası, Sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə; N62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan artofiyası və üzülməsi, Sağ yuxarı ətraf əzələlərinin atrofiyası Sağ aşağı ətraf əzələlərinin atrofiyası, funksiyasının pozğunluğu ilə; 44.7 Yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinirin travması, Sağ bazu kələfinin zədələnməsi ilə sağ yuxarı ətrafın monoparezi; M16-Koksartroz (budçanaq oynağının artrozu), hər iki bud çanaq oynağının koksoartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə 4 M21.3- Əlin v ə pəncənin sallanması (qazannılma), Sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi; 120.8 Stenokardiiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ f/s; Yanaşı xəstəliklər İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsas ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), Arterial hipertenziya İİ mərhələ; yanaşı xəstəlik H52- presbiopiya, OU-presbiopiya.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 342/2021 saylı (ekspertizanın başlanma tarixi 30 noyabr 2021-ci il, başa çatma tarixi 22 dekabr 2021-ci il) rəydə ekspertlər belə nəticəyə gəlmişlər ki, Vətəndaş İddiaçı tibbi sənədlərində qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları “Hərbi əməliyyatlar nət icəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın, sağ bazu oynağının, sağrı, diz nahiyəsinin odlu silah zədələnməsi, sağ baldır sümüklərinin aşağı 1/3 oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, sağ bazu sümüyünün boynunun qeyri-düzğün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması, hərəkət funksiyasının pozulması, sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə, sağ yuxarı ətraf əzələlərinin atrofıyası, sağ aşağı ətraf əzələlərinin atrofıyası, funksiyasının pozğunluğu ilə, hər iki bud-çanaq oynağının koksartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə, sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi” hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunmadığı üçün əlilliyin təyininə əsas vermir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 0170003AAEB5 saylı xx.xx.2021-ci il tarixli göndərişlə əlillik əlaməti təyin olunmadığı əsası (diaqnoz əlillik əlaməti təyin etmir) ilə əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizə ilə məhkəm əyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən qəlpə yarası almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Mərkəzi Hərbi Həkim Komissiyasının 18 dekabr 2012-ci il tarixli, 690 saylı Qərarı ilə, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” rəyi verilmişdir. İİ qrup əlildir. Uzun müddətdir ki, xəstədir. Hal-hazırda 60 yaşı var. X2 və Ortopediya İns titutunda və digər xəstəxanalarda müalicə kursu keçmişdir. Ona “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ aşağı ətrafın, sağ bazu oynağının diz nahiyyəsinin odlu silah zədələnməsi” diaqnozu qoyulmuşdur. Bundan əlavə ağırlaşma formasında “Qamış sümüyünün distal şöbəsinin sınığı, sağ baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitmiş sınığı”, “Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazu sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması”, “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, sol aşağı ətrafın funksiya pozulması”, “Oynaqların kontrakturası, Sağ aşıqbaldır oynağının deformasiya edici artrozu, kontraksiyası, funksiyasının pozulması ilə”, “Əlin və pəncənin salla nması (qazanılma), Sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi” və sairə xəstəlikləri vardır. Bədəninin aşağı hissəsi yaxşı işləmir və mütəmadi müalicə kursu keçirə. İİ qrup əlildir. Ona pensiya təyin edilmişdir. Lakin əsassız olaraq 2021-ci ilin iyun ayından etibarən pensiyası dayandırılıb. Ağır xəstədir. Özünü idarə edə bilmir. Müddət ötdükcə xəstəliyi ağırlaşır. Maddi vəziyyəti çox ağırdır. O, 07 yanvar 2013-cü ildə, 09 fevral 2021-ci ildə və 06 may 2021-ci ildə X2 və Ortopediya İnstitutunda stasionar müalicə kursları keçmişdir. Ümumiyyətlə 1992-ci ildən bu günə kimi mütəmadi olaraq müalicə alır. Səhhəti günügündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur. Tibb müəssisəsi tərəfindən (7 nömrəli şəhər Poliklinikası tər əfindən) 02 iyun 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0170003AAEB5 saylı göndərişi əsasında TSERAS üzərindən qiymətləndirilmiş və diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbindən imtina qərarı verilmişdir.
6. Cavabdeh iddia İddiaçı əlillik vəziyyəti Bakı 38 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 4118003AABHJ saylı göndərişi əsasında baxılmış və “Səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələ r və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı. Aşıq baldır oynağının deformasiya ediciartrozu. kontrakturası.funksiya pozğunluğu ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi:Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı. Aşıq baldır oynağının deformasiya ediciartrozu, kontrakturası funksiya pozğunluğu ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 38 nömrəli şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli 4118003AACCA saylı göndərişi əsasında baxılmış və “Səbəbi:Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin t əsirinin bəzi digər nəticələri => S80-S89 Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıqbaldır oynağı da daxil olm...; Diaqnozun mətni: Güllə yarasından sonra sağ baldır sümüklərinin bitişmiş sınığı. Bazunun sınığından sonra qeyri düzgün bitişmiş sınığı, bazu oynağının artrozu, əzələlərin atrofiyası.Aşıq-baldır oynağının deformasiya edici artrozu kontrakturası, funksiya pozğunluğu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9,G80G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 7 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAEB5 saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəb ləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar =>Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ aşağı ətrafın, sağ bazu oynağının sağrı, diz nahiyyəsinin odlu silah zədələnməsi. Sağ baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Sağ bazu sümüyünün boynunun qeyri düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması. Hərəkət funksiyasının pozulması. Sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə. Sağ yuxarı ətraf əzələlərinin atrofiyası. Sağ aşağı ətraf əzələlərinin atrofiyası, funksiyasının pozğunluğu ilə. Hər iki bud çanaq oynağının koksoartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə. Sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxar ıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısi ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsi stem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
7. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(112)-2339/2023 saylı qərarı ilə (hakim X3) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabili tasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini məhkəmə-tibbi ekspertizası aparılarkən Diaqnozda göstərilən xəstəliklərlə əlaqədar xəstəliyin kəskinləşmə fazasında onun reabilitasiya müalicəsinə (medikamentoz, fizotrapiya və idman müalicələrinə) ehtiyacının yarandığının müəyyən olunduğu nəzərə alınmaqla iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz.
9. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qiymətləndirildiyi 11 iyun 2021-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-123/2023 nömrəli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsinin qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 tərəfindən verilmiş T 257/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin Tib bi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş exX Sinif — Xəstələnmənin və ölümün xarici səbəbləri x Y35-Y36 — Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar Y36 — Hərbi əməliyyatlar 36.4-Hərbi əməliyyatlar nəticəsində odlu... Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın, sağ, bazu oynağının, sağrı, diz nahiyəsinin odlu silah zədələnməsi, sağ baldır sümüklərinin aşağı 14-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, sağ bazu sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması, hərəkət funksiyasının pozulması, sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu il ə, oynağının koksartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə, sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi”. İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. MƏHKƏMƏ-TİBBİ MÜAYİNƏ: 21 dekabr 2021-ci il tarixdə Kərimov X7 Təkrari ekspertizalar şöbəsində TSEKin ekspertləri tərəfindən müayinədən keçirildi. Deməsinə görə 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə yaralanmışdır. Bununla əlaqədar MN-nin BKH-da müalicə aldığını deyir. Bundan sonra HHK tərəfindən şəhadətləndirilmiş və TSEK-in ekspertləri tərəfindən İİ qrup əlillik verilmişir. Əlillik müvinəti kəsildiyi üçün məhkəməyə müraciət etmişdir. Hal-hazırda şikayətləri sağ qolunu qaldıra bilməməsindəndir. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Beləliklə, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan sənədlərdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiqedilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunmadığı üçün əlilliyin təyininə əsas vermir. Ekspert komissiyası nəticəyə gəlmişdir:
1. Vətəndaş İddiaçı tibbi sənədlərində qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın, sağ bazu oynağının, sağrı, diz nahiyəsinin odlu silah zədələnməsi, sağ baldır sümüklərinin aşağı 12-nin oynaqdaxili qeyri-düzğün bi tişmiş sınığı, sağ bazu sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, ATirozu, funksiyasının pozlması, hərəkət funksiyasının pozlması, sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə, sağ yuxarı ətraf əzələlərinin atrofiyası, sağ aşağı ətraf əzələlərinin atrofiyası, funksiyasının pozğunluğu ilə, hər iki bud-çanaq oynağının koksartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə, sağ yuxarı ətrafın odlu silah zədə-sindən sonrakı sinir kələfinin zədələnməsi” hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunmadığı üçün əlilliyin təyininə əsas vermir.
13. Bakı Apelyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 2-1(103)-123/2023 nömrəli iş üzrə 22 iyun 2023-ci il tarixli qərarı ilə (hakimlər X11 (məruzəçi), X4 və X5) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(112)2339/2023 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı qiymətləndirildiyi 11 iyun 2021-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015 -ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.6-cı bəndinə əsasən, üçüncü dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (M24.5- Oynaqların kontakturası, Sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əsassız olaraq İddiaçı üçüncü qrup əlilliyin təyin edilməsindən imtina edilmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKA YƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı barəsində əlillik təyin edilməməsinə səbəb xx.xx.2021-ci il tarixli 0170003AAEB5saylı göndərişin qiymətləndirilməsi olmuşdur. Apellyasiya məhkəməsi iddiaçı barəsində ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcə əlilliyi təyin etməklə diaqnozda olmayan xəstəliyə əsasən iddiaçı barəsində əlillik müəyyən etmişdir. Şəxs barəsində əlillik təyin edilməsi üçün onun ilk növbədə əlillik təyin edilməsi üçün müvafiq tibbi göstəriciyə malik olması zəruri olduğu halda, iddiaçı barəsində mövcud olan diaqnozda bu öz əksini tapmadığı üçün Agentlik tərəfindən qə bul edilən qərar qanuni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsinorqanizminin funksiyalarının pozulması faizi, səbəbivə müddəti müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil oldu ğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrarqiymətləndirilməsinəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlil liyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”
1. Ümumi müddəalar 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanları nın məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.... 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
2. Əlilliyin müəyyən olunması meyarları 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin h əyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir:... 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6);
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndiri lməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik)tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edi lmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə gön dərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddətAgentliktərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barə də qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti ya lnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düz gün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İş materiallarına, eləcə də kassasiya şikayətinin dəlillərinə əsasən, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi diaqnozda əlillik əlamətinin müəyyən edilməməsi olmuşdur.
30. Apelyasiya Məhkəməsi cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3-cü bəndində ə sasən üçüncü dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6) şəxsə üçüncü dərəcə əlilliyin təyini üçün əsasdır.
31. İddiaçı barəsində Bakı 7 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAEB5 saylı göndərişində xəstəliyin gedişi xroniki; X1 XX sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi əməliyyatlar=>Y36 4-Hərbi əməliyyatlar nəticəsində odlu----; əsas diaqnoz; Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ aşağı ətrafın, sağ bazu oynağının sağrı, diz nahiyyəsinin odlu silah zədələnməsi. Ağırlaşma S.82.3 Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. S42.2 Bazu Sümüyünün boyunun qeyri düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması; R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəkət funksiyasının pozulması; M24.5-Oynaqların kontakturası, Sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə; N62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan artofiyası və üzülməsi, Sağ yuxarı ətraf əzələlərinin atrofiyası Sağ aşağı ətraf əzələlərinin atrofiyası, funksiyasının pozğunluğu ilə; 44.7 Yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinirin travması, Sağ bazu kələfinin zədələnməsi ilə sağ yuxarı ətrafın monoparezi; M16-Koksartroz (bud-çanaq oynağının artrozu), hər iki bud çanaq oynağının koksoartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə 4 M21.3-Əlin və pəncənin sallanması (qazannılma), Sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi; 120.8 Stenokardiiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ f/s; Yanaşı xəstəliklər İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsas ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Arterial hipertenziya İİ mərhələ; yanaşı xəstəlik H52- presbiopiya, OU-presbiopiy a.-kimi göstərilmişdir.
32. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.6-cı bəndinə əsasən, üçüncü dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (M24.5Oynaqların kontakturası, Sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinəl ərlə təsdiq olunmasına baxmayaraq İddiaçı üçüncü qrup əlilliyin təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçı barəsində tərtib edilmiş 0170003AAEB5 nömrəli göndərişə əsasən o, ixtisaslaşmış müəssisədə qoyulan diaqnoz üzrə “X2 və Ortopediya İnstitutu”nda ümumi cərrah tərəfindən əyani müayinə ilə yanaşı (xx.xx.2021-ci il tarixdə), diaqnostik müayinələrdən də keçmiş (xx.xx.2021-ci il tarixdə sümük rentgenoqrofiyası), sümük rentgenoqrofiyasının nəticəsinə əsasən sol baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Artroz. Sağbazu sümüyünün yuxarı 1/3-nin düzgün bitişmiş sınığı, artroz. Hər iki bud-çanaq oynağının koksoartrozu müəyyən edilmişdir. Beləliklə, tibbi sənədlərə əsasən iddiaçıda Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və və digər adi sila h növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın, sağ bazu oynağının sağrı, diz nahiyyəsinin odlu silahlı zədələnməsi əsas diaqnozunun ağırlaşması əlillik təyin edən xəstəliyə (M24.5 - oynaqların kontrakturası, sağ aşıq-baldır oynağının deformasiyedici artrozu, kontrakturası, funksiyaların pozğunluğu ilə) səbəb olmuşdur.
33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş təkrar ekspertiza zamanı rəydə hər hansı əsaslandırma, təhlil aparılmadan, göndərişə əsasən əsas diaqnozun ağırlaşması əlillik təyin edilən diaqnoz olsa belə (M24.5 - oynaqların kontrakturası, sağ aşıq-baldır oynağının deformasiyedici artrozu, kontrakturası, funksiyaların pozğunluğu ilə), şəxsdə həmin diaqnozun əlamətlərini təkzib edən dəlillərə və ya diaqnosti k və ya instrumental müayinənin nəticələrinə istinad etmədən ümumi ifadələrlə şəxsin xəstəliyinin əlillik təyin etmədiyi bildirilmişdir. Apellyasiya məhkəməsinin kollegiyası düzgün olaraq ekspert rəyi əsaslandırılmadığına görə ona tənqidi yanaşaraq həmin rəylə razılaşmamış və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza cavabdeh qurumun nümayəndəsinin iştirakı ilə keçirildiyindən mötəbər deyil.
34. İş materiallarına əsasən həmçinin iddiaçı müxtəlif vaxtlarda “X2 və Ortopediya İnstitutu”nda stasionar müalicə kursları keçdiyinə görə də cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
35. Kassasiya şikayətində mübahisə edilən məqamlardan biri məhkəmənin inzibati orqanın fəaliyyətinə müdaxiləsi ilə bağlıdır. Qeyd edilir ki, diaqnoz ə sasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, TSEK-də iddiaçının əlilliyi ilə bağlı qiymətləndirmə aparılaraq əlilliyin qiymətləndirilməsindən imtina edilmiş, imtinanın əsası olaraq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas vermədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış mövqeyinə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.
37. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməli, əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
39. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
40. Beləliklə, mübahisəyə dair işin apel yasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsas mövcud olmuşdur. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
41. Belə olan halda kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-123/2023 saylı iş üzrə 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.